Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4075/2020 02.12.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X3 İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X3 üzrə Mərkəzi Filialına) qarşı pensiyanın yenidən hesablanması tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq, şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X3 İdarəsinə ((hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X3 üzrə Mərkəzi Filialı və bundan sonra mətndə DSMF X3 üzrə Mərkəzi Filialı) qarşı pensiyanın yenidən hesablanması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Konstitusiyasının 46, 71-ci maddələri və Mülki Məcəllənin 23, 25.5 və 77.1-ci maddələri nəzərə alınmaqla onun dövlət qulluğunda yaşa görə əmək pensiyasının yenidən hesablanaraq xx.xx.2019cu ildən 826,77 manat, xx.xx.2019-cu il tarixdən isə 1.159,02 manat müəyyən edilməsi vəzifəsinin cavabdeh DSMF X3 üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 54-cü maddəsinin tələblərinə əsasən məhkəməyə iddia tələbinin dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, onun xx.xx.2019-cu il tarixdən vəzifə maaşının 473 manat, qulluq stajına görə 20% olmaqla 94,60 manat və ixtisas dərəcəsinə görə 65 manat, hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşı”nın 15%-i midarında əlavə olmaqla 70,95 manat, mükafat 157,67 manat, əmək haqqına yüksəkliyə görə tətbiq edilən artımın (əmsalın) 20% olmaqla 172,24 manat, xx xxxxxxx 2019-cu il tarixdən vəzifə maaşının 730 manat, qulluq stajına görə 20% olmaqla 146 manat, ixtisas dərəcəsinə görə 65 manat, hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşı”nın 15%-i midarında əlavə olmaqla 109,50 manat, mükafat 243,33 manat, əmək haqqına yüksəkliyə görə tətbiq edilən artımın (əmsalın) 20% olmaqla 258,77 manat nəzərə alınmaqla pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy rayon şöbəsində xx.xx.2000-ci il tarixdən xx.xx.2019-cu il tarixə kimi müxtəlif vəzifələrdə işləmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin xx.xx.2019-cu il tarixli **********3 saylı əmri ilə 65 yaşının tamam olması ilə əlaqədar olaraq vəzifəsindən azad edilmişdir. Ona xx.xx.2019-cu il tarixdə DSMF X3 İdarəsi tərəfindən düzgün olmayaraq 546 manat dövlət qulluğuna görə əmək pensiyası təyin edilmişdir. Belə ki, onun pensiyasını məsləhətçi vəzifəsi üzrə təyin etmişlər. O, xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Gədəbəy rayon Partiya Komitəsində, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixə kimi Gədəbəy rayon X2, xx.xx.1991-ci il tarixdən xx.xx.1999-cu il tarixə kimi Gədəbəy rayon İcra hakimiyyətində (cəmi 12 il 9 ay 14 gün) ümumi şöbə müdiri işləmişdir. Hesab edir ki, həmin vəzifə Azərbaycan Respublikasının Prezdentinin 2013-cü il 02 dekabr tarixli 135 №li sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında Dövlət Qulluqçularının aylıq vəzifə maaşlarının, təsnifatlar üzrə inzibati və yardımçı vəzifələrə əlavə edilən 3 №li əlavənin 6-cı təsnifatına uyğun olaraq hesablanmalıdır. xx.xx.2019-cu ildə: vəzifə maaşı-473 manat, qulluq sajı 20%-94,60 manat, ixtisas dərəcəsi-65 manat, vəzifə səlahiyyətlərinin yerinə yetirilməsinə görə 15%-70,95 manat, mükafat-157,67 manat, 1500-2000 metr dağ yüksəkliyinə görə 20%-172,24 manat, cəmi 1.033,46 manat x 80 % =816,77 manat; xx.xx.2019-cu ildə: vəzifə maaşı-730 manat, qulluq sajı 20 %-146 manat, ixtisas dərəcəsi-65 manat, vəzifə səlahiyyətlərinin yerinə yetirilməsinə görə 15%- 109,50 manat, mükafat-243,33 manat, 1500-2000 metr dağ yüksəkliyinə görə 20%-258,77 manat, cəmi 1552,60 manat x 80 % =826,77 manat olmaqla, əvvəlki pensiya 415,91 manat x 80 % = 332,25 manat artım + əvvəlki pensiya 826,77 manat, cəmi 1.159,02 manat yaşa görə dövlət qulluqçusu kimi pensiya təyin edilməlidir. Onun 47 il 03 ay ümumi sosial sığorta stajı vardır ki, ondan 46 il 03 ay 29 günü dövlət qulluğudur. O, pensiyasının düzgün hesablanmaması barədə cavabdeh orqana müraciət etsə də, müraciətinin təmin olunmasından imtina edilmişdir. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında göstərmişdir ki, iddiaçıya xx.xx.2019-cu il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən, dövlət qulluqçusu kimi yaşa görə 546.00 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Hakimiyyət səlahiyyətlərinin icrasına görə 15% miqdarında pul təminatı ilə bağlı: Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması qaydaları Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 07 fevral tarixli, 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş 1 və 2 nömrəli əlavələrlə tənzimlənir. “Dövlət qulluğu haqqında” AR Qanununun 22.8-ci maddəsinə əsasən, dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq təyin edilməsi qaydası AR-nın müvafiq qanunu ilə müəyyən edilir. “Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın təyin edilməsi haqqında” AR Qanununun 2-ci maddəsinə görə hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı qanunvericiliklə müəyyən edilir. “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın (Əlavə 1) 11-ci bəndi ilə müəyyən edilir ki, dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinə hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında hesablanır. İddiaçı tərəfindən isə həmin arayışlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 iyun tarixli, 776 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı"nın təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxx 2010-cu il tarixli 266 nömrəli Fərmanı ilə 2008-ci il 20 iyun tarixli, 776 nömrəli Fərmanındakı siyahı qüvvədən düşmüşdür. Azərbaycan Respublikası Prezidentinin xx xxx 2010-cu il tarixli 266 nömrəli Fərmanında “rayon icra hakimiyyətinin başçısının aparatının ümumi şöbə müdiri” vəzifəsi nəzərdə tutulmamışdır. İxtisas dərəcəsi ilə bağlı: Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması qaydaları Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 07 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş 1 və 2 nömrəli əlavələrlə tənzimlənir. Əlavə 1-in 10-cu bəndi ilə müəyyən edilir ki, dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində ixtisas dərəcəsinə görə haqq ixtisas dərəcəsinin verilməsi haqqında onun qulluq etdiyi dövlət orqanı tərəfindən əmək kitabçası əsasında verilmiş arayış üzrə nəzərə alınır. 11-ci bəndi ilə müəyyən edilir ki, dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinə hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında hesablanır. İddiaçı tərəfindən isə həmin arayışlar təqdim edilməmişdir. Mükafat ilə bağlı: Azərbaycan Respublikası Prezidentinin 774 nömrəli, xx xxxxxx 2004-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında” Əsasnamənin 12-ci bəndi ilə hər il üçün dövlət qulluqçularına müəyyən olunmuş aylıq əmək haqqı fondunun 3 misli həcmində əlavə vəsaitlərin nəzərdə tutulduğu qeyd olunmuşdur. Bu isə həmin vəsaitlərin mütləq qaydada verilməli olması anlamına gəlmir. Belə olan halda, mükafat fərdi xarakterli olduğuna görə, yalnız müvafiq qaydada şəxsən alındığı və bunu təsdiq edən arayış təqdim edildiyi halda əmək pensiyasının hesablanması zamanı nəzərə alma bilər. İddiaçının isə həmin mükafatları almadığı açıq-aşkardır. Belə ki, Fərman iddiaçının işlədiyi müddətdə mövcud olmamış və iddiaçının həmin Fərmanda qeyd edilən mükafatları almadığı aydındır. Müavinət ilə bağlı: İddiaçı hesab edir ki, əmək pensiyası hesablanarkən dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda 1 aylıq vəzifə maaşı məbləğində müavinət nəzərə alınmalıdır. Halbuki, həmin müavinətin verilməsinə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli, 948 saylı Fərmanına əsasən, xx xxxxxx 2003-cü il tarixindən başlanılmışdır, yəni İddiaçı həmin müavinəti heç vaxt almamış, həmin müavinətdən sığorta ödənişi həyata keçirməmişdir. Bəli, fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləği dəyişdikdə dövlət qulluqçusunun əmək pensiyasının məbləği müddət məhdudiyyəti qoyulmadan, fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğinin sonrakı artımlarına uyğun olaraq bu Qaydaların 3-10-cu bəndlərində nəzərdə tutulduğu kimi yenidən hesablanır. Lakin həmin müavinət dövlət məvacibinin tərkibinə daxil deyil. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən, dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Göründüyü kimi, məzuniyyətə çıxarkən verilən müavinət dövlət məvacibinin tərkibinə daxil edilməmişdir. Buna görə də, həmin müavinətin verilməsi dövlət məvacibinin artırılması kimi qiymətləndirilərək, pensiyada olan dövlət qulluqçularının əmək pensiyalarının məbləğinin yenidən hesablanmasına səbəb ola bilməz Bu məsələlər ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14- cü maddələrinin şərh edilməsinə dair xx xxx 2020-ci il tarixli Qərarı mövcuddur. Həmin Qərarda deyilir: “Sorğuda qaldırılan digər məsələ qulluq stajına görə əmək pensiyasına əlavələr edilən şəxslərin müdafiəsi ilə əlaqədar qanunvericilikdəki dəyişikliklərlə bağlı onların pensiyalarının xidmət etdikləri dövrdə qanunvericilikdə nəzərdə tutulmayan və həmin şəxslərə ödənilməyən, məcburi sığorta ayırmalarına cəlb edilməmiş əlavələr də nəzərə alınmaqla yenidən hesablänması ilə bağlıdır. Dövlət qarşısında xüsusi xidmətlərə görə həm pensiya yaş həddində, həm də pensiya məbləğində müəyyən edilən güzəştlər hərbi və xüsusi rütbəli şəxslərə, dövlət qulluqçularına, məhkəmə hakimlərinə, Milli Məclis deputatlarına və s. də şamil olunur. Pensiya məbləğində müəyyən edilən güzəşt Qanunun 20.14-cü maddəsinə uyğun olaraq, pensiyanın sığorta hissəsinə dövlət büdcəsi vəsaiti hesabına qulluq stajına görə əlavələrin tətbiq edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra - Əmək Məcəlləsi) 154-cü maddəsinin 1-ci hissəsinə görə, əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğin, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Qeyd olunduğu kimi, əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsində müəyyən edilmişdir ki, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanlarına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmçinin Qanunun 1.0.5-ci maddəsinə müvafiq olaraq, təminat xərcliyi dedikdə hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artırmalar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: -“Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; -“Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əmək haqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: -əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; -əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması”. Cavabdeh orqan şərh edilənlərə əsasən və İPM-in tələblərini rəhbər tutaraq İddiaçı cavabdeh İdarəyə qarşı pensiya məbləğinin dövlət qulluqçusu ixtisas dərəcəsinin, eləcə də mükafat və məzuniyyətə buraxılma zamanı işçiyə ödənilən yardımın məbləğləri, hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşının 15% miqdarında əlavənin, əmək haqqında yüksəkliyə görə tətbiq edilən artımın (əmsalın) nəzərə alınmaqla yenidən hesablanaraq ödənilməsinə dair iddiasının rədd edilməsi haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili “Xəzər Konsaltinq” Vəkil bürosunun vəkili Vəkil iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdeh DSMF X3 üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili “Əkrəm Həsənov və Partnyorları” Vəkil bürosunun vəkili X4 iddianı qəbul etməyərək və etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İş materiallarında olan: Gədəbəy RPŞ tərəfindən xx.xx.2015-ci ildə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1954-cü ildə Gədəbəy rayonunda doğulmuş İddiaçı Gədəbəy rayonu, Hacıələkbərli kəndində qeydiyyatdadır. İddiaçıya məxsus əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, iddiaçı xx.xx.1971-ci ildən xx.xx.1978-ci ilədək Azərbaycan KP Gədəbəy rayon komitəsində statistik vəzifəsində; xx.xx.1978-ci ildən xx.xx.1989-cu ilədək Azərbaycan KP Gədəbəy RK-nin partiya statistiki və uçot bölmə müdiri vəzifəsində; xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilədək Gədəbəy qəsəbəsi 12 nömrəli körpələr evi uşaq bağçasında müdir vəzifəsində; xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilədək rayon XDS İK-nin ümumi şöbəsinin müdiri vəzifəsində; xx.xx.1991-ci ildən xx.xx.1999-cu ilədək rayon icra hakimiyyəti başçısının aparatında ümumi şöbə üzrə müdir vəzifəsində; xx.xx.1999-ci ildən xx.xx.2000-ci ilədək rayon İcra hakimiyyəti başçısının aparatında ictimaiyyət və siyasi partiyalarla iş üzrə şöbənin böyük referenti vəzifəsində; DSMF Gədəbəy rayon şöbəsində xx.xx.2000-ci ildən xx.xx.2004-cü ilədək müfəttiş, xx.xx.2004-cü ildən xx.xx.2006-ci ilədək fərdi uçotun təşkili üzrə sektorun baş məsləhətçisi, xx.xx.2006-cı ildən xx.xx.2007-ci ilədək pensiya təyinatı sektorunun məsləhətçisi, xx.xx.2007-ci ildən xx.xx.2016-cı ilədək pensiya sektorunun müdiri, xx.xx.2016-cı ildən xx.xx.2019-cu ilədək sosial sığorta şöbəsinin baş məsləhətçisi vəzifəsində işləmişdir. Gədəbəy rayon İcra hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli R-300 saylı məktubda göstərilmişdir ki, hazırda Gədəbəy rayon İcra hakimiyyəti başçısı aparatında Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsində çalışan işçinin aylıq gəliri 730,00 manat vəzifə maaşından, 146,00 manat dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək yüksəkliyə görə və 109,50 manat isə vəzifə səlahiyyətlərinin yerinə yetirilməsinə görə vəzifə maaşına əlavələrdən ibarətdir. “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”yə əsasən dövlət qulluqçusuna 1 təqvim ilində vəzifə maaşının üç misli qədər mükafat və məzuniyyətə buraxılma zamanı vəzifə maaşının bir misli qədər yardım ödənilir. İddiaçının hazırki tələblə cavabdeh DSMF X3 İdarəsinə ünvanladığı müraciətinə cavab olaraq verilmiş xx.xx.2019-cu il tarixli **********8 saylı məktubda müraciətçiyə bildirilmişdir ki, DSMF-nin Gədəbəy rayon şöbəsi tərəfindən ona xx xxxx 2017-ci il tarixində yaşa görə əmək pensiyası təyin edilmişdir. Müraciətinə əsasən pensiya işinə aid sənədlər xx xxxx 2019-cu il tarixində həmin şöbədən İdarəyə gətirilərək ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə uyğun qaydada dövlət quluqçusu kimi yaşa görə 546,00 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Həmçinin araşdırma zamanı pensiya işinizə aid sənədlərdə işlədiyi dövrdə ərizəsində qeyd etdiyi “hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşı”nın 15 faizi miqdarında əlavənin, əmək haqqına yüksəkliyə görə tətbiq edilən artımın (əmsalın), ixtisas dərəcəsinə görə əlavənin, mükafat və müavinətin ona ödənildiyinə dair məlumatların mövcud olmadığı müəyyən edilmişdir. Bu səbəbdən də həmin təminatların qanunvericiliyin tələbləri baxımından ona münasibətdə tətbiq edilməsi mümkün hesab olunmamışdır. Bundan başqa ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci mariddəsinə əsasən əmək pensiyası “bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişi olduğu izah edilmişdir. Məhkəmənin müvafiq sorğularına əsasən; DSMF-nin X3 İdarəsinin **********2 №li xx xxx 2020-ci il tarixli məktubu ilə məhkəməyə göndərilmiş İddiaçı pensiya işinin təsdiq edilmiş surətindən görünür ki, DSMFnin Gədəbəy rayon şöbəsinin xx.xx.2016-cı il tarixli 398 saylı qərarı ilə İddiaçı yaşa görə xx.xx.2016-cı il tarixdən ömürlük 227,08 manat əmək pensiyası təyin edilmiş, adı çəkilən şöbənin xx.xx.2017-ci il tarixli 22 nömrəli qərarı ilə onun pensiyası yenidən hesablanaraq, xx.xx.2017-ci ildən ömürlük 456,92 manat müəyyən edilmişdir. DSMF-nin X3 İdarəsinin xx.xx.2019-cu il tarixli **********0 saylı qərarı ilə ona dövlət qulluqçusu kimi xx.xx.2019-cu il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən yaşa görə 546 manat ömürlük pensiya təyin edilmişdir. Gədəbəy rayon İcra hakimiyyəti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 171/8-14 saylı məktubda göstərilmişdir ki, İddiaçı ona pensiya məbləğinin hesablanması üçün xx xxxxxx 2019-cu il tarixdə Gədəbəy rayon İcra hakimiyyətinə müraciət edərək, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsində çalışan işçinin vəzifə maaşı və vəzifə maaşına əlavə haqqında məlumat verilməsini xahiş etmiş, ona İcra hakimiyyəti tərəfindən R-300 nömrəli xx xxxxxx 2019-cu il tarixli məktubla cavab verilmişdir. İddiaçı Gədəbəy rayon İcra hakimiyyətində işlədiyi dövrə aid ona hesablanmış əmək haqqı və digər ödəmələr haqqında cədvəllər qorunub saxlanılması məqsədilə Gədəbəy rayon Dövlət Arxiv idarəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası Milli Arxiv idarəsi Gədəbəy rayon İcra hakimiyyəti Gədəbəy rayon Dövlət Arxivinin xx xxxxxx 2020-ci il tarixli 33 №li məktubu ilə İddiaçı 1992-1993; 1997-2000-ci illərdə Gədəbəy rayon İcra hakimiyyətində ayrı-ayrı vəzifələrdə işləyərkən onun adına hesablanmış əmək haqqı cədvəlindən çıxarışlar məhkəməyə təqdim olunmuşdur. Qeyd olunan cədvəllərdən görünür ki, İddiaçı Gədəbəy rayon İcra hakimiyyətində işlədiyi dövrlərdə, o, cümlədən 1992, 1993, 1997, 1998, 1999 və 2000-ci illərdə ona vəzifə maaşı ilə yanaşı, əmək haqqına yüksəkliyə görə görə tətbiq edilən artım (20 %), mükafatın (maddi yardım və məzuniyyət ödənişləri daxil olmaqla) ödənilməsi həyata keçirilmişdir. DSMF-nin Gədəbəy rayon filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli **********4 saylı məktubda göstərilmişdir ki, İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Gədəbəy rayon icra hakimiyyətində ümumi şöbə müdiri işlədiyi dövrlər barəsində DSMF-yə məcburi dövlət sosial sığorta ödəmələrinin aparılması ilə bağlı məlumatları əldə etmək mümkün olmamışdır. Lakin İddiaçı DSMF-nin Gədəbəy rayon şöbəsində işlədiyi xx.xx.2000-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrlər üzrə məktubda qeyd edilən (DSMF-nin Gədəbəy rayon şöbəsində işlədiyi xx.xx.2000-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrlər üzrə “hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavənin, əmək haqqına yüksəkliyə görə tətbiq edilən artımın (əmsalın), ixtisas dərəcəsinə görə əlavənin, mükafat və müavinətin ödənilibödənilməməsi, ödənildiyi təqdirdə həmin məbləğlərdən sosial sığorta haqlarının tutulubtutulmaması barədə) gəlirləri məcburi dövlət sosial sığorta haqlarına cəlb edilmişdir. DSMF-nin X3 üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli **********4 saylı məktubdan müəyyən edilir ki, İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə xx xxxxxxxx 2019-cu il tarixinədək vəzifə maaşı 475,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 142,50 manat və ixtisas dərəcəsinə görə əlavəsi 65,00 manat olmaqla orta aylıq dövlət məvacibinin məbləğini 682,50 manat təşkil etmişdir. Bununla əlaqədar İddiaçı xx xxx 2019-cu il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinə əsasən 47 il 4 ay 24 gün qulluq stajına uyğun olaraq vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq dövlət məvacibinin (682,50 manat) 80 faizi-546,00 manat məbləğində sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən xx xxxxxxxx 2019-cu il tarixindən dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar İddiaçı əmək pensiyasının məbləği 793,00 manata artırılmışdır. Məhkəmənin 2-1(112)-4075/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh DSMF X3 üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması tələbinə dair iddiası üzrə işə xx.xx.2019-cu il tarixdən vəzifə maaşının 473 manat, qulluq stajına görə 20% olmaqla 94,60 manat və ixtisas dərəcəsinə görə 65 manat, xx xxxxxxx 2019-cu il tarixdən vəzifə maaşının 730 manat, qulluq stajına görə 20% olmaqla 146 manat və ixtisas dərəcəsinə görə 65 manat nəzərə alınmaqla pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması hissəsində tərəflər arasında mübahisə aradan qalxdığından (DSMF-nin X3 üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli **********4 saylı məktubunda qeyd olunmuş məlumatlar nəzərə alınmaqla) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən icraata xitam verilmişdir. İddianın iddiaçının “hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşı”nın 15%-i midarında əlavənin, əmək haqqına yüksəkliyə görə tətbiq edilən artımın (əmsalın) və ödənilmiş mükafatların nəzərə alınmaqla pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması hissəsinə gəldikdə isə məhkəmə hesab edir ki, cavabdehin imtinası bu hissədə qanunvericiliyin tələblərinə uyğun deyil. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2003-cü il tarixli 911 saylı Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin təsnifat toplusunda” yerli icra hakimiyyəti (Bakı Şəhər İcra Hakimiyyəti istisna olmaqla) başçılarının aparatlarında şöbə müdiri və onun müavini; vəzifələri qeyd olunur (2.1.7. İnzibati vəzifələrin altıncı təsnifatı). “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2-ci maddəsinə əsasən, bu Qanunda nəzərdə tutulmuş şərtlərə əməl olunmaqla "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan Azərbaycan Respublikasının vətəndaşlarının dövlət pensiyası (bundan sonra - pensiya) almaq hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən pensiya almaq üçün müraciət edənin arzusuna əsasən dövlət məvacibi onun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla hesablanır. Pensiyanın təyin edilməsi üçün dövlət məvacibinin hesablanması qaydası Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nda götərilmişdir ki; -bu Qaydalar əmək pensiyası təyin edilməsi üçün dövlət məvacibinin hesablanmasını tənzimləyir (bənd 1). Əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır (bənd 2). -Dövlət qulluqçularına pensiya hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun: 22.4-cü maddəsinə əsasən qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli olan, yaxud xüsusilə ağır olan dövlət orqanlarında vəzifə maaşları üçün müəyyən edilən artıq əmsal (bənd 8.1); 22.5-ci maddəsinə əsasən müəyyən edilən yerli əmsallar (bənd 8.2.); 30.2-ci maddəsinə əsasən iş vaxtından artıq işə görə müəyyən edilən əlavə haqq nəzərə alınır (bənd 8.3). Dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri də nəzərə alınır (bənd 9). -Dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində mükafatlar bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında mövcud qanunvericiliyə uyğun olaraq nəzərə alınır (bənd 12). “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən, dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenimunun xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə zidd olaraq iddiaçıya sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin olunan zaman sonuncunun pensiya işinə aid sənədlərdə işlədiyi dövrdə ərizəsində qeyd etdiyi “hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşı”nın 15 faizi miqdarında əlavənin, əmək haqqına yüksəkliyə görə tətbiq edilən artımın (əmsalın) və mükafatın ona ödənildiyinə dair məlumatların mövcud olmaması əsası ilə, həmin təminatların ona münasibətdə tətbiq edilməsinin mümkün olmadığı bildirilmişdir. Halbuki, məhkəmə araşdırması zamanı məhkəmənin müvafiq sorğularına əsasən əldə olunmuş məlumatlardan müəyyən olunmuşdur ki, iddiaçı-İddiaçı qulluq keçdiyi vəzifə üzrə ödənilmiş hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşı”nın 15%-i miqdarında əlavələr, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatlar, əmək haqqına yüksəkliyə görə tətbiq edilən 20% artımların (əmsal) ödənilməsi həyata keçirilmiş və sonuncunun həmin gəlirləri məcburi dövlət sosial sığorta haqlarına cəlb edilmişdir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti və məlumatı əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mübahisə olunan (xx.xx.2019-cu il tarixdən hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşı”nın 15%-i midarında əlavə olmaqla 70,95 manat, mükafat 157,67 manat, əmək haqqına yüksəkliyə görə tətbiq edilən artımın (əmsalın) 20% olmaqla 172,24 manat, xx xxxxxxx 2019-cu il tarixdən hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşı”nın 15%-i midarında əlavə olmaqla 109,50 manat, mükafat 243,33 manat, əmək haqqına yüksəkliyə görə tətbiq edilən artımın (əmsalın) 20% olmaqla 258,77 manat nəzərə alınmaqla pensiyanın yenidən hesablanması) hissədə qismən təmin edilməli, iddiaçıya qulluq keçdiyi vəzifə üzrə ödənilmiş hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşı”nın 15%-i miqdarında əlavələr, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatlar, əmək haqqına yüksəkliyə görə tətbiq edilən 20% artımlar (əmsal) nəzərə alınmaqla, ona sabiq dövlət qulluqçusu kimi təyin olunmuş yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh inzibati orqana həvalə edilməlidir. Pensiyanın yenidən hesablanması zamanı iddiaçıya tətbiq olunacaq mübahisəli təminatların məbləğinə (faizə nisbətdə) gəldikdə isə, həmin məbləğlər cavabdeh inzibati orqan tərəfindən “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”na uyğun olaraq iddiaçıya ödənilmiş əlavələr nəzərə alınmaqla, hesablanmalı olduğundan, iddia konkret məbləğlərin qeyd olunması hissəsində təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı-İddiaçı qulluq keçdiyi vəzifə üzrə ödənilmiş hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşı”nın 15%-i miqdarında əlavələr, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatlar, əmək haqqına yüksəkliyə görə tətbiq edilən 20% artımlar (əmsal) nəzərə alınmaqla, ona sabiq dövlət qulluqçusu kimi təyin olunmuş yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X3 üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia qalan hissədə təmin olunmasın. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-4075/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4075/2020
02.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver