Məhkəmə qərarları › İş №2-1(112)-4081/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4081/2020

02.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4081/2020 02.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası 3 saylı Bakı Cavabdehndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası 3 saylı Bakı Cavabdehndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə qarşı «uşağa Muhammed adın qoyulması » tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası 3 saylı Bakı Cavabdehndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı doğulmuş uşağın “Muhammed” adı ilə dövlət qeydiyyatına alınması tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı tərəfindən doğulmuş uşağın doğumunun dövlət qeydiyyatına alınması ilə əlaqədar 3 saylı Bakı Cavabdehndə yerləşən Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin həmin qeydiyyat şöbəsində uşağın qeydiyyata alınmasından xx xxxxxx 2020-ci il tarixli, 05/Q-417/76 saylı məktubla imtina edilmişdir. İmtinanın əsası kimi uşaq üçün seçilən “Muhammed” adının yazılış qaydası olmuşdur. Belə ki, 3 saylı Bakı Cavabdehndə yerləşən Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi “Muhammed” adının yazılış qaydasına aydınlıq gətirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası ilə əlaqə saxlamış və adı çəkilən qurumda verilən məlumatda həmin adın onomastik adlar sistemində iki formasının “Məhəmməd” və “Məmməd” adı ənənəvi fonetik prinsipə uyğun olaraq düzgün yazılış forması olduğu, “Moxammed”, “Muhəmməd”, “Mohammad”, “Muhammed”, “Muhammad” formalarının isə Azərbaycan dilinin ədəbi dil normalarına uyğun olmadığına görə düzgün yazılış forması kimi qəbul edilmədiyi bildirilmişdir. Bununla da, övladının doğumunu məhz “Muhammed” adı ilə qeydə alınmasından imtina edilmişdir. Cavabdehin imtinası qanunusuz və əsassızdır. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, yeni doğulmuş uşağının dövlət qeydiyyatına alınması üçün sənədlərin tam olduğunu, lakin adı ilə bağlı qeydiyyatın aparılmadığını bildirmiş, ad seçməkdə sərbəst olduğunu, “Muhammed” adının öz istəyi ilə uşağına qoymaq istədiyini bildirmişdir. Cavabdeh Azərbaycan Respublikası 3 saylı Bakı Cavabdehndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyadı daşımaq hüququna malikdir. xx.xx.2002-ci il tarixli “Dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları və soyadları dövlət dilində yazılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2003-cü il tarixli 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.4.5-ci bəndinə uyğun olaraq tələb edilən sənədlər tam olduğundan vətəndaşın övladının doğumunun qeydə alınması üçün heç bir maneə olmamışdır. Lakın vətəndaşın övladına seçdiyi “Muhammed” adının yazılış qaydasına aydınlıq gətirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminlogiya Komissiyası ilə əlaqə saxlanılmış və adı çəkilən qurumda verilən məlumatda həmin adın onomastik adlar sistemində iki formasının “Məhəmməd” və “Məmməd” adı ənənəvi fonetik prinsipə uyğun olaraq düzgün yazılış forması olduğu, “Moxammad”, “Muhəmməd”, “Mohammad”, “Muhamməd”, “Muhammad” formalarının isə Azərbaycan dilinin ədəbi dil normalarına uyğun olmadığına görə düzgün yazılış forması kimi qəbul edilmədiyi bildirilmişdir. Vətəndaş İddiaçı ərizəsini təmin etmək mümkün olmamış və bu barədə vətəndaşa rəsmi imtina məktubu təqdim edilmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. 1 saylı ASAN xidməti tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZE№******** saylı şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, 1988-ci il təvəllüdlüdür, ünvan 1 m.20 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin doğum haqqında tibbi şəhadətnaməsindən görünür ki, İddiaçı xx xxxxxx 2020-ci il tarixində oğlu doğulmuşdur. İşin məhkəmə araşdırılması ilə məlum olunur ki, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı xx xxxxxx 2020-ci il tarixdə yeni doğulmuş övladına “Muhammed” adı ilə dövlət qeydiyyatına alınması ilə əlaqədar 3 saylı Bakı Cavabdehndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə müraciət etmiş, inzibati orqan isə xx xxxxxx 2020-ci il tarixli, 05/Q- 417/76 saylı imtina məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3xx xxxxxxx 2003-cü il tarixli 145 saylı Qərarı ilə təsiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 2.4.5-ci bəndinə uyğun olaraq tələb edilən sənədlər tam olduğundan doğumun qeydə alınması üçün heç bir maneə olmadığını, lakin seçilmiş “Muhammed” adının yazılış qaydasına aydınlıq gətirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası ilə əlaqə saxlanılmış və adı çəkilən qurumda verilən məlumatda həmin adın onomastik adlar sistemində iki formasının “Məhəmməd” və “Məmməd” adı ənənəvi fonetik prinsipə uyğun olaraq düzgün yazılış forması olduğu “Moxammed”, “Muhəmməd”, “Mohammad”, “Muhammed”, “Muhammad” formalarının isə Azərbaycan dilinin ədəbi dil normalarına uyğun olmadığına görə düzgün yazılış forması kimi qəbul edilmədiyi bildirilmişdir. İddiaçı cavabdeh inzibati orqanın imtinasını qanunsuz hesab edərək məhkəmə qaydasında mübahisələndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.4-cü maddəsinə görə fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. Həmin Məcəllənin 189-cu maddəsinin tələblərinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Məcəllənin 190-cı maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. Azərbycan Respublikası Dövlət dili haqqında qanunun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları və soyadları dövlət dilində yazılır. Azərbaycan Respublikası vətəndaşlarının adları və soyadlarının dəyişdirilməsi müvafiq qanunvericiliklə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 noyabr tarixli 277 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 23 may tarixli 2236 nömrəli Sərəncamına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası (bundan sonra - Komissiya) Azərbaycan dilində termin yaradıcılığı sahəsində işlərin tənzimlənməsini və koordinasiya edilməsini, həmçinin dilin lüğət tərkibinin zənginləşdirilməsini, yeni ədəbi anlayış və ifadələrin dildə işlədilməsi mümkünlüyünün müəyyənləşdirilməsini, elmi-ədəbi dili təkmilləşdirmək məqsədi ilə kütləvi informasiya vasitələrində, dərsliklərdə və digər tədris vəsaitlərində yeni termin və anlayışların dilin normalarına müvafiq qaydada işlədilməsinə nəzarət funksiyalarını həyata keçirir. Həmin Əsasnamənin 1.2-ci bəndinə əsasən Komissiya ictimai əsaslarla fəaliyyət göstərir və öz fəaliyyətində Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər qanunvericilik aktlarını və bu Əsasnaməni rəhbər tutur. Həmin Əsasnamənin 2.1.10.-cu və 2.1.11-ci bəndlərinə əsaəsn müasir qloballaşma şəraitində Azərbaycan dilində müxtəlif dillərdən alınan beynəlxalq terminlərin sayının sürətlə çoxalmasını nəzərə alaraq, dilimizin milli köklərinin qorunması, həmçinin zənginləşdirilməsinin davam etdirilməsi məqsədi ilə eyni tarixi-mənəvi kökə malik türk xalqlarının ortaq terminoloji bazasının yaradılması, müvafiq termin yaradıcılığının unifikasiyası normaları və metodoloji prinsiplərinin müəyyənləşdirilməsi; orfoqrafiya lüğətinin təkmilləşdirilməsi məqsədi ilə yeni terminlərin, coğrafi adların və şəxs adlarının verilmə prinsiplərinin müəyyənləşdirilməsiKomissiyanın əsas vəzifələrindən biridir. Onomastikanın əsas və ən geniş yayılmış sahəsini antroponimika təşkil edir. Bu termin dilçilikdə “insan adları haqqında” işlənir. Şəxsə ad qoyulan zaman, onomastik leksika müəyyənləşdirilir, adın etimoloji, semasioloji, morfoloji, leksik, fonetik cəhətləri iə bərabər, onun sintaktik rolu da nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının cavabdeh tərəfindən verilmiş imtinasında rəyini nəzərə alınaraq, Məhkəmə hesab edir ki, Muhammad adı ərəb mənşəli adı olduğundan və azərbaycan linqvistikası baxımından fonetik və semantik əlamətlərinə aid olmadığından cavabdeh Azərbaycan Respublikası 3 saylı Bakı Cavabdehndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin imtinası əsaslıdır və İddiaçı hüquqlarının pozulmasına səbəb olmamışdır. Odur ki, iddia tələbi təmin edilməməlidir. Beləliklə, Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası 3 saylı Bakı Cavabdehndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə qarşı «uşağa Muhammed adın qoyulması» tələbinə dair iddiası əsassızdır və rədd edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası 3 saylı Bakı Cavabdehndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə qarşı yeni doğulmuş uşağın “Muhammed” adı ilə dövlət qeydiyyatına alınmasına dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar