Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4069/2021 26.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi X40 katibliyi, iddiaçı X6 nümayəndəsi və vəkili Bakı şəhəri 5 saylı Vəkil bürosunun vəkili Vəkil, cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsi-X13 iştirakları ilə, iddiaçı X6 cavabdeh Bakı şəhər Cavabdehnə qarşı Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və X12 inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmaqla kompensasiyanın ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı X14 cavabdehlər Bakı şəhər Cavabdehnə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 107,1 kv. metr yaşayış evinin və 133,1 kv. metr olan torpaq sahəsinin 4/9 hissəsinin hər kv. metrə görə 2.500 manat məbləğində pul olmaqla, ümumilikdə 267.000 manatın, həmin məbləğə əlavə hesablanmış 20 faiz, yəni 53.400 manatın, evin sökülməsinə görə məcburi kirayədə qalma haqqı olaraq 7.200 manatın, mənəvi zərərə görə 50.000 manatın, ümumilikdə 377.600 (üç yüz yetmiş yeddi min altı yüz) manat məbləğində pulun tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsi 0,01087 kv. metr torpaq sahəsində yerləşən ümumi sahəsi 107,1 kv. metr olan 56 saylı fərdi yaşayış evi 4/9 hissədə onun, digər hissələrdən 1/3 hissə X15 və 2/9 hissə X19 mülkiyyətlərindədir. Həmin daşınmaz əmlak əvvəldən xüsusi mülkiyyətdə olmuş və orada yaşayış olmuşdur. Həmin ərazidə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Qərarı ilə Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi nəzərdə tutulmuşdur. Cavabdeh Bakı şəhər Cavabdeh qanunsuz olaraq həmin daşınmaz əmlakı sökmüş və mülkiyyətçilərə hər hansı kompensasiya ödəməmişdir. Bakı şəhər Cavabdehnə müraciəti nəticəsiz qalmışdır. Halbuki zəruri sənədlər həmin orqana təqdim edilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət edilmişdir. Həmin Nazirliyin 27 sentyabr 2019-cu il tarixli məktubunda həmçinin vurulmuş zərərin ödənilməsindən faktiki olaraq imtina edilmişdir. Cavabdeh evi özbaşına olaraq sökmüşdür və bununla da Konstitusiya və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri pozmuşdur. Həmin ərazidə yaşayış evinin kv. metr qiyməti 2.500 manat təşkil edir və həmin məbləğ torpaq sahəsinə də şamil olunmalıdır. Ona verilməli olan pul məbləği üzrə kompensasiya daşınmaz əmlakın bazar qiyməti ilə hesablanmalıdır. Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsi 0,01087 kv. metr torpaq sahəsində yerləşən ümumi sahəsi 107,1 kv.metr olan 56 saylı fərdi yaşayış evi həmçinin evin altında yerləşən torpaq sahəsi xüsusi mülkiyyət hesab olunur. Evin texniki pasportuna əsasən ümumi torpaq sahəsi 133,1 kv. metr təşkil edir. Beləliklə 107,1 kv. metr təşkil edən yaşayış evinin 4/9 hissəsi ilə yanaşı 133,1 kv. metr təşkil edən torpaq sahəsinin 4/9 hissəsi kompensasiya edilməlidir. Həmin 20 faiz ümumi məbləğə əlavə olunmalıdır. Eyni zamanda məcburi kirayə haqqı 7.200 manat təşkil edir. Mənəvi zərər qismində cavabdehdən 50.000 manat pul tutulmalıdır. Vurulmuş zərər hər iki cavabdehdən tutulmalıdır. Cavabdeh Bakı şəhər Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, ünvan 1 ünvanında mövcud olmuş yaşayış sahəsi dövlət ehtiyacları üçün alınmanın təsirinə düşməsi ilə əlaqədar qeydə alınmış, həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatda olan, faktiki olaraq istifadəsində və sahibliyində olan X5 razılaşdırılmış kompensasiya məbləği mövcud qanunvericiliyə uyğun olaraq 09.09.2016-cı il tarixdə notarial qaydada alqı-satqı müqaviləsi bağlanmaqla 152.223 (bir yüz əlli iki min iki yüz iyirmi üç) manat bank vasitəsilə ödənilmişdir. 09.09.2016-cı il tarixdə müqavilə bağlanan zaman iddiaçının mülkiyyətində və ya istifadəsində olan heç bir yaşayış sahəsi aşkar edilməmişdir. Məhkəməyə təqdim olunmuş RX seriyalı ******* №li “Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin çıxarışı”ndan da göründüyü kimi həmin ünvanda yerləşən daşınmaz əmlaka dair iddiaçının mülkiyyət hüququ yalnız 05.03.2019-cu il tarixdə yəni sözügedən ünvanda əmlakın dövlət ehtiyacları üçün alınmasından və sökülməsindən 3 il sonra dövlət qeydiyyatına alınmışdır. Bundan başqa, çıxarışdan da göründüyü kimi həmin daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi dövlətin mülkiyyətindədir və iddiaçıya torpaq sahəsinə görə kompensasiya ödənilməsi mümkün deyil. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-394/2020 saylı 09 iyul 2020-ci il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-394/2020 saylı 09 iyul 2020-ci il tarixli qərarının ləğv edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1590/2020 №li iş üzrə qəbul etdiyi 04.11.2020-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-394/2020 saylı 09 iyul 2020-ci il tarixli qərarının ləğv edilməsi və işin sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qərardadında göstərilmişdir ki: - iş materiallarından görünür ki, iddiaçının kompensasiya tələbi iki cavabdehə qarşı yönəlmişdir. İddia ərizəsində iddiaçı iki cavabdeh göstərsə də, işə birinci instansiya qaydasında baxmış məhkəmə həmin cavabdehlərdən hansına qarşı iddianın mümkünlük şərtlərinin ödənildiyini, hansına qarşı isə ödənilmədiyini yoxlamadan iddianın mahiyyətinə qiymət vermişdir. Hazırki işdən müəyyən olunur ki, iddiaçının tələbi iki cavabdehə qarşı verilsə də, həmin tələb hər cavabdehə münasibətdə əsaslandırılmamış, keçirilmiş məhkəmə iclasında isə iddiaçı iştirak etmədiyi üçün dinlənilməmiş və nəticədə hansı cavabdehdən nəyi tələb etdiyi məsələsi aydınlaşdırılmamışdır. - Digər tərəfdən iş materiallarından müəyyən olunur ki, inzibati orqan tərəfindən inzibati icraat həyata keçirilərkən sözügedən daşınmaz əmlakın mübahisəli olduğu inzibati orqana məlum olmuş, hətta iddiaçının bu barədə icra hakimiyyəti orqanına müvafiq müraciətləri də olmuşdur. Buna baxmayaraq inzibati orqan olan Cavabdeh Tamara Məhərrəmova ilə alqı-satqı münasibətlərinə daxil olmamışdan əvvəl həyata keçirdiyi inzibati icraatla bağlı qanunvericiliyin tələblərinə riayət etməmiş, iddiaçını maraqlı şəxs olduğu halda hər hansı formada inzibati icraatla bağlı məlumatlandırmamış və onun dinlənmə hüququnu təmin etməmişdir. Bunu inzibati orqan onunla izah etmişdir ki, Tamara Məhərrəmova ilə alqı-satqı müqaviləsi bağlanan zaman mübahisəli əmlakda başqa şəxslərin də qeydiyyatda olduğu və ya başqa şəxslərin mülkiyyətçi olması faktı ona məlum olmamışdır. Apellyasiya baxışı zamanı Cavabdehndən 09.09.2016-cı il tarixdə Tamara Məhərrəmova ilə alqı-satqı müqaviləsi bağlanarkən sözügedən daşınmaz əmlak üzərində hüquqların qeydi ilə bağlı müvafiq sənədlərin tələb olunması barədə Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müvafiq sorğunun ünvanlanıb-ünvanlanmadığı, başqa sözlə, mübahisəli daşınmaz əmlakla bağlı hüquqmüəyyənedici sənədlərin kimin adına olması barədə hansı araşdırmanın aparılmasını təsdiq edən müvafiq sübutların təqdim olunması tələb olunsa da, sonuncu belə sənədləri təqdim edə bilməmişdir. - İşə baxan məhkəmə tərəfindən kompensasiyanın ödənildiyi Tamara Məhərrəmovanın Bakı şəhəri, ünvan 6 fərdi yaşayış evinə hər hansı hüquqmüəyyənedici sənədinin mövcud olub-olmaması, dövlət ehtiyacları üçün alınması nəzərdə tutulan mübahisəli daşınmaz əmlakın üzərində kimin hüquqlarının dövlət reyestrində qeydə alınması, mübahisəli ev üzərində həbs oluğu halda onun alqı-satqısının mümkünlüyünün inzibati orqan tərəfindən araşdırılıb-araşdırılmadığı müəyyən edilməmiş, nəhayət inzibati orqan tərəfindən inzibati icraatın qanunvericiliyin tələblərinə müvafiq qaydada aparılmadığına, o cümlədən iddiaçının inzibati icraata cəlbinin zəruriliyi və onun dinlənmə hüququnun pozulmasına qiymət verilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məburidir. Apellyasiya instansiyası məhkəməsinin qərardadında qeyd olunmuş göstərişlərə əsasən iş üzrə iddiaçıya İPM-nin 13-cü maddəsinə əsasən hüquqi yardım göstərilərək, iddia tələbinin dəqiqləşdirilməsi tövsiyə olunmuşdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil İPM-nin 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, əvvəlki iddia tələblərinin qüvvədə saxlanılmaqla vurulan zərərin Bakı şəhər Cavabdehndən tutumasını, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin isə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində qəbul olunmasını xahiş etmiş, məhkəmənin 09.09.2021-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş üçüncü şəxslər Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və X12 müvafiq olaraq nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etmədiklərindən və məhkəmə iclasına gəlmədiklərindən məhkəmə İPM-nin 62.3-cü maddəsinin tələblərinə əsasən işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı X6 nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsi-X17 iddia tələbinə etiraz edərək və təqdim olunmuş yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İPM-nin 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı özünə məxsus olan yaşayış sahəsinin sökülməsinə görə cavabdehdən ona kompensasiya ödənilməsini xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə ona kompensasiya ödənilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarı ilə, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 382 nömrəli Fərmanının 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzaga Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan Bakı şəhəri Cavabdeh müəyyən edilməsi; Bakı şəhəri Cavabdehnə bu qərarın 1-ci hissəsində göstərilən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirməsinin tapşırılması qərara alınmışdır. İş materiallarından görünür ki: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarının tələblərinə uyğun olaraq, Bakı şəhəri Cavabdeh tərəfindən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin dövlət ehtiyacı üçün geri alınması ilə bağlı X5 09.09.2016-cı il tarixdə notarial qaydada alqı-satqı müqaviləsi bağlanmaqla 152.223 manat məbləğində razılaşdırılmış kompensasiya məbləği ödənilmişdir. İddiaçı tərəfindən cavabdeh Bakı şəhəri Cavabdehnə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, ünvan 4 ünvanında yerləşən, sahəsi 107.1 kv.m. olan mülkün 4/9 hissəsinin ona məxsus olması, həmin ünvanda yerləşən mülkə dair kompensasiyanın onun razılığı olmadan, həmin ünvanda qeydiyyatda olan, lakin heç bir sənədi olmayan bir kimsəyə verilməsi və ona kompensasiyanın verilməməsi qeyd edilmişdir. Cavabdeh Bakı şəhəri Cavabdeh iddiaçıya ünvanladığı 10.04.2019-cu il tarixli məktubundan görünür ki, iddiaçının kompensasiya ödənilməsi barədə müraciətinə baxılmış və bildirilmişdir ki, mübahisəli fərdi yaşayış evinin dövlət ehtiyacı üçün alınması məqsədilə 18.08.2016-cı il tarixdə Tamara Məhərrəmova ilə Cavabdeh arasında razılıq əldə edilmiş və müvafiq kompensasiya ödənilmişdir. İddiaçı ona kompensasiyanın ödənilməsi ilə əlaqədar Azərbaycan Respublikası Maliyyyə Nazirliyinə müraciət etsə də, onun müraciətindən imtina edilmişdir. Belə ki, iddiaçıya ünvanlanmış DX-03/05-05-985-5 saylı 27.09.2019-cu il tarixli imtina məktubunda qeyd edilmişdir ki, araşdırma zamanı ünvan 6 ünvanda mövcud olan yaşayış sahəsi dövlət ehtiyacları üçün alınmanın təsirinə düşməsi ilə əlaqədar qeydə alınmış, həmin ünvanda yaşayan və alınmasının təsirinə məruz qalan müıkiyyətçi ilə razılaşdılmış kompensasiya məbləği mülkiyyət hüquqlarını təsdiq edən sənəd əsasında, mövcud qanunvericiliyə uyğun olaraq notarial qaydada alqı-satqı müqaviləsi bağlamaqla bank vasitəsilə 2016-cı il tarixdə ona ödənilmiş, dövlət ehtiyacları üçün alınma ilə əlaqədar həmin ünvanda yalnız bir yaşayış evi qeydə alınaraq köçürülmüş, ünvanda digər şəxslər, o cümlədən onun adında, yaxud istifadəsində olan heç bir yaşayış sahəsi akşar edilməmişdir. Habelə hazırki müraciətinə əlavə edilmiş RX seriyalı ******* saylı reyestrdən çıxarışdan da göründüyü kimi, həmin ünvanda onun adına daşınmaz əmlak yalnız 05.03.2019-cu il tarixdə, yəni sözügedən ünvanda əmlakın dövlət ehtiyacları üçün alınmasından və sökülməsindən üç il sonra qeydə alınmışdır. Qeyd olunan ünvanda yaşayış sahəsinə görə kompensasiya hüququnun olub-olmamasının aydınlaşdırılması üçün mülkiyyət hüququnu təsdiq edən sənədlərlə birlikdə “Daşınmaz əmlakın alınması qrupu”na müraciət etməsi məqsədəuyğun hesab olunmuşdur. Bundan sonra İddiaçı fərdi yaşayış evinin 4/9 hissəsinin onun adına 05.03.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq buna dair daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın verildiyini, lakin daşınmaz əmlak sökülərkən mülkiyyətçilərə hər hansı kompensasiya ödənilmədiyini göstərmiş və buna dair kompensasiya tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan olan Bakı şəhər Yasamal rayon İcra Hakmiyyətinin imtinası qanunsuz və əsassızdır. Belə ki, iş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında 04 iyul 2018-ci il tarixli şəhadətnamədən görünür ki, 04.08.1976-cı il tarixdə vəfat etmiş X20 vərəsəsi qardaşının nəvəsi – İddiaçı – ünvan 7 ünvanında miras əmlakdan 1/3 hissə paydan 1/3 paya (evin 1/9 hissəsinə) pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 07.04.2012-ci il tarixdə- X23 verilmiş **********37-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 8 ünvanında sahəsindən paylı mülkiyyət hüququ üzrə miras qoyana məxsus 1/3 hissə paydan ibarətdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən 107,1 kv.metr fərdi yaşayış evinin 4/9 hissəsi İddiaçı adına 05.03.2019-cu il tarixdə qeydiyyata alınmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən **********37-10301 reyestr nömrəli 22.04.2014-cü il tarixdə texniki pasport tərtib edilmişdir. Məhkəmənin müvafiq sorğusu əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən daxil olmuş sənədlərdən, o cümlədən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6883/2011 saylı 18 noyabr 2011-ci il tarixli qətnaməsindən görünür ki, ərizə təmin edilərək, ünvan 9 ünvanında yerləşən evə dair ünvan 10trindən çıxarışda qeyd olunmuş X32 X9 olması faktının müəyyən edilməsi, ünvan 9 ünvanında yerləşən evin 1/3 hissəsinə miras əmlakının İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, ünvan 9 ünvanında yerləşən evin 1/3 hissəsinə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının İddiaçı adına aparılması və həmin hissəyə dair İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinin Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissədə 07.04.2012-ci il tarixdə İddiaçı, 1/3 hissədə X29 və 1/3 hissədə X19 adına qeydiyyata alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2080/2015 saylı 20.04.2015-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6883/2011 saylı 18.11.2011-ci il tarixli qətnaməsindən maraqlı şəxs X10 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunaraq, həmin iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6883/2011 saylı 18.11.2011-ci il tarixli qətnaməsi ləğv edilmiş, ərizə baxılmamış saxlanılmışdır. Həmin qərardadla ərizəçiyə izah olunmuşdur ki, eyni məzmunlu iddia tələbi ilə iddia icraatı qaydasında məhkəmədə iddia qaldıra bilər. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi 12.03.2020-ci il tarixli **********50 saylı məktubunda göstərilmişdir ki, ünvan 2 saylı fərdi yaşayış evi ilkin tarixsiz olaraq X28, X15, X19 adlarına qeydiyyatdan keçmiş, Yasamal Rayon Məhkəməsinin 2(004)-6883/2011 saylı 18.11.2011ci il tarixli qətnaməsinə əsasən sözügedən fərdi yaşayış evinin 1/3 hissəsi İddiaçı Əskərəli qızının adına qeydiyyatdan keçmiş, 5 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 2V-54 reyestr nömrəli 04.06.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən sözügedən fərdi yaşayış evinin X24 məxsus 1/3 hissədən 1/3 hissəsi İddiaçı Əskərəli qızının adına qeydiyyatdan keçmişdir. Sözügedən fərdi yaşayış evinin mülkiyyətçiləri aşağıdakılardır: X15 1/3 hissə, X19 2/9 hissədə açıq qalır, İddiaçı 4/9 hissə. 1187 saylı 02.09.2016-cı il tarixli Forma 2 arayışına əsasən ünvan 12 ünvanında X3 özü və oğlu X18 daimi qeydiyyatda olmuş və sahibin adına heç bir sənəd yoxdur. 09 sentyabr 2016-cı il tarixli X10 ilə Cavabdeh arasında bağlanmış müqavilədən görünür ki, X12 152.223 manat məbləğində kompensasiya almaqla ünvan 2 ünvanında yerləşən fərdi yaşayış sahəsindən Cavabdeh xeyrinə imtina etmişdir. X2 tərəfindən notariat kontoruna ünvanlanmış ərizədən görünür ki, ərizəçi ünvan 12 ünvanda yerləşən fərdi yaşayış evində ona məxsus olan payına görə digər payçılar tərəfindən hər hansı bir iddia yaranarsa onların payını qaytarmağı və bununla bağlı yaranan bütün məsuliyyəti öz üzərinə götürmüşdür. Həmçinin iş materiallarında olan iddiaçı tərəfindən Cavabdehnə ünvanlanmış 19.09.2016-cı il tarixli ərizədən görünür ki, iddiaçı 2011-ci il tarixdən vərəsəliklə əlaqədar Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev 56 saylı mülkdə yaşayan Tamara Məhərrəmova ilə əlaqə saxlamış, onlar eyni hüquqa malik baba nəvələridirlər. Həmin ünvanda yerləşən mülk onların babaları X7 aiddir. Həmin mülk 3 paylı olmaqla babası, onun bacıları (bibiləri) X46 və X22 məxsusdur. Hazırki dövrə kimi evin çıxarışı X44 adınadır. O, 1976-cı ildə ölmüşdür. Vərəsəliklə bağlı məhkəmə prosesi gedir. Həmçinin 2016-cı ilin 3 iyun tarixində mülkə həbs qoyulmuşdur. Məhkəmə prosesinin olması ilə bağlı Cavabdehnə, Söküntü Komissiyasına və Mənzil Kommunal Sahəsinə məlumat verilməsinə baxmayaraq 2016-cı ilin avqust ayının 26-da məlum olmuşdur ki, mülk bir gün əvvəl, yəni 25 avqust 2016-cı ildə sökülmüşdür. Alqı-satqı işinə əlavə edilmiş sənədlərdən görünür ki, qeyd olunan mübahisəli ünvanda X4 özü və oğlu X11 başqa şəxslər qeydiyyatda olmamışdır. Məhz buna görə də Bakı şəhər Cavabdeh tərəfindən X1 olan daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 09.09.2016-cı il tarixdə notarial qaydada alqı-satqı müqaviləsi bağlanmaqla 152.223 manat məbləğində razılaşdırılmış kompensasiya məbləği ödənilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. İş materiallarından müəyyən olunur ki, Bakı şəhər Cavabdeh ilə Tamara Məhərrəmova arasında 09.09.2016-cı il tarixdə mübahisəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanarkən sözügedən fərdi yaşayış evinin 1/3 hissəsinin iddiaçının adına 07.04.2012-ci il tarixdə qeydiyyata alınmasına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış hələ ləğv edilməmişdi, belə ki, həmin çıxarışın verilməsi üçün əsas olmuş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18.11.2011-ci il tarixli qətnaməsi maraqlı şəxs Tamara Məhərrəmovanın apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin 20.04.2015-ci il tarixli qərardadı ilə ləğv edilib, ərizə baxılmamış saxlanılsa da, həmin qərardadın icrası ilə bağlı müvafiq 07.04.2012-ci il tarixli reyestrdən çıxarış və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd ləğv edilməmişdir. Bundan başqa Cavabdeh ilə X10 arasında ünvan 12 ünvanında yerləşən fərdi yaşayış evinin alqı-satqı müqaviləsi 09 sentyabr 2016-cı il tarixdə bağlanarkən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7742/2016 saylı 03.06.2016-ci il tarixli qərardadına əsasən sözügedən yaşayış sahəsinin üzərində həbs olmuş və həmin həbs yalnız məhkəmənin 2(103)-2370/2017 saylı 10 aprel 2018-ci il tarixli qərardadı ilə götürülmüşdür. Azərbaycan Respublikası Konstitusıyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacı üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 15.9-cu maddəsində təsbit olunduğu kimi, dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyeklərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədilə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 246-cı maddəsinin müddəalarına (24.1- 246.5) əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması haqqına qərarı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) qəbul edir (246.1). Torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması haqqında müvafiq icra hakimiyyəti orqanının qərarı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır (246.2). Torpaq sahəsinin alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir (246.3). Dövlət ehtiyacları üçün alınan torpaq sahəsinin mülkiyyətçisi bu Məcəllənin 246.3-cü maddəsində göstərilən bildirişin göndərildiyi gündən sonra 90 təqvim günündən tez və 180 təqvim günündən gec olmayaraq bu Məcəllənin 247-ci maddəsinin tələblərinə əməl olunması şərti ilə alınan torpaq sahəsini azad etməlidir. Mülkiyyətçinin müraciəti ilə müvafiq icra hakimiyyəti orqanı bu maddədə göstərilən müddətləri dəyişə bilər (246.4). Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaq sahələri ilə yanaşı həmin torpaq sahələrində yerləşən və ya yerləşməyən və eyni məqsədlərlə alınan binalara (evlərə, tikililərə, qurğulara) da şamil edilir (246.5) “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının 2010-cu il 20 aprel tarixli 987-İİİQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar “Azərbaycan Respublikası Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 06.06.2012-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsi “Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır” kimi redaksiyada verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında “Azərbaycan Respublikasının 06.06.2012-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 246.1-ci maddəsi isə “Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir kimi redaksiyada verilmişdir. Yuxarıda qeyd edilən dəyişiklik əsasında yeni redaksiyada verilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 248.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi yalnız məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 249.2-ci maddəsinə əsasən torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra həmin tarixədək mülkiyyətində alınan torpaq olan şəxslərin sahiblik və istifadə hüquqları istisna olmaqla, həmin torpaqla bağlı bütün hüquqları kompensasiya almaq hüququna çevrilir. Mülkiyyət hüququna Azərbaycan Respublikası Konsitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa “İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında” 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İş materiallarından görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi yuxarıda qeyd olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı 16 fevral 2018-ci il tarixli qərarının təsiri altına düşmüşdür. Yaşayış sahəsi dövlət ehtiyacları üçün alınmanın təsirinə düşməsi ilə əlaqədar qeydə alınmış, qeyd olunan daşınmaz əmlaka dair mülkiyyət hüquqları və ya istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, yalnız həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatda olan, faktiki olaraq istifadəsində və sahibliyində olan X5 09.09.2016-cı il tarixdə notarial qaydada alqı-satqı müqaviləsi bağlanmaqla 152223 manat məbləğində (alqı-satqı müqaviləsinə əlavə olunmuş qiymətləndirilmə cədvəlinə görə əsas və köməkçi sahələrin hər kv. metri 1.500 manat olmaqla) razılaşdırılmış kompensasiya məbləği sonuncuya ödənilmişdir. Lakin bu zaman cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə zidd olaraq, ünvan 4 ünvanında yerləşən 107,1 kv.metr fərdi yaşayış evinin 4/9 hissəsinin İddiaçı xüsusi mülkiyyət hüququ ilə məxsus olduğu nəzərə alınmamış və həmin daşınmaz əmlakla bağlı kompensasiya ödənilərkən, aparılmış inzibati icraatda onun iştirakı təmin olunmamışıdr. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ünvan 4 ünvanında yerləşən 107,1 kv. metr fərdi yaşayış evinin 4/9 hissəsinin dövlət ehtiyacları üçün alınmanın təsirinə düşməsi ilə əlaqədar, cavabdehdən iddiaçının xeyrinə 71.400 (107,1 kv. metrin 4/9 hissəsi=47,6 kv. metr x 1.500 manat) manat məbləğində pul tutulmalıdır. İddiaçı həmçinin iddia tələbi üzrə 133,1 kv. metr torpaq sahəsinin 4/9 hissəsinin hər kv.metrinə görə 2.500 manat məbləğində kompensasiya ödənilməsini tələb etmişdir. Lakin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, mübahisəli fərdi yaşayış evinin yerləşdiyi 0,01087 ha torpaq sahəsi dövlət mülkiyyətində olmaqla istifadədir. Buna görə də iddiaçının həmin torpaq sahəsinə görə kompensasiya ödənilməsi tələbi əsassızdır. Bundan əlavə iddiaçı evin sökülməsi nəticəsində məcburi kirayə haqqı tələbi irəli sürsə də bunu təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə araşdırması iş materiallarından müəyyən olunmuşdur ki, iddiaçı mübahisəli daşınmaz əmlakın paylı mülkiyyətçilərindən biri olsa da, həmin daşınmaz əmlakın dövlət ehtiyaclarının alınması və sökülməsi vaxtı həmin evdə yaşamamışdır. İddiaçı həmçinin mənəvi zərərin əvəzinin ödənilməsini xahiş etmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il 7 №li Qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. İddiaçı X14 hazırki iş üzrə cavabdeh inzibati orqan tərəfindən ona mənəvi ziyan vurulması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək, cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə, ünvan 4 ünvanında yerləşən 107,1 kv. metr fərdi yaşayış evinin 4/9 hissəsinin dövlət ehtiyacları üçün alınmanın təsirinə düşməsi ilə əlaqədar 71.400 (yetmiş bir min dörd yüz) manat məbləğində kompensasiyanın iddiaçı X8 ödənilməsi vəzifəsi qoyulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə ünvan 4 ünvanında yerləşən 107,1 kv. metr fərdi yaşayış evinin 4/9 hissəsinin dövlət ehtiyacları üçün alınmanın təsirinə düşməsi ilə əlaqədar 71.400 (yetmiş bir min dörd yüz) manat məbləğində kompensasiyanın iddiaçı X8 ödənilməsi vəzifəsi qoyulsun. İddia qalan hissədə təmin olunmasın. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-4069/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4069/2021
26.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver