Məhkəmə qərarları › İş №2-1(112)-4057/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4057/2025

08.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4057/2025 08.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı, cavabdeh Bakı şəhər Cavabdehnə qarşı X9 üçüncü şəxs qismində göstərilməklə “torpaq sahəsinin zəbt edilməsinin aradan qaldırılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, üçüncü şəxs X5 və onun nümayəndəsi və vəkili X6 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı X9 üçüncü şəxs qismində göstərilməklə “torpaq sahəsinin zəbt edilməsinin aradan qaldırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra mətndə Xəzər RİH) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X9 və X8 tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində yerləşən dövlət mülkiyyətində olan 0.05 hektar torpaq sahəsinin üzərində tikilən qanunsuz hasarın və digər tikililərin sökülməsi üçün nəzərdə tutulmuş tədbirlərin görülməsi ilə bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin elektron qaydada məlumatlandırılması barədə öhdəliyin Bakı şəhəri Xəzər RİH-nin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində yerləşən mülkiyyətində olan torpaq sahəsinin qonşuluğunda olan torpaq sahəsinin sahibi tərəfindən dövlət mülkiyyətində olan torpaq ərazisinin qanunsuz olaraq zəbt edilməsi və bunun nəticəsində onun, o cümlədən digər şəxslərin həmin ərazidən istifadə etməsinin mümkünsüz hala gəlməsinə görə müvafiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmişdir. Sözügedən qurum tərəfindən ona göndərilən 08 sentyabr 2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, qeyd edilən məsələ Xidmətin Bakı ərazi şöbəsinin mütəxəssisləri tərəfindən və vətəndaşın iştirakı ilə araşdırılan zaman X8 tərəfindən (hazırda həmin əraziyə X2 edir) dövlət mülkiyyətinə aid təxminən 0,05 hektar torpaq sahəsinin qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan hasarlanması faktı təsdiqini tapmışdır. Sözügedən məsələ ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədilə Daxili İşlər Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məktublar göndərildiyi qeyd edilmişdir. Şərh edilənlərdən də göründüyü kimi Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində dövlət mülkiyyətinə aid təxminən 0,05 hektar torpaq sahəsinin qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan X8 tərəfindən zəbt edilməsi (və hasarlanması) faktı öz təsdiqini tapmışdır. Lakin, bu qanunsuzluğun qarşısının alınması üçün aidiyyəti orqanlar tərəfindən bu günə qədər heç bir tədbir görülməmişdir. Qeyd edilən cavab məktubundan da göründüyü kimi sözügedən ərazinin X8 və digər şəxslər tərəfindən qanunsuz olaraq hasarlanması və digər formada zəbt edilməsi faktı öz təsdiqini tapmışdır. Həmçinin, X3 hazırda Rusiya Federasiyasında olduğu üçün barəsində hər hansı bir tədbir görülməsinin mümkün olmadığı qeyd edilmişdir. Lakin, hal-hazırda faktiki olaraq qanunsuz olaraq hasarlanmış həmin dövlət torpaqlarına X2 edir və cavabdeh orqanlar həmin şəxs barəsində tədbirlər görməli və bu qanunsuz zəbtin qarşısını almalıdır. Belə ki, həmin qanunsuz zəbt nəticəsində onun, o cümlədən digər şəxslərin həmin ərazidən istifadə etməsi mümkünsüz hala gəlmişdir. Bundan sonra, o, Bakı Şəhəri Cavabdehnə ərizə ilə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində yerləşən dövlət mülkiyyətinə aid təxminən 0,05 hektar torpaq sahəsinin X9 tərəfindən qanunsuz olaraq hasarlanması və digər formada zəbt edilməsinin aradan qaldırılması üçün müvafiq tədbirlər görülməsini xahiş etmiş və ərizəsinə cavab olaraq Bakı Şəhəri Cavabdehndən bildirilmişdir ki, ‘‘Cavabdeh Başçısının Zirə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları tərəfindən ərizənizdə qeyd olunan ünvana təkrar baxış keçirilmişdir. Baxış zamanı ərizənizdə qeyd edilən ərazinin X4 və İstismarı Birliyinin istifadəsində olmuş torpaq sahələrinə məxsus olan əraziyə aid olduğu və illər öncə vətəndaş X3 mülkiyyətində olan 0,20 hektar torpaq sahəsindən əlavə olaraq 0,5 hektar torpaq sahəsini hasarladığı və vətəndaş X7 mövcud hasarın daxilində olan sahə kimi satdığı müəyyən edilmişdir. Qeyd olunan ərazidə vətəndaş X9 tərəfindən torpaq sahəsinin zəbt olunması faktı müşahidə edilməmişdir. Nümayəndəlikdən verilən məlumatda ərizənizdə qaldırdığınız məsələ ilə bağlı mülki qaydada məhkəmə orqanlarına müraciət etməyiniz tövsiyə olunmuşdur”. Cavabdeh orqanın cavab məktubundan da göründüyü kimi cavabdeh sözügedən ərazinin X4 və İstismarı Birliyinin istifadəsində olmuş torpaq sahələrinə məxsus olan əraziyə aid olduğunu və həmin ərazinin qanunsuz olaraq hasarlandığı faktını təsdiq etmişdir, lakin həmin qanunsuz hasarlanmanın əraziyə faktiki sahiblik edən X5 etmədiyini əsas gətirərək qanunsuz zəbtin aradan qaldırılması üçün hər hansı tədbir görməkdən imtina etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxs qismində göstərilmiş X7 təqdim edilmiş, cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Üçüncü şəxs və onun vəkili iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ. İddianın növü və mümkünlüyü. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-21-3/2-M-1493-8/23 №-li məktubunda göstərilmişdir ki, Xidmətin Bakı ərazi şöbəsinin mütəxəssisləri tərəfindən və vətəndaşın iştirakı ilə araşdırılan zaman X8 tərəfindən dövlət mülkiyyətinə aid təxminən 0,05 hektar torpaq sahəsinin, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan hasarlanması faktı təsdiqini tapmışdır. Bunlar barədə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 noyabr tarixli 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında" Əsasnamənin və 2020-ci İl 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin” Əsasnaməsinin tələblərinə uyğun olaraq səlahiyyətləri daxilində müvafiq tədbirlərin görülməsi məqsədilə Daxili İşlər Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə tərəflərindən məktublar göndərilmişdir. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 17 mart 2025-ci il tarixli 5-12/2-1319/2025 №li məktubda göstərilmişdir ki, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən torpaq sahəsinin zəbt olunma tələbinə dair ünvanlanmış sorğuya Cavabdehndə baxılmışdır. Müraciətdə qeyd olunan məsələ Cavabdeh Başçısının Zirə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları tərəfindən araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, vətəndaş İddiaçı evinin qarşısındakı boş torpaq sahəsinin torpaqdan istifadəyə dair heç bir hüquqi sənədi olmadan vətəndaş Beyektemir Malikə qeyri qanuni zəbt etmişdir, hal-hazırda məktubda üçüncü şəxs qismində adı çəkilən X1 istifadəsindədir. Sözü gedən torpaq sahəsi (39T X4419946; Y44711326 nömrəli kordinatlar) həyət yanı sahəsi 0.2 ha-dır. Həmin torpaq sahəsi (torpağa dair olan MH №0153733 saylı çıxarışın xx.xx.2008-ci ildən də öncə) hasarlanan zaman vətəndaş Beyektemir Malikə tərəfindən zəbt etdiyi 0.05 ha torpaq sahəsi də hasarlanmışdır. X1 istifadəsində olan torpaq sahəsinin Azərbaycan Respublikasının DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya MH №0153733 saylı çıxarışı vardır. TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu; … 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İnzibati Prosessual Məcəllə. ... Maddə 35. İddianın mümkünlüyü. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. ... 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. ... 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. ...

12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.

13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. ... 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.

İDDİANİN NÖVÜ VƏ MÜMKÜNLÜYÜ VƏ BUNA DAİR MƏHKƏMƏNİN MÖVQEYİ

Qeyd olunmalıdır ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdır. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Göründüyü kimi iddianın qaldırılmasında şəxsin subyektiv hüququnun mövcud olubolmaması iddianın mümkün hesab edilib-edilməməsi ilə bilavasitə bağlıdır. Bununla əlaqədar olaraq ilk növbədə qeyd edilməlidir ki, məhkəmə qaydasında qaldırılmış iddia tələbi özünün və ya başqasının mənafeyi naminə, pozulması ehtimal edilən hüquq və azadlıqların müdafiəsi naminə məhkəmə qaydasında həyata keçirilən prosessual hərəkətdir. Göründüyü iddia tələbinin pozulması ehtimal olunan hər hansı hüquq və azadlıqla bağlı olması və mənafe naminə irəli sürülməsi zəruri şərtdir. AR İPMnin 35.1-ci maddəsi ilə də müəyyən edilir ki, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozuntusu yoxdursa iddia mümkünsüzdür. Məhkəmə hesab edir ki, hazırkı iddiada pozulması ehtimal olunan hüquq məhz mülkiyyət hüququdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsindən də göründüyü kimi hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin mülkiyyət hüququ vardır. Hazırkı iddia da iddiaçının mənafeyi namində məhz iddiaçının konstitusion hüquqlarından biri olan mülkiyyət hüququnun təminatı ilə əlaqədar qaldırılmışdır ki, iddia tələbindən də göründüyü kimi iddiaçı daşınmaz əmlaka qeydiyyata düşmüş fiziki şəxsin qeydiyyatını mübahisələndirərək onun mülkiyyət hüququnu həyata keçirməsinə maneələrin olduğunu iddia edir. Bu səbəbdəndir ki, hazırkı iş üzrə iddiaçının əmlaka dair iddia qaldırılmasında hər hansı hüquqa malik olub-olmamasının müəyyən edilməsi və nəticədə subyektiv hüququn mövcud olub-olmaması müəyyən edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-21-3/2-m- 1493-8/2023 saylı cavab məktubundan müəyyyən olunur ki, sözügedən torpaq sahəsi dövlət mülkiyyətinə aid olduğundan məhkəmə hesab edir ki, iddiaçının mübahisə predmeti olan torpaq sahəsinə dair subyektiv hüquqları mövcud deyildir. Bundan əlavə məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş mübahisəli ərazinin foto görüntülərindən də mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı iddiaçının qanunla qorunan hər hansı bir hüququnun pozulması müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, hazırkı halda iddiaçının subyektiv hüququnun pozulduğu iş materialları ilə müəyyən edilmir. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv hüquq və ya başqa sözlə “subyektin hüququ” - bu konkret şəxsə məxsus olan hüquq olur. Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, “Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib1edilmədiyini yoxlamalıdırlar. (2.3-cü bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.”(9-cu bənd) Qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən, o mümkün iddia kimi qəbul edilə bilməz. İPM: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 35.3. iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Maddə. 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. NƏTİCƏVİ HİSSƏ

Qeyd olunanlara əsasən və İPM-nin 2, 35, 80, 81 və 83-cü maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı X9 üçüncü şəxs qismində göstərilməklə “torpaq sahəsinin zəbt edilməsinin aradan qaldırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardaddan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar