Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4068/2025 26.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri X2, X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı "qərarın ləğvi, tutulmuş vəsaitin qaytarılması" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabadeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə mərkəzi Filialından 1049,73 manat pul vəsaiti alınaraq İddiaçı verilməsi, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2014-cü ilin avqust ayında güzəştli şərtlərə əmək pensiyasına çıxmışdır. 2014-cü il tarixdə, 170 manat pensiya təyin edilmişdir. 2020-ci il tarixdə, və 32 il iş stajı olmaqla və 67 yaşı tamam olduqda isə 765 manat pensiya təyin edilmişdir. Bundan sonra onun 32 il stajına və yaşına görə əmək pensiya məbləği az olduğu üçün yenidən hesablanması barədə Dost-xidmət mərkəzinə gedərək yenidən hesablanması barədə ərizə ilə müraciət edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə mərkəzi Filialından 24 sentyabr 2024-cü il tarixli, 3-A-1/2-71-23 0210/2024 saylı məktubunda ona bildirildi ki, guya ki, o yaşa görə əmək pensiyanı artıq almışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə mərkəzi Filialının məktubunda da, qeyd edilmişdir ki, son üç il məhdudlaşdırılaraq 1049,73 manat təşkil edir. Hazırda da, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya məbləği 717.42 manat təşkil edir. Onun yaşa görə pensiyasının həmçinin 32 il iş stajı olmaqla, 765 manat təşkil etməsi 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmişdir. Cavabdeh tərəfindən məktubunda pensiya məbləği hazırda 717,42 manat təşkil etməsini yazmağına baxmayaraq məktubda 2020 ci il tarixdə 765 manat alınmasını bilərəkdən qərəzli olaraq məktubunda qeyd etməmişdir. İlk olaraq vətəndaşı aldatması, və məhkəmələri bilərəkdən məşğul etməsi, vaxt uzaldılmasına gətirib çıxarması deməkdir. Ən əsası isə ona təyin edilmiş əmək pensiya məbləği az olduğu üçün Dost- Xidmət mərkəzinə yenidən hesablanması barədə ərizə ilə müraciət etdikdən sonra pensiya məbləği artırılmalı olduğu halda azaldılmışdır. Bundan sonra ona qəsdən qanunsuz və ədalətsiz olaraq onun üç aydır hazırda əmək pensiya məbləğindən hər ayda müxtəlif pul vəsaitləri onun ərizəsi və razılığı olmadan qanunsuz çıxılır. Buna baxmayaraq xx.xx.2024-cü il tarixdə də yenidən cavabdeh tərəfindən məktub göndərilmişdir ki, könüllü şəkildə ərizə ilə yenidən müraciət edilməsi onun son üç il üzrə 1049,73 manat artıq pul vəsaiti bərpa edilməsi məqsədi ilə yazılı razılığı qısa müddət ərzində mərkəzi filiala təqdim edilməsi qeyd edilmişdir. Bununlada o və ailə üzvülərinin Azərbaycan Respublikasmının vətəndaşı olaraq onun və ailəsinin hüquqlarını kobucasına konstitusiya qanunundan kənar qeyri qanuni yol ilə, pozulması deməkdir. Onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması nəinki 765 manat məbləği 1100 (bir min yüz) manat civarında olmalıdır. Cavabdeh tərəfindən onun yaşa görə əmək pensiya məbləğinin 1049, 73 manat pul vəsaiti cavabdehdən alınaraq ona verilməli, və yaşa və 32 il iş staja görə yenidən hesablanmalıdır. Onun qanunsuz olaraq yaşa görə əmək pensiyasının son üç il üzrə məhdudlaşdırılmış 1049,73 manat məbləği cavabdehdən alınaraq ona qaytarılmalı və yaşa görə əmək pensiyasının yenidən hesablanması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə mərkəzi Filialının vəzifəsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 37.3.1 -ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış baza və sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Araşdırma zamanı, vaxtilə iddaçının əmək pensiyasının yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilib. Belə ki, əmək pensiyası yenidən hesablanarkən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi xx.xx.2017-ci il tarixindən 266,80 manatdan 316,23 manata (indeksləşdirilərək xx.xx.2018-ci il tarixinə 334,26 manat), xx.xx.2018-ci il tarixindən 334,26 manatdan 334,64 manata (indeksləşdirilərək xx.xx.2019-cu il tarixinə 344,68 manat), xx.xx.2019-cu il tarixindən 344,68 manatdan 346,58 manata (indeksləşdirilərək xx.xx.2021-ci il tarixinə 450,18 manat), xx.xx.2021-ci il tarixindən 450.18 manatdan 455,02 manata (indeksləşdirilərək xx.xx.2022-ci il tarixinə 470,49 manat), xx.xx.2022-ci il tarixindən isə 470,49 manatdan 546,05 manata artırılmalı olduğu halda, 13,02.2018-ci il tarixindən 334,26 manatdan 339,84 manata artırılaraq iddiaçıya ödənilib. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. İddiaçıya son üç il üzrə 1049,73 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Həmin vəsaitin əmək pensiyasından hissə-hissə tutularaq büdcəyə bərpa edilməsi məqsədilə iddiaçıdan yazılı razılığını qısa müddət ərzində Mərkəzi Filiala təqdim etməyi xahiş olunur. İddiaçının əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 717,72 manat təşkil edir. Sosial təminat hüququnun məzmununa nəzər salsaq, həmin hüququn da Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi, mədəni) bərabər, eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-3-15709/2024 nömrəli qərarın ləğv edilməsi və oktyabr 2024-cü il tarixdən may 2025-ci il tarixədək hər ay üzrə 71.71 manat olmaqla tutulmuş məbləğin geri qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Elektron məhkəmə sistemi vasitəsilə əldə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1957-ci il tarixdə doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, 3-17-1/2-32360/2025 nömrəli məktubu ilə təqdim olunmuş pensiya işi və inzibati icraat materiallarından görünür ki: -Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın xx.xx.2014-cü il tarixli 644 nömrəli qərarı ilə İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq yaşa görə xx.xx.2014-cü il tarixdən 171.22 manat məbləğində pensiya təyin edilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-15709/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı ilə İddiaçı hazırki pensiya məbləği 762 manat 54 qəpik, yenidən hesablanmış pensiya məbləği 717 manat 42 qəpik müəyyən edildi. Yenidən hesablanmanın səbəbi: 37.3.1 işdən çıxma sıfırdan 39.1-ci maddəsinə əsasən məhdudlaşdırma. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış əmək pensiyasının yenidən hesablanması və artıq ödənilmiş pul vəsaiti haqqında məktubda bildirilmişdir ki, sizə xx.xx.2014-cü il tarixindən Fondun Qaradağ rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 37.3.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış baza və sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Araşdırma zamanı, vaxtilə əmək pensiyanızın yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilib. Belə ki, əmək pensiyanız yenidən hesablanarkən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyiniz xx.xx.2017-ci il tarixindən 266,80 manatdan 316,23 manata (indeksləşdirilərək xx.xx.2018-ci il tarixinə 334,26 manat), xx.xx.2018-ci il tarixindən 334,26 manatdan 334,64 manata (indeksləşdirilərək xx.xx.2019cu il tarixinə 344,68 manat), xx.xx.2019-cu il tarixindən 344,68 manatdan 346,58 manata (indeksləşdirilərək xx.xx.2021-ci il tarixinə 450,18 manat), xx.xx.2021-ci il tarixindən 450.18 manatdan 455,02 manata (indeksləşdirilərək xx.xx.2022-ci il tarixinə 470,49 manat), xx.xx.2022-ci il tarixindən isə 470,49 manatdan 546,05 manata artırılmalı olduğu halda, 13,02.2018-ci il tarixindən 334,26 manatdan 339,84 manata artırılaraq sizə ödənilib. Qanunun 39.1 -ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanları nəzərə alaraq, sizə son üç il üzrə 1049,73 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Həmin vəsaitin əmək pensiyanızdan hissə-hissə tutularaq büdcəyə bərpa edilməsi məqsədilə yazılı razılığınızı qısa müddət ərzində Mərkəzi Filiala təqdim etməyiniz xahiş olunur. Əmək pensiyanız qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 717,72 manat təşkil edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin: -32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. -38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi üzrə cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın əmək pensiyasının yenidən hesablanması haqqında qərarının ləğv edilməsi mübahisələndirmə haqqında iddiadır. Cavabdeh iddiaçının əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli qərarının iddiaçıya təqdim edilməsini sübut edən sənədə istinad etməmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən qərardan iddiaçının daha əvvəl məlumatlı olduğu sübuta yetirilmədiyi sürəcə hesab olunur ki, iddiaçı sözügedən inzibati aktdan məlumatlı olmamışdır. İddiaçı mübahisələndirilən qərarla hazırkı məhkəmə icraatında tanış olmuşdur. Beləliklə, iddiaçı məhkəmə icraatında məlumatlı olduğu mübahisələndirdiyi inzibati akta münasibətdə iddia müddətini ötürmüş hesab edilmir. Beləliklə, iddia üzrə mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsaslıdır. İşin hallarından müəyyən olunur ki, ididaçıya Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsinin xx.xx.2014-cü il tarixli 644 nömrəli qərarı ilə xx.xx.2014-cü il tarixdən pensiya təyin edilmişdir. Cavabdeh sonuncu dəfə xx.xx.2024-cü il tarixli qərarla iddiaçının pensiyasını yenidən hesablamışdır.. Cavabdehin mövqeyinə görə xx.xx.2024-cü il tarixli qərarı ilə pensiyası yenidən hesablanarkən müəyyən edilmişdir ki, iddiaçının əmək kitabçası qeydlərində 2014-cü ildən 2017-ci il tarixədək işdən çıxmaları olsa da lakin DSMF rayon şöbəsi iddiaçının işdən çıxarkən –işləməyən əmək pensiyaçısı kateqoriyasına keçərkən yığılmış pensiya kapitalını işlədiyi ayların sayı nəzərə almaqla müvafiq işdən azad olunma ilinin illik indeksasiya faizi tətbiq etməklə yenidən hesablamamış, həmin dövr üzrə yığılmış pensiya kapitalı yalnız 2017-ci ildə bölünərək 2017-ci ilin indeksasiya faizinə uyğun hesablanmışdır. Cavabdeh sonuncu dəfə xx.xx.2024-cü ildə yenidən hesablama zamanı bu halı aşkar etmiş və nəticədə iddiaçının pensiyasını 2014-cü ildən etibarən hər işdən çıxdığı dövrə uyğun (0-an) yenidən hesablanmışdır. Belə ki, iddiaçıya avqust 2024-cü ildə təyin edilmiş pensiya növbəti dəfə sentyabr 2014-cü ildə yenidən hesablanmış, işlədiyi 1 ay (144-1) nəzərə alınmaqla həmin tarixə toplanmış 426.22 manat kapitalı 143 aya bölməklə, pensiyanın sığorta hissəsi 2.98 manat olmaqla pensiyanın hesablanmalı olduğu dövrə 2014-cü il tarixə geriyə illik inflyasiyasa faizləri (indeksasiya) tətbiq edilməklə 1.60 qəpikdən pensiyasının üzərinə əlavə edilmiş, həmin hissə xx.xx.2023-cü il tarixə 2.68 manata, xx.xx.2024-cü ilə 2.98 manata çatdırılaraq pensiyasının üzərinə əlavə etmiş və xx.xx.2024-cü ilə pensiyasını 497.59 manata çatdırmışdır. Həmçinin, cavabdeh növbəti dəfə işdənçıxma üçün xx.xx.2027-ci ilə yenidən hesablamış, bu zaman yığılmış 10878.21 manat kapitalı 118 aya (144-26) bğlməklə sığorta hissəni 92.19 manat, geriyə 2017-ci ilə 49.43 manat penisyasına üzərinə əlavə etməklə pensiyanı 01.011.2024-cü ilə 589.78 manata çatdırmışdır. Həmçinin, növbəti dəfə işdənçıxma vaxtı olan xx.xx.2018-ci il tarixə 27 ay işləməsinə görə 103.3 manat pensiya kapitalını 154-ə bölməklə sığorta hissəni 0.67 manat, yenidən hesablanmalı olan dövrə 0.36 manat müəyyən edərək pensiyasına əlavə etmiş xx.xx.2024-cü ilə 590,46 manata çatdırmışdır. Həmçinin, növbəti dəfə işdənçıxma vaxtı olan xx.xx.2019-cu il tarixə 38 ay işləməsinə görə 432.18 manat pensiya kapitalını 133-ə bölməklə sığorta hissəni 3.25 manat, yenidən hesablanmalı olan dövrə 1.74 manat müəyyən edərək pensiyasına əlavə etmiş xx.xx.2024-cü ilə 593.71 manata çatdırmışdır. Həmçinin, növbəti dəfə işdənçıxma vaxtı olan xx.xx.2021-ci il tarixə 42 ay işləməsinə görə 740.86 manat pensiya kapitalını 116-ya bölməklə sığorta hissəni 6.39 manat, yenidən hesablanmalı olan dövrə 3.42 manat müəyyən edərək pensiyasına əlavə etmiş xx.xx.2024-cü ilə 600.10 maata çatdırmışdır. Həmçinin, növbəti dəfə işdənçıxma vaxtı olan xx.xx.2022-ci il tarixə 55 ay işləməsinə görə 8577.84 manat pensiya kapitalını 89-a bölməklə sığorta hissəni 96.38 manat, yenidən hesablanmalı olan dövrə 51.68 manat müəyyən edərək pensiyasına əlavə etmiş xx.xx.2024-cü ilə 696.47 manata çatdırmışdır. Beləliklə, cavabdehin iddiaçının bundan əvvəlki işdənçıxma vaxtlarına uyğun pensiya kapitalını yenidən hesablama nəticəsində iddiaçının hazırkı pensiya məbləği 762.54 manatdan 717.42 manata endirilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin pensiyanın yenidən hesablanması üçün əsas götürdüyü işdənçıxma ilə əlaqədar iddiaçının pensiya təyin edən orqana vaxtında məlumat verməməsi cavabdehin düzgün müəyyən etməli olduğu pensiya məbləğini ilk dəfə pensiyanın yenidən hesablanmasına əsas olan faktın (sentyabr 2014-cü il tarixdə ilk dəfə işdən çıxmaya görə pensiyanın yenidən hesablanması üçün əsas yaranmışdır) baş verdiyi vaxtdan üzərindən 10 il keçdikdən sonra aşkar edərək pensiyanı işdənçıxmaya görə 0-dan yenidən hesablanmasına əsas vermir. Belə ki, xx.xx.2006-cı ildən fərdi uçot yarandığı vaxtdan etibarən cavabdehin sistem üzərindən iddiaçının işdənçıxması, yığılmış pensiya kapitalı barədə məlumatı olsa da 2014-cü ildən 20204-cü ilədək keçirdiyi yenidən hesablamalar zamanı bu faktı müəyyən etməli olduğu halda aşkar etməmiş, nəticədə 10 il sonra iddiaçının məsuliyyətinə aid olmayan hal üzrə pensiyanın yenidən hesablamasını həyata keçirmişdir. Məhkəmə xüsusən o halı nəzərə alır ki, inzibati orqanlar üçün pensiyanın yenidən hesablamanı bildiyi vaxtdan önəmlisi lazımı diqqət və səriştəlilik göstərməklə qeyd edilən faktı bilməli olduğu vaxtın və şəraitin öyrənilməsi zəruridir. Bu hal İİQ-la inzibati orqan üçün nəzərədə tutulmuş (13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.); (24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.) müddəa və prinsiplərindən irəli gəlir. Odur ki, bundan öncəki yenidən hesablamalar zamanı (hətta pensiya işi DSMF rayon şöbəsindən XŞTMF-na təhvil verildikdən sonrakı) cavabdeh pensiyanın yenidən hesablamanı həyata keçirmək imkanı olduğu halda bunu etməmiş, iddiaçının pensiya təyin edən orqanın praktikasına etimad hüququ yaranmış, yenidən hesablama iddiaçının qanunsuz hərəkətlərinə əsaslanmamışdır. “İnzibati icraat haqqında” Qanunun: -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. Beləliklə, yuxarıda da qeyd edildiyi kimi qanunsuz əliverişsiz inzibati akt hər bir halda ləğv edilməli və onun hüquqi nəticəsi aradan qaldırılmalı, yəni ilkin pensiya təyinatı qərarına uyğun olaraq pensiyanın əvvəlki məbləğdə hesablanaraq ödənilməsi cavabdeh tərəfindən təmin edilməlidir. Bundan əlavə hazırkı məhkəmə icraatı gedişində müəyyən edilmişdir ki, cavadeh orqan nəinki xx.xx.2024-cü il tarixdə yenidən hesablama zamanı iddiaçının pensiya məbləğini azaltmış, hətta iddiaçının belə məlumatlı olmadığı halda onun həmin tarixədək istifadə olunmamış pensiya kapitalını (xx.xx.2017-xx.xx.2018-ci ilə 1036.44 manat; xx.xx.2020-xx.xx.2020-ci ilədək 1915.44 manat, 2022-ci il üçün 636.54 manat, xx.xx.2023cü ildən 1227.97 manat) yenidən hesablamamışdır. Halbuki, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. (İİQ-nun 24.2-ci maddəsi). İşdən görünür ki, cavabdeh oktyabr 2024-cü il tarixdən may 2025-ci il tarixədək hər ay üzrə 71.71 manat olmaqla pul vəsaiti tutmuşdur (müvəqqəti xarakterli müdafiə tədbirinə dair məhkəmənin qərardadı ilə tutulma dayandrılmışdır.) “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmin Qanunun 39.2-ci maddəsinə görə bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. Qanunun qeyd edilən müddəalarından görünür ki, artıq ödənilmiş əmək pensiyası və ya əmək pensiyasına əlavə əmək pensiyaçısına hər ay ödənilən əmək pensiyası məbləğindən tutula bilər. Bunun üçün Qanun iki mühüm şərti müəyyən etmişdir: -1. Tutulmanı həyata keçirən orqan əmək pensiyaçısına müraciət etməli, onun razılığını almalıdır. Razılığını aldığı təqdirdə inzibati orqan tutulma barədə qərar qəbul etməlidir. -2. Əmək pensiyaçısı tutulma barədə razılıq vermədiyi təqdirdə inzibati orqan tutulmanın həyata keçirilməsi üçün məhkəməyə müraciət etməlidir. Başqa sözlə, inzibati orqan özü birbaşa pensiyadan tutulmalar həyata keçirə bilməz. Bu, onunla bağlıdır ki, pensiya hüququ sosial təminatın mühüm tərkib hissəsi olmaqla qazanılmış hüquqdur və inzibati orqan özbaşına şəxsi bu hüquqdan məhrum edə bilməz. İnzibati orqan hər bir halda pensiyadan tutulmaların aparılması ilə bağlı əvvəlcə razılıq almaq üçün vətəndaşa müraciət etməli, razılıq əldə etmədiyi halda məhkəmədə iddia qaldırmalıdır. Qeyd edilən məhkəməyəqədərki tədbirlərə və ondan sonra tələb olunan qaydalara (məhkəmədə iddia qaldırmaq) riayət edilmədən pensiyadan tutulmaların aparılması qanuni hesab edilə bilməz. İş materiallarından görünür ki, ƏPQ-nin qeyd edilən tələblərinə uyğun olaraq inzibati orqan artıq ödənilmiş hesab etdiyi pensiya məbləğinin geri qaytarılması ilə bağlı iddiaçıya müraciət edərək onun razılığını almamışdır. Beləliklə, iddiaçının razılığı olmadan əmək pensiyasından tutulmaların aparılması mübahisəsizdir. Qanunla yalnız əmək pensiyaçısının razılığı olduğu təqdirdə inzibati orqan özü əmək pensiyasından tutulma barədə qərar qəbul edə, tutulma barədə hərəkətlər edə bilərdi. Belə olan halda, iddiaçının razılığı olmadan əmək pensiyasından tutulma barədə hərəkətləri qanuni hesab edilə bilməz. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının pensiyanın yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-3- 15709/2024 nömrəli qərarı ləğv edilməli və oktyabr 2024-cü il tarixdən may 2025-ci il tarixədək hər ay üzrə 71.71 manat olmaqla idiaçının pensiyasından tutulmuş məbləğin geri qaytarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3- 17-1/3-3-3-15709/2024 nömrəli qərarı ləğv edilsin. İddiaçı pensiya məbləğindən oktyabr 2024-cü il tarixdən may 2025-ci il tarixədək hər ay üzrə 71.71 manat olmaqla tutulmuş məbləğin geri qaytarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-4068/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4068/2025
26.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver