Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4071/2020 13.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Bakı İnzibat Məhkəməsinin hakimi Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, ixtisası: qaynaqçı, işləmir),cavabdehin nümayəndəsi və vəkili X3 (Bakı şəhərində qeydiyyatdadır;ixtisası: hüquqşünas, “Əkrəm və Partnyorlar” Vəkil bürosunda işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 X1rşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğinin birdəfəyə ödənilməsi” barədə iddiа ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 X1rşı “pensiya hüququnun yarandığı gün xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi və ötən aylar üçün pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsi qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının pensiya hüququ yarandığı gündən yəni, xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və pensiya məbləğinin hesablanaraq ona ödənilməsini cavabdehdən xahiş etmişdir. Cavabdeh pensiya təyin edilməsindən imtina edərək 6 ay çatışmadığını bildirmişdir. Daha sonra iddiaçı xx.xx.2020-ci il tarixdə də ərizə ilə müraciət etmişdir. Ərizədən sonra cavabdeh tərəfindən 1 ayın çatışmadığı bildirilmişdir. 1980-ci il tarixdən iddiaçıya əmək kitabçası açılmış, 2016-cı ildə işdən azad olunmuşdur. İddiaçının 36 il 3 ay əmək stajı var. 1980-ci il tarixdən 1981-ci ilin yanvarın axırına kimi qaynaqçı peşəsinə yiyələnmişdir. xx.xx.1981-ci ilin tarixdən xx.xx.2005-ci ilə kimə qaynaqçı işləmişdir. xx.xx.2006-cı il tarixdən xx.xx.2016cı ilə kimi sosial ödənişi var. İddiaçı cavabdehin imtinasını qanunsuz hesab edir, bu səbəbdən də məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh təqdim etdiyi iddia tələbinə münasibətində göstərmişdir ki, İddiaçı cavabdeh DSMF-nin X1rşı güzəştli şərtlərlə pensiyanın təyin edilməsi tələbinə dair iddiası aşağıdakı səbəblərdən mümkün sayılmamalıdır. İddiaçı cavabdeh İdarəyə müraciət edərək 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh İdarənin xx.xx.2020-ci il tarixli, **********3 nömrəli məktubu ilə iddiaçıya bildirilmişdir ki, ona pensiya təyin edilməsi üçün zəruri olan sənədlərin əsilləri tam şəkildə idarəyə təqdim edildikdən sonra iddiaçının müraciətinə baxıla bilər. İddiaçı, pensiya təyini üçün zəruri olan sənədləri tam şəkildə təqdim etmək əvəzinə birbaşa məhkəmədə iddia qaldırmışdır.Cavabdeh göstərilənlərə əsasən iddianın mümkün sayılmaması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. İddiаçı məhkəmə iclаsındа iddiа ərizəsində göstərilən məzmundа çıхış еdərək iddiа ərizəsinin təmin еdilməsini məhkəmədən хаhiş еtmişdir. Cavabdehin vəkili məhkəmə iclasında iddiaya dair etirazda göstərilən məzmunda çıxış edərək iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia tələbini təsdiq edən sübut qismində məhkəməyə AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin, ИТ-İ ******* nömrəli əmək kitabçasının, НЗ ******* nömrəli hərbi biletinin, 079807 saylı təhsil haqqında vəsiqənin surətləri, “xxxxxxxxxxxxxxxxxx” ASC-nin xx.xx.2016-cı il tarixli, 16 saylı arxiv arayışı, cavabdehin imtina məktubu təqdim edilmişdir. Məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür, xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixə qədər təhsil almışdır. xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilə qədər hərbi xidmətdə olmuşdur, xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixə, xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixə, xx.xx.1985ci il tarixdən xx.xx.2003-cü il tarixə, xx.xx.2003-ci il tarixdən xx.xx.2005-ci il tarixə, xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixə, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixə xx.xx.2005-ci tarixə kimi işləmişdir. İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixə xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixə, xx.xx.1985-ci il tarixdən xx.xx.2003cü il tarixə, xx.xx.2003-ci il tarixdən xx.xx.2005-ci il tarixə kimi xüsusi ilə ağır iş şəraitində elektrik qaynaqçısı kimi çalışmışdır. İddiaçının xx.xx.2006-ci il tarixinə ümumi iş stajı 25 il 06 ay 09 gün təşkil etmişdir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarının 2 nömrəli siyahısında nəzərdə tutulmuş peşədə işlədiyi üçün güzəştli stajı 57 yaşından ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir. Hazırda iddiaçı ona güzəştli şərtlərlə pensiya hüququnun yarandığı 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunmasını tələb edir. Məhkəmə İddiaçı iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa;b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinə edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. İddiaçının təhsil aldığı xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixə qədər dövrdə “Dövlət pensiyaları” haqqında SSRİ Qanunu qüvvədə olmuşdur. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları” haqqında SSRİ Qanunun 1-ci maddəsinin “v” bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixə qədər elektro qaynaqçı ixtisası üzrə kadr hazırlayan kurslarda təhsil almışdır. Yuxarıda istinad olunan və iddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş pensiya qanunvericiliyinin normalarından göründüyü kimi təhsil müddəti onun iş stajına, hazırkı halda sığorta stajına daxil edilir. İddiaçı həmin illərin sosial sığorta stajına daxil edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının təhsil aldığı illəri onun sosial sığorta stajına daxil etməkdən imtina etmişdir. Hazırkı mübahisə iddiaçının təhsil aldığı dövrə aid olduğundan isə, yuxarıda qeyd olunduğu kimi həmin dövrün qanunvericilik aktları hazırki münasibətlərə tətbiq edilməlidir. Bundan əlavə qeyd olunmalıdır ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir (Azərbaycan Respublikasının Konstitusiyasının 149.7-ci maddəsi). Cavabdehin ağırlaşdırıcı hallara istinad edərək təhsil müddətini sosial sığorta stajına daxil etməməsi konstitusion normanın da pozulması kimi qiymətləndirilməlidir. İddiaçının təhsil müddətinin onun sosial sığorta stajına daxil edilməsi təhsil aldığı dövrün qanunvericiliyinin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmış hüquqdur. Bundan əlavə, “əmək stajı” və “pensiya hüququ” bir-birindən fərqli anlayışlardır. Pensiya hüququ şəxsin qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur, yəni, bu gün qüvvədə olan pensiya hüquq normalarını tənzimləyən qanunvericilik aktında “təhsil müddətinin əmək stajına daxil edilməməsi” pensiya hüququ yaranmış şəxsə deyil, hazırda təhsil alan şəxsə şamil edilməlidir. Ona görə də “təhsil müddətinin əmək stajına daxil edilməsi” məsələsi şəxsin təhsil aldığı zaman qüvvədə olan qanunvericiliklə, pensiya hüququ isə bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənir. “Əmək stajı” və “pensiya hüququ” müxtəlif dövrlərdə yaranan hüquqi anlayışlar olduğundan təhsil müddətinin sığorta stajına daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yaranması vaxtı ilə müəyyən edilə bilməz. İddiaçının «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qüvvəyə mindiyi günə xx.xx.2006-cı il tarixə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısında nəzərdə tutulan peşələrdə (23200000—19906 əl ilə qaynaq aparan elektrik qaynaqçıları) iş stajı 22 il 06 ay 12 gün olduğu halda, ümumi iş stajı (25 il 06 ay 09 gün olduğu üçün) 25 ildən çox olduğu üçün onun 57 yaşının tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Cavabdehin iddiaçının sənədlərin əsillərini təqdim etməməsi barədə mülahizəsi iddiaçının pensiya hüququnun pozulması üçün əsas ola bilməz. Belə ki, iddiaçı dəfələrlə cavabdeh idarəyə müraciət etdiyi üçün sənədlərin əsillərini həmin idarəyə aparmaması və təqdim etməməsi inandırıcı deyil. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia);2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ötən aylar üçün pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və X4 Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X5 İdarəsinə həvalə edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə-vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 33-cü, 34-cü68ci, 69-cu, 85-ci, 110- cu maddələrini rəhbər tutaraq, məhkəmə qərаrа аldı: İddia tələbi təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ötən aylar üçün pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və X4 Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X5 İdarəsinə həvalə edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-4071/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4071/2020
13.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver