Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4062/2024 09.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) X1, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair çıxarışın verilməsi” üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanındakı qanuni istifadəsində olan evin yerləşdiyi torpaq sahəsinə dair İddiaçı adına texniki pasportun (plan-ölçü) tərtib edilərək, torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, evə və torpaq sahəsinə dair vahid dövlət reyestrindən müvafiq çıxarışın verilməsi öhdəliyinin cav abdehin üzərinə qovulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək iddia tələbinin “Torpaq sahəsinin ölçüsünün 840 kv.m. olaraq” dəqiqləşdirilməsinin nəzərə alınmasını xahiş etmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, X39 Deputatları Soveti İcraiyyə Komitəsinin qərarı ilə (27 yanvar 1971-ci il tarixli, protokoluna əsasən) iddiaçının mərhum əri X3 hərbi qulluqçu kimi, Bakı şəhəri, Səbayıl rayonu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsi, ev 4, mənzil ünvanında 38 kv.m evə dair order verilmişdir. X8 xx.xx.2019-cu il tarixdə evi özəlləşdirmiş və xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İddiaçının əri öldükdən sonra, 3 saylı Bakı ASAN Xidmət Mərkəzində notariat ofisinin xüsusi notariusu X.R.Əliveva tərəfindən təsdiq edilmiş 2Y-9İ7 revestr nömrəli xx.xx.2021-ci il tarixli qanun üzrə X12 şəhadətnaməyə əsasən, ev xx.xx.2021-ci il tarixdə iddiaçının adına qevdiyyata alınmışdır. Hazırda həmin yaşayış evi daşınmaz əmlakın dövlət revestrində qeydiyyata alınmaqla mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İddiaçı xx.xx.1971-ci ildən həmin evdə qeydiyyatdadır. Sözügedən evin verləşdivi torpaq sahəsi uzun müddətdir ki, mübahisəsiz olaraq M.Quliyevanın sahiblik və istifadəsindədir, evin yerləşdivi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını tanıtdırmaq istəyir. İddiaçı ünvan 1 ünvanındakı qanuni istiladəsində olan evin yerləşdiyi torpaq sahəsinə dair onun adına texniki pasportun (plan-ölçü) tərtib edilərək, torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, evə və torpaq sahəsinə dair vahid dövlət reyestrindən müvafiq çıxarışın verilməsi ilə bağlı Azərbavcan Respublikasının İqtisadiyyat Nazirlivi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin, cavabdeh 2023-cü il 16 noyabr tarixli məktubla müraciəti təmin etməkdən imtina etmişdir. Cavabdehin imtinası onunla əsaslandırılmışdır ki, daşınmaz əmlak dövlət reyestrində mənzil kimi qeydiyyatdan keçmişdir. Aşağıdakılara görə hesab edir ki, cavabdehin imtinası əsassızdır və imtinasını əsaslandırdığı hallar qanuni əsaslarla iddiaçının mülkiyyətində olan evin altında yerləşdiyi daşınmaz əmlak üzərində onun mülkiyyət hüququnun qeydə alınmasından imtinaya səbəb ola bilməz. Qeyd edilən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ olduğundan, həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmalıdır. Məhkəmənin nəzərinə çatdırır ki, daşınmaz əmlakın birtipli layihə üzrə inşa edilmiş fərdi yaşayış sahəsi olduğu, bir damın altında ikinci başqa bir mənzil sahəsinin də mövcud olmadığı konstruktiv cəhətdən vahid olan binadan ibarətdir. Yəni, iddiaçının mülkiyyətində olan daşınmaz əmlak mənzil kimi qeydə alınsa da, əslində birmərtəbəli ayrıca tikilidir. Qonşuluğunda yerləşən evlə iddiaçının mülkiyyətində olan evin torpaq sahələrini (həyətyanı sahələrini) hasar ayırır. Hər evin ayrıca giriş-çıxışı, qapısı və ayrıca həyətyanı sahəsi var. İddiaçı mülkiyyətində olan daşınmaz əmlakdan maneəsi, qonşu sahələrdən istifadə etmədən sərbəst surətdə istifadə edə bilir. Həmin evlərin ümumi istifadədə olan sahəsi mövcud deyil. İddiaçının mülkiyyətində olan daşınmaz əmlaka dair verilmiş çıxarışdan görünür ki, iddiaçıva məxsus əmlak - iki yaşayış otağı, ümumi yaşayış sahəsi 39.9 kv.m, yaşayış sahəsi 23,2 kv.m olan 1 saylı evdən ibarətdir. Ev torpaq sahəsində verləşir. Həmin torpaq sahəsindən uzun müddət ərzində istifadə etməklə, onun sahibliyindədir. İddiaçı hazırda hər hansı başqa həyətyanı torpaq sahəsini deyil, məhz həmin daşınmaz əmlakın altında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasını xahiş edir.
4. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, İddiaçı ünvan 1 ünvanındakı qanuni istifadəsində olan evin yerləşdiyi torpaq sahəsinə dair İddiaçı adına texniki pasportun (plan ölçü) tərtib edilərək torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, evə və torpaq sahəsinə dair vahid dövlət reyestrindən müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli, ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********04 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar olaraq bildirilir ki, qeyd olunan əmlak daşınmaz əmlakın dövlət reyestrindən mənzil kimi qeydiyyatdan keçmişdir. Mənzilin fərdi yaşayış evi kimi iddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər təqdim olunmamışdır. Bundan əlavə, mənzilə dair texniki inventarlaşdırma işləri aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. xx.xx.2019-cu il tarixdə idarənin mütəxəssisləri tərəfindən mənzilə baxış keçirilərkən məlum olmuşdur ki, mənzil 1 mərtəbəli, mansardlı olmaqla 950 kv.m torpaq sahəsində yerləşir və həmin torpaq sahəsinin 240 kv.m hissəsində müxtəlif təyinatlı tikililər inşa edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1 -ci bəndinə əsasən torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1 -ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsini xahiş edir.
5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, Badammdar qəsəbəsi, 13-cü Badamdar küçəsi, ev 4, 1 saylı mənzil (2 otaqlı, ü/s 39.9 kv.m, y/s 25.2 kv.m) 3 saylı Bakı ASAN Xidmət Mərkəzində notariat ofisinin xüsusi notariusu X.R.Əliyeva tərəfindən təsdiq edilmiş 2V-917 reyestr nömrəli xx.xx.2021-ci il tarixli qanun üzrə X12 şəhadətnaməyə əsasən xx.xx.2021-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsi, ev 4, 1 saylı mənzilin yerləşdiyi torpaq sahəsinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir.
6. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, qeyd olunan əmlak daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydiyyatdan keçmişdir. Mənzilin fərdi yaşayış evi kimi və yerləşdiyi torpaq sahəsinin iddiaçının adına dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.
7. Nəsimi Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 27 yanvar 1971-ci il tarixli, 56 nömrəli Qərarına əsasən Bakı şəhəri, Səbayıl rayonu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsi, ev 4, mənzil ünvanında 38 kv.m evə dair X4 order verilmişdir.
8. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 2870 nömrəli Arayışda qeyd olunmuşdur ki, X15 həqiqətən yaşadığı Bakı şəhəri, Səbayıl rayonu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsi, ev 4-ə dair Nəsimi rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1971-ci il tarixli 56 nömrəli qərarı ilə verilmiş 100965 nömrəli order daimi orderdir.
9. Bakı şəhəri, Səbayıl rayonu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsi, ev 4, 1 saylı mənzilin X5 adına özəlləşdirilməsi barədə ailə üzvlərinin razılıq ərizələri iş materiallarına əlavə olunmuşdur.
10. Bakı şəhəri, Səbayıl rayonu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsi, ev 4, 1 saylı mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X5 adına tərtib edilmiş texniki pasport iş materiallarına əlavə edilmişdir.
11. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Səbayıl rayonu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsi, ev 4, 1 saylı mənzil X5 adına xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır.
12. Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil-İstismar Hissəsi 7 nömrəli Mənzil-İstismar sahəsinin xx.xx.2019-cu il tarixli 387 nömrəli Arayışından görünür ki, X15 Bakı şəhəri, Səbayıl rayonu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsi, ev 4, 1 saylı mənzilin sahibidir və həmin mənzildə yaşayır.
13. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2021ci il tarixli Qanun üzrə X12 Şəhadətnaməyə əsasən xx.xx.2020-ci ildə vəfat etmiş X5 vərəsələri ünvan 2 ünvanında qeydiyyatda olan arvadı İddiaçı və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnaməyə verilən miras əmlak: Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinin Daşınmaz Əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, **********Dİ30312 nömrəli Arayışa və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2019 tarixdə X7 verilmiş **********56-05101-093003 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 39.90 kv.m. olan mənzildən ibarətdir.
14. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Səbayıl rayonu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsi, ev 4, 1 saylı mənzilə dair xüsusi mülkiyyət hüququ İddiaçı adına xx.xx.2021-cü il tarixdə qeydiyyata alınmışdır.
15. X23 və X13 Məsuliyyətli Cəmiyyətinin məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli, 32 saylı məktubuna əsasən Mütəxəssis Rəyində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmza Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan xx.xx.2021-ci il tarixli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 13-cü Badamdar küçəsi, ev 4-də yerləşən 1 saylı mənzilin və yerləşdiyi torpaq sahəsi yaşayış məntəqələrinin torpaqlarına aiddir, döngə nöqtələrinin koordinatlarının faktiki naturada yerləşmə yerləşmə vəziyyəti rəyə əlavə edilmiş ortofoto görüntüsünə əlavə edilir, tikililərin mövqeyində hər hansı uyğunsuzluq yoxdur, sahəsi 0,0840 kv.metrdir. İddia olunan torpaq sahəsinin bələdiyyə mülkiyyətinə ayrılmış torpaqların hüdudları daxilində yerləşir. Torpaq sahəsinin yerləşmə cizgisi iş materiallarına əlavə olunmuşdur (Sahəsi: 0.0840 ha; Mülkiyyət növü: Dövlət; Kateqoriyası: Yaşayış məntəqələrinin torpaqları)
16. İş materiallarına əlavə olunmuş Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin iddiaçının nümayəndəsinə (vəkili) ünvanladığı məktubda qeyd olunmuşdur ki, vətəndaş İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsi, ev 4, 1 saylı mənzili Müdafiə Nazirliyinin mənzil fonduna aiddir.
17. İş materiallarına əlavə olunmuş Bakı Qarnizonu Mənzil-İstismar Hissəsi 7 nömrəli Mənzil- İstismar sahəsinin iddiaçıya ünvanladığı Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil-İstismar Hissəsi 7 nömrəli Mənzil-İstismar sahəsinin xx.xx.2023-cü il tarixli 139 nömrəli Arayışından görünür ki, Səbail rayonu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsi, ev 4, mənzil 1 ünvanı orderlə hərbi qulluqçu X5 adına olub. X15 xx.xx.2019-cu il tarixdə evi özəlləşdirib. xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. xx.xx.2021-ci il tarixdə həyat yoldaşı İddiaçı mənzili öz mülkiyyətinə keçirmişdir. Evin yerləşdiyi torpaq sahəsi Müdafiə Nazirliyinin balansında olduğuna gorə torpaq sahəsinə aid 7 nömrəli MİS-nin arxivində heç bir sənəd yoxdur. İddiaçı həmin ünvanda pasport qeydiyyatındadır və həmin ünvanda aşağıdakı ailə tərkibilə birlikdə yaşayırlar: 1.oğlu - X9 – xx.xx.1971 2.oğlu - X20 – xx.xx.1973 3.gəlini - X10 - 1982 4.gəlini - X6- xx.xx.1975 5.nəvəsi - X16 - xx.xx.2000 6.nəvəsi - X17 – xx.xx.2002 7.nəvəsi - X18 – xx.xx.2006 8.nəvəsi - X21- xx.xx.2007 9.nəvəsi - X22- xx.xx.2009
18. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin olunmasını xahiş etdi.
19. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun olaraq izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir.
II. İddianın növü və mümkünlüyü
20. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
21. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
22. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
23. X25 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
24. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).
25. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
26. X35 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
28. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
29. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
30. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
31. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər;
32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər;
33. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı:
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda);
34. İddia tələbinin məzmunundan görünür ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsi, ev 4, 1 nömrəli mənzilin altında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etmişdir.
35. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Nəsimi Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 27 yanvar 1971-ci il tarixli, 56 nömrəli Qərarına əsasən Bakı şəhəri, Səbayıl rayonu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsi, ev 4, mənzil ünvanında 38 kv.m evə dair X4 (iddiaçının ərinə) order verilmişdir. xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Səbayıl rayonu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsi, ev 4, 1 saylı mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X5 adına tərtib edilmiş texniki pasport tərtib edilmiş və mülkiyyət hüquqları qeydiyyata alınmışdır. xx.xx.2020-ci il tarixdə X15 vəfat etmiş və xx.xx.2021-cü il tarixdə həmin mənzilə dair xüsusi mülkiyyət hüququ İddiaçı adına qeydiyyata alınmışdır.
36. Məhkəmə qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış(lar)a əsasən müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın növü “mənzil” kimi qeydiyyata alınmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda isə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin altında olan torpaqların əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur.
37. Digər tərəfdən məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanına əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəd qismində texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) nəzərə alınır. Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, iddia tələbinin predmeti olan torpaq sahəsi üzərində yerləşən mənzilə dair texniki pasport X5 adına xx.xx.2019-cu il tarixdə tərtib olunmuşdur və texniki pasportda torpaq sahəsinə dair hər hansı məlumat qeyd olunmamışdır.
38. Odur ki, iddiaçının Bakı şəhəri, Səbayıl rayonu, Badamdar qəsəbəsi, 13-cü Badamdar küçəsi, ev 4, 1 saylı mənzilin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyət hüquqlarının qeydiyyata alınmasını tələb etmək üçün “qanuni gözləntisi” yoxdur.
39. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.
40. hüquqlarının qeydə alınmamasına dair cavabdehin hərəkətləri qanunsuz sayıla bilməz.
41. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
42. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
43. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva