Məhkəmə qərarları › İş №2-1(112)-4061/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4061/2024

22.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4061/2024 22.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə “ikinci dərəcəli əlillik pensiyasının bərpa edilməsi və ödənilməyən məbləğin hesablanaraq verilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə “cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə iddiaçının ikinci dərəcəli əllilik pensiyasının bərpa edilməsi və ödənilməyən məbləğin hesablanaraq verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, N-ci Qarabağ iştirakçısıdır və həmin döyüşlərdə yaralanmışdır (qazidir). Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə xəstəliyi ilə bağlı ikinci dərəcəli əlillik pensiya təminatı dayandırılmışdır. Belə ki, N6 noyabr N99N-ci il tarixdə N-ci Qarabağ müharibəsi zamanı N saylı hərbi hissənin, N mart N992-ci il tarixdən 20 sentyabr N994-cıı il tarixədək N saylı hərbi hissənin tərkibində sıravi kimi döyüş əməliyyatlarında iştirak etmişdir. N5 aprel N994-cü il tarixdə Füzuli rayonu uğrunda gedən döyüşlər zamanı ağır yaralandığı üçün Bakı şəhəri M.Nağıyev adına X3 xəstəxanasına (diaqnoz; sağ budun aşağı N/3-nə nüfuz edən dəlib keçən güllə yaranması, sağ diz oynağının postravmatik artiriti) göndərilmişdir. xx.xx.20N8-ci il tarixdə əlillik və ya sağlamlıq imkanlarının müəyyən edilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Tibbi-Sosial Ekspert Komissiyasının rəyinə əsasən (Hərbi əməliyyatlar nəticəsində odlu silah və digər silah növləri ilə törədilmiş zədələr, sağ bud yaralanmasından sonrakı vəziyyət, sinir köklərinin və kələflərinin digər zədələnməsi, sağ aşağı ətrafın porezi, yeriş funkisiyasının kəskin pozulması və s. yanaşı xəstəliklər) ikinci dərəcəli əlillik pensiyası təyin etmişdir. Lakin xəstəliyi daha da ağırlaşmasına baxmayaraq, dəfələrlə yaşadığı Sabunçu rayon Zabrat qəsəbəsində yerləşən poliklinikaya müraciət etsə də, xx.xx.2023-cü il tarixdə əlillik dərəcəsinə xitam verilərək pensiya təminatı dayandırılmışdır. xx.xx.2023-cü il tarixdə bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məktub ünvanlasa da, bu günə kimi məktubuna cavab verilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı xx.xx.20N8-ci il tarixdə “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Sağ budun güllə yaralanmasından sonrakı vəziyyət. Sinir köklərinin və kələflərinin digər zədələnmələri, Sağ bud sinirinin posttravmatik nevriti. Dəqiqləşdirilməmiş paraplegiya, Sağ aşağı ətrafın parezi. Dəqiqləşdirilməmiş ürək çatmamazlığı, üç - İİ fs. Ürəyin aterosklerotik xəstəliyi, Aterosklerotik kardioskleroz. Hərəkətin və yerişin pozulmaları. Yeriş funksiyasının kəskin pozulması (qoltuq ağacının köməyi ilə gəzir) Stenokardiyanın digər formaları, ÜİX - gərginlik stenokardiyası İİ fs [Durğunluq] ürək çatmamazltğı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi]. Hipertoniya xəstəliyi - İİ mərhələ. Xroniki xolesistit, Xr. hipotoxolesistit. Prostat vəzinin digər iltihabı xəstəlikləri, Prostat adenoması” diaqnozu ilə qiymətləndirilərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlillik təyin edilmişdir (yüngül işlərdə işləyə bilər). Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 397 saylı xx.xx.20N7-ci il tarixli qərarına əsasən Bakı şəhəri Nərimanov RHK tərəfindən N99N-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.N994-cü il tarixdə aldığı və xx.xx.N994-cü ildən xx.xx.N994-cü ilə kimi Bakı şəhəri M.Nağıyev adına X3 Xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma diaqnoz: “Sağ budun aşağı N/3-nə nüfuz edən dəlib keçən güllə yaralanması. Sağ diz oynağının postravmatik artriti” xx.xx.N994-cü ildə Mərkəzi Hərbi Poliklinikasının hərbihəkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş yaralanma diaqnoz: “Sağ budun yumşaq toxumalarının aşağı N/3-nin dəlib keçən güllə yaralanması ətraf funksiyalarının müvəqqəti məhdudluğu ilə” və xx.xx.N994-cü ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş yaralanmanın nəticələri - diaqnoz- “Sağ budun yumşaq toxumalarının aşağı N/3nin dəlib keçən güllə yaralanması nəticəsində ətraf funksiyalarının müvəqqəti məhdudluğu ilə” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov Rayon İdarəsinin xx.xx.20N7-ci ıl tarixli 34 nömrəli göndərişi, xx.xx.20N7-ci il tarixli 34 nömrəli arayışı, M.Nağıyev adına X3 Xəstəxanasından verilmiş xx.xx.N994-cü il tarixli çıxarış epikrizi, MN Mərkəzi Hərbi Poliklinikasından verilmiş xx.xx.N994-cü il tarixli 7050 nömrəli, xx.xx.N994-cü il tarixli 8607 nömrəli arayışlar - MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxiv tərəfindən təqdim edilmiş xx.xx.20N8-ci il tarixli arxiv arayışına əsasən N nömrəli hərbi hissə komandirinin N6 noyabr N99N-cı il tarixli 7 №-li əmrində (əsas: səh-27, §-9, sıra-N9, əmrdə atasının adı tam yazılmamış və A qeyd olunmuşdur) çavuş İddiaçı A. oğlunun şəxsi heyətinin siyahısına salınmaqla bütün növ təminatlarla təmin olunması barədə məlumat var. N nömrəli hərbi hissə komandirinin N mart N992-ci il tarixli 48 №-li əmri ilə (əsas səh- 24, §-3, sıra-49) İddiaçı şəxsi heyətin siyahısından və bütün növ təminatlardan azad edilərək tutduğu vəzifədən azad edilmişdir. N nömrəli hərbi hissə komandirinin N0 mart N992-ci il tarixli 5N №-li əmrində (əsas: səh-36, §-N, sıra-64, əmrdə atasının adı Ətdir yazılmışdır) İddiaçı Ətdir oğlunun adı motoatıcı briqadanın tərkibində qeyd olunması barədə məlumat var. 70N nömrəli hərbi hissə komandirinin N mart N992-ci il tarixli 53 №-li əmrində (əsas səh-46, §-2. sıra-86. əmrdə atasının adı Əmdər yazılmışdır) İddiaçı Əmdər oğlunun döyüş tapşırıqlarını yerinə yetirmək üçün ezamiyyətə göndərilməsi barədə məlumat var. 70N nömrəli hərbi hissə komandirinin N6 mart N992-ci il tarixli 56 №-li əmrində (əsas: səh-60. §-N, sıra-2, əmrdə atasının adı Ətdər yazılmış, vəzifəsi qeyd olunmamışdır) İddiaçı Ətdər oğlunun şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq vəzifəsindən azad edilməsi barədə məlumat var. 70N nömrəli hərbi hissə komandirinin N6 mart N994-cü il tarixli 75 №-li əmrində (əsas: §-2. sıra-3) Nərimanov RHK-dan göndərilmiş bir qrup hərbi mükəlləfiyyətlilərin şəxsi heyətin siyahısına salınmaqla bütün növ təminatlara daxil edilməsi barədə məlumat var. Əmrə əlavə olunmuş adlı siyahıda (əsas: kitab N994-cü il, səh-N8N) Nərimanov RHK-dan çağırılmış, N963-cı ıl təvəllüdlü İddiaçı adı qeyd edilmişdir. 70N nömrəli hərbi hissə komandirinin N8 mart N994cü il tarixli N07 №-li əmrində (əsas: səh-26, §-5, sıra-N2, əmrdə atastnın adı Əsgər yazılmışdır) sıravi İddiaçı Əsgər oğlu N5.04.94-cü il tarixdə Füzuli rayonunda gedən döyüşlərdə yaralanaraq hospitala göndərildiyi üçün ərzaq təminatından çıxarılması barədə məlumat var. 70N nömrəli hərbi hissə komandirinin fevral N996-cı il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə tərəfindən həmin Məcəllənin N3-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək cavabdeh qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi göstərilməklə iddia tələbinin “əlilliyin təyin edilməsi” kimi dəqiqləşdirilməsi təklif edilmişdir. İş üzrə məhkəmə iclası təyin olunaraq bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasından:

38. Hər kəsin sosial təminat hüququ vardır.

60. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 7N. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il N6 yanvar tarixli NN nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - N.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - N.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın N-dək əlilliyi olan şəxs hesab edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. X2 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, X2 Konvensiyasının 6-cı maddəsinin məqsədlərinə əsasən istənilən məhkəmə qərarının icrası “məhkəmə prosesi”nin ayrılmaz hissəsi hesab olunmalıdır (Hornsby Yunanıstana qarşı, § 40). Məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır (Bellet Fransaya qarşı, § 38). Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktik və effektiv hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur (Airey İrlandiyaya qarşı, § 24). “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.20N5-ci il tarixli 05 nömrəli Qərarına əsasən: N.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. N.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.N. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. N6.N. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. N6.2. İddia ərizəsi İPM-in 46.N-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. N6.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. N6.4. İPM-in46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.N-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. N6.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in NN.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in NN.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. N6.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddiaya cavab verməli olan şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli N077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və XN 3.N.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək Agentliyin vəzifələrinə aid edilmişdir. Nizamnamənin N.2-ci bəndinə əsasən, Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nizamnamənin N.8-ci bəndinə əsasən, Agentlik Bakı şəhərində yerləşir. Məhkəmə tərəfindən iddiaçıya hüqui yardım göstərilərək cavabdeh qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi göstərilməklə iddia tələbinin “əlilliyin təyin edilməsi” kimi dəqiqləşdirilməsi təklif edilmiş, iddianın lazımı qaydada qaldırılmaması onun mümkünsüzlüyünə səbəb ola biləcəyi izah edilmişdir. Lakin məhkəmə tərəfindən müəyyən edilən müddətdə iddia ərizəsindəki qeyd edilən çatışmazlıqlar iddiaçı tərəfindən aradan qaldırılmamışdır. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə

QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan N0 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar