Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4075/2023 05.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçıların nümayəndəsi (vəkili) X4, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı1 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «fərdi yaşayış evinin mərhuma məxsus olması barədə arayışın verilməsi» tələbinə dair iddia və İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «fərdi yaşayış evinin mərhuma məxsus olması barədə arayışın verilməsi» tələbinə dair iddia üzrə işlərə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı1 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarsinə qarşı «fərdi yaşayış evinə dair reyestrdən çıxarışın və texniki pasportun verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsində yerləşən 161A saylı fərdi yaşayış evi 20 fevral 1964-cü il tarixli müqaviləyə əsasən iddiaçının atası X17 tərəfindən əldə olunmuşdur. İddiaçının 4 saylı Bakı “ASAN” Xidmət Mərkəzinin Notariat Ofisinə müraciəti əsasında 22 iyul 2022-ci il tarixdə 1448 nömrə ilə 14 may 1964-cü il tarixdə vəfat etmiş atası X12 adına vərəsəlik işi açılmışdır. Qeyd olunanlarla əlaqədar notarius «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun müddəalarına uyğun olaraq, mərhum X12 adına həmin evə dair reyestrdən çıxarışın notariat ofisinə göndərilməsini xahiş etmişdir. Sonradan iddiaçı da həmin evə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeudiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdehin 21 oktyabr 2022-ci il tarixli cavab məktubund bildirilmişdir ki, təqdim edilən müqavilədə göstərilən X3 barədə İdarənin arxivində məlumat aşkar olunmamışdır. Həmçinin İdarənin arxivində mövcud olan ünvan 1 ünvanına dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə texniki pasportda qeyd edilən torpaq sahəsi ilə faktiki sahə arasında perimetrik ölçü və konfiqurasiya uyğunsuzluğunun mövcud olması əsas gətirilərək, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 26, 29, 60, 71-ci maddələrinə, İPM-in 33, 73-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1159,1.1-ci maddələrinə, Torpaq Məcəlləsinin 84, 88-ci maddələrinə, «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 22-ci maddəsinə əsaslanaraq, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, 161A saylı fərdi yaşayış evinə dair reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazında bildirilir ki, İddiaçı1 fərdi evinə dair çıxarış və texniki pasportun verilməsi tələbinə dair iddiası etirazla qarşılanır. İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 10 avqust 2022-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi idarəsinə müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən təqdim edilən müqavilədə göstərilən X3 barədə İdarənin arxivində məlumat aşkar olunmamışdır. Həmçinin İdarənin arxivində mövcud olan ünvan 1 ünvanına dair tərtib edilmiş texniki pasport digər şəxsin (Axundov Qəmbər) adına göstərilmişdir. Odur ki, fərdi yaşayış evinin iddiaçının adına qeydiyyata daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanuqu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlərdən hər hansı biri təqdim edilməmişdir. Bundan əlavə, texniki pasportda qeyd edilən torpaq sahəsi ilə faktiki sahə arasında perimetrik ölçü və konfiqurasiya uyğunsuzluğu mövcuddur. Belə ki, torpaq sahəsinin faktiki ölçüsü 1.363,5 kv.m təşkil edir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya 21 oktyabr 2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən baxış zamanı məlum olmuşdur ki, fərdi yaşayış evinin ümumi ölçüsü faktiki 67.7 kv.m-dır. Texdniki pasportdakı həyət tikliləri sökülüb, ərazidə əlavə həyət tiklisi inşa edilmiş, A tiklisində açıq eyvan bağlanıb və A tiklisi genişləndirilib. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8, 11.1, 23-cü maddələrinə əsaslanaraq, iddia tələbinin rədd edilməsi məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinə həmçinin İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «fərdi yaşayış evinə dair reyestrdən çıxarışın və texniki pasportun verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsində yerləşən 161A saylı fərdi yaşayış evi 22 fevral 1964-cü il tarixli müqaviləyə əsasən iddiaçının atası X14 tərəfindən əldə olunmuşdur. İddiaçının 4 saylı Bakı “ASAN” Xidmət Mərkəzinin Notariat Ofisinə müraciəti əsasında 21 sentyabr 2021-ci il tarixdə 1669 nömrə ilə 24 sentyabr 1987-ci il tarixdə vəfat etmiş atası X7 adına vərəsəlik işi açılmışdır. Qeyd olunanlarla əlaqədar notarius «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun müddəalarına uyğun olaraq, mərhum X7 adına həmin evə dair reyestrdən çıxarışın notariat ofisinə göndərilməsini xahiş etmişdir. Sonradan iddiaçı da həmin evə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeudiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdehin 20 oktyabr 2022-ci il tarixli cavab məktubund bildirilmişdir ki, təqdim edilən müqavilədə göstərilən X3 barədə İdarənin arxivində məlumat aşkar olunmamışdır. Həmçinin İdarənin arxivində mövcud olan ünvan 1 ünvanına dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə texniki pasportda qeyd edilən torpaq sahəsi ilə faktiki sahə arasında perimetrik ölçü və konfiqurasiya uyğunsuzluğunun mövcud olması əsas gətirilərək, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 26, 29, 60, 71-ci maddələrinə, İPM-in 33, 73-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1159,1.1-ci maddələrinə, Torpaq Məcəlləsinin 84, 88-ci maddələrinə, «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 22-ci maddəsinə əsaslanaraq, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, 161A saylı fərdi yaşayış evinə dair reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazında bildirilir ki, İddiaçı2 fərdi evinə dair çıxarış və texniki pasportun verilməsi öhdəliyi tələbinə dair iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə 10 avqust 2022-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən təqdim edilən müqavilədə göstərilən X3 barədə İdarənin arxivində məlumat aşkar olunmamışdır. Həmçinin İdarənin arxivində mövcud olan ünvan 1 ünvanına dair tərtib edilmiş texniki pasport digər şəxsin (Axundov Qəmbər) adına göstərilmişdir. Odur ki, fərdi yaşayış evinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “«Daşınmaz əmlakın dövlət reyestri – şqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən «nədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə, texniki pasportda qeyd edilən torpaq sahəsi ilə faktiki sahə arasında rerimetrik ölçü və konfiqurasiya uyğunsuzluğu mövcuddur. Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamışdır. Bu barədə vətəndaşa 20 oktyabr 2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Həmçinin, iddiaçı tərəfindən təqdim olunmuş alqısatqı müqaviləsinə əsasən, fərdi yaşayış evi mərhum İddiaçı2 tərəfindən tam deyil, 1/2 hissədə (3 otaq, 56 kv.m, mətbəxlə birlikdə) alınıb. Bu texniki göstəricilər texniki pasportla uyğun gəlmir. Bundan əlavə iddiaçı tərəfindən təqdim edilmiş alqı-satqı müqaviləsində satıcı qismində göstərilmiş X3 ilə Axundov Qəmbər arasında keçidlə bağlı əlaqələndirici sənəd təqdim edilməmişdir. Bundan əavə, sözügedən daşınmaz əmlaka İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin ümumi sahəsi hüquqmüəyyənedici sənədə əsasən 1.392 kv.m təşkil etsə də, faktiki sahəsi 1.363.5 kv.m təşkil edir. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.9, 8.0.10, 11.1, 23-cü maddələrinə əsaslanaraq, iddia tələbinin rədd edilməsi məhkəmədən xahiş olunur. İPM-in 56.1-ci maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. İPM-in 56.3-cü maddəsinə əsasən məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. Məhkəmənin 14 iyun 2023-cü il tarixli qərardadı ilə İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «fərdi yaşayış evinə dair reyestrdən çıxarışın və texniki pasportun verilməsi» tələbinə dair iş İddiaçı1 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «fərdi yaşayış evinə dair reyestrdən çıxarışın və texniki pasportun verilməsi» tələbinə dair işə birləşdirilmişdir. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçıların nümayəndəsi məhkəməyə əlavə ərizələr təqdim etmiş və hər iki iş üzrə iddiaların dəyişdirilərək «fərdi yaşayış evinin mərhuma məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi (vəkili) X10 iddianı müdafiə etdi və iddiaçıların tələblərinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıraraq, hesab edir ki, İddiaçı1 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «fərdi yaşayış evinin mərhuma məxsus olması barədə arayış verilməsi» tələbinə dair iddiası və İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «fərdi yaşayış evinin mərhuma məxsus olması barədə arayış verilməsi» tələbinə dair iddiası təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: (28.1.1) fiziki və ya hüquqi şəxsin ərizəsi, (28.1.2) inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi, (28.1.3) inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. İşdə olan sənədlər və tərəflərin izahatları əsasında aparılmış məhkəmə araşdırılması ilə məlum olur ki, X2 və X17 arasında 20 fevral 1964-cü il tarixdə Bakı şəhəri, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, 161A saylı fərdi evin 1/2 hissəsinin alqısatqısı barədə notarial qaydada müqavilə bağlanmışdır. X17 14 may 1964-cü il tarixdə vəfat etmiş və 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisində vərəsə kimi hazırkı İddiaçı1 müraciəti əsasında onun (X12) vəfatı ilə əlaqədar vərəsəlik işi açılmışdır. Eləcə də X2 və X15 arasında 22 fevral 1964-cü il tarixdə Bakı şəhəri, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, 161A saylı fərdi evin 1/2 hissəsinin alqı-satqısı barədə notarial qaydada müqavilə bağlanmışdır. X15 24 sentyabr 1987-ci il tarixdə vəfat etmiş və 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisində vərəsə kimi hazırkı İddiaçı2 müraciəti əsasında onun (X8) vəfatı ilə əlaqədar vərəsəlik işi açılmışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 hər biri ayrılıqda müvafiq evin 1/2 hissəsinə mülkiyyət hüquqlarının müvafiq olaraq mərhum X16 və mərhum X11 məxsus olması ilə bağlı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə müraciət etmişlər. Lakin cavabdeh hər iki şəxsə münasibətdə məsələlərin həllindən imtina etmiş və imtinalarını təqdim edilmiş alqı-satqı müqaviləsində satıcı qismində göstərilmiş şəxslə (X3) ilə adına texniki pasport olan şəxs (Axundov Qəmbər) arasında keçidlə bağlı əlaqələndirici sənədin olmaması ilə əsaslandırmışdır. İddiaçılar hazırda cavabdehin imtinasını mübahisələndirirlər. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Xəzər rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi»nin 2.0.1-ci bəndinə görə daşınmaz əmlakın dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirmək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin fəaliyyət istiqamətlərinə aiddir, 3.1.9-cu yarımbəndinə görə qanunla müəyyən edilmiş hallarda dövlət reyestrindən arayışlar vermək və ya belə arayışlar verməkdən imtina etmək, 3.1.20-ci yarımbəndinə görə isə bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq qurumun vəzifələrinə Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv, kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək Xidmətin vəzifələri sırasına daxildir. İnzibati orqan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıların müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisələr hər ikisi Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, bu mübahisəyə İPM-in 8.1.1-cü maddəsinin tələblərinə uyğun baxılmalıdır. Odur ki, işə baxmaqda müvafiq daşınmaz əmlakların olduğu yer (Bakı şəhərinin Xəzər rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: «İnzibati icraat haqqında» Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların əmələ gəlməsinə və müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr bu əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Məhkəmə xüsusilə vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və Vİİ hissələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Dövlət vərəsəlik hüququna təminat verir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, 161A saylı fərdi evin ayrılıqda 1/2 hissələrinin alqı-satqısı barədə notarial qaydada X2 ilə X17 arasında bağlanmış 20 fevral 1964-cü il tarixli və X2 ilə X15 arasında bağlanmış 22 fevral 1964-cü il tarixli müqavilələr həmin evin müvafiq hissələrinin mərhum X16 və mərhum X11 mülkiyyət hüququ ilə keməsini təsdiqləyən aktlardır və müqavilələrdə əks olunan məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən əlavə sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, habelə həmin müqavilələr ləğv edilmədiyindən və etbarsız sayılmadığından, bu sənədlər mötəbər sübut kimi qiymətləndirilir. Nəzərə alınmalıdır ki, müqavilələr 1964-cü ildə bağlanmışdır və həmin dövrdən sonra ötən müddət ərzində daşınmaz əmlaklara (tikililər bir evin ayrı-ayrı hissələridir) hər hansı şəxs iddia etməmiş və adıçəkilən şəxslərin, sonradan isə onların ailələrinin (vərəsələri) evə sahiblik etməsi halı təkzib olunmur. Cavabdehin imtinasındakı dəlillərlə bağlı məhkəmə bildirir ki, evin texniki pasportunda adı göstərilən şəxsin ötən müddət ərzində evə iddialı olmasının müəyyən edilməməsi, müqaviləni mübahisələndirməməsi həmin sənəddəki halı formal xarakter daşıdığına dəlalət edir. İmtinadakı “texniki pasportdakı torpaq sahəsi ilə faktiki sahə arasındakı perimetrik ölçü və uyğunsuzluq”a gəldikdə isə, bu uyğunsuzluq müqavilə tərəfləri olan şəxslərin, habelə hazırkı iddiaçıların iradəsindən aslı olan hal deyil və həmin uyğunsuzluğun aradan qaldırılması cavabdeh inzibati orqanın səlahiyyətləri daxilindədir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd olunan “dəyişikliklər”lə bağlı nəzərə alınmalıdır ki, bu dəlil iddiaçıların müraciətləri üzrə inzibatiicraatda müəyyən edilməmiş və bildirilməmişdir. Digər tərəfdən də, iddialar evə müvafiq hissələrdə hüquqların mərhum X16 və mərhum X11 məxsus olması barədə arayışların verilməsi barədədir və evdə texniki dəyişikliklər formal xarakterli xüsusatlardır və imtina üçün əsas kimi çıxış edə bilməz. Odur ki, cavabdehin imtinası qanuna zidd qiymətləndirilməli və İddiaçı1 və İddiaçı2 evin müvafiq hissələrinin mülkiyyətçilərinin vərəsələri kimi hüquqlarının pozulmasına səbəb olan hal sayılmalıdır. Bu səbəbdən məhkəmə İddiaçı1 və İddiaçı2 iddialarını əsaslı sayır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı1 iddiası təmin edilərək, Bakı şəhəri, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, 161A saylı fərdi evin 1/2 hissəsinə mülkiyyət hüququnun mərhum X16 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalı, eləcə İddiaçı2 iddiası təmin edilərək, Bakı şəhəri, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, 161A saylı fərdi evin qalan 1/2 hissəsinə mülkiyyət hüququnun mərhum X11 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 52, 58.7, 68, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı1 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «fərdi yaşayış evinin mərhuma məxsus olması barədə arayışın verilməsi» tələbinə dair iddiası təmin edilsin. Bakı şəhəri, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, 161A saylı fərdi evin 1/2 hissəsinə mülkiyyət hüququnun mərhum X16 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «fərdi yaşayış evinin mərhuma məxsus olması barədə arayışın verilməsi» tələbinə dair iddiası təmin edilsin. Bakı şəhəri, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, 161A saylı fərdi evin 1/2 hissəsinə mülkiyyət hüququnun mərhum X11 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4075/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4075/2023
05.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver