Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4066/2022 04.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh 1 saylı Bakı “ASAN Xidmət” X5 qarşı “doğum haqqında akt qeydində ata haqqında qeydlərin ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı 20.07.2018-ci ildə doğulmuş X6 09.01.2020-ci il tarixli 120 nömrəli doğum haqqında akt qeydində ata haqqında qeydlərin ləğv edilməsi tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin 28.06.2018-ci il tarixli 2(075)-2186/2018 saylı qətnaməsi ilə iddia təmin edilmiş, X11 ilə İddiaçı arasında 12 avqust 2007- ci il tarixdə bağlanmış 252 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları - 04 iyun 2009-cu il təvəllüdlü X15 və 23 avqust 2010-cu il təvəllüdlü X12 cavabdeh İddiaçı himayəsində saxlanılması qət edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Məhkəmədə boşanma prosesi zamanı X9 başqa bir şəxslə qeyri-rəsmi nikahda olarkən onların Hüseyn adlı uşaqları olmuş və Bakı şəhəri 1 saylı "Asan Xidmət" X7 Novruzəliyeva (Davudova) Aygün Binyamin qızı uşağa 09.01.2020-ci il tarixli 120 saylı doğum haqqında şəhdətnamə almışdır. Həmin doğum haqında şəhadətnamənin ata qrafasına uşağın atası kimi mənim adım yazılmışdır. Qeyd etmək istəyirəm ki, bu səhvdir, uşağın atası mən deyiləm. X6 09.01.2020-ci il tarixli 120 nömrəli doğum haqqında şəhadətnaməsində ata haqqmda qeydlərin ləğv edilməsi ilə bağlı 1 saylı Bakı "Asan Xidmət" X5 rəsmi qaydada müraciət edilmişdir. Cavabdeh orqan 05 aprel 2021-ci il tarixli məktubu ilə bildirmişdir ki, X6 barəsində ata haqqında qeydlərin ləğv olunması mümkün deyil. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 47.1-ci maddəsinə əsasən bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqmda şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Həmin Məcəllənin 163.1-ci maddəsinə əsasən X2 ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasənda, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasmda və müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 Saylı Bakı “Asan Xidmət” X10 tərəfindən iddiaçıya ünvanlanmış 05.04.2021-ci il tarixli imtinada bildirilmişdir ki, Azərbaycan Respublikasının “X2 dövlət qeydiyyatı haqqında” 31.10.2003-cü il tarixli 495 saylı qaydalarının 2.8.1-ci yarımbəndinə əsasən öz aralarında nikahda olan ata və ana onlardan birinin ərizəsi əsasında doğum haqqında aktın qeydində və doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. X1 ilə nikahı 25.08.2018-ci il tarixli 132 saylı akta əsasən pozulmuşdur. Bu Qaydanın 2.8.1 və 2.8.2-ci yarımbəndlərinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Göstərilənlərə əsasən, X6 barəsində ata haqqında qeydlərin ləğv olunması mümkün deyildir.
4. Şifahi məhkəmə baxış iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun olaraq izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, Novruzəliyeva (Davudova) Aygün Binyamin qızı ilə hər hansı ünsiyyəti yoxdur, harada yaşadığını bilmir, Şəki şəhəri, Bağbanlar küç,16/7 üvnanındakı ev ona məxsusdur, Novruzəliyeva (Davudova) Aygün Binyamin qızı həmin ünvanda qeydiyyatda olsa da, faktiki olaraq yaşamır.
5. Məhkəmənin hazırki iş üzrə 01.12.2021-ci il tarixli qərardadı ilə Novruzəliyeva (Davudova) Aygün Binyamin qızı hazırki inzibati iş üzrə üçüncü şəxs qismində cəlb olunmuşdur. Məhkəməyə dəftərxana vasitəsilə üçüncü şəxsin adından daxil olmuş ərizəyə əsasən bildirilir ki, iddiaya etiraz etmir, iddia tələbinin təmin edilməsinə razıdır, 20.07.2018-ci il tarixdə doğulmuş X6 atası İddiaçı deyil.
6. Cavabdeh məhkəmə hazırlıq icraatı üzrə iclasın keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etmir.
II. İddianın növü
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir.
8. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
9. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.
10. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
11. İddia öhdəliyin icrasına dair iddiadır.
12. İddiaçı mümkünlük şərtlərinə cavab verən iddia predmeti üzrə inzibati məhkəməyə müraciət etdiyindən arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsini seçmədiyini və konkret halda hüquqi müdafiəyə ehtiyacı olmadığını iddia etmək olmaz. İddia mümkündür.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
13. Şəki rayon məhkəməsinin 28.06.2018-ci il tarixli qətnaməsinə əsasən X9 ilə İddiaçı arasında 12 avqust 2007-ci il tarixdə bağlanmış 252 nömrəli nikah pozulmuş, tərəflərin birgə nikahdan olan uşaqları 04 iyun 2009-cu il təvəllüdlü X15 və 23 avqust 2010-cu il təvəllüdlü X4 cavabdeh İddiaçı himayəsində qalması qət edilmişdir.
14. X6 doğum haqqında şəhadətnaməsindən görünür ki, X13 20.07.2018-ci il tarixdə doğulmuş və doğum haqqında akt qeydləri kitabında 09.01.2020-ci il tarixdə 120 nömrə ilə qeyd edilmişdir.
15. Nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı və X9 arasında nikahın ləğvi 25.08.2018-ci il tarixdə qeyd edilmiş, Nikah ləğv olunandan sonra kişiyə “Davudov”, qadına “Novruzəliyeva” soyadı verilmişdir.
IV. Məhkəmənin mövqeyi
16. X21 Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi həyatına hörmət hüququna malikdir. X21 Məhkəməsinin presedent hüququna əsasən “şəxsi həyat” fərdin özəl həyatına nisbətən daha geniş anlayışdır, belə ki, hər bir fərdin müstəqil inkişaf etdiyi və şəxsiyyət kimi formalaşdığı sahələri, o cümlədən digər şəxslərlə münasibətlərini və ətraf aləmlə təmaslarını da əhatə edir. Şəxsə ad qoyulması və ailənin mənşəyi barədə məlumat əldə etməsi “şəxsi həyat”ın əhatə dairəsinə aiddir.
17. İlk növbədə qeyd edilməlidir ki, X21 Məhkəməsinin presedent hüququna əsasən, şəxsi həyat fərdin özəl həyatına nisbətən daha geniş anlayışdır, belə ki, hər bir fərdin müstəqil inkişaf etdiyi və şəxsiyyət kimi formalaşdığı sahələri, o cümlədən digər şəxslərlə münasibətlərini və ətraf aləmlə təmaslarını da əhatə edir; Ailənin mənşəyi barədə məlumat əldə etməsi şəxsi həyatı əhatə edir.
18. Odur ki, məhkəmə şəxsin ailənin mənşəyi barədə məlumat əldə etməsi ilə bağlı məsələnin həm daxili qanunvericilik, həm də X21 Məhkəməsinin presedent hüququ baxımından qiymətləndirilməsi üçün aşağıdakı məsələləri araşdırmalıdır: - Müdaxilə varmı? - Müdaxilə qanunla nəzərdə tutulubmu? - Müdaxilə qanuni məqsəd daşıyırdımı? - Müdaxilə demokratik cəmiyyətdə zəruri idimi?
19. X21 Məhkəməsinin presedent hüququna əsasən: - “zəruri” anlayışı “əvəzolunmaz” anlayışının sinonimi deyil, o cümlədən bu anlayış “qəbul edilən”, “adi”, “ağlabatan”, “faydalı” və ya “arzu edilən” ifadələrinə xas olan çevikliyə malik deyil; - Razılğa gələn dövlətlər məhdudiyyətlərin tətbiqi zamanı müəyyən, lakin qeyri-məhdud olmayan qiymətləndirmə sərbəstliyi hüququna malikdirlər, lakin onların Konvensiyaya uyğunluğuna dair yekun qiymətləndirmə Avropa Məhkəməsinin səlahiyyətindədir; - “demokratik cəmiyyətdə zəruri” anlayışı onu ifadə edir ki, müdaxilə Konvensiya ilə uzlaşmaqla “təxirəsalınmaz ictimai ehtiyaca” uyğun və “qarşıya qoyulmuş qanuni məqsədə mütənasib” olmalıdır; - Hüquqların təminatının məhdudlaşdırılmasına dair Konvensiyadakı maddələr məhdud təvsir olunmalıdırlar (X3rşı).
20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - Azərbaycan Respublikası Nazirlər kabinetinin “X2 X14”nın təsdiq edilməsi haqqında Qərarına əsasən: 2.8. Doğum haqqında aktın qeydində uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat aşağıdakı qaydada yazılır: 2.8.1. öz aralarında nikahda olan ata və ana doğum haqqında aktın qeydində və doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Uşağın atası və ya anası kimi qeyd olunmuş şəxsin həmin qeydiyyat barədə məlumatı olduqda və ya məlumatı olması yəqin edildikdə, o, həmin qeydiyyata dair məhkəmə qaydasında iddia verə bilər; uşağın doğumu haqqında akt qeydində ata və ananın milliyyəti onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumat əsasında, həmin sənədlərdə milliyyət barədə məlumat olmadıqda isə doğum haqqında şəhadətnamələrindəki qeydlər əsasında yazılır. Atanın və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, doğum haqqında akt qeydində hər iki valideynin milliyyəti göstərilir. Ata və ya ananın doğum haqqında şəhadətnaməsində onların valideynlərinin milliyyəti qeyd olunmadıqda və ya doğum haqqında şəhadətnaməni təqdim edə bilmədikdə və bu məlumatlar qeydiyyat şöbələrində, habelə Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aklarının arxivində, Naxçıvan Muxtar Respublikasının X2 arxivində saxlanılmadıqda, uşağın doğumu haqqında akt qeydində həmin valideynin milliyyəti göstərilmir. Bu halda doğum haqqında akt qeydinin "Milliyyəti" qrafasında "Məlumat təqdim edilməyib" sözləri yazılır. Uşağın doğumu haqqında şəhadətnamədə ata və ananın milliyyəti onların xahişi ilə doğum haqqında akt qeydinə uyğun yazılır. Doğum haqqında akt qeydində ata və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, uşağın doğumu haqqında şəhadətnamədə ata və ya ananın arzusundan asılı olaraq həmin milliyyətlərdən biri göstərilir. Uşağın doğumu haqqında akt qeydində və şəhadətnamədə valideynlərin milliyyətinə dair məlumatların yazılması qaydası müvafiq qeydiyyat aparılanadək qeydiyyat şöbəsinin, konsulluq idarəsinin və icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsi tərəfindən ərizəçiyə izah olunmalıdır 2.8.2. valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır; 2.9. Bu Qaydanın 2.8.1 və 2.8.2-ci yarımbəndlərinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. 2.15. Nikah dövründə ana bətninə düşmüş, lakin nikah pozulduqdan və ya etibarsız hesab edildikdən sonra anadan olmuş uşağın doğumunun qeydiyyatı, nikahın pozulduğu və ya etibarsız hesab edildiyi gündən uşağın doğulduğu günədək 10 aydan çox keçməmişdirsə, valideynləri nikahda olan uşağın doğumunun qeydiyyatı qaydasında aparılır.
21. Beləliklə, 20.07.2018-ci il təvəllüdlü X13 nikah dövründə ana bətninə düşmüş, tərəflər arasında nikah məhkəmə qətnaməsi əsasında 28.06.2018-ci il tarixdə pozulmuşdur. Üçüncü şəxs Novruzəliyeva (Davudova) Aygün Binyamin qızı məhkəmə iclasında iştirak etmir. Məhkəmə dəftərxana vasitəsilə üçüncü şəxs Novruzəliyeva (Davudova) Aygün Binyamin qızının adından daxil olmuş ərizənin mötəbərliyinə münasibət bildirərək qeyd edir ki, iddiaçının sözlərinə əsasən, üçüncü şəxsin qeydiyyatda olduğu ünvan 2 ünvanda yaşamır. Odur ki, üçüncü şəxsin belə bir həssas məsələdə etibarlı olaraq iradə ifadəsini məhkəmə aşkar şəkildə müəyyən etmədiyi üçün məhkəmə həmin ərizənin üçüncü şəxs Novruzəliyeva (Davudova) Aygün Binyamin qızının iradəsini əks etdirdiyi qənaətinə gəlmir.
22. Odur ki, 20.07.2018-ci il təvəllüdlü X6 doğum haqqında akt qeydində müvafiq düzəlişin edilməsi üçün hər hansı hüquqi əsas yoxdur və nəticə etibarilə iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır.
23. Məhkəmə cavabdeh qurumun hazırki imtinasının qanunsuz olması qənaətinə gəlməsi üçün hər hansı əsas görmür. Lakin məhkəmə hesab edir ki, iddiaçı arzuladığı nəticəyə nail olmaq üçün mülki icraat qaydasında aidiyyəti üzrə ümumi məhkəməyə müraciət edə bilər.
24. İPM-in 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
25. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva