Məhkəmə qərarları › İş №2-1(112)-4057/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4057/2021

21.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4057/2021 21.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsini yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı arayışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İdarənin 15 yanvar 2021-ci il tarixdə, **********12 saylı məktubunda göstərilənlərin qanunsuz hesab olunması, cavabdehin üzərinə həmin evə Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi, dalan 4-də yerləşən 1 saylı evə və həyətyanı sahəyə dair Dövlət Arxivində saxlanılan arxiv sənədlərinin tələb edilərək alınması və həmin sənədlər əsasında Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi, dalan 4-də yerləşən 1 saylı evin və həyətyanı sahənin X7 (Salman Baba oğlu) və ya Salman Qılman oğluna məxsus olmasına dair arayış verilməsi vəzifəsinin qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin 15 yanvar 2021-ci il tarixdə, **********12 saylı məktubunda göstərilənlərin qanunsuz hesab olunması, cavabdehin üzərinə həmin evə Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi, dalan 4-də yerləşən 1 saylı evə və həyətyanı sahəyə dair Dövlət Arxivində saxlanılan arxiv sənədlərinin tələb edilərək alınması və həmin sənədlər əsasında Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi, dalan 4-də yerləşən 1 saylı evin X8 (Salman Baba oğlu) məxsus olmasına dair arayış verilməsi vəzifəsinin qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi, dalan 4-də yerləşən 1 saylı evin X9 məxsus olmasına dair arayış verilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi, dalan 4-də yerləşən 1 saylı evin və həmin evin həyətyanı sahəsinin X9 (Baba Salman oğlu) məxsus olmasına dair arayışın verilməsi vəzifəsinin qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası, X12 31 avqust 1998-ci ildə vəfat etmişdir. Atası vəfat edəndən sonra ondan miras qalmış və faktiki olaraq onun tərəfindən miras əmlak kimi qəbul edilmiş Xəzər rayonu,Türkan qəsəbəsi, Xanlar küçəsi, dalan 4-də yerləşən 1 saylı ev və həmin evin həyətyanı sahəsi onun istifadəsində və sahibliyindədir. X2 vəfat edəndən xeyli müddət sonra həmin evə dair sənədləşməni adına rəsmiləşdirmək üçün vərəsə olaraq ərizə ilə Bakı şəhəri 19 saylı Notariat Kontoruna rəsmi müraciət etmiş və 21 fevral 2019-cu il tarixdə həmin notariat kontorunda vərəsəlik işi açılaraq vərəsələrin dairəsi müəyyən olunmuşdur. X2 ondan miras qalmış Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi, dalan 4-də yerləşən 1 saylı evə və həmin evin həyatyanı sahəsinə, yəni daşınmaz əmlak üzərində faktiki olaraq mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs olsa da həmin hüququ təsdiq edən çıxarış almadan ölmuş və bu səbəbdən də halhazıradək vərəsəlik hüquqları rəsmiləşdirilməmiş qalmışdır. Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi, dalan 4-də yerləşən 1 saylı ev və həmin evin həyətyanı sahəsinin atasına məxsus olmasını təsdiq edən arxiv sənədlərini, qohumluq münasibətlərini təsdiq edən doğum və ölüm sənədlərinin surətlərini rəsmi qaydada cavabdeh təşkilata təqdim etmiş və həmin ərizəsi ilə xahiş etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci və 4.3-cü maddəsinə əsasən həmin evə və torpaq sahəsinə dair dövlət arxivində saxlanılan rəsmi sənədlərin tələb edilməsini, həmin sənədlər əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə görə həmin əmlakın, yəni Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi, dalan 4-də yerləşən 1 saylı evə dair hüququn (həyətyanı sahədə daxil olmaqla) ölmüş şəxsə, yəni X9 məxsus olmasma dair arayış verilsin. Cavabdeh təşkilata verdiyi rəsmi əizəyə 15 yanvar 2021-ci il tarixdə, **********12 saylı məktubla cavab verilmiş və həmin cavab məktubu ilə ərizədə göstəridiyi tələblər əsassız olaraq yerinə yetirilməmiş, faktiki olaraq tələbini həyata keçirməkdən imtina etmişdir. Belə ki, cavab məktubun məzmunu ilə onlara ünvanladığı ərizənin məzmununa baxdıqda məlum olur ki, cavabdeh təşkilat ümumiyyətlə ərizənin məzmununa uyğun cavab verməmişdir. Yazılmış cavab məktubunda qeyd edilir ki, 14 dekabr 2020-ci il tarixli ərizəyə baxıldığını, X13 və ya Salman Qılman oğlu, həmçinin X5 adına Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi, dalan 4-də yerləşən 1 saylı fərdi yaşayış evinin qeydiyyatan keçməsi ilə bağlı məlumat (sənəd) akşar edilməmişdir. Baxmayaraq ki, ərizədə həmin ünvanda yerləşən evin mərhum X2na məxsus olmasını, onun adına qeydiyyatdan keçməsini və həmin sənədlərin dövlət arxivində saxlanıldığını qeyd etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, elektron kadastr məlumatına əsasən sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Türkan Üzümçülük sovxozunun ərazisində yerləşmişdir. Həmçinin torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun sənədlər təqdim edilməmişdir. Bundan əlavə X20 və ya Salman Qılman oğlunun, həmçinin X5 adlarına Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi, dalan 4, 1 saylı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş, bu səbəbdən də həmin əmlak ilə bağlı məlumat (sənəd) İdarədə aşkar edilməmişdir. Yuxarıda qeyd olunanlarla bağlı İddiaçı **********67 qeydiyyat nömrəli, 04 iyul 2018-ci il tarixli, **********12 qeydiyyat nömrəli, 15 yanvar 2021-ci il tarixli məktublar ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X10 iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci ildə Bakı şəhərində doğulmuşdur. - Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi tərəfindən verilmiş 14.08.2018-ci il tarixli, N-400 №-li arxiv arayışının surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivi üzrə Türkan məscidinin sənədlərində Salman Qılman oğlunun doğum tarixinə dair məlumat aşkar edilmişdir. Doğum tarixi: 1875-ci il (sənəddə olduğu kimi ay və gün qeyd olunmayıb). Valideynləri: atası-X1 və anası-Gülnisə (sənəddə olduğu kimi). - Azərbaycan Respublikasının Dövlət Arxivinin 30.08.2018-ci il tarixli, M-117 №-li arxiv arayışının surətindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi arxiv fondunda mühafizə edilən sənədlərində 1926-1932-ci illərə dair Bakı şəhəri Türkan kəndi üzrə doğum haqqında bərpa kitablarında (ayı, günü qeyd olunmayıb) 1921-ci ildə doğulan (soyadı qeyd olunmayıb) Baba Salman oğlunun təvəllüdü qeyd olunur. X16 və anası Bibixanım Əlihüseyn qızı. - Bakı şəhəri, 12 №-li Dövlət Notariat Kontorunda təsdiq edilmiş 13.08.1991-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, ünvan 1 ünvanında yaşayan X14 öz mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən şəxsi evini oğlu X15 bağışlamışdır. - Bakı şəhəri, Yasamal rayonu VVAQ Şöbəsi tərəfindən verilmiş 08 sentyabr 1998-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 31.08.1998-ci ildə ölmüşdür. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ünvan 3 ünvanlanmış 12.08.2021-ci il tarixli, 679 saylı məktubundan görünür ki, 31.08.1998-ci il tarixdə vəfat etmiş X22 (Baba Səlman) oğlunun miras qalmış əmlakına dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri, 19 saylı notariat ofisinə oğlu, İddiaçı tərəfindən müraciət daxil olmuşdur. X22 (Baba Səlman) oğlunun vəfat etməsi ilə əlaqədar vərəsənin ərizəsi əsasında 21.02.2019-cu il tarixdə tərəflərindən vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq sənədləşdirmə aparılması üçün mərhum X22 (Baba Səlman) oğlunun adına ünvan 4 ünvanına dair çıxarış və ya texniki pasportun verilməsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə 23.02.2019-cu il tarixdə sorğu göndərilmişdir. Yuxarıda göstərilən ünvana dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış verilməmişdir. Mərhum X22 (Baba Səlman) oğlunun adına çıxarışın (mülkiyyət hüququ təsdiq edən sənəd) olmadığından tərəfimizdən İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. - İdarə tərəfindən məhkəməyə ünvanlanmış 12.03.2021-ci il tarixli, **********62 saylı məktubdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi, dalan 4, 1 saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialı tərəfindən iddiaçıya ünvanlanmış 06.08.2018-ci il tarixli, 2174 saylı arxiv arayışından görünür ki, həqiqətən keçmiş Bakı şəhər XDS İK-nin torpaq şöbəsinin Dövlət Arxivinin Bakı filialında saxlanılan Mərdəkən, Qala, Türkan, Binə, Kişlə, kəndləri ərazisində həyətyanı bağ sahələrinin dəyişdirilməsi üzrə 27.05.1939-cu il tarixli aktlar kitabında SSRİ X6 “Kolxozçulara ictimai torpaqlarını dağıdılmaqdan mühafizə etmək tədbirləri” haqqındakı 27.05.1939 saylı qərarına əsasən kolxozçuların, tək təsərrüfatçıların və qeyri kolxoz üzvləri olmayanların Türkan kəndi Stalin adına kolxozun üzvlərinə ayrılmış torpaq sahələrinin 0,25-dən 0,30 hektara qədər aparılması barədə tərtib olunmuş kitabın 317 saylı saxlama vahidinin 109-cı səhifələrinin 151/322-ci sıra sayında Baba Səlman oğluna ayrılmış torpağın ümumi sahəsi 039, o cümlədən yaşayış binası altında 001 olmaqla evin yanında uzunluğu 37 eni 21, sahəsi 007, qeyri yerlərdə sahə 032 uzunluğu 127 eni 25 artıq 031 olması barədə müvafiq qeydiyyatlar vardır. - Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış 10.06.2021-ci il tarixli, BA-02492-2021 saylı məktubundan görünür ki, həqiqətən keçmiş Bakı şəhər XDS İK-nin torpaq şöbəsinin Dövlət Arxivinin Bakı filialında saxlanılan Mərdəkən, Qala, Türkan, Binə, Kişlə, kəndləri ərazisində həyətyanı bağ sahələrinin dəyişdirilməsi üzrə 27.05.1939-cu il tarixli aktlar kitabında SSRİ X6 “Kolxozçulara ictimai torpaqlarını dağıdılmaqdan mühafizə etmək tədbirləri” haqqındakı 27.05.1939 saylı qərarına əsasən, kolxozçuların, tək təsərrüfatçıların və qeyri kolxoz üzvləri olmayanların Türkan kəndi Stalin adına kolxozun üzvlərinə ayrılmış torpaq sahələrinin 0,25-dən 0,30 heqtara qədər aparılması barədə tərtib olunmuş kitabın 317 saylı saxlama vahidinin 109-cı səhifələrinin 151/322-ci sıra sayında Baba Səlman oğluna ayrılmış torpağın ümumi sahəsi 039, o cümlədən yaşayış binası altında 001 olmaqla evin yanında uzunluğu 37 eni 21, sahəsi 007 ,qeyri yerlərdə sahə 032 uzunluğu 127 eni 25 artıq 031 olması barədə müvafiq qeydiyyatlar vardır. - Azərbaycan Respublikası Bakı Şəhri Xəzər Rayonu Türkan Bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış 15.07.2021-ci il tarixli, 40 nömrəli məktubdan görünür ki, Türkan qəsəbəsi, Xanlar küçəsi, 4 saylı dalanda yerləşən fərdi həyətyanı sahə İddiaçı istifadəsindədir. - İdarə tərəfindən iddiaçıya ünvanlanmış 15.01.2021-ci il tarixli **********12 saylı məktubdan görünür ki, X20 və ya Salman Qılman oğlunun, həmçinin X5 adlarına Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi, dalan 4, 1 saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinin 2-ci hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin 2-ci hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. - 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı 31.08.1998-ci ildə ölmüş X5 vərəsəsidir. Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi, dalan 4-də yerləşən 1 saylı ev və onun həyətyanı sahəsi X9 (Baba Səlman oğluna) SSRİ X6 “Kolxozçulara ictimai torpaqlarını dağıdılmaqdan mühafizə etmək tədbirləri” haqqındakı 27.05.1939 saylı qərarına əsasən kolxozçuların, tək təsərrüfatçıların və qeyri kolxoz üzvləri olmayanların Türkan kəndi Stalin adına kolxozun üzvü kimi ayrılmışdır. Bununla əlaqədar keçmiş Bakı şəhər XDS İK-nin torpaq şöbəsi tərəfindən müvafiq qeydiyyat aparılmışdır. Həmin qeydiyyatla bağlı arxiv materiallarında məlumat mövcuddur. Mübahisəli torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi həmin vaxtdan iddiaçının atasının istifadəsində olmuşdur. İddiaçının həmin torpaq sahəsinə və evə dair mərhum atasının hüquqlarının tanınaraq müvafiq arayışın verilməsi barədə müraciəti cavabdeh inzibati orqan tərəfindən X20 və ya Salman Qılman oğlunun, həmçinin X5 adlarına Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi, dalan 4, 1 saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumatın aşkar edilməməsi əsas gətirilərək təmin edilməmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi, dalan 4, 1 saylı fərdi yaşayış evinin və həmin evin həyətyanı sahəsinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat cavabdeh inzibati orqanın arxivində aşkar edilməsə də həmin ünvanla bağlı Bakı şəhər XDS İK-nin torpaq şöbəsinin Dövlət Arxivinin Bakı filialında saxlanılan Mərdəkən, Qala, Türkan, Binə, Kişlə, kəndləri ərazisində həyətyanı bağ sahələrinin dəyişdirilməsi üzrə 27.05.1939-cu il tarixli aktlar kitabında qeydiyyatın aparılmasına dair Azərbaycan Respublikası Dövlət Arxivində mübahisələndirilməyən məlumat mövcuddur. 01.10.1923-cü ildən qüvvəyə minmiş və 1970-ci ilədək qüvvədə olmuş Azərbaycan İctimai Şura Cümhuriyyətinin Torpaq Məcəlləsinin: - 10-cu maddəsinə əsasən torpaq istifadəçisi tərəfindən toprağa olan hüququ: a) cəmiyyət tərəfindən müəyyən edilmiş torpaqdan istifadə qaydalarına riayət etməklə, torpaq cəmiyyəti daxilində və ya b) torpaq cəmiyyətinə daxil olmadan, ayrıca həyata keçirilə bilər. - 11-ci maddəsinə əsasən əməklə istifadə edilməsindən ötrü verilmiş torpağa olan hüquq müddətsizdir və yalnız qanunda göstərilmiş əsaslarla xitam edilə bilər. - 12-ci maddəsinə əsasən əməklə istifadə edilməsindən ötrü verilmiş torpağa hüquq aşağıdakı formalarad tanınır: a) bir və ya bi neçə yerdə (xutor (içərisində sahibinin evi və təsərüfatl olan ayrıca mülk), kəsik hissələr, adda-budda sahələr (bir təsərrüfatın torpaq sahələrinin başqalarının torpaqları içərisində, dağınıq halda olması)) torpaq sahəsinə hüquq kimi; b) torpaq cəmiyyətinin pay torpaqlarının bir hissəsinə hüquq kimi; v) torpaq cəmiyyətinin təsərrüfat yerlərində birgə istifadədə iştirak etmək hüququ kimi. - 125-ci maddəsinə əsasən hər bir ailənin yaşadığı oturaq torpaqlardan ev tikmək üçün hissə almağa hüququ vardır. - 127-ci maddəsinə əsasən kəndlərdə həyətyanı sahələrin ölçüləri cəmiyyət tərəfindən onun tamhüquqlu üzvlərinin əksəriyyətinin qərarı ilə müəyyən edilir və bu ölçülər bütün təsərrüfatlar üçün eyni olmalıdır. Təsərrüfatların həyətyanı sahələrdəki torpaqların müəyyən edilmiş norma ilə müqayisədə artıqları və əskikləri həm də torpağın keyfiyyəti nəzərə alınmaqla, digər torpaq yerlərində bərabərləşdirilir. 1970-ci ildən qüvvədə olmuş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 20-ci maddəsinə əsasən X17 X11 İcraiyyə Komitəsi ayrılan sahənin ölçüsündən asılı olmayaraq, bu Məcəllənin 1-ci maddəsinin ikinci hissəsində göstərilmiş torpaqlardan başqa hər cür torpaqlardan daimi və ya müvəqqəti istifadəyə torpaq sahələri verir. Rayon və şəhər (respublika tabeliyində olan şəhər) xalq deputatları sovetlərinin icraiyyə komitələri bu Məcəllənin 70, 94, 95, 128, 131, 137, 143 və 151-ci maddələrinə uyğun surətdə torpaq sahələrini istifadəyə verirlər. Şəhər və qəsəbə xalq deputatları sovetlərinin icraiyyət komitələri bu Məcəllənin 107-ci maddəsinə müvafiq olaraq qəsəbə xalq deputatları sovetlərinin icraiyyət komitələləri isə həmçinin bu Məcəllənin 17-ci maddəsində nəzərdə tutulmuş qaydada qəsəbə sovetinə ayrılmış torpaqlardan daimi və ya müvəqqəti istifadəyə torpaq sahələri verirlər. Kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri kolxozların, sovxozların və digər kənd təsərrüfatı müəssisələrinin, idarələrinin, təşkilatlarının istifadəsindəki torpaqların tərkibinə daxil olmayan kənd yaşayış məntəqələri torpaqlarından və bu Məcəllənin 17-ci maddəsində nəzərdə tutulmuş qaydada kənd xalq deputatları sovetinə ayrılmış torpaqlardan daimi və ya müvəqqəti istifadəyə torpaq sahələri verirlər. - 23-cü maddəsinə əsasən torpaq sahəsinin ayrılması o deməkdir ki, naturada (yerində) sahənin hüdudları müəyyən edilir, həmin sahə digər sahələrdən mərzlə və başqa sərhəd nişanları ilə ayrılır. - 27-ci maddəsinə əsasən torpaq istifadəçiləri torpaq sahəsi onlara hansı məqsədlər üçün vermişsə, o sahələrdən həmin məqsədlər üçün istifadə hüququn malikdirlər və istifadə etməlidirlər. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinin 1-ci hissəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. - 11-ci maddəsinə əsasən sovxozların (dövlət mülkiyyətində saxlanan müəssisələr istisna olmaqla), kolxozların özəlləşdirilən torpaqları onların daimi istifadəsindəki torpaqlarından bələdiyyənin ehtiyat fonduna ayrılan torpaqlar çıxılmaqla müəyyən edilir. Qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: - 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. - 88-ci maddəsinə görə tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.1, 8.0.5 və 8.0.7-ci maddələrinin tələblərinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, 2006-cı il iyulun 6dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Prezıdentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; kənd yaşayış məntəqələrinin və qəsəbələrin torpaqlarından torpaq sahələrinin ayrılması barədə kənd və qəsəbə zəhmətkeş deputatları sovetlərinin qərarları; tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dək bağlanmış müqavilələr; şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. Məhkəmə qeyd edir ki, müvafiq dövrlərdə qüvvədə olmuş yuxarıda sadalanan qanunvericilik aktlarının müddəalarına əsasən Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi, dalan 4, ev 1 ünvanındakı evin və onun həyətyanı sahəsinin iddiaçının mərhum X2na qanuni əsaslarla ayrılmışdır və sonuncu həmin həyətyanı torpaq sahəsinin qanuni istifadəçisi olmuşdur. 1996-cı il tarixli “Torpaq islahatları haqqında” Qanunun 9-cu və 10-cu maddələrinə görə həmin torpaq sahəsi qanuni istifadəçi kimi X5 mülkiyyətinə keçmişdir. İşin faktiki hallarına görə isə X12 həmin həyətyanı torpaq sahəsinin və orada yerləşən fərdi yaşayış evinin üzərində mülkiyyət hüquqlarını qeydə almadan 31.08.1998-ci ildə ölmüşdür. Bundan əlavə cavabdeh inzibati orqanın özünün də qeyd etdiyi kimi həmin torpaq sahəsi elektron kadastr məlumatlarına əsasən Türkan Üzümçülük sovxozunun ərazisində yerləşir ki, bu da mübahisəli ərazi ilə bağlı 1939-cu ildə verilmiş qərarın həmin dövrdə səlahiyyətli olan orqan tərəfindən verildiyini bir daha təsdiq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. - 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qanunun bu normasının mənasından göründüyü kimi hər hansı əsasla daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü halda, bu əmlak üzərində vəfat etmiş şəxsin mülkiyyət hüququna dair çıxarış tərtib olunması qanunda nəzərdə tutulmamışdır. Qanun bu vəziyyətdə belə bir tənzimləmə qaydasını müəyyən edir ki, qeydiyyat orqanı hüququn ölmüş şəxsə məxsus olması haqqında mərhumun vərəsəsinə arayış verir və bu arayış, miras qalmış daşınmaz əmlaka hüquqların vərəsənin adına dövlət qeydiyyatı (çıxarışın verilməsi) üçün əsasdır. “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın: - 1.2-ci bəndinə əsasən bu Təlimatda müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra-Xidmət) tərəfindən daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış (bundan sonra - arayış) hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. - 7.1-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması barədə arayış verilir. Arayış əmlakın növündən asılı olaraq bu Təlimata əlavə olunmuş 1-36-cı əlavələrə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. - 7.2-ci bəndinə əsasən müqavilə və ya digər əsaslara görə vəfat etmiş şəxsə məxsus olmuş və üzərində hüquqlar qeydiyyata alınmamış əmlak üzərində hüquqların rəsmiləşdirilməsi məqsədilə onun qanun və ya vəsiyyət üzrə vərəsələrindən birinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayış verilir. Bu arayış vərəsə tərəfindən qanunvericiliklə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas kimi müəyyən edilmiş sənədlər təqdim olunduqda verilir, həmin sənədlər ərazi idarəsində saxlanılır və vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş sənəd təqdim olunduqdan sonra müvafiq qaydada əmlakın qeydiyyata alınması aparılaraq sənədlər əsas kimi əlavə olunur. Arayış bu Təlimata əlavə olunmuş 37-ci əlavəyə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. Normaların məzmunundan göründüyü kimi, daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs, istər müraciət etdikdən sonra, lakin çıxarış almadan öldükdə, istərsə də, daşınmaz əmlaka hüquqa dair sənədlərlə müraciət edənədək öldükdə onun vərəsələrinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış və ya çıxarış verilir. Belə olan halda məhkəmə hesab edir ki, mərhum X5 mülkiyyətçi kimi hüquqları vəfatına qədər müvafiq qaydada qeydə alınmadığından hazırki İddiaçı əmlakın mərhuma məxsus olmasına dair arayışın verilməsini tələb etməkdə haqlı olmuşdur. Cavabdehin imtinası qanuna zidd və vərəsə qismində iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilərək Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi, dalan 4-də yerləşən 1 saylı evin və həmin evin həyətyanı sahəsinin X9 (Baba Salman oğluna) məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi, dalan 4-də yerləşən 1 saylı evin və həmin evin həyətyanı sahəsinin X9 (Baba Salman oğluna) məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar