Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4057/2022 28.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X13 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X20 və X17) “qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 6b ünvanında yerləşən fərdi yaşayış evindən X20 və X10 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən X20 və X17 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X18 izahat verərək bildirdi ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Sözügedən fərdi yaşayış evinə dair Bağışlama müqaviləsi əsasında iddiaçının hüququ 15.07.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və həmin tarixdə ona Çixarış təqdim edilmişdir. Həmin fərdi yaşayış evi hazırda iddiaçının mülkiyyətindədir. Qeyd olunan fərdi yaşayış evində iddiaçının oğlu Əfqan Əfəndiyevin uşaqları X20 və X17 qeydiyyatdadırlar. Lakin onlar sözügedən fərdi yaşayış evində yaşamırlar. Belə ki, iddiaçının oğlu Əfqan Əfəndiyevin arvadı X11 2020-ci ilin oktyabr ayında uşaqları - X20 və X17 ilə birlikdə ünvan 15 ünvanında yerləşən fərdi yaşayış evini tərk etmiş getmiş və bir daha geri qayıtmamışlar. Cəlilabad Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(073)-1028/2021 saylı qətnaməsi ilə X14 ilə X11 arasında Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsində bağlanmış 09 fevral 2010-cu il tarixli, 108 nömrəli nikah qeydi pozulmuş, iddiaçı X7 əvəlki Əliyeva soyadını daşımaq hüququnun verilməsi, 26 may 2007-ci il tarixdə anadan olmuş X16 və 12 noyabr 2009-cu il tarixdə anadan olmuş X10 anası X5 yanında qalmalarının müəyyən edilməsi qət edilmişdir. X20 və X10 qeyd olunan fərdi yaşayış evində qeydiyyatları formal xarakter daşıyır. X20 və X10 həmin ünvandan qeydiyyatdan çıxarılması üçün iddiaçı Bakı şəhəri Suraxanı RPİ-nə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinası əsassızdır. Belə ki, üçüncü şəxslərin iddiaçıya məxsus ünvanda qeydiyyatda qalmaları iddiaçının mülkiyyət hüquqlarını pozur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə baxışı iclasına gəlməmişlər. Cavabdeh məhkəməyə məktub ünvanlayaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın (elektron) surətindən görünür ki, ünvan 15 ünvanında yerləşən fərdi yaşayış evinə xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 15.07.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 12.08.2021-ci il tarixli məktubda qeyd edilir: Sizin Suraxanı RPİ-nə ünvanladığınız müraciətinizə əsasən İdarənin Qeydiyyat məsələləri bölməsində araşdırma aparılmışdır. Nəzərinizə çatdırırıq ki, vətəndaşların qeydiyyatdan çıxarılması DİO-nun səlahiyyətlərinə aid olmadığından və Azərbaycan Respublikası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu bəndinin tələbinə zidd olduğundan müraciətinizin müsbət həlli mümkün deyildir. Odur ki, Siz aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməlisiniz. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında 22.10.2021-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, X20 (26.05.2007), X17 (12.11.2009) ünvan 7 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 11 mart 2021-ci il tarixli 268/0570 nömrəli arayışdan görünür ki, X22 26.05.2007-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bu barədə 25.10.2007-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən 2549 nöməli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X3, anası X15r. İş materiallarında olan Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 11 mart 2021-ci il tarixli 267/0570 nömrəli arayışdan görünür ki, X17 12.11.2009-cu ildə Bakı şəhərində anadan olmuşdur. Bu barədə 12.01.2010-cu il tarixdə Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən 102 nöməli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X3, anası X15r. İş materiallarında olan Cəlilabad Rayon Məhkəməsi tərəfindən məhkəməyə ünvanlanmış 22.12.2021-ci il tarixli məktubdan görünür ki, iddiaçı X8 cavabdeh X7 qarşı nikahın pozulması tələbi barədə mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(073)-1028/2021 saylı qətnaməsi 07 iyun 2021-ci il tarixdə qanuni qüvvəsini almışdır. Həmin məktuba əlavə edilmiş Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1028/2021 saylı 04.05.2021-ci il tarixli qiyabi qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı X8 cavabdeh X7 qarşı nikahın ləğvi tələbinə dair iddiası təmin edilmiş, iddiaçı X14 ilə cavabdeh X11 arasında Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsində bağlanmış 09 fevral 2010-cu il tarixli, 108 nömrəli nikahın pozulması, X7 nikahdan əvvəlki Əliyeva soyadını daşımaq hüququnun verilməsi, tərəflərə nikahın pozulması haqqında şəhadətnamə verilərkən 15 manat dövlət rüsumunun iddiaçı X6 tutulması, cavabdeh X5 bu xərcdən azad edilməsi, 26 may 2007-ci il tarixdə anadan olmuş X16 və 12 noyabr 2009-cu il tarixdə anadan olmuş X10 anası X5 yanında qalmalarının müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 23.12.2021-ci il tarixli məktubda qeyd edilir: Cəlilabad rayon Qeydiyyat şöbəsində vətəndaş X11 ilə X8 nikahın pozulması haqqında akt qeydi saxlanılır. Cəlilabad rayon məhkəməsinin 04.05.2021-ci il tarixli 2(078)-1028 saylı qətnaməsinə əsasən nikahları pozulmuşdur. X11 ilə X8 nikah qeydi Suraxanı rayon qeydiyyat şöbəsində 09.02.2010-cu il tarixdə aparılmışdır. İş materiallarında olan Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən 06.07.2021-ci il tarixdə verilmiş AZ-İ seriyalı 382438 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X14 və X5 nikahı Cəlilabad Rayon Məhkəməsinin 04.05.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha 05.06.2021-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, X1 rayonu, Sabir küçəsi, 57 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Binəqədi rayon icra şöbəsinin 28.01.2022-ci il tarixli Borclunun axtarılması haqqında qərarının surətindən görünür ki, Cəlilabad Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(073)-1725/2021 saylı 05.10.2021-ci il tarixli icra vərəqəsinə əsasən X8 cavabdeh X5 yanında yaşayan 26 may 2007-ci il təvəllüdlü X20 və 12 noyabr 2009-cu il təvəllüdlü X17 ilə ünsiyyət hüququ bərpa edilməli və həmin uşaqla görüş vaxtı hər həftənin şənbə günü saat 12:00-dan növbəti gün, yəni bazar günü saat 16:00-dək müəyyən edilməlidir. Aparılmış icra hərəkətləri zamanı borclunun yaşayış yerini müəyyən etmək mümkün olmamışdır. Göstərilənlərə əsasən 05.01.1991-ci il təvəllüdlü X11 barəsində axtarış elan edilməsi qərara alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 28.12.2021-ci il tarixli məktubda qeyd edilir: X4, X10 ünvan 15 ünvanında istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb-alınmaması, həmçinin həmin ünvanın kimin mülkiyyətində olması barədə məlumatın verilməsi ilə bağlı müraciətinizə 1 saylı Bakı Ərazi idarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, X16, X10 ünvan 16 ünvanına dair istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Həmçinin bildiririk ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 6B saylı fərdi yaşayış evi İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır; 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür; 5-ci maddəsinin 1-ci hissəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir; 5-ci maddəsinin 2-ci hissəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi ; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi; 9-cu maddəsinin 1-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin Qərarda həmçinin qeyd edilir ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə tərəfindən müəyyən edildi ki, ünvan 15 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. İş üzrə üçüncü şəxslər iddiaçıya məxsus həmin mənzildə qeydiyyatdadırlar. İddiaçı üçüncü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmalarını tələb edir. Üçüncü şəxslər iddiaçıya məxsus mənzildə qeydiyyatda olsalar da, həmin ünvanda yaşamırlar. Həmçinin üçüncü şəxslərin mübahisələndirilən ünvana istifadə hüquqları qeydiyyata alınmamışdır. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, iddiaçının oğlu X2 Xatirə Şahmirzə qızı ilə nikahda olmuş, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1028/2021 saylı 04.05.2021-ci il tarixli qiyabi qətnaməsinə əsasən onların arasında olan nikah pozulmuş, hazırki iş üzrə üçüncü şəxslər 26 may 2007-ci il təvəllüdlü X16 və 12 noyabr 2009-cu il təvəllüdlü X10 anaları X5 yanında qalmalarının müəyyən edilməsi qət edilmişdir. X11 isə ünvan 12 ünvanında qeydiyyatdadır. Göründüyü kimi, üçüncü şəxslər iddiaçıya məxsus ünvanda qeydiyyatda olsalar da, həmin ünvanda yaşamırlar, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən üçüncü şəxslərin analarının yanında qalmaları müəyyən edilmişdir, analarının yaşayış yeri isə ünvan 12-dir. Məhkəmə qeyd edir ki, üçüncü şəxslər iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalmışlar və bu, iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırır. Üçüncü şəxslər hazırda faktiki olaraq həmin ünvanda yaşamır, daimi yaşamaq üçün başqa ünvana köçmüşlər. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 58, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 15 ünvanından X16 və X10 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-4057/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4057/2022
28.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver