Məhkəmə qərarları › İş №2-1(112)-4062/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4062/2021

30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4062/2021 30.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın nümayəndəsi X10 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq, şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun 1976-1992 illər üzrə iqtisadçı müfəttiş olaraq işlədiyi müddətin dövlət qulluğunda işlədiyi müddət olaraq nəzərə alınmaqla qulluq stajına görə ona 30% əlavənin hesablanması, çalışdığı vəzifəsinə uyğun olaraq vəzifə maaşının üç mislində mükafat, bir vəzifə maaşı həcmində müavinətin verilməsi nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və 01 noyabr 2017-ci il tarixdən, yəni ona pensiya təyin edildiyi tarixdən hazırki vaxtadək olan fərqin pensiyasının üzərinə hesablanıb birdəfəlik ona ödənilməsi öhdəliyinin cavabdeh Azərbatycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinin (bundan sonra mətndə DSMF-nin Bakı Şəhəri Xəta rayon şöbəsi) üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, onun 1976-1992 illər üzrə iqtisadçı-müfəttiş olaraq işlədiyi müddətin dövlət qulluğunda işlədiyi müddət olaraq nəzərə alınmaqla, qulluq stajına görə ona 30% əlavənin hesablanması, çalışdığı vəzifəyə uyğun olaraq vəzifə maaşının üç mislində mükafat, bir vəzifə maaşı həcmində müavinətin verilməsi nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və 01 noyabr 2017-ci il tarixdən, yəni ona pensiya təyin edildiyi tarixdən hazırki vaxtadək olan fərqin pensiyasının üzərinə hesablanıb ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o 1972-1976-cı illərdə Binə donuzkökəltmə sovxozunda, 1976-cı ildə Azərbaycan SSRİ Sənaye Tikinti Nazirliyinin Dəmir-beton trestinin 9 saylı Dəmir-beton boruları zavodunda, 1976-1992-ci illərdə “Cənubxəzərbalıqçılıq” idarəsində, 1992-1994-cü illərdə “Azərbalıq” Dövlət Konsernində, 2005- 2018-ci illərdə "xxxx" MMC-də müxtəlif vəzifələrdə çalışmışdır. 1976-1992-ci illərdə “Cənubxəzərbalıqçılıq" idarəsində iqtisadçı müfəttiş vəzifəsində çalışmışdır. Ona 01 noyabr 2017-ci il tarixdən yaşa görə pensiya təyin olunub və pensiya məbləği 276,62 (iki yüz yetmiş altı manat, altımış iki qəpik) manat müəyyən edilmişdir. O, ona verilən pensiya məbləği ilə razılaşmadığı üçün cavabdeh DSMF-nin Bakı Şəhəri Xəta rayon şöbəsinə müraciət edərək pensiya məbləğinin yenidən hesablanmasını tələb etmişdir. Tələbinin əsası kimi 1976-1992-ci illərdə “Cənubxəzərbalıqçılıq” idarəsində çalışdığı iqtisadçı müfəttiş vəzifəsinin dövlət qulluğuna aid olduğunu və ona həmin vəzifədə işlədiyi müddətin dövlət qulluğunda qulluq stajı kimi hesablanmalı olduğunu göstərmişdir və buna dair sübutlarını təqdim etmişdir. Ona verilən 02 iyul 2020-ci il tarixli, **********0 №-li cavab məktubu ilə tələbindən imtina edilib və imtinaya səbəb kimi gösərilmişdir ki,: müraciətilə əlaqədar apardıqları araşdırma əsasında müəyyən olunmuşdur ki, Azərbaycan SSR Nazirlər Sovetinin 02 iyul 1977-ci il tarixli, 222 №-li Qərarı ilə Azərbaycan SSR Nazirlər Sovetinin Azərbaycan Balıq Təsərrüfatı İdarəsi yaradılmışdır. Həmin qərarın 2 №-li əlavəsində Balıq Təsərrüfatı İdarəsinin aparatında X17 idarəsi mövcud olmamışdır. Bu səbəbdən də həmin qurumda çalışdığı vəzifələr qanunvericiliyin tələbləri baxımından dövlət qulluğu hesab edilmir. SSRİ Balıq Təsərrüfatı Nazirliyinin “Baş Balıqçılıq İdarəsi”nin 22 iyun 1984-cü il tarixli, 45/P №-li əmri ilə təsdiq edilmiş “SSRİ Balıq Təsərrüfatı Nazirliyinin Balıq ehtiyatlarının mühafizəsi və artırılması və balıqçılığın tənzimlənməsi üzrə “X14 idarəsi haqqında Nümunəvi Əsasnamə”nin 3-cü hissəsinə” əsasən “Hövzə İdarəsi” SSRİ Balıq Nazirliyinin Baş balıqçılıq İdarəsinin smetası əsasında saxlanılmış, SSRİ Dövlət Bankında büdcə və büdcədənkənar hesablara və SSRİ Tikinti Bankının müəssisələrində açıq hesaba malik olmuşdur. Həmin “Nümunəvi Əsasnamə”nin 8-ci hissəsinə əsasən “Hövzə İdarəsi” SSRİ və müvafiq respublikaların qanunvericiliyinin, SSRİ Balıq Təsərrüfatı Nazirliyinin və Balıqçılıq İdarəsinin balıq ehtiyatlarının mühafizəsi və artırılması, balıqçılığın tənzimlənməsi, həmçinin balıq təsərrüfatı hovuzlarının vəziyyətinə və onların çirklənməsi və digər balıq ehtiyatları, su bitkilərinin və heyvanlarının zərərli təsirlərdən qorunması ilə əlaqədar tədbirlərin həyata keçirilməsinə nəzarət etmişdir. Yuxarıda adı çəkilən Siyahının 1.16-cı bəndində ittifaq-respublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanlarının (baş idarələrin, idarələrin) aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifatı Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası aparılmışdır. Onun iqtisadçı müfəttiş vəzifəsini icra etdiyi “Cənubxəzərbalıqçılıq” İdarəsi də məhz ittifaqrespublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanı satatusunda fəaliyyət göstərib. Bundan başqa “X15 Nazirliyi Balıqçılıq üzrə Federal Ağentlik”-dən verilən arayışda da bildirilir ki, Cənub-Xəzər hövzə idarəsinin təşkilatlarının maliyələşdirilməsi büdcədən ayırmalar hesabına həyata keçirilib. Balıq ehtiyatlarının mühafizəsi, artırılması və balıqçılığın tənzimlənməsi üzrə Baş idarənin SSRİ Dövlət bankında cari hesabı olub və mərkəzi aparatın saxlanılması həmin hesabdan maliyələşdirilib. Yuxarıda qeyd etdiyi faktlar və sənədlər onun “Cənubxəzərbalıqçılıq” İdarəsində iqtisadçı müfəttiş olaraq işlədiyi 1976-1992-ci illərə görə müddətin, dövlət qulluğunda qulluq stajı kimi hesablanmalı olduğuna əsasdır. Ona münasibətdə Qanuna görə pensiya təyin edilməsi üçün dövlət qulluqçususnun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991 -ci ilin oktyabr ayının 18-nə kimi dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısına əsasən vəzifəsinə uyğunlaşdırılmalıdır. Həmin Qanuna əsasən pensiya alanın arzsuna əsasən dövlət məvacibi onun müraciət etdiyi gündən əvvəlki qulluğunun 24 ayı və ya ardıcıl gələn 60 ayı ərzində aldığı dövlət məvacibindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, məhkəmənin 27 aprel 2021-ci il tarixli qərardadı ilə əsl olmayan cavabdeh DSMF-nin Bakı şəhəri Xətai rayon şöbəsi əsl cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz olunmuşdur. Cavabdeh inzibati orqan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X13 iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İş materiallarında olan: Xətai RPŞ tərəfindən 08.09.2005-ci ildə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1953-cü ildə Beyləqan rayonunda doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan iddiaçıya məxsus 20 yanvar 1972-ci il tarixli əmək kitabçasındakı (surəti) qeydlərdən müəyyən olunur ki, iddiaçı-1953-cü il təvəllüdlü İddiaçı 20.08.1976-cı ildən 15.01.1992-ci ilədək “Cənubxəzərbalıqçılıq”da iqtisadçı-müfəttiş (mühasib) vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İddiaçı ünvanladığı 23.05.2019-cu il tarixli 04/08-08/1829 saylı məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991 -ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında və 1991-ci il oktyabrın 18-dən inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək Azərbaycan Respublikası dövlət orqanlarında mövcud olmuş dövlət qulluğu vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılıması aparılmışdır. 1976-1992-ci illərdə Cənub X11 mühafizəsi və artırılması və balıqçılığın tənzimlənməsi İdarəsində (Cənubxəzərbalıqçılıq) işlədiyi müddətə dair bildirilmişdir ki, SSRİ Balıq Təsərrüfatı Nazirliyinin “Baş Balıqçılıq idarəsi”nin 22 iyun 1984-cü il tarixli 45/P nömrəli əmri ilə təsdiq edilmiş “SSRİ Balıq Təsərrüfatı Nazirliyinin Balıq ehtiyatlarının mühafizəsi və artırılması və balıqçılığın tənzimlənməsi üzrə “BaşX14 İdarəsi haqqında Nümunəvi Əsasnaməsi”nin 3-cü hissəsinə əsasən "Hövzə İdarəsi” SSRİ Balıq Təsərrüfatı Nazirliyinin Baş balıqçılıq idarəsinin smetası əsasında saxlanılmış, SSRİ Dövlət Bankında büdcə və büdcədənkənar hesablara və SSRİ Tikinti Bankının müəssisələrində açıq hesaba malik olmuşdur. Həmin “Nümunəvi Əsasnamə”nin 8-ci hissəsinə əsasən “Hövzə İdarəsi” SSRİ və müttəfiq respublikaların qanunvericiliyinin, SSRİ Balıq Təssərrüfatı Nazirliyinin və Başbalıqçılıq idarəsinin balıq ehtiyatlarının mühafizəsi və artırılması, balıqçılığın tənzimlənməsi, həmçinin balıq təsərrüfatı hovuzlarının çirkləndirilməsinə qarşı mübarizə məsələləri üzrə əmr və təlimatların icrasına və “Hövzə İdarəsi”nin tabeçiliyində olan balıq təsərrüfatı hovuzlarının vəziyyətinə və onların çirklənməsi və digər balıq ehtiyatları, su bitkilərinin və heyvanlarının zərərli təsirlərdən qorunması ilə əlaqədar tədbirlərin həyata keçirilməsinə nəzarət etmişdir. Yuxarıda adı çəkilən Siyahının 1.16-cı bəndində ittifaq-respublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanlarının (baş idarələrin, idarələrin) aparatında mövcud olmuş vəzifələrin "inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Qeyd edilənlərə əsasən Cənubxəzərbalıqçılıq İdarəsi ittifaq-respublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanı (baş idarə, idarə) statusunda fəaliyyət göstərmişsə, həmin İdarədə işlədiyi müddət dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alına bilər. DSMF Bakı şəhəri Xətai rayon Xidmət Nümayəndəliyi tərəfindən verilmiş 02.10.2020-ci il tarixli **********8 saylı məktubdan müəyən olunur ki, İddiaçı 011173 saylı iş üzrə yaşa görə ömürlük 276,62 (iki yüz yetmiş altı manat 62 qəpik) manat məbəğində əmək pensiyası alır. Pensiya 01.11.2017-ci il tarixdən təyin olunmuşdur. Məhkəmənin müvafiq sorğusuna əsasən; Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin 03.06.2021-ci il tarixli 18/221 saylı məktubunda qeyd olunmuşdur ki, Cənubxəzərbalıqçılıq İdarəsinin ittifaq-respublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanı statusunda fəaliyyət göstərib-göstərmədiyi barədə məlumatın Bakı İnzibati Məhkəməsinə təqdim edilməsi ilə bağlı sorğu Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji informasiya və arxiv fondunda araşdırılmışdır. Bu barədə arxiv sənədindən çıxarışı təqdim edərək, bildirirlər ki, qoşmada qeyd olunmuş Nazirliyin Su hövzələrində X3 və Mühafizəsi Departamenti Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X4 Xidməti olaraq fəaliyyət göstərir. Qeyd olunan məktuba əlavə olunmuş Cənubi X11 Artırılması, Bərpası, Mühafizəsi və Balıq OvununTənzimlənməsi idarəsi (“Cənubi Xəzərbalıqartırma idarəsi”) barədə Arxiv arayışından müəyyən olunur ki, sabiq SSRİ Balıqçılıq Təsərrüfatı Nazirliyinin Baş İdarəsinin tabeçiliyində olan “X12” idarəsi (Cənubi X11 artırılması,bərpası, mühafizəsi və balıq ovunun tənzimlənməsi idarəsi) Azərbaycan Respublikasında 1991-ci ilədək fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Ekolologiya və Təbii Sərvətlər Nazirliyinin arxivində saxlanılan sənədlərə əsasən (1941-1990-cı illəri əhatə edir) təsdiqlənir ki, (“X12” idarəsi) keçmiş Azərbaycan SSR-də fəaliyyət göstərmişdir (əlavə - 1).“Cənubi Xəzərbalıqartırma idarəsi”nin tabeliyində olan 9 balıqartırma zavod və təsərrüfatları, 10 balıq mühafizə müfəttişlikləri vasitəsilə Azərbaycanda balıq ehtiyatlarının artırılması, bərpası, mühafizəsi və balıq X18 fəaliyyətləri ilə məşğul olan dövlət idarəetmə orqanı olmuşdur. “İdarə” dövlət büdcəsindən maliyyələşdirilmiş və SSRİ Dövlət Bankının Azərbaycan SSR söbəsində ******* saylı büdcə hesabı olmuşdur. “İdarə”ünvan 2 ünvanında yerləşmişdir.1983-cü ilin 18 mart tarixində sabiq SSRİ Balıqçılıq Təsərrüfatı Nazirliyinin Baş idarəsi tərəfindən təsdiq edilmiş idarəetmə aparatı üzrə ştat cədvəlinə əsasən 9 balıqartırma zavod və təsərrüfatları, 10 rayon balıq mühafizə müfəttişlikləri üzrə 68 idarəetmə vahidi nəzərdə tutulmuşdur (SSRİ dağıldıqdan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991ci il 31 dekabr tarixli 447 nömrəli qərarına əsasən sözügedən idarənin bazasında onun funksiyalarını həyata keçirən “Azərbalıqartırma” Dövlət Konserni yaradılmışdır (əlavə-3). Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 04 iyul tarixli 40 nömrəli Fərmanına əsasən “Azərbalıqsənaye” İstehsalat Birliyi, “Azərbalıq”, “Azərbalıqartırma”, “Azərbalıqsənayesatış” konsernləri və “Xəzər”X2 əsasında Azərbaycan Respublikasının “Azərbalıq” X8 Konserni yaradılmışdır (əlavə-4).“Azərbaycan Respublikasının “Azərbalıq” X8 Konsernin nizamnaməsi və tərkibinə daxil olan müəssisələrin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 24 avqust tarixli qərarı ilə təsdiq edilmişdir (əlavə-5). “Azərbalıq”X8 Konsernin idarə heyətinin 1994-cü il 23 mart tarixli 07 saylı qərarı ilə “Azərbalıq” X8 konserninin X9, Qorunması və X18-“Balıqartıma” idarəsinin nizamnaməsi” təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1994-cü il 04 may tarixli qərarı ilə qeydə alınmışdır. “Balıqartırma” idarəsi X9, qorunması və X18ni idarə etmiş və öz fəaliyyətini dövlət büdcəsindən maliyyələşdirmə prinsipi əsasında həyata keçirilmişdir (əlavə-6). Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 20 mart tarixli 669 nömrəli Sərəncamı ilə “Balıqartırma” idarəsi istisna olmaqla “Azərbalıq” X8 Konserninin tabeliyində olan müəssisə və təşkilatlar özəlləşdirməyə açıq elan edilmişdir (əlavə-7). Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli Sərəncamına əsasən “Azərbalıq” X8 Konserni ləğv olunmuş, ləğv olunan “Azərbalıq” X8 Konserninin səlahiyyətləri və onun tabeliyində olan müəssisə və təşkilatlar (Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 669 nömrəli sərəncamının 1-ci bəndində göstərilən müəssisə və təşkilatlar istisna olunmaqla) yəni əvvəllər “Balıqartırma” idarəsi adlandırılan Su hövzələrində X3 və Mühafizəsi Departamenti və X1 institutu Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilmişdir (əlavə-8). Hal-hazırda “X12” idarəsinin funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində X3 və Mühafizəsi Departamenti “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına və 2004-cü il 21 iyul tarixli 151s nömrəli sərəncamına əlavə və dəyişikliklər edilməsi haqqında” “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 27 iyul tarixli 108 nömrəli Qərarı”nın 2-ci bəndi ilə 2001-ci ilin 18 sentyabr tarixindən dövlət orqanlarının təsnifatına daxil edilmişdir (əlavə-9). İddiaçının hazırki tələblə bağlı cavabdeh inzibati orqana etdiyi müraciətlərə cavab olaraq; - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 02.07.2020-ci il tarixli ********** saylı məktubunda qeyd olunmuşdur ki, ərizəyə əlavə olunmuş sənədlərdə qeyd olunan məlumatlara müvafiq hüquqi rəyin verilməsi ilə bağlı tərəflərindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna sorğu verilmişdir. Sorğusuna cavab olaraq bildirilmişdir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 2 iyul 1977-ci il tarixli 222 nömrəli Qərarı ilə Azərbaycan SSR Nazirlər Sovetinin Azərbaycan Balıq Təsərrüfatı İdarəsi yaradılmışdır. Həmin Qərarın 2 nömrəli əlavəsində Balıq Təsərrüfatı İdarəsinin aparatında X17 İdarəsi mövcud olmamışdır. Bu səbəbdən də həmin qurumda çalışdığı vəzifələr qanunvericiliyin tələbləri baxımından dövlət qulluğu hesab edilmir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanına əsasən təsdiq olunmuş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı hər hansı dövlət qulluğu vəzifəsinə aid olmadığından, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1.16-cı bəndində ittifaq-respublikas tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanlarının (baş idarələrin, idarələrin) aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu"nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. - DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 23.12.2020-ci il tarixli **********2 saylı məktubunda qeyd olunmuşdur ki, Azərbaycan SSR Nazirlər Sovetinin 2 iyul 1977-ci il tarixli 222 nömrəli Qərarı ilə Azərbaycan SSR Nazirlər Sovetinin Azərbaycan Balıq Təsərrüfatı İdarəsi yaradılmışdır. Həmin Qərarın 2 nömrəli əlavəsində Balıq Təsərrüfatı İdarəsinin aparatında X17 İdarəsi mövcud olmamışdır. Bu səbəbdən də vaxtilə həmin qurumda çalışdığı vəzifələr qanunvericiliyin tələbləri baxımından dövlət qulluğu hesab edilmir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanına əsasən təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı hər hansı dövlət qulluğu vəzifəsinə aid olmadığından, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısının 1.16-cı bəndində ittifaq-respublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanlarının yalnız (baş idarələrin, idarələrin) aparatında mövcud olmuş vəzifələrin "inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” təsdiq edilmişdir. Həmin Siyahının 1.16-cı bəndinə əsasən Azərbaycan SSR (Naxçıvan MSSR) Nazirlər Soveti yanında baş idarənin, idarənin və digər idarəetmə orqanlarının aparatında, ittifaq-respublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanlarının (baş idarələrin, idarələrin) aparatında göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin 03.06.2021-ci il tarixli 18/221 saylı məktubundan və həmin məktuba əlavə olunmuş cənubi X11 Artırılması, Bərpası, Mühafizəsi və Balıq OvununTənzimlənməsi idarəsi (“Cənubi Xəzərbalıqartırma idarəsi”) barədə Arxiv arayışından müəyən olunmuşdur ki, iddiaçının 1976-1992 illərdə işləmiş olduğu “Cənubi Xəzərbalıqartırma idarəsi” Azərbaycanda balıq ehtiyatlarının artırılması, bərpası, mühafizəsi və balıq X18 fəaliyyətləri ilə məşğul olan dövlət idarəetmə orqanı olmaqla, “İdarə” dövlət büdcəsindən maliyyələşdirilmiş və SSRİ Dövlət Bankının Azərbaycan SSR söbəsində büdcə hesabı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı 1976-1992 illər üzrə “Cənubxəzərbalıqçılıq”da iqtisadçı-müfəttiş olaraq işlədiyi müddətin onun dövlət qulluğunda işlədiyi müddət olaraq nəzərə alınması cavabdehə həvalə olunmalıdır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə görə dövlət qulluqçularının pensiya təminatı üçün əsas və onun qaydası bu maddənin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq Qanunu ilə müəyyən edilir. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi 15 ildir. Müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçusuna qanunvericilik, müvafiq icra və məhkəmə hakimiyyəti orqanlarının müəyyən etdiyi miqdarda ömürlük müavinət təyin edilir. Dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. Həmin Qanunun 22.1-ci maddəsinə əsasən dövlət məvacibi dövlət qulluqçusuna pul ilə ödənilən haqdır. Dövlət məvacibinin məbləği səlahiyyət həcmindən, məsuliyyət dərəcəsindən, tələb olunan peşəkarlıq səviyyəsindən, vəzifədə qulluq stajından asılıdır. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2002-ci il tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 1-ci bəndində göstərilmişdir ki, bu Qayda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.7-ci maddəsinə əsasən hazırlanmışdır və dövlət orqanlarında dövlət qulluqçularına dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın ödənilməsi şərtlərini müəyyən edir. Qaydaların 4-cü bəndində göstərilmişdir ki, Dövlət qulluqçusuna daimi dövlət qulluğuna qəbul edildiyi vaxtdan başlayaraq dövlət qulluğunda qulluq stajına görə qulluq stajının müddətindən asılı olaraq aşağıdakı qaydada hər ay əlavə haqq ödənilir: 15 ildən yuxarı 30 faiz məbləğində. “Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında” Əsasnamənin 12-ci bəndində götərilmişdir ki, dövlət qulluqçularının mükafatlandırılması məqsədi ilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur. “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2-ci maddəsinə əsasən, bu Qanunda nəzərdə tutulmuş şərtlərə əməl olunmaqla "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan Azərbaycan Respublikasının vətəndaşlarının dövlət pensiyası (bundan sonra - pensiya) almaq hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən pensiya almaq üçün müraciət edənin arzusuna əsasən dövlət məvacibi onun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla hesablanır. Pensiyanın təyin edilməsi üçün dövlət məvacibinin hesablanması qaydası Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nda götərilmişdir ki; -bu Qaydalar əmək pensiyası təyin edilməsi üçün dövlət məvacibinin hesablanmasını tənzimləyir (bənd 1). Əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır (bənd 2). - Dövlət qulluqçularına pensiya hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun: 22.4-cü maddəsinə əsasən qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli olan, yaxud xüsusilə ağır olan dövlət orqanlarında vəzifə maaşları üçün müəyyən edilən artıq əmsal (bənd 8.1); 22.5-ci maddəsinə əsasən müəyyən edilən yerli əmsallar (bənd 8.2.); 30.2-ci maddəsinə əsasən iş vaxtından artıq işə görə müəyyən edilən əlavə haqq nəzərə alınır (bənd 8.3). Dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri də nəzərə alınır (bənd 9). -Dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində mükafatlar bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında mövcud qanunvericiliyə uyğun olaraq nəzərə alınır (bənd 12). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) təyin edilir. Qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçıya qulluq stajına görə 30% əlavənin hesablanması, çalışdığı vəzifəyə uyğun olaraq vəzifə maaşının üç mislində mükafat, bir vəzifə maaşı həcmində müavinətin verilməsi nəzərə alınmaqla pensiyasının yenidən hesablanması cavabdehə həvalə olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı hazırki tələblə cavabdeh inzibati orqana ilk dəfə 25 və 26.02.2020-ci il tarixlərdə müraciət etmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin 01.07.2017-ci il tarixədək olan redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 37.7-ci maddəsinə müvafiq olaraq keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmin Qanunun 01.07.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun hər iki redaksiyada olan maddələrini birgə təhlil etdikdə müəyyən olunur ki, 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, 01.07.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), 01.07.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır. Məhkəmə, nəzərə alır ki, hazırkı işin halları ilə oxşarlıq təşkil edən mübahisələrlə bağlı əvvəllər Ali Məhkəmənin icraatında olmuş işlərdə Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, 1 iyul 2017-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərin barəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi (əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir) tətbiq edilməməlidir. Bununla yanaşı, məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 2020-ci il 8 oktyabr tarixli Qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Hazırda qüvvədə olan məhkəmə praktikasına görə hər bir vətəndaşın sosial təminat sahəsindəki olan hüquqlarının bərabərlik prinsipinin təmin edilməsi üçün əmək pensiyaçılarının pensiya hüququnun yaranma tarixindən asılı olmayaraq, ödənilməmiş pensiya məbləğinin yalnız müraciət olunan tarixdən geriyə 3 il ərzində ödənilməsi mümkün sayılır. İddiaçıya pensiyanın 01.11.2017-ci il tarixdən təyin olunduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, ona 01 noyabr 2017-ci il tarixdən hazırki vaxtadək olan fərqin pensiyasının üzərinə hesablanıb ödənilməsi tələbi də təmin olunmalıdır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti və məlumatı əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı 1976-1992 illər üzrə iqtisadçı müfəttiş olaraq işlədiyi müddət dövlət qulluğunda işlədiyi müddət olaraq nəzərə alınmaqla, qulluq stajına görə ona 30% əlavənin hesablanması, çalışdığı vəzifəyə uyğun olaraq vəzifə maaşının üç mislində mükafat, bir vəzifə maaşı həcmində müavinətin verilməsi nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və 01 noyabr 2017-ci il tarixdən, hazırki vaxtadək olan fərqin pensiyasının üzərinə hesablanıb ödənilməsi tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı-İddiaçı 1976-1992 illər üzrə iqtisadçı-müfəttiş işlədiyi müddət dövlət qulluğunda işlədiyi müddət olaraq nəzərə alınmaqla, qulluq stajına görə ona 30% əlavənin hesablanması, çalışdığı vəzifəyə uyğun olaraq vəzifə maaşının üç mislində mükafat, bir vəzifə maaşı həcmində müavinətin verilməsi nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və 01 noyabr 2017-ci il tarixdən, hazırki vaxtadək olan fərqin pensiyasının üzərinə hesablanıb ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar