Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-408/2021 22.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X7 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi, tələbi barədə inzibati mübahisəyə dair işə Bakı şəhərində məhkəmənin binasında şifahi açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X14 cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X21 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Vergilər Nazirliyinin Bakı şəhəri X21 üzrə Baş İdarəsi tərəfindən tərtib olunmuş 04.11.2019-cu il tarixli, **********174395 nömrəli səyyar vergi yoxlaması barədə aktın qanunsuz hesab edilməsi və ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 24.12.2019-cu il tarixdə iddiaçı X14 dəftərxana vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizədə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X21 üzrə Baş İdarəsinin X7 barəsində vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 30.05.2014-cü il tarixli, **********763467 saylı və 15.05.2015-ci il tarixli, **********900653 saylı vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərarların etibarsız hesab edilməsi və 13.12.2019-cu il tarixli, **********194742 saylı vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı X12 cavabdeh Vergilər Nazirliyinin Bakı şəhəri X21 üzrə Baş İdarəsi olaraq 04.11.2019-cu il tarixində - **********395 nömrəli səyyar vergi yoxlaması barədə akt tərtib olunmuşdur. Aktda göstərilmişdir ki, “növbədənkənar səyyar vergi yoxlaması Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi əziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə aparılmış və yoxlama Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun olaraq arılmışdır”. Həmin akt qanunsuz olaraq və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə tərtib olunmuşdur. Bu səbəbdən də həmin aktla razılaşmır və hesab edir ki, akt ləğv olunmalıdır. Belə ki, səyyar vergi yoxllaması Azərbaycan Respublikasının Vergi Məcəlləsinə riayət edilmədən və qanunvericiliyin tələblərinə əməl etmədən kobud pozuntularla aparılmışdir. Vergi Məcəlləsinin 36.3-cü maddəsində göstərilməsinə baxmayaraq, səyyar vergi yoxlaması vergi ödəyicisinin son 3 təqvim ilindən çox olan fəaliyyətini əhatə etmişdir. Yoxlamanın keçirildiyi 27.12.2018-ci il tarixindən bu günə kimi dəfələrlə bu barədə vergi orqanına müraciət etsə də, nəticəsiz qalmışdır. Vergilər Nazirliyinin Bakıı şəhəri X21 üzrə Baş idarəsi tərəfindən 19.08.2019-cu il tarixli, **********174395 nömrəli (bundan təxminən 3 ay sonra, yəni - 11.2019-cu il tarixli səyyar vergi yoxlaması aktı ilə eyni nömrəli) səyyar vergi yoxlaması aktı tərt xib edilmiş və həmin aktla bağlı dəfələrlə müraciətlərə məhəl qoymadan vergi orqanı 07 oktyabr 2019-cu il tarixində əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında 07 oktyabr **********1170 nömrəli qərar çıxararaq, 19.08.2019-cu il tarixli, **********174395 nömrəli səyyar vergi yoxlaması aktının yenidən araşdırılması barədə qərar vermişdir. Hansı ki, həmin aktda vergi yoxlaması 5 illik dövrü əhatə etmişdir. Halbuki Vergi Məcəlləsinin 83.3-cü maddəsində götərilınişdir ki, vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır. 22.09.2020-ci il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Vergilər Nazirliyinin Bakı şəhəri X21 üzrə Baş İdarəsinin X7 barəsində vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 30.05.2014 tarixli, **********763467 saylı, 15.05.2015 tarixli, **********900653 saylı və 13.12.2019-cu il tarixli, **********194742 saylı vergi ödəyicisiniin məsuliyyətə cəlb edilməsi barədə qərarlarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, Vergilər Nazirliyinin Bakı şəhəri X21 üzrə Baş İdarəsinin X7 barəsində vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 30.05.2014 tarixli, **********763467 saylı və 15.05.2015 tarixli, **********900653 saylı vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərarların etibarsız hesab edilməsi və 13.12.2019-cu il tarixli, **********194742 saylı vergi ödəyicisiniin məsuliyyətə cəlb edilməsi barədə qərarının ləğv olunması barədə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Həmin qərarlar qanunsuz və əsassız olaraq və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə tərtib olunmuşdur. Aşagida 13.12.2019-cu il tarixli, **********194742 saylı qərar ləğv olunmalıdır: Bu şəbəbdən də həmin qərarlarla razılaşmır və hesab edir ki, aşağıda qeyd etdiklərinə əsasən 30.05.2014-cü il tarixli, **********763467 saylı və 15.05.2015-ci il tarixli, **********900653 saylı vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərarları etibarsız hesab edilməli və 13.12.2019-cu il tarixli, 190015-4742 saylı vergi ödəyicisiniin məsuliyyətə cəlb edilməsi barədə qərarı « YVCQ) isə ləğv olunmalıdır. Belə ki, vergi orqanının 26.12.2018-ci il tarixli **********172758 nömrəli "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" Qərarına əsasən X1 fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə 01.01.2013-cü il tarixdən 31.08.2018-ci il tarixədək olan dövr əhatə olunmaqla növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və nəticəsi 04.11.2019-cu il tarixli **********174395 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. İddiaçı 30.07.2019-cu il tarixli **********651600 nömrəli digər şikayət ərizəsində ödəyici ekspertizanın təyin edilməsi barədə qərarın 23.07.2019-cu il tarixdə qəbul olunduğunu, lakin, ekspert və mütəxəssis rəylərinin 18.06.2019-cu il tarixdə tərtib edildiyini bildirmişdir. Həmçinin, ekspert rəyində ümumi istehsal həcminin 27774,633 ədəd göstərildiyini və 25%, yəni 1499829,92 ədəd itki tətbiq edildiyini başlanmış cinayət işi üzrə Qaradağ Rayon Məhkəməsinin qərarına əsasən itkilərin müəyyən edilməsi ilə əlaqədar ekspertizanın təyin edildiyini, 11054 saylı məhkəmə ekspertiza rəyində hasilatdan itki faizinin 78% müəyyən edildiyini bildirmiş, ekspert rəyinin ləğv edilməsini və yeni ekspertiza əmri təyin edilməsini xahiş etmişdir. Cavabdeh tərəf yeni ekspertizanın təyin edilməsinə zərurət yaranmadığını, həmçinin. Qaradağ Rayon Məhkəməsinə sorğu göndərilmiş, məhkəmənin 07.08.2019-cu il tarixli cavab məktubunda cinayət işi üzrə sonuncu dəfə 09.07.2019-cu il tarixdə əlavə kompleks məhkəmə-yer quruluşu, mühəndis- tikinti-texniki, bioloji-torpaqşunaslıq və əmtəəşunaslıq ekspertizasının təyin edilərək rəy verilməsi üçün cinayət işini Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi, iş üzrə məhkəmənin yekun qərarını qəbul edilmədiyi bildirilmişdir. Hazırda həmin ekspert rəyidə əsas götürülərək, məhkəmənin qanni qüvvəyə minmiş hökmü (qərarı) mövcuddur. Əlavə olaraq bildirir ki, ona məxsus olan Mini-T 61.11 markalı 00721 zavod nömrəli nəzarət kassa aparatı vergi orqanında 07.05.2015-ci il tarixdə qeydiyyata alınmışdır. 04.11.2019-cu il tarixdə yoxlanılan dövr üçün fiskal yaddaşı çıxarılaraq dövriyyə 45713,76 manat müəyyən edilmişdir. Yoxlama zamanı mütəxəssis və ekspert tərəfindən təqdim edilmiş rəylərə əsasən vergi ödəyicisi tərəfindən dövriyyənin düzgün əks etdirilməməsi və faktiki olaraq dövriyyənin daha çox yəni 244483,11 manat olması müəyyən olunduğu göstərilmişdir. Sahibkarın fəaliyyət göstərdiyi Bakı şəhəri Qaradağ rayonu, Şahqaya yatağının cənubu ünvanında yerləşən daş karxanasında hasil edilmiş mişar daşının həcminin müəyyən edilməsi məqsədilə 11.01.2019-cu il tarixli **********173967 nömrəli “Mütəxəssisin dəvət edilməsi haqqında” qərar çıxarılaraq yoxlamaya Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının “Azərekspertiza” Birliyinin mütəxəssisi cəlb edilmişdir. Qərarda qoyulan suallar üzrə mütəxəssis tərəfindən 18.06.2019-cu il tarixli rəy təqdim edilmişdir. Yoxlanılan dövr 01.01.2013-cü il tarixdən 31.08.2018-ci il tarixədək olmasına baxmayaraq, 2012-ci ilin mart ayı tarixindən 2013-cü ilin mart ayı tarixinədək olan dövr 30.07.2013-cü il tarixli **********681024 nömrəli, 2013-cü ilin mart ayı tarixindən 2014-cü ilin mart ayı tarixinədək olan dövr 29.05.2014-cü il tarixli **********750056 nömrəli və 2014-cü ilin mart ayı tarixindən 2015-ci ilin mart ayı tarixinədək 12.05.2015-ci il tarixli **********894393 nömrəli aktlarla rəsmiləşdirilmişdir. Mütəxəssisin gəldiyi nəticəyə görə yoxlanılan dövrdə yəni 01.03.2015-31.08.2018-ci il tarixdə sahibkar tərəfindən ümumilikdə 1303909,94 ədəd mişar daşı hasil edildiyi qeyd edilmişdir ki, bundan 25% miqdarında yəni 325977.48 ədəd mişar daşı açılışa və çıxdaşa çıxdığı göstərilmişdir. 977932,45 ədəd mişar daşı satış üçün qaldığı göstərilmişdir. Sahibkar istehsal prosesində 1 ədəd SM-89 DKM və 1 ədəd NKM- 2U pillə üstü açan DKM-dən istifadə edildiyi göstərilmişdir. Yoxlama zamanı dövriyyələr cəlb edilmiş mütəxəssis və ekspert rəylərinə əsasən müəyyən edilmişdir. Belə ki, 01.05.2015-ci il tarixdən 31.08.2018-ci il tarixədək olan dövr üzrə ƏDV-yə cəlb olunan dövriyyəsi 231552.78 manat məbləğində müəyyən edilmiş və ondan 35321.61 manat ƏDV-si hesablanmışdır. (231552.78/1.18*18%=35321.61) Sahibkar tərəfindən təqdim edilmiş bəyannamələrdə dövriyyədən 16456.6 manat ƏDV məbləğinin göstərildiyini, eyni zamanda may 2016-cı il tarixdə əlavə dəyər vergisi üzrə 32.95 manat artıq hesablandığı nəzərə alaraq 18865,0 manat ƏDV azaldılması aşkar edilmişdir. Vergi Məcəlləsinin 85.4cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Eyni zamanda, Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bununla da 01.01.2016-cı il tarixdən 31.08.2018-ci il tarixədək olan dövr üzrə ƏDV-yə cəlb olunan dövriyyəsi 198077,47 manat məbləğində müəyyən edilmiş və ondan 30215,21 manat ƏDV-si hesablanmışdır. (198077,47/1.18* 18%=30215.21) Sahibkar tərəfindən təqdim edilmiş bəyannamələrdə dövriyyədən 16456,54 manat ƏDV məbləğinin göstərildiyini, eyni zamanda may 2016-cı il tarixdə əlavə dəyər vergisi üzrə 32,95 manat artıq hesablandığı nəzərə alaraq 13758,66 manat ƏDV azaldılması aşkar edildiyi göstərilmişdir. Yoxlanılan dövr 01.01.2013-cü il tarixdən 31.08.2018-ci il tarixədək olmasına baxmayaraq, 2012-ci ilin mart ayı tarixdən 2013-cü ilin mart ayı tarixədək olan dövr 30.07.2013-cü il tarixli **********681024 nömrəli, 2013-cü ilin mart ayı tarixdən 2014-cü ilin mart ayı tarixədək olan dövr 29.05.2014-cü il tarixli **********750056 nömrəli və 2014-cü ilin mart ayı tarixindən 2015-ci ilin mart ayı tarixədək olan dövr 12.05.2015-ci il tarixli **********894393 aktlarla rəsmiləşdirilmişdir. Bununla da yoxlanılan dövrdə yəni 01.03.2015-ci il tarixdən 31.08.2018-ci il tarixədək Mütəxəssis rəyinə əsasən müəssisə yoxlanılan dövrü üzrə 1303909,94 ədəd mişar daşı istehsal etmişdir. Bununlada ((1303909.94/72 = 18109.86 kubmetr) (01.03.2015-31.12.2015) 3437,46 *0.5 manat = 1718.73 manat) + (01.01.2016- 31.08.2018)14672,40*2 manat=29344,80 manat) 31063,53 manat mədən vergisinin büdcəyə hesablamalı və ödənilməli olduğu müəyyən edilmişdir. Sahibkar tərəfindən təqdim edilmiş bəyannamələrdə 6038,0 manat mədən vergisinin göstərildiyini nəzərə alaraq, 25025,54 manat mədən vergisinin azaldılması aşkar edilmişdir. Eyni zamanda, Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən vergi qanunvericiliyinin pozulması anında 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyət cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilmədiyi aktda göstərlmişdir. Yoxlama zamanı yəni 01.01.2016-31.08.2018-ci il dövr üzrə Mütəxəssis rəyinə əsasən sahibkar 1056413.15 ədəd mişar daşı istehsal edildiyi qeyd edilmişdir. Bununla da Vergi Məcəlləsinin 216-cı maddəsinə əsasən ((1056413,15/72 = 14672.40 kubmetr) (01.01.2016-31.08.2018)14672,40*2,0 manat = 29344,82 manat) 29344,82 manat mədən vergisinin büdcəyə hesablanmalı və ödənilməli olduğu müəyyən edilmişdir. Sahibkar tərəfindən təqdim edilmiş bəyanamələrda 6038,0 manat mədən vergisinin göstərildiyini nəzərə alaraq 23306.82 manat mədən vergisinin azaldılması aşkar edildiyi qeyd edilmişdir. Bununlada 18.06.2019-cu il tarixli mütəxəssis rəyinə əsasən 01.03.2015-30.04.2015-ci il dövr üçün 25% itkini nəzərə alaraq 51721,33 ədəd əmtəə mişar daşı istehsal olduğu müəyyən edilmişdir. Eyni zamanda 18.06.2019-cu il tarixli ekspert rəyinə əsasən 01.03.2015-ci il tarixdən 30.04.2015-ci il tarixədək 1 ədəd mişar daşının karxanadan satış qiyməti 0,25 manat təşkil edildiyi qeyd edilmişdir. Bununlada yoxlama ilə büdcəyə hesablanan sadələşdirilmiş vergi 517,21 manat məbləğində müəyyənləşdirildiyi qeyd edilmişdir. 01.03.2015- 30.04.2015 ((51721.33*0,25)*4%). Yoxlanılan dövr 01.01.2013-cü il tarixindən 31.08.2018-ci il tarixədək olmasına baxmayaraq, 2012-ci ilin mart ayı tarixdən 2013-cü ilin mart ayı tarixədək olan dövr 30.07.2013-cü il tarixli **********681024 nömrəli, 2013-cü ilin mart ayı tarixindən 2014-cü ilin mart ayı tarixədək olan dövr 29.05.2014-cü il tarixli **********750056 nömrəli və 2014-cü ilin mart ayı tarixindən 2015-ci ilin mart ayı tarixədək olan dövr 12.05.2015-ci il tarixli **********89493 nömrəli aktlarla rəsmiləşdirilmişdir. Yoxlamaya gəlirdən çıxılan xərclərlə bağlı sənədlər təqdim edilmədiyindən sahibkarın gəlirini bir başa müəyyən etmək mümkün olmadığı qeyd edilmişdir. Bununla bağlı Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən 02.10.2019-cu il tarixili **********995600 nömrəli analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin müəyyənləşdirilməsi barədə xidməti məktubla iqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət idarəsinə müraciət olunduğu səyyar vergi yoxlaması aktında qeyd olunmuşdur. Lakin idarə tərəfindən təqdim edilmiş analoji vergi ödəyicilərinin uyğun olmadığı göstərilmiş bu səbəbdən (işçi sayı, sahə, təsarrüfat subyektlərinin sayı, tədiyyə, istehsal məhsulun fərqliliyi və s.) sahibkarın gəliri Vergi Məcəlləsinin 83.9-cü maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlar Kabinetinin 01.03.2011-ci il tarixli 55 nömrəli Qərarına uyğun olaraq şərti rentabellik səviyyəsi 20% götürülərək hesablanmışdır. Lakin, Səyyar vergi yoxlaması aktında dəfələrlə Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanımış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. İş materiallarından da görünür ki, 16.01.2019-cu il tarixli ölçmə işi ilə bağlı akt tərtib edilmişdir. Vergi orqanı nümayəndələri akt tərtib edilərkən sahibkar olaraq onun iştirakı təmin olunmamışdır. Göstərilən akt tərtib edilərkən aktdan da göründüyü kimi 1 paqon metr uzunluqda məsafədən çıxan mişar daşının sayı 3.75 qeyd edilmişdir. 1 paqon metr bildiyimiz kimi 100 sm-dir. 3.75 ədəd mişar daşının uzunluğu isə 150 sm edir. Aktda həmçinin qeyd olunur ki, daşkəsən maşının sürəti ölçmə yolu ilə aparılmışdır və ölçü hesablanan zaman 60 p.m/saat ölçüsü götürülməklə 1 p.m məsafədən çıxan mişar daşı sayı 3.75 tətbiq edilərək hesablama aparılmışdır. İtkilər faktiki kəsilmiş daş sayı və ümumi say qeyd olunmuşdur. Burada ümumi say 350 ədəd müəyyən edilmişdir. Lakin, 1 p.m (3.75 ədəd) göstərildiyi üçün 0.75 ədəd 1 mişar daşı 1 mişar daşının 3/4 hissəsinə bərabərdir. Buradan da görünür ki, həm 0.75 m. yəni, 1 mişar daşının 3/4 hissəsi də faydalı daş miqdarı kimi götürülmüş və ümumi say müəyyən edilmişdir. Ümumi say hesablanarkən düzgün hesablanmamış, aktda da 350 ədəd göstərilmişdir. Halbuki, vergi orqanı əməkdaşlarının tərtib etdikləri ölçmə işi ilə əlaqədar aktı əsas götürərək hesab edilsə ki, vergi orqanı tərtib etdiyi aktda bu akta əsasən ekspertiza və mütəxəssis rəylərinə əsasən vergiləri hesablamış və 13.12.2019-cu il tarixli **********194742 saylı vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərarı məhz bu hesablamaların nəticəsində çıxarılmışdır. Halbuki, həmin vergi orqanı əməkdaşlarının tərtib etdikləri bu aktdakı 1 saata sərf olunan elektrik enerjisi (124.5 kvt/saat), elektrik mühərrikinin gücü (79 kvt/saat) və şırım açan maşının mühərrikinin gücü (45.5 kvt/saat) və sayma yolu ilə ekspertlərin və vergi orqanı əməkdaşlarının tərtib etdikləri aktın itkisi və faydalı sahəsi müəyyən edilərkən 1 p.m-dan çıxan mişar daşı - 3.75*60 p.m/saat=225 ədəd olmasına baxmayaraq aktda ümumi say 1 saat üzrə 350 ədəd müəyyən edilmişdir. Hesablama çıxarılarkən bu miqdar 350 deyil 225 edir (3.75*60=225). Buradan da faydalılıq əmsalı nəzərə alındıqda, yəni vergi ödəyicisinin bəyannaməsində kənarlaşma müəyyən edilmişdir. Göründüyü kimi vergi orqanı və ekspertlər aktlarında göstərdikləri rəqəmləri süni şəkildə artırmışlar. 3/4 hissədə olan daşın miqdarını faydalı kimi hesablamış, 25% itki hesablamışlar. Ümumi hasilat miqdarını hesablayan zaman hesablama səhvlərinə yol vermiş, ümumi hasilat miqdarı çıxarılan zaman düzgün hesablanmamış, yekunda vergi hesablamalarında səhvə yol verilmişdir. 21.06.2019-cu il tarixli Azərbaycan Respublikası Ticarət və X3 Birliyinin vergi yoxlaması üçün təsdiq etdiyi mütəxəssis rəyininin 2.3-cü bəndində istehsal həcmləri düzgün hesablanmamış və həmin dövrdə tərtib edilmiş 2013 v ə 2015-ci illərin aktları ilə ziddiyyət təşkil etmişdir. Bu mütəxəssis rəyindən də görünür ki, sahibkarın bütün il boyu istehsalat itkiləri və digər itkilər nəzərə alınmaqla fəsillər yay və ya qış mövsümi fərq qoyulmadan hesablamalar aparılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə ekspertizasının 27.05.2019-cu il tarixli ekspert rəyində isə ümumi itki sayı 78% təşkil etmişdir. 1 paqon metrdən isə 2 ədəd mişar daşı çıxdığı göstərilmişdir. Veri orqanının tərtib etdiyi aktda istinad etdiyi Azərekspertiza Birliyinin ekspert rəyi ilə 1303909.94/72=18109.86 - bu o deməkdir ki, 1 kub üçün 72 ədəd daş hasil edilir. Ədliyyə Nazirliyinin təqdim etdiyi ekspert rəyində isə 200000 ədəd mişar daşı 8000 m3 mişardaşı təşkil edir. Bu da 1 m3-də 72 ədəd deyil 25 ədəd mişar daşı hesablanması deməkdir. Yuxarıda göstərilənlər səyyar vergi yoxlamasının səthi və qanunvericiliyin maddələrinə ziddiyyətli, qərəzli həmçinin, əsassız hesablanmışdır. İddiaçı 12 fevral 2021-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh İqtisadiyyat Nazrliyi yanıda Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər baş idarəsinin 13.12.2019-cu il tarixli, **********194742 saylı qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh İqtisadiyyat Nazrliyi yanıda Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər baş idarəsinin X7 barəsində vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 30.05.2014 tarixli, **********763467 saylı, 15.05.2015 tarixli, **********900653 saylı və 13.12.2019-c il tarixli, **********194742 saylı vergi ödəyicisiniin məsuliyyətə cəlb edilməsi barədə qərarlarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin cavabdehin X7 barəsində vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 30.05.2014 tarixli, **********763467 saylı, 15.05.2015 tarixli, **********900653 saylı qərarlarına 13.12.2019-c il tarixli, **********194742 saylı qərarda münasibət bildirildiyindən iddia tələbinin dəqiqləşdirilməsi zərurətinin yaranmasını qeyd etmişdir. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza göstərilmişdir ki, iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə 21.09.2020-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Vergilər Nazirliyinin Bakı şəhəri X21 İdarəsinin X7 barəsində vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 30.05.2014-cü il tarixli **********763467 saylı, 15.05.2015-ci il tarixli **********900653 saylı və 13.12.2019-cu il tarixli **********194742 saylı vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərarların ləğv olunması barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 20.10.2020-ci il tarixli 2-1(112)- 727/2020 nömrəli qərardadı ilə iddiaçı X7 iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi “cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X21 İdarəsinin X7 barəsində vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 30.05.2014-cü il tarixli **********763467 saylı, 15.05.2015-ci il tarixli **********900653 saylı və 13.12.2019-cu il tarixli **********194742 saylı vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərarların ləğv olunması barədə qərar qəbul edilməsi” kimi icraata qəbul edilmiş, məhkəmə qərardadı (iddia tələbinin dəyişdirilməsi barədə ərizə əlavə edilməklə) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə göndərilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, səyyar vergi yoxlaması 27.12.2018-ci il tarixdə başlanmış və 04.10.2019-cu il tarixdə başa çatmışdır. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz, yəni 27.12.2018-ci il tarixdə başlanan yoxlama 29.01.2019-cu ul tarixdə başa çatmalı idi. Vergi Məcəlləsinə əsasən səyyar vergi yoxlamasının müddəti iş günü ilə deyil, günlərin sayı ilə müəyən edilmişdir. Lakin səyyar vergi yoxlaması aktında müddətlər iş günləri ilə hesablanmışdır. Göstərilən hallar qərarın ləğv edilməsi üçün əsasdır. İddiaçının dəlillərini əsassız hesab edərək bildirirlər ki, Vergi Məcəlləsinin 38.4-cü maddəsinə əsasən, səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Vergi orqanı tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi zamanı Vergi Məcəlləsinin tələblərinə əməl edilmişdir. Qeyd edirlər ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 13.12.2019-cu il tarixli **********194742 nömrəli qərar Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) tərəfindən qəbul edildiyinə, həmin qərarın 3-cü bəndində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlbedilməsi haqqında” 30.05.2014-cü il tarixli **********763467 nömrəli və 15.05.2015-ci il tarixli **********900653 nömrəli qərarlara münasibət bildirildiyinə görə iddia üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edirlər. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi hesab edir ki, iddia tələbi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 13.12.2019-cu il tarixli **********194742 nömrəli qərarın ləğv edilməsi hissəsində təmin edilməməli, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 30.05.2014-cü il tarixli **********763467 nömrəli və 15.05.2015-ci il tarixli **********900653 nömrəli qərarların ləğv edilməsi hissəsində isə mümkün sayılmamalıdır. İddia tələbinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 13.12.2019-cu il tarixli **********194742 nömrəli qərarın ləğv edilməsi hissəsinə münasibətdə aşağıdakıları bildirirlər. Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərin (xərclərinin) və vergitutma obyektlərinin uçotunun aparılması, 16.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına ,ə onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu eektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. Həmin Məcəllənin 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, 23.1.2-ci maddəsinə əsasən isə vergi ödəyieilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımı izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formada aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılardakı məlumatlarının verilməsini, həmin məlumatlarla birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək hüququ vardır. Bildirirlər ki, Bakı şəhəri xxxxqədi rayon məhkəməsinin 16.11.2018-ci il tarixli qərarının icrasının təmin olunması üçün qəbul edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 26.12.2018-ci il tarixli **********172758 nömrəli qərar ilə X1 fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə 01.01.2013-cü il tarixdən 31.08.2018-ci il tarixədək olan dövr əhatə olunmaqla Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlanılan dövrdə X14 faktiki olaraq dekorativ və tikinti daşlarının hasilatı ilə məşğul olmuşdur. Səyyar vergi yoxlaması ilə əlaqədar məlumatların əldə olunması üçün "xxxx" ASC-yə rəsmi müraciət olunmuş və təşkilatdan elektrik daşıyıcılar barəsində rəsmi məlumat alınmışdır. Həmçinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X17 Departamentinə müraciət olunmuşdur. 03.04.2019-cu il tarixli **********392400 nömrəli cavab məktubunda Qaradağ rayon İcra Hakimiyyətinin 15.05.2007-ci il tarixli 158 nömrəli sərəncamı ilə fiziki şəxs X13 “Şahqaya” əhəngdaşı yatağından mişar daşı karxanasının təşkili məqsədi ilə icarəyə verilmiş 3 ha torpaq sahəsi 24.07.2012-ci il tarixdə bağlanmış müqavilə əsasında fiziki şəxs X11 icarəyə verilmişdir. Fiziki şəxs X18 və Təbii Sərvətlər Nazirliyi tərəfindən yerin təkindən istifadə dair 25.07.2012-ci il tarixdə 00594 nömrəli dağ-mədən ayırma aktı və ekoloji ekspertiza rəyi verilmişdir. Dağ-mədən ayırma aktının qüvvədə olma müddəti 25.07.2017-ci il tarixdə bitməsinə baxmayaraq yeni dağ-mədən ayırma aktı alınmamışdır. X15 qeyd olunan müddətdə istismar işləri apardığı bildirilmişdir. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin fəaliyyət göstərdiyi Bakı şəhəri Qaradağ rayonu, Şahqaya yatağının cənubunda yerləşən daş karxanasında hasil edilmiş mişar daşlarının həcminin müəyyən edilməsi məqsədi ilə 11.01.2019-cu il tarixli **********173967 nömrəli qərarla mütəxəssis və mişar daşının bazar qiymətlərinin müəyyənləşdirilməsi məqsədi ilə 11.01.2019-cu il tarixli **********173966 nömrəli qərarla isə ekspert dəvət edilmişdir. Mütəxəssis tərəfindən hesablamalar istehsalda istifadə edilmiş elektrik enerjisinin həcminə görə aparılmışdır. 24.06.2012-ci il tarixli "Torpaq sahəsinin razılaşma haqqında" müqaviləyə əsasən 3,0 hektar torpaq sahəsini X8 27 il müddətinə götürülməsinə baxmayaraq ödəmə mənbəyində tutulan vergi hesablanmamışdır. Bu səbəbdən "Ekspertizanın təyin edilməsi haqqında" 23.07.2019-cu il tarixli qərarla icarəyə götürülmüş torpaq sahəsinin real bazar qiyməti müəyyənləşdirilmişdir. Bildirirlər ki, səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş 19.08.2019-cu il tarixli akta və yoxlama ilə əlaqədar toplanmış materallara baxılan zaman əlavə yoxlama tədbirlərinin keçirilməsinə zərurət yarandığıdan “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” 07.10.2019-cu il tarixli **********91170 nömrəli qərar qəbul edilmiş, əlavə yoxlama tədbirləri keçirilmiş və yoxlamanın nəticəsi üzrə 04.11.2019-cu il tarixli **********174395 nömrəli səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Yoxlama zamanı aşağıdakılar müəyyən edilmişdir. Əlavə dəyər vergisinin yoxlanılması üzrə: Vergi ödəyicisi ƏDV məqsədləri üçün qeydiyyat haqqında ərizəni vergi orqanına təqdim edərək, 08.05.2015-ci il tarixli **********7 saylı ƏDV ödəyicisinin şəhadətnaməsini almış və qeydiyyat 07.05.2015-ci il tarixdən qüvvəyə minmişdir. Yoxlama zamanı dövriyyələr cəlb edilmiş mütəxəssis və ekspert rəylərinə əsasən müəyyən edilmişdir. Bununla əlaqədar, 01.01.2016-ci il tarixdən 31.08.2018-ci il tarixədək olan dövr üzrə ƏDV-yə cəlb olunan dövriyyəsi 198077,47 manat məbləğində müəyyənedilmiş və ondan 30215,21 manat ƏDV-si hesablanmışdır. (198077,47/1.18*18%=30215.21). Vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamələrdə dövriyyədən 16456,54 manat ƏDV məbləğinin göstərildiyini, eyni zamanda may 2016-ci il tarixdə əlavə dəyər vergisi üzrə 32,95 manat artıq hesablandığı nəzərə alınaraq, 13758,66 manat ƏDV-nin azaldılması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 214-cü maddəsinə əasən yoxlanılan dövrdə müəssisə mədən vergisinin ödəyicisi olmuşdur. Vergi yoxlaması Cəmiyyətin istehlak etdiyi enerji barədə "xxxx" ASCdən alınmış məlumatlar, yoxlamaya cəlb edilmiş mütəxəssis və ekspert rəyləriə əsasə apanlmışdır. Yoxlanılan dövr 01.01.2013-cü il tarixdən 31.08.2018-ci il tarixədək olmasına baxmayaraq, 2012-ci ilin mart ayından 2013-cü ilin mart ayınadək olan dövr 30.07.2013-cü il tarixli **********681024 nömrəli, 2013-cü ilin mart ayından 2014-cü ilin mart ayınadək olan dövr 29.05.2014-cü il tarixli **********750056 nömrəli və 2014-cü ilin mart ayından 2015-ci ilin mart ayınadək olan dövr 12.05.2015-ci il tarixli **********894393 nömrəli aktlarla rəsmiləşdirilmişdir. Yoxlama zamanı 01.01.2016-31.08.2018-ci il tarixədək olan dövr üzrə mütəxəssis rəyinə əsasən sahibkar 1056413,15 ədəd mişar daşı istehsal etmişdir. Bununla əlaqədar, Vergi Məcəlləsinin 216-cı maddəsiə əsasən 29 344,82 manat mədən vergisinin ((1056413,15/72 = 14672.40 kubmetr) (01.01.2016 - 31.08.2018) 14672,40*2,0 manat = 29344,82 manat) vergisinin büdcəyə hesablamalı və ödənilməli olduğu müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamələrdə 6038,0 manat mədən vergisinin göstərildiyini nəzərə alaraq, 23306,82 manat (o cümlədən: 2016-cı il üçün 10102,96 manat, 2017-ci il üçün 8742,56 manat, 2018-ci il üçün 4461,30 manat)mədən vergisinin azaldılması aşkar edilmişdir. Ödəmə mənbəyindən verginin yoxlanılması üzrə: Yoxlama zamanı fiziki şəxs X14 24.06.2012-ci il tarixli "Torpaq sahəsinin razılaşma haqqında" müqaviləyə əsasən 3,0 hektar torpaq sahəsini X8 27 il müddətinə götürülməsinə baxmayaraq ödəmə mənbəyində tutulan vergilər hesablanmamışdır. Bu səbəbdən 23.07.2019-cu il tarixli **********187382 nömrəli "Ekspertizanın təyin edilməsi haqqında" qərara əsasən ekspertiza təyin edilmiş, icarəyə götürülmüş torpaqın 26.07.2019-cu il rəyə əsasən real bazar qiyməti hər ay üçün 1000,0 manat müəyyənləşdirilmişdir. Bununla əlaqədar, 01.01.2016-30.06.2018-ci il tarixədək olan dövr üçün Vergi Məcəlləsinin 124-cü maddəsinə əsasən 4200,0 manat (2016-cı il üçün 1 680,0 manat, 2017-ci il üçün 1680 manat, 2018-ci il üçün 840,0 manat) ödəmə mənbəyində tutulan vergi hesablanmışdır. Gəlir vergisinin yoxlanılması üzrə: yoxlanılan dövr 01.01.2013-cü il tarixdən 31.08.2018-ci il tarixədək olmasına baxmayaraq, 2012-ci ilin mart ayından 2013-cü ilin mart ayınadək olan dövr 30.07.2013-cü il tarixli **********681024 nömrəli, 2013-cü ilin mart ayı tarixdən 2014-cü ilin mart ayı tarixədək olan dövr 29.05.2014-cü il tarixli **********750056 nömrəli və 2014-cü ilin mart ayı tarixindən 2015-ci ilin mart ayı tarixədək olan dövr 12.05.2015-ci il tarixli **********894393 nömrəli aktlarla rəsmiləşdirilmişdir. Yoxlama zamanı mütəxəssis və ekspert rəylərinə əsasən vergi ödəyicisinin gəliri müəyyən edilmişdir. Yoxlamaya gəlirdən çıxılan xərclərlə bağlı sənədlər təqdim edilmədiyindən vergi ödəyicisinin gəlirini bir başa müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda analoji vergi ödəyicilərinin uyğun olmadığından (işçi sayı, sahə, təsərrüfat subyektlərinin sayı, tədiyyə, istehsal məhsulun fərqliliyi və s.) vergi ödəyicisinin gəliri Vergi Məcəlləsinin 83.9-cu mədəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01.03.2011-ci il tarixli 55 nömrəli Qəranna uyğun olaraq şərti rentabellik səviyyəsi 20% götürülərək 2016-cı və 2017-ci illər üçün cəmi 3158,25 manat (o cümlədən: 2016-cı il üçün 977,17 manat, 2017-ci il üçün 2181,08 manat) gəlir vergisi hesablanmışdır. Yoxlamanın nəticəsi üzrə tərtib edilmiş 04.11.2019-cu il tarixli akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 13.12.2019-cu il tarixli **********194742 nömrəli qərar qəbul edilmişdir. (Qeyd: Qərarın 3-cü bəndindən göründüyü kimi məhkəmə qərarına əsaəsn hazırkı yoxlama ilə cəmiyyətin 2013-cü ilin mart ayından 2014-ci ilin mart ayınadək olan və 2014-cü ilin mart ayından 2015-ci ilin mart ayınadək fəaliyyət dövrü təkrar yoxlanılmış və kənarlaşma aşkar edilməmişdir. Odur ki, Vergi Məcəlləsinin 49-cu, 49.1-ci və 49.1.4-cu maddələrinə əsasən 30.05.2014-cü il tarixli **********763467 və 15.05.2015-ci il tarixli **********900653 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına cəlb edilməsi haqqında" qərarlar qüvvədə saxlanılmışdır.). Beləliklə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 13.12.2019-cu il tarixli **********194742 nömrəli qərar ilə X4 yoxlanılan dövrün 2016-2017-2018-ci illəri üzrə ümumilikdə 44423,73 manat, ƏDV üzrə cəmi 13758,66 manat (o cümlədən: 2016-cı il üçün 5109,89 manat, 2017-ci ı 5278,22 manat, 2018-ci il üzrə 3370,55 manat), mədən vergisi üzrə cəmi 23306,82 manat, o cümlədən: 2016-cı il üçün 10102,96 manat, 2017-ci il üçün 8742,56 manat, 2018-ci –il üzrə 4461,30 manat), ödəmə mənbəyində tutulan vergi üzrə cəmi 4200,00 manat (o cümlədən: 2016-cı il üçün 1680,00 manat, 2017-ci il üçün 1680,00 manat, 2018-ci il üzrə 840,00 manat), gəlir vergisi üzrə cəmi 3158,25 manat (o cümlədən: 2016-cı il üçün 977,17 manat 2017-ci il üçün 2181,08 manat) əlavə vergilər hesablanmış və ümumilikdə 16120,45 manat (ƏDV üzrə 4749,59 manat, mədən vergisi üzrə 7501,03 manat, ödəmə mənbəyində tutulan vergi üzrə 1400,0 manat, gəlir vergisi üzrə 1579,13 manat, ƏDV məbləğinin ödənilməməsinə görə 530,7 manat, vergi hesabatının və arayışın verilməməsinə görə 360,0 manat) maliyyə sanksiyası tətbiq edilmişdir. İddia tələbinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 30.05.2014-cü il tarixli **********763467 nömrəli və 15.05.2015-ci il tarixli **********900653 nömrəli qərarların ləğv edilməsi hissəsinə münasibətdə aşağıdakıları bildirirlər. İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 72.3-cü maddəsində göstərilir ki, qanunu bilməmək məsuliyyətdən azad etmir. Bildirirlər ki, iddiaçı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 30.05.2014-cü il tarixli **********763467 nömrəli və 15.05.2015-ci il tarixli **********900653 nömrəli qərarların mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Qeyd edirlər ki, həmin qərarın “vergi ödəyicisinin şikayət etmək hüquqlarının xülasəsi” hissəsində, qərardan onun təqdim olunduğu vaxtdan İnzibati- Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən 30 gün müddətində məhkəməyə və Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən 3 ay müddətinə birbaşa və ya qərarı göndərmiş vergi orqanı vasitəsilə yuxarı vergi orqanına şikayət etmək hüququnun olduğu vergi ödəyicisinə izah olunmuşdur. İddiaçı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 30.05.2014-cü il tarixli **********763467 nömrəli və 15.05.2015-ci il tarixli **********900653 nömrəli qərarların ləğv edilməsi barədə iddia ilə 30.05.2014-ci il tarixli qərar üzrə 6 (altı) ildən çox müddət müddət keçdikdən, 15.05.2015-ci il tarixli qərar üzrə isə 5 (beş) ildən çox müddət keçdikdən sonra məhkəməyə müraciət edildiyinə görə İnzibati-Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə əsasən həmin qərar üzrə müddətin bərpasına dair ərizə də verilə bilməz. Əlavə olaraq bildirir ki,’’Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarına əsasən mübahisələndirmə haqqında iddia onunla xarekterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur....Göstərilənləri nəzərə alaraq, cavabdeh məhkəmədən iddiaçı X7 iddia tələbinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 13.12.2019-cu il tarixli **********194742 nömrəli qərarın ləğv edilməsi hissəsində təmin edilməməsi, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 30.05.2014-cü il tarixli **********763467 nömrəli və 15.05.2015-ci il tarixli **********900653 nömrəli qərarların ləğv edilməsi hissəsində isə mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh sonradan 18.02.2021-ci il tarixdə məhkəməyə əvvəlki məzmunlu ərizə təqdim edərək iddia tələbinin müddətinin tətbiq edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X5 iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi X6 iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1 -ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1 -ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1 barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2 barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3 şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Belə ki, iş materiallarında olan Bakı şəhəri Vergilər Departamentinin 1 saylı Filialı tərəfinfdən təsdiq olunan vergi ödəyicisinin uçota alınması haqqında Şəhadətnaməyə əsasən X14 ********** saylı VÖEN əsasında vergi ödəyicisi olaraq qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş, -Vergilər Nazirlyinin Bakı şəhəri X21 üzrə Baş İdarəsinin 04.11.2019-cu il tarixli **********174395 nömrəli səyyar vergi yoxlaması aktından görünür ki, Vergilər Nazirlyinin Bakı şəhəri X21 üzrə Baş İdarəsinin Səyyar vergi yoxlamaları idarəsinin Təmir-tikinti və istehsal sahələri üzrə şöbəsinin əməkdaşları tərəfindən Vergi Məcəllənin 38.3.6-cı maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanması məqsədi ilə (2013-2018-ci illər üzrə aksz vergisi, İ rüb 2013-İİ rüb 2018-ci illər üzrə sadələşdirilmiş vergi, 2013-2017-ci illər üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, yanvar 2013-avqust 2018-ci illər üzrə mədən vergisi, İ rüb 2013-İİ rüb 2018-ci illər üzrə ödəmə mənbəyindən tutulan vergi, yanvar 2013avqust 2018-ci illər üzrə əlavə dəyər vergisi, 2013-2017-ci illər üzrə gəlir vergisi üzrə növbədənkənar vergi yoxlaması aparılmışdır. Yoxlama 27.12.2018-ci il tarixdə başlanıb, 04.11.2019-cu il tarixdə başa çatdırılmışdır. -13.12.2019-cu il tarixli, **********194742 saylı səyyar vergi yoxlaması aktından görünür ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən X14 (VÖEN **********) üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında 04.11.2019-cu il tarixli **********174395 nömrəli aktına və 10.12.2019-cu il tarixli **********471300 nömrəli sənədə baxılıb aşağıdakılar müəyyən edilmişdir: vergi orqanının 26.12.2018-ci il tarixli **********172758 saylı və xxxxqədi rayon məhkləməsinin 16.11.2018ci il tarixli qərarlarına əsasən X9 (VÖEN **********) 01.01.2013-cü il tarixdən 31.08.2018-ci tarixədək olan fəaliyyət dövrü üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyəti növbədənkənar səyyar vergi yoxlaması aparılmaqla yoxlanılmışdır. Yoxlamanın nəticələri 04.11.2019-cu il tarixli **********174395 saylı aktla rəsmiləşdirilmişdir. Hazırkı yoxlama ilə cəmiyyətin 2012-ci ilin mart ayından 2013-cü ilin mart ayınadək olan, 2013-cü ilin mart ayından 2014-ci ilin mart ayınadək olan və 2014-cü ilin mart ayından 2015-ci ilin mart ayınadək fəaliyyət dövrü təkrar yoxlanılmış və kənarlaşma aşkar edilməmişdir. Odur ki, Vergi Məcəlləsinin 49-011, 49.1-ci və 49.1,4-cu maddələrinə əsasən 31.07.2013-cü il tarixli **********683689 saylı, 30.05.2014-ü il tarixli **********763467 saylı və 15.05.2015-ci il tarixli **********900653 saylı "Vergi ödəyicisiııin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarlar qüvvədə saxlanılmalıdır. Yoxlamanın gedişində vergi ödəyicisiııin fəaliyyət göstərdiyi Bakı şəhəri Qaradağ rayonu, Şahqaya yatağının cənubu ünvanında yerləşən daş karxanasında hasil edilmiş mişardaşlarının həcminin müəyyən edilməsi məqsədi ilə 11.01.2019-cu il tarixli **********173967 saylı “Mütəxəssisin dəvət edilməsi haqqında” və mişar daşın bazar qiymətlərinin müəyyənləşdirilməsi məqsədi ilə 11.01.2019-cu il tarixli **********173966 isə Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının "Azərekspertiza" Birliyindən mütəxəssis və ekspert dəvət edilmişdir. Mütəxəssis tərəfindən hesablamalar istehsalda istifadə edilmiş elektrik enerjisinin həcminə görə aparılmışdır. Eyni zamanda 24.06.2012-ci il tarixli "Torpaq sahəsinin razılaşma haqqında" müqaviləyə əsasən 3,0 hektar torpaq sahəsini X8 27 il müddətinə götürülməsinə baxmayaraq ödəmə mənbəyində tutulan vergilər -hesablanmamışdır. Bu səbəbdən 23.07.2019-cu il tarixli **********187382 nömrəli "Ekspertizanın təyin edilməsi haqqında" Qərar təyin edilərək icarəyə götürülmüş torpaq sahəsinin real bazar qiymətinin müəyyənləşdirilmişdir. Yoxlanılan dövrdə 01.03.2015- 31.08.2018-ci il üzrə mütəxəssis və ekspert rəylərinə əsasən sahibkar tərəfindən sadələşdirilmiş verginin 517.21 manat, mədən vergisinin 25025,54 manat, gəlir vergisinin 4103.88 manat, əlavə dəyər vergisinin 18865.06 manat, ödəmə mənbəyində tutulan vergisinin 5880,0 manat yayındırılması müəyyən edilmişdir. Buna görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci madəsinə əsasən yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 27212,34 manat məbləğində maliyyə sanksiyyası tətbiq edilməsi təklif olunur. Bundan başqa, yoxlanılan dövrdə vergi bəyannamələrin və arayışların əsas olmadan müəyyən edilmiş müddətdə təqdim edilmədiyinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 1440,0 manat və Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyieisinə vaxtında ödənilməmiş 1061,37 manat ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası yəni 530.7 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi təklif olunur. Lakin, Vergi Məcəlləsinin 85.4cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisiııin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Eyin zamanda, Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasan vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, saxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bununla yoxlanılan dövrdə yəni 01.01.2016-31.08.2018-ci il üzrə üzrə mütəxəssis və ekspert rəylərinə əsasən sahibkar tərəfindən mədən vergisinin 23306,82 manat, gəlir vergisinin 3158.25 manat, əlavə dəyər vergisinin 13758.66 manat, ödəmə mənbəyində tutulan vergisinin 4200,0 manat yayındırılması müəyyən edilmişdir. Buna görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci madəsinə əsasan yayındırılmış vergi məbləğinin Vergi Məcəlləsinin 56.1-ci maddəsini nəzərə alaraq 50 faizi miqdarında, yəni 15283,26 manat məbləğində maliyyə sanksiyyası tətbiq edilməsi təklif olunur. Bundan başqa, yoxlanılan dövrdə vergi bəyannamələrin və arayışların əsas olmadan müəyyən edilmiş müddətdə təqdim edilmədiyinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 280,0 unat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi təklif olunur. Vergi ödəyicisinin öziinii müdafiəsi üçün gətirdiyi dəlillər və digər sənədlər: Vergi ödəyicisi vergi orqanına ünvanladığı 30.07.2019-cu il tarixli **********663700 nömrəli şikayət məktubunda 03.04.2015-ci il tarixli və 10.04.2014-cü il tarixli səyyar vergi yoxlaması keçirilməsi barədə qərarlara əsasən qəbul edilmiş VMCQ-nın ləğv edilməsini xahiş etmişdir. Ərizəyə cavab olaraq 05.08.2019-cu il tarixli **********325200 nömrəli cavab məktubunda Vergi Məcəlləsinin 49.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 38.3-cii maddəsində nəzərdə tutulmuş əsas üzrə keçirilən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qəbul olunan qərarlara niinasibəldə bu Məcəllənin 49.1.4-cü-49.1.6-cı maddələrinin müddəalarının tətbiq edilmədiyi, buna əsasən Vergi Məcəlləsinin 38.3-cü maddəsində nəzərdə tutulmuş əsasla yenidən növbədənkənar səyyar vergi yoxlaması təyin olunduqda, əvvəlki yoxlamanın nəticəsi üzrə qəbul edilmiş "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilmədiyi və növbədənkənar səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri tərəfindən əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi, əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanıldığı və yeni qərarın qəbul edilməsi barədə qərarlardan birinin çıxarıldığı bildirilmişdir. Bundan başqa, 30.07.2019-cu il tarixli **********651600 nömrəli digər şikayət ərizəsində ödəyici ekspertizanın təyin edilməsi barədə qərarın 23.07.2019-cu il tarixdə qəbul olunduğunu, lakin, ekspert və mütəxəssis rəylərinin 18.06.2019-cu il tarixdə tərtib edildiyini bildirmişdir. Həmçinin, ekspert rəyində ümumi istehsal həcminin 27774.633 ədəd göstərildiyini və 25 %, yəni, 1499829,92 ədəd itki tətbiq edildiyini, başlanmış cinayət işi üzrə Qaradağ rayon məhkəməsinin qərarına əsasən itkilərin müəyyən edilməsi ilə əlaqədar ekspertizanın təyin edildiyini, 11054 saylı məhkəmə ekspertiza rəyində hasilatdan itki faizinin 78% müəyyən edildiyini bildirmiş, ekspert rəyinin ləğv edilməsini və yeni ekspertizanın təyin edilməsini xahiş etmişdir. Bununla bağlı ərizəyə cavab olaraq 08.08.2019-cu il tarixli **********929200 nömrəli vergi orqanının cavab məktubunda 23.07.2019-cu il tarixli '‘Ekspertizanın təyin edilməsi haqqında” qərar üzrə rəyin 26.07.2019-cu tarixdə, 11.01.2019-cu il tarixli “Ekspertizanın təyin edilməsi haqqında” Qərar üzrə rəyin 18.06.2019-cu il tarixdə təqdim edildiyi bildirilmişdir. Ekspert rəyləri əsaslı olduğundan onların ləğv edilməsinə və yeni ekspertizanın təyin edilməsinə zərurət yaranmamışdır. Həmçinin, Qaradağ rayon məhkəməsinə sorğu göndərilmiş, məhkəmənin 07.08.2019-cu il tarixli cavab məktubunda cinayət iş üzrə sonuncu dəfə 09.07.2019-cu il tarixdə əlavə kompleks məhkəmə-yer quruluşu, mühəndis-tikinti-texniki, bioloji-torpaqşünaslıq və əmtəəşünaslıq ekspertizasının təyin edilərək rəy verilməsi üçün cinayət işinin Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi, iş üzrə məhkəmənin yekun qərarının qəbul edilmədiyi bildirilmişdir. Qərar üzrə vergi ödəycisinə maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. Məhkəmə araşdırması zamanı iş üzrə zərurət yarandığından **********174395 saylı, 19.08.2019-cu il tarixli səyyar vergi yoxlaması aktında qeyd olunan xxxxqədi rayon Məhkəməsinin 16.11.2018-ci il tarixli qərarının, bütün ekspert və mütəxəssis rəylərinin, tərtib edilmiş aktları və sənədlərin, 1054 saylı məhkəmə ekspertiza rəyinin surətləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən sorğu əsasında tələb edilmişdir. - Bakı şəhəri xxxxqədi rayon Məhkəməsinin 16.11.2018-ci il tarixli 5(00)897/2018 saylı qərara əsasən Bakı şəhəri, Səbail rayonu, “Şahinbax” əhəngdaşı yatağında fəaliyyət göstərən “xxxx” MMC-yə məxsus daş karxanasında 01.01.2013-cü il tarixdən 31.08.2018ci il tarixədək olan müddətdə vergi qanunvericiliyə əməl edilməsi vəziyyətinin Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən yoxlanılmasının keçirilməsi barədə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi İlkin Mustafayevin vəsatəti təmin edilmişdir. İşin araşdırılan halarından görünür ki, vergi orqanı tərəfindən aparılan yoxlama dövründə vergi ödəyicisinin fəaliyyət göstərdiyi Bakı şəhəri Qaradağ rayonu, Şahqaya yatağının cənubu ünvanında yerləşən daş karxanasında hasil edilmiş mişar daşlarının həcminin müəyyən edilməsi məqsədi ilə 11.01.2019-cu il tarixli **********173967 saylı “Mütəxəssisin dəvət edilməsi haqqında” və mişardaşının bazar qiymətlərinin müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının "Azərekspertiza" Birliyindən mütəxəssis və ekspert dəvət edilmişdir. Sözügedən ekspert rəyinə əsasən 01.01.2013 - cü il tarixdən 31.08.2018 - ci il tarixədək olan dövr üçün istehsal edlmiş mişardaşı məhsullarının real orta bazar qiyməti neçəyə olması barədə sualına cavab olaraq ekspert aparılmış tədqiqat zamanı fiziki şəxs X11 məxsus daş karxanasında 01.01.2013 - cü il tarixdən 31.08.2018 - ci il tarixədək olan dövrdə istehsal edilmiş mişar daşının real satış qiymətinin karxanadan 0.25 AZN müəyyən edilmişdir. 11.01.2019-cu il tarixli **********173967 saylı saylı Qərara əsasən ekspert qarşısında qoyulan sual 01.01.2013-cü il tarixdən 31.08.2018-ci il tarixədək olan dövrdə istehsal olunmuş daşın miqdarını təyin edilməsi barədə olmuşdur. Tədqiqat zamanı 01.01.2013-cü il tarixdən 31.08.2018-ci il tarixədək olan dövrdə iddiaçının istismarında olan daş karxanasında ******* ədəd mişardaşının istehsal olunuğu müəyyən edilmişdir. 1(002)-106/2019 saylı mülki iş üzrə məhkəmə mühəndis texniki, biolojitorpaqşünaslıq və əmtəəşünaslıq ekspertizaları təyin edilmiş, ekspert qarşısında Qaradağ rayonu «Şahqaya» əhəngdaşı yatağında yerləşən daş karxanasında fərdi sahibkar X10 fəaliyyət göstərdiyi 25 iyul 2017-ci il tarixdən - 21 avqust 2018-ci il tarixədək olan dövr ərzində nə qədər elektrik enerjisi sərfiyyatı olduğu və istifadə edilmiş enerji sərfiyyatı nəzərə alınmaqla, bir ədəd DKM- SM-89 markalı daşkəsən kombayn və bir ədəd NKM-2U markalı şınmaçan maşın vasitəsilə hasil edilən əhəngdaşının hecmi nə qədər təşkil etdiyi, Qaradağ rayonu «Şahqaya» əhəngdaşı yatağında yerləşən daş karxanasında fərdi sahibkar X10 fəaliyyət göstərdiyi 25 iyul 2017-ci il tarixdən - 21 avqust 2018-ci il tarixədək olan dövr ərzində sərf edilmiş şlektrik enerjisi sərfiyyatı nəzərə alınmaqla, bir ədəd DKM- SM-89 markalı daşkəsən kombayn və bir ədəd NKM-2U markalı şırımaçan maşın vasitəsilə 9600 kub,metr əhəngdaşı hasil etməyin mümkün olub-olmaması, hasil edilmiş bir kubmetr əhəngaşının dəyərinin 7,7 manat nəzərə alınmaqla qanunsuz hasil edilmiş əhəngdaşına görə təbiətə dəyən ziyanın məbləğinin nə qədər təşkil etdiyi, Qaradağ rayonu «Şahqaya» əhəngdaşı yatağında yerləşən daş karxanasında fərdi sahibkar X10 fəaliyyət göstərdiyi 25 iyul 2017-ci il tarixdən - 21 avqust 2018-ci il tarixədək olan dövr ərzində onun adına ayrılmış əhəngdaşı yatağının hüdudları daxilində faydalı qazıntı məqsədi ilə istehsal edilmiş əhəngdaşına (mişardaşına) görə təbiətə nə qədər ziyan dəyibdəyməməsi barədə suallar qoyulmuşdur. Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Birinci və ikinci suallar üzrə 22 may 2019-cu il tarixdə keçirilmiş baxış zamanı Qaradağ rayonu «Şahqaya» əhəngdaşı yatağında yerləşən daş karxanasında fiziki şəxs X7 fəaliyyət göstərildiyi əhəngdaş karxanasının elektrik təchizatı dayandırıldığından, həmin karxanada istifadə olunan DKM-SM-89 markalı daşkəsən və NKM-2U markalı şırırnaçan maşınların vasitəsilə bir saatlıq mişardaşın kəsilməsi ilə əhəndaşin (eləcə də mişardaşın) hasil olunan və buna sərf olunmuş elektrik enerjisinin miqdarını ölçmək mümkün olmadığına görə, qoyulmuş suallar üzrə tədqiqatın aparılmasın ın mümkün olmadığı, digər suallar üzrə daş karxanasının 2012-ci il üçün dağ-mədən işlərin inkişaf planı»na əsasən daş karxanasının sənaye, yəni istehsalat zamanı (fəaliyyət nəticəsində yerin təkindən çıxarılacaq faydalı qazıntı ehtiyatlarının) çıxarılmış əhəngdaşının 22% təşkil etdiyi, yəni 78% isə ümumi itkilərin olması (ümumi itkilər ibarətdir: 60% istismar itikisi, 13% texnoloji itkisi və 5% bortlarda layihə üzrə itkilərdən) nəzərə aldıqda, X10 fəaliyyət göstərdiyi 25 iyul 2017-ci il tarixdən - 21 avqust 2018-ci il tarixədək olan dövr ərzində onun adına ayrılmış əhəngdaşı yatağının hüdudları daxilində faydalı qazıntı məqsədi ilə istehsal edilmiş əhəngdaşına (mişardaşma) görə təbiətə deymiş ziyanı, ümumi dağ kütləsinin (süxurun) 9600,0 m3-nin 22%-zi 2112 m3 təşkil etdiyi müəyyən edilmişdir. Göründüyü kimi qeyd olunan ekspert rəyləri arasında kəskin ziddiyyət olduğu müəyyən edilir. Belə ki, işin araşdırılan hallarından müəyən edilir ki, 78% itki ekspert rəyində açılış (hazırlıq) işləri zamanı olmuşdur, bu da istehsal zamanı real itki ilə kəskin fərq təşkil edə bilər. 18 iyun 2018-ci il tarixli mütəxəssis rəyi icarə haqqı 1 ha 1000 azn ayda qiymətləndirib 14% ödəmə mənbəyindən vergi hesablamış, ekspert daşın bir ədədinin dəyərini 25 qəpik qiymətləndirmişdir. 18.06.2019-cu il tarixli Mütəxəssis rəyinin 73-cü səhifəsində yoxlayıcı tərəfindən tərtib olumuş 16 yanvar 2019-cu il tarixli ölçmə işi ilə bağlı akta əsasən daşkəsən maşının surəti 60 pm saat olduğu halda, daş karxanasının eni 130 metr olduğuna görə bir gedişə 2 saat 10 dəqiqə vaxt sərf olunduğu müəyyən edilməkdədir. Belə olan halda aparılan ekspertiza zamanı daş karxanasının istehsal xüsusiyyətləri nəzərə alınmamış, nəticədə enerji sərfiyyatı 8 saatlıq iş gününə fasiləsiz olaraq hesablanmışdır. Beləliklə hər 2 saat 10 dəqiqədən bir daşkəsən maşının və 24 ədəd relsin (130 m/11=12 ədəd rels x 2 sıra=24) yerinin dəyişdirilməsi zərurəti yarandığını, bu prosesə isə təqribən 1 saat vaxt tələb olunduğunu nəzərə aldıqda, gün ərzində daşkəsən aparatın ən azı 3 saat boşdayanması da mütəxəssis tərəfindən nəzərə alınmamışdır. O cümlədən 18.06.2019-cu il tarixli Mütəxəssis rəyinin 58-ci səhifəsində 1 m3 kütlədən 72 ədəd mişar daşı istehsal olunduğu göstərilmişdir. Nəzərə alsaq ki, 1 ədəd mişar daşının eni 20 sm, hündürlüyü 20 sm, uzunluğu 40 sm-dir, onda 1 m3 kütlədən 62,5 ədəd mişar daşının (5 ədəd x 5 ədəd x 2,5 ədəd = 62,5 ədəd) çıxdığı müəyyən olunur. Lakin 1 m3 kütlədən 62,5 ədəd mişar daşı çıxdığını nəzərə alsaq mütəxəssis tərəfindən hər kub metr kütlədə 9,5 ədəd mişar daşı artıq göstərlmişdir. Nəticədə ümumilikdə mişar danışının sayı artıq göstərilməklə yoxlayıcı tərəfindən saat dövriyyəsinin şişirdildiyi və eyni zamanda vergilərin (mədən vergisi, ƏDV, gəlir vergisi və sadələşdirilmiş vergi) artıq hesablandığı işin araşdırılan halları ilə sübut edilir. Vergi orqanı göstərilən məbləğin silinməsinə əsas olaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən iddiaçı tərəfindən 5 il ərzində artıq ödənilmiş məbləğin qaytarılması tələb edilmədiyi əsası ilə silindiyini, həmçinin iddiaçı tərəfindən həmin qərarın mübahisələndirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət keçdiyindən, ləğv edilməsinin qeyri-mümkün olduğunu göstərmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının tələbi Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 13.12.2019-cu il tarixli, **********194742 saylı qərarının vergi qanunvericiliyinin yuxarıda sadalanan normalarını pozmaqla qəbul edildiyindən iddiaçının tələbinin əsaslı hesab olduğu qənaətindədir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən yoxlanılan dövr ərzində, yəni 01.01.2016-31.08.2018-ci il üzrə sahibkar tərəfindən mədən vergisinin 23306,82 manat, gəlir vergisinin 3158.25 manat, əlavə dəyər vergisinin 13758.66 manat, ödəmə mənbəyində tutulan verginin 4200,0 manat yayındırılması və buna görə də Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci madəsinə əsasan yayındırılmış vergi məbləğinin Vergi Məcəlləsinin 56.1-ci maddəsini nəzərə alaraq 50 faizi miqdarında, yəni 15283,26 manat məbləğində maliyyə sanksiyyası tətbiq edilməsi təklif olunaraq nəticədə 44.456.68 manat məbləğində azaldılmanın, 44.423.73 manat məbləğində fərqin yaranması əsasında 16.120.45 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi müəyyən edilsə də, lakin qeyd olunan yayındırma hallarını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməməmişdir. Halbuki, qanunvericiliyin tələxxxx görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1 -ci maddəsi). Buna görə də məhkəmə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci madəsinə müvafiq olaraq yayındırılmış vergi məbləğlərinin mövcud olmadığı əsası ilə cavabdeh tərəfindən maliyyə sanksiyyası tətbiq edilməkdə haqlı olmadığı qənaətindədir. Belə ki, vergi ödəyicisi vergi qanunvriciliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Həmçinin Vergi Məcəllənin 94.0.2-ci maddəsinə əsasən, vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən, vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) tərəfindən iddiaçı X20 barəsində qəbul edilmiş "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 13.12.2019-cu il tarixli, **********194742 №li qərarı ləğv olunmalıdır. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.2-ci maddəsinə əsasən məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 36, 52, 58, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) tərəfindən iddiaçı X20 barəsində qəbul edilmiş "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 13.12.2019-cu il tarixli, **********194742 №li qərarı ləğv olunsun. Qərardan tərəflərə təqdim olunduğu gündən 30 gün müddətində, Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qərar qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-408/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-408/2021
22.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver