Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-408/2025 07.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X1 kаtibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçının əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə tələbi üzrə inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İ.Mübahisənin pedmeti
1. İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Soial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023- cü il tarixli qərarının ləğv edilməsini və İddiaçı müvafiq dərəcəli əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, xx.xx.2006-cı il tarixdən Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin Dövlət Təhlükəsizliyi Xidmətində zabit vəzifələrində həqiqi hərbi xidmət keçmişdir. Hərbi xidmət keçərkən xx.xx.2008-ci il tarixdə xidməti avtomobildə xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzası nəticəsində qapalı kəllə-beyin başbeyin silkələnməsi travması almış və xx.xx.2017-ci ildə Azərbaycan Respublikası DTX HT Mərkəzi hərbi-həkim komissiyası tərəfindən DTX Kadrlar idarəsinin tibbi şəhadətləndirilməsi nəticəsində “Qapalı kəllə-beyin travmasından sonraki ifadəli vegetativ davamsızlıq və kəllədaxili hipertenziya tipli qalıq əlamətləri, postravma ensefalopatiya.Dayaq-hərəkət və hissi funksiyaların ifadəli dərəcədə pozulması və tez-tez kəskinləşən davamlı kökcük ağrı sindromu ilə ifadə olunan onurğanın yayılmış osteoxondrozu. Vertebrobazilyar çatışmamazlığı əlamətləri ilə müşayət olunan C3-C4-C5- C6, fəqərələrarası disklərin protruziyaları. L3-L4,L4-15,L5-Sl fəqərələrarası disklərin protruziyaları” diaqnozu təyin edilmiş və həmin komissiyanın qərarına əsasən “Hərbi travmadır,hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” müəyyən edilmişdir. Uzunmüddətli stasionar müalicələr müsbət effekt verməmişdir. Bundan sonra əlillik dərəcəsinin qiymətləndirilməsi zamanı ona “Vertebrobazilyar arterial sistem sindromu, keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı ifadəli vegetatik yaddaş pozğunlugu və kəllədaxili hipertenziya tipli qalıq əlamətləri, xüsusi epileptik sindromla, ay ərzində tutmaların sayı 7-8 dəfə olmaqla, boyun şöbəsinin fəqərələrarası disklərin radikulopatiyası, dayaq-hərəkət və hissi funksiyaların mülayim dərəcədə pozulması,onurğanın bel-oma hissəsinin osteoxondrozu,C5-C-6 fəqərələrarası diskin yırtığı. Hipotenziya, vertebobazilyar çatışmamazlıq” diaqnozu qoyulmuşdur. Əlilliyin müəyyən olunması meyyarı: İİ-ci dərəcə əlillik epilepsiya tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərə çarpan dərəcədə dəyişməsi ilə (G40- G41.9) Hərbi xidmət vəzifəsini yerinə yetirəndə aldığı travma öz təsdiqini tapmışdır. xx.xx.2017-ci il tarixindən etibarən iddiaçıya ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlillik müddəti 5 il müddətində xx.xx.2022-ci il tarixinədək müəyyən olunmuşdur. xx.xx.2023-cü il tarixdə keçirilən qiymətləndirmə zamanı cavabdeh inzibati orqan tərəfindən diaqnozun əlillik əlaməti təyin etmir səbəbindən təkrar əlilliyin təyin edilməsindən imtina etmişdir. Lakin cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələbləri pozulmuş və buna görə də iddiaçıya təyin edilmiş əlillik dərəcəsi bərpa edilməlidir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı əsasında cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək göstərmişdir ki, iddiaçının əlillik vəziyyəti tibb müəssisəsinin 5126003AAAH1 nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması barədə qərar verilmişdir.Yenidən əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Mərkəzi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli, 110 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı ifadəli vegetativ davamsızlıq və kəllədaxili hipertenziya tipli qalıq əlamətləri. Posttravmatik ensefalopatiya. Dayaq-hərəkət və hissi funksiyaların ifadəli dərəcədə pozulması və tez-tez kəskinləşən davamlı kökcük ağrı sindromu ilə müşayiət olunan onurğanın yayılmış osteoxondrozu. Vertebrabazilyar çatmamazlığı əlamətləri ilə müşayiət olunan C3-C4, C5-C6, fəqərələrarası disklərin protruziyaları. L3-L4, L4-L5, L5- S1 fəqərələrarası disklərin protruziyaları” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı hər gün baş verən qıcolma tutmalarından, ağrılardan şikayətlənmiş, qəbul etdiyi medikamentoz dərman preparatlarından “Depakin”i xatırlamışdır. Anamnestik məlumatlarda qıcolma tutmalarının xarakterini izah edə bilməmiş, qeyd etdiyi əlamətlər funksional tutmalara xarakterik olmuş, nevroloji mikroocaqlı patologiya aşkar edilməmişdir. Psixi statusunda emosional labil, duyğusal olmuş, aktiv psixoparduktiv və davranış pozuntusu əlamətləri müəyyən edilməmişdir” kimi qeyd olunmuş, müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qıcolma tutmalarından şikayətlənmişdir. Anamnestik məlumatlarında qıcolma zamanı özündə olmadığını, heç nə hiss etmədiyini, tutmadan sonra bədəninin keyidiyini, ağrılar olduğunu bildirmiş, tutmalarının 1-2 dəqiqə davam etdiyini, bəzən sidik qaçırması olduğunu, medikamentoz preparatlardan “Depakin 500” (gündə 2 dəfə), “Fillepsal” qəbul etdiyini qeyd etmişdir. Vətəndaşdan epitutmanı təsdiqləmək məqsədi ilə qıcolma anının video çəkilişi tələb olunsa da, “Hospitalda həkim də istəmişdi çəkə bilmirəm” ifadə etmiş, video görüntünü təqdim etməkdən imtina etmişdir. Təqdim olunmuş baş-beyin KT, MRT müayinələrinin sənədinlərin də müayinələrin 0.5 Tesla aparatı ilə aparıldığı qeyd olunmuş, lakin qeyd olunan baş-beyin zonasında (Hər iki gicgah pay girusların dərinliyi bir qədər artmışdır (kortikal atrofiya)) patologiyanı təsdiqləmək üçün, o aparatın informativ olmadığı müəyyənləşdirilmiş, həmin zonanın patologiyası lokal epitutmalar verə biləcəyini, vətəndaşın klinikası ilə uyğun olmadığı müəyyənləşdirilmişdir. Epitutmaları təsdiqləyən EEQ müayinəsinin nəticəsində epi aktiv olacaqlar aşkarlanmamış, həkim-ekspert tərəfindən epilepsiya xəstəliyi təsdiqlənməmişdir. Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin xx.xx.2022-xx.xx.2022-ci il tarixli çıxarışında diaqnoz “Keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri. Posttravmatik ensefalopatiya tez-tez təkrarlanan ayda (7-8 dəfə) epileptik tutmalarla. Dayaq-hərəkət və hissi funksiyaların ifadəli dərəcədə pozulması ilə onurğanın yayılmış osteoxondrozu C3-C4, C5-C6 f/a diskləri yırtıqları sinir kökü kompressiya ilə davamlı kökcük ağrı sindromu ilə L3-L4, L4-L5 f/a disklərin protruziyaları sinir kökü kompressiya ilə. Davamlı kökcük ağrı sindromu ilə. Vertebro-bazilyar çatmamazlıq. Sağ diz menisk yırtığı” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. 2 nömrəli Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli Rəyində diaqnoz “Üzvi emosional-labil pozuntu, koqnitiv funksiyaların zəifləməsi ilə” kimi qeyd olunmuş, klinik olaraq öz təsdiqini tapmamışdır. General Hospitalın xx.xx.2022-ci il tarixli EEQ müayinəsinin nəticəsi “Müayinə oyaq vəziyyətdə hiperventilyasiya və fotostimulyasiya sınaqları zamanı keçirilib, fon aktivliyində diozritmiya fonunda ön-bazal strukturlarının paroksizmal meyli qeyd olunur. Funksional sınaqlar zamanı, hiperventilyasiyada (HV) və fotostimulyasiyada (FS) beyin qabığında paroksizmal aktivlik artmışdır. Hər iki yarımkürədə teta diapazonlarda yavaş dalğalar izlənilir. Baş beyin bioelektrik aktivliyinin diffuz dəyişikliyi qıcolma qapısının daralması əlaməti qeyd olunur” kimi qeyd olunsa da, sənədin doğruluğuna şübhə yaranmışdır. Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin DTX Hərbi Hospitalının xx.xx.2022-ci il tarixli Beyin MRT müayinəsinin nəticəsi “Hər iki pay medial seqment girusların dərinliyi bir qədər artmışdır, korteksində assimetriya izlənilir” kimi qeyd olunmuş, klinik olaraq öz təsdiqini tapmamışdır. STARLAB Tibb Mərkəzinin xx.xx.2022-ci il tarixli EEQ Müayinəsinin nəticəsi “EEQ də beyin qabığı neyronlarının epileptik xarakterli qıcıqlanması fonunda beynin qabıqaltı nüvələri strukturlarında diensefal səviyyədə diffuz dəyişiklik aşkarlanır. Aparılan funksional sınaqlar FTS, FNS, HV təsirindən hər iki beyin yarımkürəsinin bütün paylarında teta diapazonlu yavaş dalğalardan ibarət aktivlik qeyd olunur. Mütəmadi olaraq sol mərkəzi - əng, sağ alın mərkəzi paylarda aşağı amplitudlu spayk dalğalar izlənilir. Vertebrogen patologiya fonunda yüksək kəllə daxili təzyiq, hipoksiya əlamətləri istisna edilmir. Ağciyərlərin HV-sı qıcolma qapı həddini aşağı endirir. Antikonvulsant terapiyanı davam etdirmək məsləhət görülür. Dinamikada izləməli!” kimi qeyd olunmuş, klinik olaraq öz təsdiqini tapmamışdır. X8 xx.xx.2022-ci il tarixli EEQ müayinəsinin nəticəsi “Müayinə oyaq vəziyyətdə, hiperventilyasiyada və fotostimulyasiyada sınaqları zamanı keçirilib. Fon aktivliyində dizritmiya fonunda beyin qabığının paroksizmal meyli qeyd olunur. Funksional sınaqlar zamanı, hiperventilyasiyada (HV) və fotostimulyasiyada (fS) beyin qabığında paroksizmal aktivlik artmışdır. Hər iki yarımkürənin gicgah payları və sağ təpə payında delta və teta diapazonlarda yavaş dalğalar izlənilir (anamnezində travma). Baş beynin bioelektrik aktivliyinin diffuz dəyişikliyi qıcolma qapısının daralması əlaməti ilə qeyd olunur. Müayinə antikonvulsant fonunda aparılmışdır” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi- Tibb Baş İdarəsinin DTX Hərbi Hospitalının xx.xx.2023-cü il tarixli Beyin KT müayinəsinin nəticəsi “Hər iki gicgah pay girusların dərinliyi bir qədər artmışdır (kortikal atrofiya)” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin DTX Hərbi Hospitalının xx.xx.2023-cü il tarixli X9 müayinəsinin nəticəsi “Kəllə sümüklərində patoloji dəyişiklik görünmür” kimi qeyd olunsa da, əlillik təyinatına əsas verməmişdir. Anamnestik məlumatlarda təsvir etdiyi əlamətlər epitutma üçün xarakterik olmamış, əlillik təyinatına əsas verən nevroloji və psixi defisit müşahidə edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Cavabdeh qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İİ.İddianın növü və mümkünlüyü
4.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər; 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt); 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 5.Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 6.Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmişdir və ona imtina cavabı verilmişdir, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti.
7. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaya etirazda göstərilən məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. 8.Məhkəmə iş materiallarında olan: “Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatı”na əsasən, İddiaçı xx.xx.2023-cü il tarixdə müayinə edilmiş və onun əlil və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsi barəsində diaqnozu –Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəlləbeyin travmasının davamlı qalıq əlamətləri, posrtravmatik ensefalapatiya, kəllədaxili hipertenziya ilə, generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, epilepsiya ilə tez-tez təkrarlanan ikincili generalizə olunmuş tonikoklonik qicolma tutmaları ilə (ayda 8-10 dəfə) - əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. 110 nömrəli xəstəlik şəhaətnaməsinə əsasən Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti Hərbi Tibb Mərkəzi Hərbi-Həkim Komissiyasının sədri tərəfindən qoyulmuş diaqnoz: “keçirilmiş qapalı kəlləbeyin travmasından sonra vegetativ davamsızlıq və kəllədaxili hipertenziya tipli qalıq əlamətləri, posrtravmatik ensefalopatiya, dayaqhərəkət və hissi funksiyaların ifadəli dərəcədə pozulması, tez-tez kəskinləşən davamlı kökcük ağrı sindromu ilə müşayiət olunan onurğanın osteoxondrozu, vertebrobazilyar çatmamazlığı əlamətləri ilə müşayiət olunan C5-C6, fəqərələrarası disklərin protruziyaları.L3-L4, L4-L5, L5-S1 fəqərə disklərin protruziyası” göstərilmişdir. Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin xx.xx.2022-xx.xx.2022-ci il tarixli çıxarışında “Keçirilmiş qapalı kəllə- beyin travmasının qalıq əlamətləri. Posttravmatik ensefalopatiya tez-tez təkrarlanan ayda (7-8 dəfə) epileptik tutmalarla. Dayaq-hərəkət və hissi funksiyaların ifadəli dərəcədə pozulması ilə onurğanın yayılmış osteoxondrozu C3-C4, C5-C6 f/a diskləri yırtıqları sinir kökü kompressiya ilə, davamlı kökcük ağrı sindromu İİƏ.L3-L4, L4-L5 f/a disklərin protruziyaları sinir kökü kompressiya ilə. Davamlı kökcük ağrı sindromu ilə. Vertebro- bazilyar çatmamazlıq. Sağ diz menisk yırtığı" kimi qeyd olunmuşdur. Tibbi- Sosial Ekspertiza Müayinsindən Çıxarışına əsasən, İddiaçı xx.xx.2017-ci il tarixdə müayinə edilmiş, TSEK-in diaqnozu “Vertobrobrazilyar arterial sistem sindromu, keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı ifadəli vegetativ yaddaş pozgunluğu və kəllədaxili hipertenziya tipli qalıq əlamətləri, xüsusi epileptik sindromla, ay ərzində tutmaların sayı 7-8 dəfə olmaqla, boyun şöbəsinin fəqərəarası disklərin radikulopatiyası, dayaq-hərəkət və hissi funksiyaların mülayim dərəcədə pozulması, onurğanın bel-oma hissəsinin ostexondrozu, C5-C6 fəqərəarası diskin yirtığı, hipotenziya, vertebrobazilyar çatmamazlıq” qoyulmuş, ikinci dərəcə əlillik müəyyən edilmişdir, əlilliyin müəyyən olunması meyarı – “epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə” kimi göstərilmiş, əlillik xx.xx.2017-ci ildən xx.xx.2022-ci ilədək müddətə təyin edilmişdir. Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin DTX Hərbi Hospitalının xx.xx.2022-ci il tarixli Beyin MRT müayinəsinin nəticəsi “Hər iki gicgah pay medial seqment girusların dərinliyi bir qədər artmışdır, korteksində assimetriya izlənilir" kimi qeyd olunmuşdur Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertizası və X5” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 311/2024 nömrəli ekspert rəyinə əsasən “Məhkəmə Tibbi Ekspertizası və X5” müalicə müəssisəsi olmadığından İddiaçı hansı xəstəliklərdən əziyyət çəkib-çəkməməsi barədə konkret fikir söyləmək mümkün olmamışdır. İş materiallarında olan tibbi sənədlərə əsasən onun adına müvafiq tibb müəssisəsinin tərtib etdiyi xx.xx.2023-cü il tarixli, F00069982YYM Forma 088 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “Əsas xəstəlik: T90.5 Kəllədaxili travmaların nəticələri. Keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri. Posttravmatik ensefalopatiya, kəllədaxili hipertenziya ilə. Ağırlaşmalar: F 06.6 Üzvi mənşəli emosional labil (astenik) pozuntu. Üzvi emosional labil pozuntu koqnutiv funksiyaların pozulması ilə. G40.3- M51.1 Bel və digər şöbələrin fəqərəarası disklərin radikulopariya ilə, Diskogen mənşəli boyun və bel-omaradikulopatiyası, dayaq-hərəkət və hissi funksiyaların ifadəli pozğunluğu, sinir köklərinin konvergensiyası və davamlı kökcük ağrı sindromu ilə” diaqnozu qoyulsa da, özünün əyani müayinəsi zamanı üzvü mənşəli emosional labil (astenik) pozuntu koqnutiv funkisaların pozulması, generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar. Epilepsiya tez-tez təkrarlanan ikincili generəlizə olunmuş tonikoklonik qıcolma tutmaları ilə (8-10dəfə). Kəllədaxili hipertenziya. Yanaşı xəstəliklər: G45.0- Vertebrobazilyar arterial sistem sindromu. İ45- Ürəyin xroniki işemik xəstəliyi. Stabil gərginlik stenokardiyası. İİ fəal sinif xəstəlikləri üçün xas olan əlamətlər aşkar edilməmişdir. Diaqnoz nəzərə alınmaqla, əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlilliyin təyini zamanı, ona Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əlavənin hər hansı bəndini aid etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 3-17-4/3-3-2379/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən Bakı şəhər sakini xx.xx.1983-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 5126003AAAH1 nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması barədə qərar verilmişdir.(ESDAS **********8) Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod).Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Mərkəzi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli, 110 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı ifadəli vegetativ davamsızlıq, yə kəllədaxili hipertenziya tipli qalıq əlamətləri, Posttravmatik ensefalopatiya, Dayaq-hərəkət və hissi funksiyaların ifadəli dərəcədə pozulması və tez-tez kəskinləşən davamlı kökcük ağrı sindromu ilə müşayiət olunan onurğanın yayılmış osteoxondrozu, Vertebrobazlyar çatmamazlığı əlamətləri ilə müşayiət olunan C3-C4, С5-C6, fəqərələrarası disklərin protruziyaları, L3-L4, L4-L5, L5-S1 fəqərələrarası disklərin protruziyaları" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı hər gün baş verən qıcolma tutmalarından, ağrılardan şikayətlənmiş, qəbul etdiyi medikamentoz dərman preparatlarından “Dеракin”i xatırlamışdır, Amannestik məlumatlarda qıcolma tutmalarının xarakterini izah edə bilməmiş, qeyd etdiyi əlamətlər funksional tutmalara xarakterik olmuş, nevroloji mikroocaqlı patologiya aşkar edilməmişdir, Psixi statusunda еmоsionаl labil, duyğuşal olmuş, aktiv psixoproduktiv və davranış pozuntusu əlamətləri müəyyən edilməmişdir” kimi qeyd olunmuş, müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir.Xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı qıcolma tutmalarından edilmir. Ağ ciyərlərin HV-si qıcolma qapı həddini aşağı endirir.Antikonvulsant terapiyanı davam etdirmək məsləhət görülür.Dinamikada izləməli!” kimi qeyd olunmuş, klinik olaraq öz təsdiqini tapmamışdır.X8 xx.xx.2022-ci il tarixli EEQ müayinəsinin nəticəsi “Müayinə oyaq vəziyyətdə, hiperventilyasiyada və fotostimulyaşiyada sınaqları zamanı keçirilib. Fon aktivliyində dizritmıya fonunda beyin qabığının paroksizmal meyli qeyd olunur. Funksional sınaqlar zamanı hiperventilyasiyada (HV) və fotostimulyasiyada (fS) beyin qabıgında paraksizmal aktivlik artmışdır. Hər iki yarımkürənin gicgah payları və sağ təpə payında delta və teta diapazonlarda yavaş dalğalar izlənilir (anamnezində travma). Baş beynin bioelektrik aktivliyinin diffuz dəyişikliyi qicolma qapışının daralması əlaməti ilə qeyd olunur. Müayinə antikonvulsant fonunda aparılmışdır” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin DTX Hərbi Hospitalının xx.xx.2023-cü il tarixli Beyin KT müayinəsinin nəticəsi “Hər iki gicgah pay qırışlarının dərinliyi bir qədər artmışdır (kortikal atrofiya)” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır.Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi- Tibb Baş İdarəsinin DTX Hərbi Hospitalının xx.xx.2023-cü il tarixli X9 müayinəsinin nəticəsi “Kəllə sümüklərində patoloji dəyişiklik görünmür” kimi qeyd olunsa da, əlillik təyinatına əsas verməmişdir.Anamnestik məlumatlarda təsvir etdiyi əlamətlər epitutma üçün xarakterik olmamış, əlillik təyinatına əsas verən nevroloji və psixi defisit müşahidə edilməmişdir.Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X7” publikhüquqi şəxsin 18.12. 2024-cü ildə məhkəməyə təqdim edilmiş T773/2024 nömrəli “Canlı şəxsin ekspertizası” haqqında ekspert rəyinə əsasən vətəndaş İddiaçı iş materiallarındakı tibbi sənədlərə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 göndərişində qeyd olunan “Əsas xəstəlik T90.5 – Kəllədaxili travmaların nəticələri.Keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri.Posttravmatik ensefalopatiya, kəllədaxili hipertenziya ilə.Ağırlaşmalar: F06.6 – Üzvi mənşəli emosional labil (astenik) pozuntu.Üzvi emosional labil pozuntu koqnitiv funksiyaların pozulması ilə.G40.3 – Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar.Epilepsiya teztez təkrarlanan ikincili generalizə olunmuş toniko-klonik qıcolma tutmaları ilə (8-10 dəfə).Kəllədaxili hipertenziya.Yanaşı xəstəliklər: G45.0 – Vertebrobazilyar arterial sistem sindromu.İ45 -Ürəyin xroniki işemik xəstəliyi.Stabil gərginlik stenokardiyası İİ fs.M51.1 – Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, Diskogen mənşəli boyun və bel-oma radikulopatiyası, dayaq-hərəkət və hissi funksiyaların ifadəli pozğunluğu, sinir köklərinin konvergensiyası və davamlı kökcük ağrı sindromu ilə” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı anamnestik, kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir.xx.xx.2023-cü il tarixdə əyani müayinədə əlillik təyinatına əsas verən nevroloji və psixi defisit müşahidə edilməmişdir.Lakin vətəndaş İddiaçı 18-xx.xx.2024-cü ildə Ə.D.Məlikov adına X10 stasionar müalicə alarkən ona “T90.5 Keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri, posttravmatik ensefalopatiya, G43.2 Kəllədaxili hipertenziya, G44.3 Postravmatik xroniki başağrıları, G40.3 Tez-tez təkrarlanan tonik-klonik generalizə olunmuş qıcolma tutmaları (“3” tutma). F06.6 Üzvi mənşəli emosional labil pozuntu, F06.7 Koqnitiv funksiyaların enməsi ilə.M51.1 Diskogen bel-oma radikulopatiyası, M42 Bel-oma osteoxondrozu, H04.1 Quru göz, H52.1 Miopiya, G43.0 Aurasız miqren” diaqnozu qoyulmuşdur, iş materiallarında olan tibbi sənədlərə əsasən İddiaçı travmanı hərbi xidmət dövründə almışdır”.
İV. Məhkəmənin mövqeyi
9. ”Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir. Həmin Qanunun 1.0-cu maddəsinə əsasən bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, Həmin Qanunun 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.4-cü maddəsinə əsasən Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Həmin Qanunun 3.5-ci maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. Həmin Qanunun 3.6-cı maddəsinə əsasən əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 10.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” qaydasının 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Həmin Qaydanın 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1-ci bəndinə əsasən əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Həmin Meyarların 2.1-ci bəndinə əsasən insanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. Həmin Meyarların 3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir:3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz;3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz;3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Həmin Meyarların 3.2-ci bəndinə əsasən xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Həmin Meyarların 6.6.3-cü bəndinə əsasən digər şöbələrin fəqərəarası disklərinin zədələnmələri, 6.1-ci bəndinə əsasən başın travmalarının nəticələri, 7.6.2-ci bəndinə əsasən üzvi mənşəli şəxsiyyət pozuntusu, 6.7-ci bəndinə əsasən epilepsiya, 6.7.1-ci bəndinə əsasən epilepsiya seyrək tutmalarla (ayda iki dəfədən az olmamaqla) təzahür edən, həyat fəaliyyətinin əsas sferalarına adaptasiyanın çətinləşməsi ilə nəticələnən orta dərəcəli psixopatoloji simptomatika (18 yaşınadək şəxslərdə psixopatoloji simptomatika müşahidə edilmədən), 2.2-ci bəndinə əsasən ürəyin işemik xəstəliyi əlilliyin təyinatına əsas verən xəstəliklər – meyarlardır; 12.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24-cü maddəsində göstərilir: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 13.İşin faktiki hallarından göründüyü kimi iddiaçıya tibb müəssisələri tərəfindən «Kəllədaxili travmaların nəticələri.Keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri.Posttravmatik ensefalopatiya, kəllədaxili hipertenziya ilə.Ağırlaşmalar: Üzvi mənşəli emosional labil (astenik) pozuntu.Üzvi emosional labil pozuntu koqnitiv funksiyaların pozulması ilə. Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar.Epilepsiya tez-tez təkrarlanan ikincili generalizə olunmuş toniko-klonik qıcolma tutmaları ilə (8-10 dəfə).Kəllədaxili hipertenziya.Yanaşı xəstəliklər: Vertebrobazilyar arterial sistem sindromu. Ürəyin xroniki işemik xəstəliyi.Stabil gərginlik stenokardiyası İİ fs. Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, Diskogen mənşəli boyun və beloma radikulopatiyası, dayaq-hərəkət və hissi funksiyaların ifadəli pozğunluğu, sinir köklərinin konvergensiyası və davamlı kökcük ağrı sindromu ilə”, 18-xx.xx.2024-cü ildə Ə.D.Məlikov adına X10 stasionar müalicə alarkən ona “Keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri, posttravmatik ensefalopatiya, Kəllədaxili hipertenziya, Postravmatik xroniki başağrıları, Tez-tez təkrarlanan tonik-klonik generalizə olunmuş qıcolma tutmaları (“3” tutma). Üzvi mənşəli emosional labil pozuntu, Koqnitiv funksiyaların enməsi ilə. Diskogen bel-oma radikulopatiyası, Bel-oma osteoxondrozu, Quru göz, Miopiya, Aurasız miqren” diaqnozu qoyulmuşdur.
14. Cavabdeh inzibati orqan iddiaçının yuxarıda qeyd edilən xəstəliklərinin olması kimi iddiaçının xeyrinə olan halları araşdırmadan əlillik müəyyən edilməsindən qanunsuz olaraq imtina etmiş və iddiaçıya əlillik təyin etməmişdir, halbuki həmin xəstəliklər zamanı əlilliyin təyinatı yuxarıda istinad edilən qanunvericilik aktlarında nəzərdə tutulmuşdur. Yuxarıda istinad olunan qanunvericilik müddəalarına əsasən inzibati orqan olaraq cavabdeh inzibati icraat haqqında qanunun tələbləri baxımından öz xidməti mövqeyinə görə yalnız iddiaçının əlillik əlaməti təyin edilən xəstəlikdən əziyyət çəkmədiyi halda mübahisələndirilən məzmunda qərar qəbul edə bilərdi. Belə olan halda iddiaçının sağlam olmasına əsaslı sübutlar olmadığı halda, iddiaçının əlilliyi (xəstəliyi, qoyulmuş diaqnozu) ilə bağlı mövcud olmuş sübutları təkzib edən, diaqnozlarda əks olunan əlilliyin təyinatına əsas verən xəstəliklərdən sağalmasını sübuta yetirən sənəd və sübutlar mövcud olmadığı halda cavabdeh iddiaçının diaqnozunun əlillik əlaməti təyin etməməsinə dair qərar etmişdir, bununla da cavabdeh inzibati icraat zamanı iddiaçının əlilliyi ilə bağlı məsələnin həlli üçün əhəmiyyət kəsb edən faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamışdır, eyni zamanda inzibati orqanların inzibati praktikasına fiziki və hüquqi şəxslərin etimadının qanunla qorunması prinsipi pozulmuşdur. 15.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
16. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Soial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli qərarı İddiaçı aid hissədə ləğv edilməli, iddiаçı İddiaçı müvafiq əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. 17.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. 18.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 32, 34, 68,69, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Soial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023- cü il tarixli qərarı iddiaçı Aİddiaçı aid hissədə ləğv edilsin, iddiаçı İddiaçı müvafiq əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova