Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4061/2021 11.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı nümayəndəsi, Vəkil (vəkillik fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X1 (Balakəni rayonu, Tülü kəndində qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin Mərkəz filialına qarşı güzəştli şərtlərlə 52 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 57 yaşı tamam olduğu tarixdən, yəni 15.09.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1960-cı ildə Laçın rayonunda doğulmuşdur. İddiaçı 22.10.1978-ci ildən 21.10.1980-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. İddiaçı 04.03.1981-ci ildən 01.04.1982-ci ilə qədər Azərbaycan SSR DİN Tikinti İdarəsinin 2№-li tikinti idarəsində 2-ci dərəcəli fəhlə, 01.04.1982-ci ildən 28.06.1985-ci ilə qədər həmin idarədə bənna, 16.12.1985-ci ildən 21.07.1986-cı ilə qədər Bakı şəhəri, keçmiş Oktyabr rayonu, 64 saylı mənzil istismar sahəsində çilingər-qaz qaynaqçısı, 25.03.1987-ci ildən 01.06.1987-ci ilədək Bakı şəhəri, Bünyad Sərdaarov adına maşınqayırma zavodunda 3 saylı metal konstruksiyalar sexində mexaniki yığma işləri üzrə çilingər şagirdi, 01.06.1987-ci ildən 23.03.1990-cı ilədək Metal konstruksiyalar sexində mexaniki yığma işləri üzrə çilingər, 23.03.1990-cı ildən 16.05.1990-cı ilədək 1 saylı sexdə 2-ci dərəcəli elektrik-qaz qaynaqçısı,16.05.1991-ci ildən 03.02.1992-ci ilə qədər həmin sexdə 3-cü dərəcəli elektrik qaynaqçısı, 03.02.1992-ci ildən 01.02.1993-cü ilədək köçermə yolu ilə “Ulduz-2” Kiçik müəssisəsində 3-cü dərəcəli elektrik qaz qaynaqçısı, 01.02.1993cü ildən 01.01.2003-cü ilə qədər Bünyad Sərdaraov adına maşınqayırma zavodunun 1№-li metal konstruksiya yığma qaynaqlama sexində 3-cü dərəcəli elektrik qaz qaynaqçısı, 01.01.2003-cü ildən 01.01.2005-ci ilə qədər "xxxx" TASC-də TASC-nin 1 saylı metal konstruksiya və mexaniki yığma sexində 3-cü dərəcəli elektrik qaz qaynaqçısı vəzifəsində işləmişdir. Bir müddət iddiaçı əmək fəaliyyətinə fasilə vermiş və 16.01.2012-ci ildən fərdi sahibkar kimi fəaliyyət göstərməkdədir. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçı Qarabağ müharibəsi veteranıdır. Şəxsin yuxarıda sadalanan əmək fəaliyyətləri ona məxsus əmək kitbçası ilə yanaşı iş yerindən verilmiş arxiv arayışları ilə öz təsdiqini tapmışdır. Bundan sonra iddiaçı ilk dəfə 03.04.2018-ci il tarixdə keçmiş DSMF-nin Qaradağ rayon şöbəsinə müraciət etmiş lakin ona pensiya təyin edilməsindən imtina edilmişdir. Daha sonra iddiaçı 11.12.2020-ci ildə cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə 57 yaşdan pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan 22.01.2021-ci il tarixli cavab məktubu ilə iddiaçının ərizəsində qeyd etdiklərinin icrasından imtina etmişdir. İmtinanın əsası kimi şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğində aşağı olmayan pensiya təminatına imkan verməməsi qeyd olunmuşdur. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Hazırkı mübahisə üzrə cavabdeh inzibati orqanın imtinasından görünür ki, o, şəxsə 60 yaşı tamam olan tarixdən pensiya təyin olunmalı olduğu qənaətinə gəlmiş və hazırda qüvvədə olan qanunvericiliyə istinad edərək şəxsin minimum penisya kapitalı normasına riayət edilməməsini əsas göstərmişdir. Halbuki cavabdeh inzibati orqan iddiaçıya 60 yaşdan deyil 57 yaşdan və həmin dövrdə qüvvədə olan qanunvericilik normalarına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməli idi. Şəxsə 57 yaşdan pensiya təyin edilməsi üçün 2 hal mövcud olmalı idi. 1) 01.01.2006-cı ilə qədər şəxsin 25 il ümumi iş stajına malik olması; 2) 01.01.2006-cı ilə qədər şəxsin 12 il 6 ay güzəştli iş stajının olması; İddia ərizəsinə əlavə edilmiş iddiaçının əmək kitabçasının və hərbi biletinin rus dilindən Azərbaycan dilinə tərcümə edilmiş və notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, iddiaçının 01.01.2006-cı ilə qədər 26 il 2 ay 10 gün ümumi iş stajı və B.Sərdarov adına maşınqayırma zavodu tərəfindən verilmiş arxiv arayışından görünür ki, iddiaçının 01.01.2006-cı ilə qədər 15 il 09 ay 0 gün güzəştli iş stajı mövcuddur. Belə ki, iddiaçının zavodda işlədiyi “elektrik qaynaqçısı” və “elektrik qaz qaynaqçısı” vəzifələri Azərbaycan Respublikas NK-nin 23.01.2007-ci il tarixli, 12№-li qərarı ilə təsdiq edilmiş siyahının metal emalı adlanan 11-ci bölməsinin 5-ci yarımbölməsinin “qaynaq işlərini yeerinə yetirən, əllə qaynaq edən elektrik qaynaqçıları (elektrik-qaz qaynaqçıları) peşəsinə uyğundur. Qeyd olunanlara əsasən 57 yaşı tamam olduğu tarixdən, yəni 15.09.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi iddiaya dair yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin Mərkəz filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40798,41 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 20811,27 manat təşkil edir. Həmçinin bildirirlər ki, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı şərtinin vacibliyi Bakı İnzibati Məhkəməsinin X2 işi üzrə 2-1 (112)-5359/2020 saylı, 02.12.2020-ci il tarixli qərarında da qeyd olunmuşdur. Həmin qərara əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər ediməsi barədə” 10 mart 2017-ci il tarixli, 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmiş və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Həmin Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir. Göründüyü kimi, 01.07.2017-ci il tarixədək, güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün yalnız iki şərt (yaş və staj) nəzərdə tutulsa da, yuxarıda qeyd edilən dəyişikliklər qüvvəyə mindikdən sonra (01.07.2017-ci il) “pensiya kapitalı” kimi adlanan yeni şərt əlavə edilmişdir. 01.07.2017-ci il tarixdən sonra şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün üç şərt (yaş, staj və pensiya kapitalı) mövcud olmalıdır”. Beləliklə, məhkəmə sözügedən qərarda qeyd etmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qanunvericiliyə uyğun olaraq hesablanmış kapitalından az təşkil etdiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə dair iddia tələbi əsassızdır və təmin edilməməlidir”. Nəticə etibarilə 01.07.2017-ci il tarixindən sonra şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün üç şərt vacibdir: 1) qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) ümumi və xüsusi iş stajının olması; 3) fərdi hesabın sığorta hissəsindən qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Əlavə olaraq bildiririğu ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı iddiasının rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilərək, İddiaçı 52 yaşı tamam olduğu tarixdən, yəni 15.09.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə qeyd olunanlara uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuşdur. İşdə olan НЗ ******* №-li Hərbi Biletin rus dilindən azərbaycan dilinə tərcümə edilmiş və notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 22.10.1978-ci ildən 21.10.1980-cı ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. İşdə olan iddiaçıya məxsus ИТ-İ № ******* saylı əmək kitabçasının rus dilindən azərbaycan dilinə tərcümə edilmiş və notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 04.03.1981-ci ildən 01.04.1982-ci ilə qədər Azərbaycan SSR DİN Tikinti İdarəsinin 2№-li tikinti idarəsində 2-ci dərəcəli fəhlə, 01.04.1982-ci ildən 28.06.1985-ci ilə qədər həmin idarədə bənna, 16.12.1985-ci ildən 21.07.1986-cı ilə qədər Bakı şəhəri, keçmiş Oktyabr rayonu, 64 saylı mənzil istismar sahəsində çilingər-qaz qaynaqçısı, 25.03.1987-ci ildən 01.06.1987-ci ilədək Bakı şəhəri, Bünyad Sərdarov adına maşınqayırma zavodunda 3 saylı metal konstruksiyalar sexində mexaniki yığma işləri üzrə çilingər şagirdi, 01.06.1987-ci ildən 23.03.1990-cı ilədək Metal konstruksiyalar sexində mexaniki yığma işləri üzrə çilingər, 23.03.1990-cı ildən 16.05.1990-cı ilədək 1 saylı sexdə 2-ci dərəcəli elektrik-qaz qaynaqçısı,16.05.1991-ci ildən 03.02.1992-ci ilə qədər həmin sexdə 3-cü dərəcəli elektrik qaynaqçısı, 03.02.1992-ci ildən 01.02.1993-cü ilədək köçermə yolu ilə “Ulduz-2” Kiçik müəssisəsində 3-cü dərəcəli elektrik qaz qaynaqçısı, 01.02.1993cü ildən 01.01.2003-cü ilə qədər Bünyad Sərdaraov adına maşınqayırma zavodunun 1№-li metal konstruksiya yığma qaynaqlama sexində 3-cü dərəcəli elektrik qaz qaynaqçısı, 01.01.2003-cü ildən 01.01.2005-ci ilə qədər "xxxx" TASC-də TASC-nin 1 saylı metal konstruksiya və mexaniki yığma sexində 3-cü dərəcəli elektrik qaz qaynaqçısı vəzifəsində işləmişdir. Göstərilən dövr üzrə 01.01.2006-cı il tarixədək ümumi iş stajı 26 il 02 ay 10 gün təşkil edir. İşdə olan "xxxx" ASC "xxxx" TASC tərəfindən tərtib edilmiş 01/082 saylı, 12.05.2016-cı il tarixli Arxiv arayışından görünür ki, İddiaçı 25.03.1987-ci ildən 01.06.1987ci ilədək Bakı şəhəri, Bünyad Sərdaarov adına maşınqayırma zavodunda 3 saylı metal konstruksiyalar sexində mexaniki yığma işləri üzrə çilingər şagirdi, 01.06.1987-ci ildən 23.03.1990-cı ilədək Metal konstruksiyalar sexində mexaniki yığma işləri üzrə çilingər, 23.03.1990-cı ildən 16.05.1990-cı ilədək 1 saylı sexdə 2-ci dərəcəli elektrik-qaz qaynaqçısı,16.05.1991-ci ildən 03.02.1992-ci ilə qədər həmin sexdə 3-cü dərəcəli elektrik qaynaqçısı, 03.02.1992-ci ildən 01.02.1993-cü ilədək köçermə yolu ilə “Ulduz-2” Kiçik müəssisəsində 3-cü dərəcəli elektrik qaz qaynaqçısı, 01.02.1993-cü ildən 01.01.2003-cü ilə qədər Bünyad Sərdaraov adına maşınqayırma zavodunun 1№-li metal konstruksiya yığma qaynaqlama sexində 3-cü dərəcəli elektrik qaz qaynaqçısı, 01.01.2003-cü ildən 01.01.2005-ci ilə qədər "xxxx" TASC-də TASC-nin 1 saylı metal konstruksiya və mexaniki yığma sexində 3-cü dərəcəli elektrik qaz qaynaqçısı vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li Qərarın Siyahısının Xİ “Metal emalı” hissəsinin 11.5 Metal emalı bölməsinə əsasən qaynaq işlərini yerinə yetirən əllə qaynaqedən elektrik qaynaqçıları (elektrik-qaz qaynaqçıları) güzəştli şərtlə pensiya hüququna malikdir. İşdə olan "xxxx" ASC "xxxx" TASC tərəfindən tərtib edilmiş 07 saylı, 05.07.2021-cı il tarixli Arxiv arayışından görünür ki, İddiaçı 25.03.1987-ci ildən 01.06.1987-ci ilədək Bakı şəhəri, Bünyad Sərdaarov adına maşınqayırma zavodunda 3 saylı metal konstruksiyalar sexində mexaniki yığma işləri üzrə çilingər şagirdi, 01.06.1987-ci ildən 23.03.1990-cı ilədək Metal konstruksiyalar sexində mexaniki yığma işləri üzrə çilingər, 23.03.1990-cı ildən 16.05.1990-cı ilədək 1 saylı sexdə 2-ci dərəcəli elektrik-qaz qaynaqçısı,16.05.1991-ci ildən 03.02.1992-ci ilə qədər həmin sexdə 3-cü dərəcəli elektrik qaynaqçısı, 03.02.1992-ci ildən 01.02.1993-cü ilədək köçermə yolu ilə “Ulduz-2” Kiçik müəssisəsində 3-cü dərəcəli elektrik qaz qaynaqçısı, 01.02.1993-cü ildən 01.01.2003-cü ilə qədər Bünyad Sərdaraov adına maşınqayırma zavodunun 1№-li metal konstruksiya yığma qaynaqlama sexində 3cü dərəcəli elektrik qaz qaynaqçısı, 01.01.2003-cü ildən 01.01.2005-ci ilə qədər "xxxx" TASC-də TASC-nin 1 saylı metal konstruksiya və mexaniki yığma sexində 3-cü dərəcəli elektrik qaz qaynaqçısı vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №-li Qərarı ilə 1 №-li Siyahısının “Metal emalı” adlanan Xİ Bölməsinin “Metal emalı üzrə sair peşələr” adlanan yarımbölməsinin (1110400- 19906) məmulatları qızdırmaqla elektrik qaynaq işlərini yerinə yetirən qaynaq ilə elektrik qaynaqçıları (elektrik qaz qaynaqçıları) güzəştli şərtlə pensiya hüququna malikdir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 22 yanvar 2021-ci il tarixli, **********3 saylı imtina məktubundan görünür ki, iddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə ərizəsi və ona əlavə olunmuş sənədlərə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bakı şəhəri 3 saylı “ASAN xidmət” mərkəzi tərəfindən daxil olmuş ərizəyə və ona əlavə olunmuş sənədlərə baxaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin ən azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin 3.03 alındığı subhesabdır. İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçı münasibətdə 40798,41 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 20811,27 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minumum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Göründüyü kimi iddiaçıya onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi səbəbi ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası aşağıda göstərilənlərə əsasən əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Həmçinin “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 87.2-ci maddəsinin tələbinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. İddiaçı xx.xx.1960-cı il təvəllüdlü olmaqla 52 yaşı 15.09.2012-ci il tarixdə tamam olmuşdur və həmin tarixdən ona güzəştli şərtlərlə pensiya təyin edilməsini tələb edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. 01.01.2006-cı il tarixdək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşa çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ciil 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:
1. İddiaçının 01.01.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması;
2. İddiaçının 01.01.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. Tədqiq olunmuş sənədlərdən müəyyən olunur ki, iddiaçının 01.01.2006-cı ilə qədər hərbi xidmət dövrü də daxil olmaqla 26 il 2 ay 10 gün ümumi və 15 il 9 ay 0 gün güzəştli iş stajı mövcuddur. Göründüyü kimi, hər iki hal iddiaçıya münasibətdə mövcud olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 52 yaşı tamam olduğu tarixdən, yəni 15.09.2012-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunduğu kimi iddiaçının 04.03.1981-ci il tarixdən 01.01.2006-cı il tarixədək olan dövrdə Bakı şəhəri, Bünyad Sərdarov adına maşınqayırma zavodunda işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 saylı siyahının “Metal emalı” adlanan Xİ Bölməsinin “Metal emalı üzrə sair peşələr” adlanan yarımbölməsinin (1110400-19906) məmulatları qızdırmaqla elektrik qaynaq işlərini yerinə yetirən qaynaq ilə elektrik qaynaqçıları (elektrik qaz qaynaqçıları) vəzifəsinə uyğundur və həmin dövr üzrə güzəştli iş stajı 23 il 15 il 9 ay 0 gün təşkil etmişdir. Belə olan halda iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 20 ildən artıq ümumi əmək stajı olduğuna və onun 10 ildən artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə nəzərdə tutulan sahədə işlədiyinə görə onun 52 yaşından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.1 və 9.8-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiyası hüququ yaranmışdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçıya 52 yaşdan, yəni hüququnun yarandığı 15.09.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli və müraciət edildiyi tarixdən 3 il əvvəlki dövr üzrə pensiyanın ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 58, 68-69, 73, 75.1, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALİR:
İddia qismən təmin edilsin. İddiaçı 52 yaşı tamam olduğu tarixdən, yəni 15.09.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və cavabdehə müraciət etdiyi vaxtdan (11.12.2020-ci il tarixdən) 3 il əvvəlki dövr üzrə pensiyanın ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan tərəflərə təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) tərəflər apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fərid Mədətli