Məhkəmə qərarları › İş №2-1(112)-407/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-407/2021

11.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-407/2021 11.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi X7 iştirakı ilə İddiaçı Bakı şəhər İcra Hakimiyyətinin cavabdeh Badamdar Bələdiyyəsinə qarşı X15, X25, X17 və X18 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla qərarların etibarsız hesab edilməsi tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Bakı şəhər İcra Hakimiyyəti cavabdeh Badamdar Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər Badamdar X1, X23 və X11 “Torpaq sahələrinin ayrılmasına (əslində satılmasına)” dair xx.xx.2005-ci il tarixli 022, 023, və 024 saylı qərarların və həmin torpaq sahələrinin sonradan X9 mülkiyyətinə verilməsi barədə xx.xx.2006-cı il tarixli 226, 227, və 228 saylı qərarların etibarsız hesab edilməklə, həmin qərarların hüquqi nəticələrinin ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Badamdar Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 024 saylı qərarı ilə Badamdar qəsəbəsi, 2-ci y/m-də 600 kvm. torpaq sahəsi X11 ayrılmışdır. Sonradan vətəndaş X10 ərizəsi nəzərə alınaraq qeyd edilən torpaq sahəsi Badamdar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 228 saylı qərarı ilə X9 adına rəsmiləşdirilmişdir. Badamdar Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 023 saylı qərarı ilə Badamdar qəsəbəsi, 2-ci y/m-də 600 kvm. torpaq sahəsi X23 ayrılmışdır. Sonradan vətəndaş X19 ərizəsi nəzərə alınaraq qeyd edilən torpaq sahəsi Badamdar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 227 saylı qərarı ilə X9 adına rəsmiləşdirilmişdir. Badamdar Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 022 saylı qərarı ilə Badamdar qəsəbəsi, 2-ci y/m-də 600 kvm. torpaq sahəsi X8 ayrılmışdır. Sonradan vətəndaş X5 ərizəsi nəzərə alınaraq qeyd edilən torpaq sahəsi Badamdar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 226 saylı qərarı ilə X9 adına rəsmiləşdirilmişdir. Bununla yanaşı Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 2005 saylı sərəncamı ilə Badamdar qəsəbəsi, 1-ci massivində 600 kvm. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X3, xx.xx.1999-cu il tarixli, 1200 saylı sərəncamı ilə hər birinə 600 kvm. olmaqla X24 və X12 torpaq sahələri ayrılmışdır. Eyni zamanda müəyyən edilmişdir ki, həmin torpaq sahələri ilə Badamdar Bələdiyyəsinin ayırmış olduğu torpaq sahələri üst üstə düşür. Həmin mübahisəyə məhkəmə qaydasında baxılmış və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə iddia mümkün sayılmamışdır. Ali Məhkəmə öz qərarını onunla əsaslandırmışdır ki, torpaq sahəsi ayrılmış şəxslərin həmin Bələdiyyə qərarlarını mübahisələndirmək üçün subyektiv hüquqları yoxdur. Ali Məhkəmənin qərarından vətəndaşlar tərəfindən Konstitusiya Məhkəməsinə şikayət edilmiş və Konstitusiya Məhkəməsi xx.xx.2019-cu il tarixli qərardadı ilə şikayəti icraata qəbul etməkdən imtina etmişdir. Həmçinin məhkəmə kollegiyası qərardadında qeyd etmişdir ki, Bələdiyyənin həmin torpaq sahələrinin istifadəyə verilməsinin əsaslılığının yoxlanılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilə bilər. Bu əsasdan iddiaçı tərəfindən hazırki iddia ilə məhkəməyə müraciət edilmişdir. Qeyd edilməlidir ki, mübahisə olunan torpaq sahələrinin Badamdar Bələdiyəsinin mülkiyyətində olmasını təsdiq edən hər hansı bir fakt mövcud deyildir. Əksinə Bakı şəhər Badamdar Bələdiyyəsinin 044 saylı, xx xxxxx 2019-cu il tarixli məktubundan görünür ki, Bələdiyyənin arxiv materialları araşdırılarkən Badamdar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli X13, X8 və X23 məxsus ərazilər və X14 məxsus Bələdiyyə qərarları və onların tərkib hissəsi olan eskiz, alqı-satqı aktları aşkar edilməmişdir. Məktubda əlavə olaraq bildirilmişdir ki, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində heç bir yerdə qeydiyyatı aparılmayan xx.xx.2006-cı il tarixli X13, X8 və X23 verilmiş bələdiyyə qərarları və ya onların ərizəsi əsasında X9 adına verilmiş xx.xx.2006-cı il tarixli qərarlarda göstərilən ərazilər ümumiyyətlə Badamdar Bələdiyyəsinin mülkiyyətində olmayan torpaqlara aiddir. Göründüyü kimi Badamdar Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 022, 023, 024 saylı qərarları ilə X8, X23 və X13 ayrılmış və sonradan badamdar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 226, 227 və 228 saylı qərarları ilə X9 adına rəsmiləşdirilmiş torpaq sahələrinin Badamdar Bələdiyyəsinə hər hansı bir aidiyyəti olmamış, hərmin torpaq sahələri dövlət mülkiyyətində olmuş və sonuncunun iradəsi əleyhinə, qanunsuz olaraq onun mülkiyyətindən çıxarılmışdır. Məhkəmənin 2-1(112)-723/2020 №-li, xx xxxx 2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apelyasiya Məhkməsinin İnzibati Kollegiyasının 2-1(103)-1303/2020 №-li, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-723/2020 №-li, xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilmiş və iş mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmənin 2-1(112)-723/2020 №-li, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iş üzrə X15, X25, X17 və X18 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X20 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və üçüncü şəxslər lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarından görünür ki, Badamdar Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 024 saylı qərarı ilə Badamdar qəsəbəsi, 2-ci Y/m-də 600 kvm. torpaq sahəsi X11 ayrılmışdır. Sonradan vətəndaş X10 ərizəsi nəzərə alınaraq qeyd edilən torpaq sahəsi Badamdar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 228 saylı qərarı ilə X9 adına rəsmiləşdirilmişdir. Badamdar Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 023 saylı qərarı ilə Badamdar qəsəbəsi, 2-ci Y/m-də 600 kvm. torpaq sahəsi X23 ayrılmışdır. Sonradan vətəndaş X19 ərizəsi nəzərə alınaraq qeyd edilən torpaq sahəsi Badamdar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 227 saylı qərarı ilə X9 adına rəsmiləşdirilmişdir. Badamdar Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 022 saylı qərarı ilə Badamdar qəsəbəsi, 2-ci Y/m-də 600 kvm. torpaq sahəsi X8 ayrılmışdır. Sonradan vətəndaş X5 ərizəsi nəzərə alınaraq qeyd edilən torpaq sahəsi Badamdar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 226 saylı qərarı ilə X9 adına rəsmiləşdirilmişdir. Bununla yanaşı Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 2005 saylı sərəncamı ilə Badamdar qəsəbəsi, 1-ci massivində 600 kvm. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X3, xx.xx.1999-cu il tarixli 1200 saylı sərəncamı ilə hər birinə 600 kvm. olmaqla X24 və X12 torpaq sahələri ayrılmışdır. X2, X27 və X21 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Badamdar Bələdiyyəsinin hazırki mübahisə predmeti olan qərarlarının ləğv edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi xx.xx.2018-ci il tarixli qərarla iddianı mümkün saymamışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia mümkün sayıla bilməz. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı dövlət mülkiyyətində olan torpaqla bağlı cavabdeh tərəfindən əsassız qərar qəbul edilməsini iddia edərək həmin qərarların etibarsız hesab edilməsinə dair iddia ilə (müəyyən etmə və ya tanınma haqqında iddia) məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Pezidentinin xx.xx.2012-ci il tarixli, 648 №-li Fərmanı ilə "Yerli icra hakimiyyətləri haqqında" Əsasnamə təsdiq edilmişdir. Həmin Əsasnamə ilə 3-cü bəndində yerli icra hakimiyyəti başçısının vəzifələri, 4-cü bəndində isə səlahiyyətləri müəyyən edilmişdir. Qeyd olunan Əsasnamədə yerli icra hakimiyyəti başçısının dövlət mülkiyyətində olması iddia olunan torpaq sahəsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququna malik olması müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddianın qaldırılması üçün Bakı şəhər İcra Hakimiyyəti subyektiv hüquqa malik deyildir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Bakı şəhər İcra Hakimiyyətinin iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar