Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-406/2021 21.01.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəriman İbrahim oğlu Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət X10 Bölmələrini X7 rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə əlilliyin bərpa edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, 2019-cu ilin yanvar ayından etibarən dayandırılmış 2-ci qrup əlilliyinin yenidən bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Ali-Hərbi Təhsilli zabit ehtiyatda olan kapitan, Qarabağ müharibə veteranıdır. Ali-hərbi məktəbdə oxuduğu müddət ərzində 1992-ci ilin Dekabr ayında X1 Komandirinin 304 №-li əmri ilə Respublikanın ərazi bütövlüyü və suverenliyi uğrunda işğal olunmuş torpaqların Erməni işğalçılarından azad olunması məqsədilə döyüş əməliyyatları bölgəsinə, Ağdam Rayonunun Mərzili-Novruzlu kəndlərinə göndərilərək döyüş əmrini icra etmişdir. Eyni zamanda xx xxxxxx 1994-cü il tarixdə məktəb rəisinin 76 №li əmri ilə Xanlar Rayonu ərazi vahidində mövcud olan "MUROV və GÜZGÜ" Dağ adlanan yüksəkliklərin işğaldan azad olunmasında kursant yoldaşları ilə birlikdə fəal iştirak etmiş elə həmin döyüşlərdə qarşı tərəfdən atılan artileriya mərmiləri nəticəsində sağ-bud çanaq, sağ baldır və bədənin müxtəlif nahiyyələrindən coxsaylı mərmi "qəlpə" yaraları almışdır. O cümlədən Naxçıvan sərhəd dəstəsində zabit qismində xidmətdə olarkən 21-ci Sərhəd zastavasında ezamiyyətdə olduğu müddətdə Dövlət sərhəddində baş vermiş hadisənin qarşısının alınması məqsədi ilə hadisə yerinə hərəkət edən zaman "Sol diz" oynağından xəsarət almış, aldığı xəsarət səbəbindən xx xxxxxx 1997-ci ildə Dövlət Sərhəd Xidmətinin Hərbi-Hosbitalında cərrahiyyə əməliyyatı olunmuşdur. Aldığı çoxsaylı (qəlpə) yaraları və xəsarətlər səbəbindən səhhətində yaranan hər iki ayağının diz oynağında hərəkətin məhdudluğu yerişin pozulması, sağ pəncənin parezi, hər iki aşağı ətraf əzələlərin hipotrofiyası, hər iki diz oynağının postravmatik deformasiyaedici artrozu, bel fəqərələrinin asteoxandrozu və sair səbəblərdən 2003-cü ilin Aprel ayından etibarən könüllü ərizə ilə silahlı qüvvələrin ehtiyatına buraxılmışdır. Hər il mütamadi olaraq müxtəlif tibb müəssisələrində müayinə və müalicə olunmuş səhhətində illər ötdükcə yaranan ağırlaşmalar səbəbilə 2016-cı ilin Dekabr ayında Ağstafa rayon mərkəzi xəstəxanası tərəfindən ətraflı müayinə və müalicə edildikdən sonra yazılmış (forma 088) rəsmiləşdikdən sonra 2017-ci il yanvar ayının 27-də ona 2-ci qurup əlillik təyin edilmişdir. Lakin DSX-nin Mərkəzi Hərbi-Həkim Komissiyyası tərəfindən şəhadətləndirilərkən 1994-cü ildə döyüş əməliyyatları bölgəsində "döyüş" əmrini icra edərkən aldığı xəsarətlər, istər 1997-ci ildə Naxçıvan Dövlət sərhəddinin mühafizəsi zamanı "sol diz" oynağından aldığı xəsarətlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2008-ci il tarixli 59 N-li qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin 7.2 bəndinin a) yarımbəndində nəzərdə tutulmuş qaydada təyin edilməyərək, Naxçıvan Dövlət Sərhəddində baş vermiş hadisə zamanı "sol diz" oynağından aldığı xəsarət "travmadır hərbi xidmət dövrü almışdır" 1994-cü ilin 18 fevralında işğal olunmuş torpaqların azad olunması uğrunda gedən döyşlərdə qarşı tərəfdən atılan artileriya mərmiləri nəticəsində "sag bud- çanaq, sağ baldır" və bədənin müxtəlif nahiyyələrindən aldığı cox saylı mərmi "qəlpə" yaraları "hərbi travmadır hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır" kimi təyin edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti nəticəsində Baş prokurorluq yanında korrupsiya idarəsi tərəfindən aparılan araşdırma yoxlamalar nəticəsində DSX-nin MHHK-nın onun umumi aldığı xəsarətlərin səbəb əlaqəsinin təyin edilməsində barəsində verdiyi 2013-cü ildən indiyədək müxtəlif tarixlərdə başqa-başqa məzmunlu (3 üç) ayrı arayışlarda uyğunsuzluğun olduğu təyinatın düzgün təyin edilməməsi müəyyən edilmişdir. Bu səbəbdən xx xxxxxx 2017-ci ildə ona təyin edilmiş 2-ci qrup əlillik dayandırılmışdır. Lakin xx xxx 2019-cu il tarixdə DSX-nin MHHK-nin 2003-cü ildən hazırki vaxtadək barəsində verdiyi ayrı-ayrı illərdə 3 (üç) başqa-başqa məzmunlu ziddiyyət yaradan qərarlar məhkəmədə mübahisələndirilmişdir. Məhkəmə prosesləri zamanı DSX-nin MHHK-nın məsul şəxsləri barəsində verdiyi qərarlara yenidən baxacağı öhdəlik götürərək, aldığı xəsarətlərin səbəb əlaqəsini yenidən müvafiq sənədlərə xəstəlik epiqrizlərinə əsaslanaraq xx xxxxxxxx 2019-cu ildə Nazirlər Kabinetinin xx xxxxxx 2008-ci il tarixli 59 № li qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin 7.2 bəndinin a) yarım bəndinin yenidən əldə rəhbər tutaraq barəsində 541№ li düzgün qərar vermişdir. Korrupsiya İdarəsinin araşdırması zamanı nəzarət qaydasında müayinə üçün Tibbi Ekspertizaya, oradan isə Travmatalogia İnstitutuna Göndərişlə göndərilərək müayinə olunmuşdur. Döyüş əməliyyatları bölgəsində və Dövlət Sərhədlərinin mühafizəsi zamanı aldığı xəsarətlər səbəbindən səhhətində yaranan bütün fəsadlar bir daha öz əksini tapmışdır. Lakin dayandırılmış 2-ci qrup əlilliyinin yenidən bərpası ücün aidiyyatı üzrə dəfələrlə Tibbi-sosial Ekspertiza və Reabiltasiya Xidmətinə müraciət etmiş, Ağstafa rayon mərkəzi xəstəxanasından səbəb əlaqənin dəyişilməsi və əlilliyin bərpası üçün yazılmış Forma-088 aidiyyatı üzrə təqdim olunsa da əlilliyi bərpa olunmamışdır. Odur ki, qeyd edilən faktları nəzərə alaraq 2019-cu ilin yanvar ayından etibarən dayandırılmış 2-ci qrup əlilliyinin yenidən bərpası üçün ədalətli qərar verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin xx.xx.2019-cu il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmənin xx xxxx 2020-ci il tarixli qərardadı ilə Ağstafa rayon Mərkəzi Xəstəxanası 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş **********0 №li xx.xx.2020-ci il tarixli iddia tələbinə dair yazılı münasibətdə göstərilmişdir ki, İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0221003AAEWM saylı göndərişi əsasında xx.xx.2017-ci il tarixdə şəxsin iştirakı olmadan qiymətləndirilmiş və “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlilliyin təyini ilə bağlı qərar verilmişdir. Göndərişdə qeyd edilmiş “İkitərəfli posttravmatik koksartrozlar, odlu silah yaralanmasından sonra hər iki bud-çanaq oynağının koksartrozu. Oynaqların kontrakturası, hər iki budçanaq oynağının yaxınlaşdırıcı-uzaqlaşdırıcı kəskin kontrakturası. Spastik hemiplegiya, Sağ pəncənin parezi. Hərəkətin və yerişin pozulmaları, Hərəkətin və yerişin pozulması. Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Hər iki aşağı ətraf əzələlərinin hipotrofiyası. Onurğanın osteoxondrozu, Bel fəqərələrinin osteoxandrozu İkitərəfli posttravmatik qonartroz, Hər iki diz oynağının posttravmatik deformasiyaedici artrozu Hipertrofik çapıq, Sağ diz oynağının tış səthində, sağ baldırın aşağı 1/3-nin iç səthində, sol diz oynağının iç səthində çapıq toxmaları. Radikulopatiya, Radikulopatiya kəskin kökcük ağrıları ilə” diaqnozu əsasında ikinci dərəcə əlillik əsaslı təyin edilmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən ünvanlanmış xx.xx.2018-ci il tarixli, K/11/2238 nömrəli məktubunda bidirilir ki, sabiq hərbi qulluqçu, kapitan İddiaçı adına tərtib olunmuş xx.xx.2016-cı il tarixli 1060 nömrəli arayışın əslində olan birinci diaqnozun mətnindən "Funksiyaların cüzi dərəcədə pozulması ilə" və "Sol tərəfli posttravmatik qonartroz (İİ mərhələ), oynağın gərginlikdən yaranan cüzi qeyri-sabitliyi" cümlələrindən müvafiq olaraq "cüzi dərəcədə" və "cüzi" sözləri çıxarılmış, qərar hissəsində ikinci diaqnoza uyğun olan "Hərbi xidmətə yararlıdır" sözləri "Sıradankənar hərbi xidmətə yararlıdır" sözləri ilə, üçüncü diaqnozda “Funksiyaların pozulması olmayan yayılmış lipomatoz" sözləri "Funksiyaların pozulması ilə yayılmış lipomatoz" sözləri ilə və "Mülayim dərəcədə ifadə olunmuş" sözləri "ciddi dərəcədə ifadə olunmuş" sözləri ilə dəyişdirilmişdir. Bununla əlaqədar şəxsin Əlillik altsistemində müayinəsi ləğv edilmişdir. xx.xx.2019-cu il tarixdə İddiaçı Xidmətdə əyani müayinə edildi. Xəstənin hazırkı vəziyyətinin dəqiqləşdirilməsi üçün ətraflı müayinə üçün göndərişlə X3 və Ortopediya İnstitutna göndərildi. X3 İnstitutu tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli a/k-472 saylı arayışda xəstəyə “Odlu silah yaralanmasından sonra hər iki bud-çanaq oynağının koksartrozu yaxınlaşdırıcı və uzaqlaşdırıcı kontrakturası, hər iki diz oynağının deformasiyaedici artrozu. Sol diz oynağının açıcı-bükücü kəskin kontrakturası. Əzələ atrofiyası. Sağ diz oynağının tış səthində, sağ baldırın aşağı 1/3-nin səthində çapıq toxumaları. Neyropatık ağrılarla, dayaq hərəkət funksiyasının pozulması. Bel fəqərələrinin osteoxondrozu. Daimi kəskin ağrı sindromu ilə’’ diaqnozu qoyulmuşdur. X3 və Ortopediya İnstitutunun müayinəsində, səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş “Spastik hemiplegiya, Sağ pəncənin parezi. Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Hər iki aşağı ətraf əzələlərinin hipotrofiyası” diaqnozları təsdiqini tapmamışdır. ET Travmotologiya İnstitutu tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli a/k-472 saylı arayışda qeyd edilmiş diaqnoz, Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”-yə uyğun olaraq əlilliyin təyininə əsas vermir. İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0221003AAHJR saylı göndərişi əsasında xx.xx.2019-cu ıl tarixdə şəxsin iştirakı olmadan qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən göndərişdə diaqnozda qeyd edilmiş ağırlaşmalar köməkçi diaqnostik müayinələrlə təsdiq edilmir, oynaqda hərəkət həcmi barədə məlumat qeyd edilməmişdir. Buna görə də əlillik təyinatı aparmaq mümkün olmamış və əsaslı olaraq göndərişin natamam dodldurulması barədə qərar verilmişdir. İmtina qərarı ilə bağlı İddiaçı şikayətlə Dövlət Tibb-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə müraciət etmişdir. Müraciətlə bağlı xx.xx.2019-cu il tarixdə İddiaçı Xidmətdə əyani müayinə edilmiş, müayinə zamanı şəxsdə əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyinə görə diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar verilmişdir. Belə ki, obyektiv müayinə zamanı xəstənin hazırkı vəziyyəti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli 541 saylı qərarında qeyd edilmiş “Odlu silah yaralanması (1994). Sağ bud-çanaq və sağ baldır nahiyyəsinin qəlpə yaralanmasından sonrakı köhnə dəri çapıqları. Sol diz oynağının içəri meniskinin cırılmasına görə aparılmış “Açıq üsulla total meniskektomiya əməliyyatının (xx.xx.1997) uzaq qalıq əlamətləri. Soltərəfli posstravmatik qonartroz (ll mərhələ), oynağın gərginlikdən yaranan cüzi qeyri-sabitliyi, təkrarlanan sinoviti, meniskokalsinoz” diaqnozu ilə eynilik təşkilik edir, qeyd edilən diaqnoz Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”-yə uyğun olaraq əlilliyin təyininə əsas vermir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş tərəflər və 3-cü şəxs ərizələrlə məhkəməyə müraciət edərək, şifahi məhkəmə baxışının onların iştirakı olmadan keçirilməsinə etiraz etmədiklərini bildirdiklərindən, məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3 və 16.2-ci maddələrinin tələblərinə əsasən işə tərəflərin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçı iddianın mahiyyəti üzrə izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən göstərilənlərin nəzərə alınmaqla iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçıya məxsus xx.xx.2017-ci il tarixdə Ağstafa RPŞ tərəfindən verilmiş AZE seriyalı 16157400 №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1974-cü ildə Qazax rayonu Tatlı kəndində doğulmuş Əsgərov X9 rayonu Tatlı kəndində qeydiyyatdadır. İş materiallarında olan; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatda qeyd olunmuşdur ki, 0221003AAEWM saylı göndərişlə göndərilmiş № 088 saylı arayış əsasında xx xxxxxx 2017-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində, iddiaçıya ikinci dərəcəli əlillik dərəcəsi təyin olunmuşdur. Əlillik və sağlamlıq imkanlarının məhdudluq müddəti xx.xx.2022-ci il tarixə qədər müəyyən olunmuşdur. Əlillik səbəbi kimi hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik göstərilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli 541 nömrəli qərarında göstərilmişdir ki, N saylı hərbi hissənin sabiq hərbi qulluqçusu kapitan İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinin 31.05.19-cu il tarixli 571 nömrəli göndərişinə əsasən xidmət zamanı alınmış xəstəliyin səbəb əlaqəsinə baxılmışdır. Təqdim olunan sənədlərə əsasən (Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinin 31.05.19-cu il tarixli 287 nömrəli arayışı və təsdiq olunmuş şahid ifadələri, DSX HH-nın 2029, 257, 463 №-li xəstəlik tarixlərindən çıxarış epikrizləri, Az.Res.MN Mərkəzi Arxivinin xx.xx.2015-ci il tarixli 9/2-860 nömrəli arayışı ) İddiaçı xx xxxxxx 1994-cü il tarixdə Bakı Ali Birləşmiş Komandanlıq məktəbi rəisinin 37 nömrəli əmri ilə döyüş bölgəsinə göndərilmiş və döyüş zamanı sağ bud-çanaq, sağ baldır və bədənin müxtəlif nahiyələrindən mərmi yarası alması və Dövlət Sərhəd Xidmətinin Naxçıvan Sərhəd dəstəsində xidmət edərkən 21-ci sərhəd zastavasında dövlət sərhədində baş vermiş hadisə yerinə gedərkən sol diz oynağından xəsarət alması, xx xxxxxx 1997-ci ildə HH-da cərrahi əməliyyat olunması təyin edilmişdir. Diaqnoz: Odlu silah yaralanması/1994). Sağ bud-çanaq və sağ baldır nahiyyəsinin qəlpə yaralanmasından sonrakı köhnə dəri çapıqları. Sol diz oynağın içəri meniskinin cırılmasma görə aparılmış “Açıq üsulla total meniskektomiya əməliyyatının/14.11.97) uzaq qalıq əlamətləri. Soltərəfli posttravmatik qonartroz(İİ mərhələ), oynağın fiziki gərginlikdən yaranan cüzi qeyrisabitliyi, təkrarlanan sinoviti, meniskokalsinoz. “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır”. Ağstafa rayon X4 Məsləhət Komissiyasının 0221003AAHEJ №li xx.xx.2019-cu il tarixli bildirişinin surətindən müəyyən olunur ki, adı çəkilən Komissiya tərəfindən İddiaçı müayinə olunmuş və bu barədə göndəriş “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə daxil edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən İddiaçı ünvanlanmış **********1 №li xx.xx.2019-cu il tarixli məktubda sonuncuya bildirilmişdir ki, əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0221003AAHEJ saylı göndərişi əsasında xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə edildikdən sonra xəstəliyin ağırlaşmaları göstərilməklə göndəriş (Forma 088) rəsmiləşdirildiyi halda. Nazirlər Kabinetinin x xxxxxx 2016-cı il tarixli 36 nömrəli qərarına uyğun olaraq, əlillik vəziyyəti adsızlaşdırılmış sənədlər əsasında qiymətləndirilib, müvafiq qərar veriləcəkdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T 309/2020 saylı (ekspertizanın başlanma tarixi xx xxxxxxx 2020-ci il, başa çatma tarixi xx xxxxxx 2020-ci il) rəydən görünür ki, ekspertlər belə nəticəyə gəlmişlər ki, vətəndaş İddiaçı “odlu silah yaralanması (1994), sağ bud-çanaq və sağ baldır nahiyyəsinin qəlpə yaralanmasından sonrakı hər iki bud-çanaq oynağının koksartrozu, yaxınlaşdırıcı-uzaqlaşdırıcı kontrakturası solda yaxınlaşma 15°, uzaqlaşma 35°, sağda uzaqlaşma 45°, yaxınlaşma 10°-dır, sol diz oynağında bükmə-150°, açma- 160°, sol diz oynağının içəri meniskinin cırılmasına görə aparılmış açıq üsulla total meniskektomiya əməliyyatının uzaq qalıq əlamətləri (xx.xx.1997), spastik hemiplegiya, sağ pəncənin parezi, hərəkətin və yerişin pozulması, əzələnin təsnif olunmayan atrofiyası, hər iki aşağı ətraf əzələlərinin hipotrofiyası, bel fəqərələrinin osteoxondrozu, hər iki diz oynağının postravmatik deformasiyaedici artrozu, sağ diz oynağının tış səthində, sağ baldırın aşağı 1/3-nin səthində, sol diz oynağının iç səthində çapıq toxmaları, radikulopatiya, kəskin kökcük ağrıları ilə” soltərəfli postravmatik qonartroz (İİ mərhələ), oynağın gərginlikdən sonra yaranan cüzi qeyri-sabitliyi, hərəkət məhdudluğu, təkrarlanan sinovit, meniskokalsinoz” diaqnozu müəyyən edildi. Müəyyən edilmiş diaqnoz Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli 541 saylı qərarında qeyd edilmiş xx.xx.2019-cu il tarixdə Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasında göstərilən diaqnozla natamam, Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müəyinəyə dair xx.xx.2017-ci il tarixli 0221003AAEWM nömrəli göndərişində qeyd edilən diaqnozla isə tam eynilik təşkil edir ki, bunlar Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda və məhkəmə-tibbi ekspertiza zamanı aparılmış müayinələrlə bir daha öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi Ruslan Həsənov məhkəməyə ünvanladığı ekspert rəyinə dair mülahizəsində (etiraz) göstərmişdir ki, tərtib edilmiş məhkəmə tibb ekspertizasının T 309/2020 nömrəli xx.xx.2020-ci il tarixli rəyinin nəticə hissəsində müəyyən edilmiş diaqnozun Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli 541 saylı qərarında göstərilən diaqnozla natamam olmasının qeyd olunması da iddiaçının tələbinin əsassız və qanunsuz olmasını təsdiq edir. Belə ki, xx xxxxxx 2020-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə və hazırda qüvvədə olan Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan müəyyən edilir. “Qayda”nın 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Göndəriş adsızlaşdırıldığından və qiymətləndirmə şəxsin iştirakı olmadan aparıldığından onun kimə aid olması komissiyaya məlum olmur. Yəni müraciət və qiymətləndirmə zamanı vətəndaşın kimliyi məlum olmadığından onun vəzifəsi, mənsubiyyəti, titulu və sair hallar nəzərə alınmır. İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0221003AAEWM saylı göndərişi əsasında xx.xx.2017-ci il tarixdə şəxsin iştirakı olmadan qiymətləndirilmiş və “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən ünvanlanmış xx.xx.2018-ci il tarixli, K/11/2238 nömrəli məktubunda İddiaçı adına tərtib olunmuş xx.xx.2016-cı il tarixli 1060 nömrəli arayışın əslində sözlərin dəyişdirildiyi qeyd olunduğundan, yəni qanunazidd əmələ yol verilməsi nəticəsində şəxsə əlilliyin təyin edilməsi üçün məlumatların təhrif olunduğu aşkar edildiyindən “Əlillik altsistemi”ndə ona aid müayinə ləğv edilmişdir. İddiaçı 1994-cü ildə aldığı travmadan sonra qısamüddətli müalicə alaraq hərbi xidmətini davam etdirməsi onun hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı travmanın qeyri-ciddiliyindən xəbər verir. İddiaçının 1997-ci ildə hərbi xidmət dövründə sol diz oynağından meniskin cırılması ilə nəticələnən travmanın əlilliyə əsas verən dəyişikliklərə səbəb olması qeyri-realdır. Digər tərəfdən X3 və Ortopediya İnstitutundan verilən rəydə “Odlu silah yaralanmasından sonra hər iki bud-çanaq oynağının koksartrozu, yaxınlaşdırıcı və uzaqlaşdırıcı kontrakturası, hər iki diz oynağının deformasiyaedici artrozu. Sol diz oynağının açıcı-bükücü kəskin kontrakturası. Əzələ atrofiyası. Sağ diz oynağının tış səthində, sağ baldırın aşağı 1/3-nin səthində çapıq toxumaları. Neyropatik ağrılarla, dayaq hərəkət funksiyasının pozulması. Bel fəqərələrinin osteoxondrozu. Daimi kəskin ağrı sindromu ilə” diaqnozu qoyulmuşdur. Yəni, rəydə göstərilən patofunksional pozğunluqlar, tibbi-sosial ekspert komissiyası tərəfindən keçirilmiş əyani müayinə zamanı təsdiq olunmuşdur. Lakin bu dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyindən, iddiaçı əlil hesab edilməmişdir. Məhkəmə tibb ekspertizasının T 309/2020 nömrəli xx.xx.2020-ci il tarixli rəyində göstərilən oynaqların hərəkət amplitudası ankiloz və ya kəskin kontraktura kimi dəyərləndirilə bilməz. Eləcə də fiziki gərginliklə əlaqədar olan sol diz oynağının qeyri stabilliyi əlillik təyininə əsas vermir. Həmçinin rəydə qeyd olunmuş əhəmiyyətli plegiya və və parez əlamətləri xəstənin 1994- 1997-ci illərdə aldığı travmalarla etio-patogenik olaraq əlaqəli deyil. Göstərilən rəydə ekspertiza üçün əhəmiyyətli olan plegiya və və parez əlamətləri baş beyin və onurğa beyini mənşəli olduğundan xəstəyə aidiyyatı üzrə tibb müəssisəsində müvafiq müayinə və müalicədən sonra əlilliyə səbəb kimi “ümumi səbəb” seçilməklə yenidən göndəriş tərtib oluna bilər. Həmçinin rəydə qeyd olunmuş şəxsdə canlı müayinə zamanı aşkar olunan diaqnoz və patofunksional dəyişikliklər, yəni “Odlu silah yaralanması(1994). Sağ budçanaq və sağ baldır nahiyyəsinin qəlpə yaralanmasından sonrakı köhnə dəri çapıqları. Sol diz oynağının içəri meniskinin cırılmasına görə aparılmış “Açıq üsulla total meniskektomiya əməliyyatının (xx.xx.1997) uzaq qalıq əlamətləri. Soltərəfli posstravmatik qonartroz (İİ mərhələ), oynağın gərginlikdən yaranan cüzi qeyri-sabitliyi, təkrarlanan sinoviti, meniskokalsinoz” diaqnozu ilə eynilik təşkilik edir. Bu diaqnoz isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq əlilliyin təyininə əsas vermir. İddiaçı adına tərtib olunmuş xx.xx.2016-cı il tarixli 1060 nömrəli arayışda qeyd olunmuş məlumatların saxtalaşdırılması yəni, diaqnozlarda funksional pozğunluqları ağırlaşdırmaq, bununla da əlilliyin təyininə əsas əldə etmək məqsədilə birinci diaqnozun mətnindən "Funksiyaların cüzi dərəcədə pozulması ilə" sözləri, "Funksiyaların pozulması ilə" sözləri ilə əvəz edilmiş, "Sol tərəfli posttravmatik qonartroz (İİ mərhələ), oynağın gərginlikdən yaranan cüzi qeyri-sabitliyi" cümləsindən "cüzi" sözləri çıxarılmış, qərar hissəsində ikinci diaqnoza uyğun olan "Hərbi xidmətə yararlıdır" sözləri "Sıradankənar hərbi xidmətə yararlıdır" sözləri ilə, üçüncü diaqnozda “Funksiyaların pozulması olmayan yayılmış lipomatoz" sözləri "Funksiyaların pozulması ilə yayılmış lipomatoz" sözləri ilə və "Mülayim dərəcədə ifadə olunmuş" sözləri "ciddi dərəcədə ifadə olunmuş" sözləri ilə qəsdən dəyişdirilməsi də İddiaçı iddia olunan səbəbdən əlilliyin olmamasını təsdiq edir. Mülahizəyə əlavə olunmuş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış xx.xx.2018-ci il tarixli K/11/2238 saylı məktubda göstərilmişdir ki, N nömrəli hərbi hissənin sabiq qulluqçusu kapitan İddiaçı adına tərtib olunmuş xx.xx.2016-cı il tarixli 1060 nömrəli arayışda birinci diaqnozda “Funksiyaların cüzi dərəcədə pozulması ilə” sözləri “Funksiyaların pozulması ilə” sözləri ilə əvəz edilmiş, “Sol tərəfli posttravmatik qonartroz (İİ mərhələ), oynağın gərginlikdən yaranan cüzi qeyri-sabitliyi” cümləsində “cüzi” sözü çıxarılmışdır. -qərar hissəsində ikinci diaqnoza uyğun olan “Hərbi xidmətə yararlıdır” sözü “Sıradankənar hərbi xidmətə yararlıdır” sözləri ilə dəyişdirilmişdir. -üçüncü diaqnozda “Funksiyaların pozulması olmayan yayılmış lopomatoz” cümləsi “Funksiyaların pozulması ilə yayılmış lopomatoz” cümləsi ilə dəyişdirilmişdir. “Mülayim dərəcədə ifadə olunmuş” sözləri “ciddi dərəcədə ifadə olunmuş” sözləri ilə dəyişdirilmişdir. Beləliklə işin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan tərəfindən səhiyyə müəssisəsinin 0221003AAEWM saylı göndərişi əsasında xx.xx.2017-ci il tarixdə iddiaçıya beş il müddətinə ikinci dərəcə əlillik dərəcəsi təyin edilmiş və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin xx.xx.2018-ci il tarixli məktubuna əsasən “Əlillik altsistemi”ndə ona aid müayinə ləğv edilmişdir. Hazırda iddiaçı əlillik dərəcəsinin bərpa olunmasını istəyir. İşin qeyd olunan hallarını nəzərə alaraq aşağıda qeyd olunan əsaslara görə məhkəmə cavabdeh inzibati orqanın imtinasını əsassız hesab edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”də (iddiaçının əlilliklə bağlı inzibati orqana müraciət etdiyi zaman qüvvədə olmuş redaksiyada) aşağıdakılar müəyyən olunmuşdur: - 1.4-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını TSEK (tibbi-sosial ekspert komissiyaları) və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir; - 4.1-cü bəndinə əsasən, şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır; - 4.3-cü bəndinə əsasən, göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; - 4.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə və “X2 Kartı Sistemi”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışı təmin edilir. - 4.9-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X5 Sosial Ekspertiza və X8 (bundan sonra — TSERAS) ötürülür; - 4.23-ci bəndinə əsasən, mürəkkəb ekspertiza, əlillik dərəcəsinin ağırlaşması, TSEK-in çıxaracağı qərarla konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları, Xidmət tərəfindən müayinənin keçirilməsini zəruri edən səbəbləri qeyd etməklə, TSERAS-a daxil edir. TSERAS tərəfindən bu məlumatlar həmin gün Xidmətə ötürülür; - 4.24-ci bəndinə əsasən, Xidmət bu Əsasnamənin 4.23-cü bəndində göstərilən hallar üzrə TSEK-in müraciəti əsasında növbəti iş günü araşdırma aparmaqla, qərar qəbul edir, bu barədə məlumatı dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək TSERAS-a daxil edir. Göstərilmiş tələblərin ümumiləşdirilmiş nəticəsinə görə, şəxsin əlillik dərəcəsi TSEK və müəyyən edilmiş hallarda TSEK-in funksiyalarını həyata keçirən Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidməti müəyyən edir. İlk əvvəl şəxsin əlilliyin qiymətləndirilməsi üçün müvafi dövlət səhiyyə müəssisəsi göndəriş tərtib etməli və onu “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil etməlidir. - 4.25-ci bəndinə əsasən araşdırma şəxsin iştirakı ilə müayinə aparılması zərurəti yaradarsa, Xidmət TSERAS-dan müraciət daxil olduğu gün şəxsin əks əlaqə vasitələrinin birinə TSERAS vasitəsilə müayinə vaxtı və yeri barədə məlumat göndərir və ya bildirir. Şəxs Xidmətə gəldiyi gün müayinə olunur, müvafiq qərar qəbul edilir və bu barədə məlumat dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək şəxsə bildirilərək TSERAS-a daxil edilir. - 4.26-cı bəndinə əsasən əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.5-ci bəndində göstərilmişdir ki, Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Əsasnamənin 2.2-ci bəndində göstərilmişdir ki, ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Əsasnamənin 2.2.8-ci bəndində göstərilmişdir ki, etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9, G80- G80.9) hallarında ikinci dərəcə əlillik təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır: şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması (bənd 1.3.1.); əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması (1.3.5.). Qaydaların 2.2-ci bəndinə göstərilmişdir ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarına uyğun olaraq əlilliyin müddətsiz təyin edilməsinə əsas verə bilən tibbi göstərişlərin olduğu hallarda göndərişlər sadələşdirilmiş qaydada (əlavə müayinələr, xəstəlik tarixindən çıxarışlar (epikrizlər), funksional diaqnostik müayinələr tələb edilmədən) verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbisosial ekspert komissiyaları haqqında Əsasnamə” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM- 73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Cavabdehin iddiaya dair etirazında qeyd etdiyi dəlillərə gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin dəlillər ekspert rəyi ilə təkzib olunur. Məhkəmə cavabdehin ekspert rəyinə dair mülahizəsində qeyd etdiyi dəlilləri də əsassız hesab edir. Belə ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 29-1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddələrinin tələblərinə əsasən xüsusi bilik tələb olunan sualları izah etmək üçün iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspert qarşısında qoyulan sulların həlli məqsədilə sonuncuya hazırki iş üzrə iddiaçı olan İddiaçı canlı müayinəsinin həyata keçirilməsi həvalə olunmuşdur. Ekspertiza rəyindən də göründüyü kimi, ekspert tərəfindən məhkəmə qərardadı ilə ona həvalə edilmiş göstərişlər qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilməklə (iddiaçı canlı müayinə olunmaqla), nəticə verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçı xx.xx.1974-cü ildə Qazax rayonu Tatlı kəndində doğulmuş İddiaçı təyin olunmuş ikinci qrup əlillik dərəcəsinin bərpa olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1974-cü ildə Qazax rayonu Tatlı kəndində doğulmuş İddiaçı təyin edilmiş ikinci qrup əlillik dərəcəsinin bərpa olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-406/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-406/2021
21.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver