Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4081/2024 20.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X4, mütəxəssis X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 20 may 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) 1 fevral 2004-cü il tarixində Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajı 31 il 8 ay 17 gün təşkil edir. İddiaçının xx.xx.2016-cı il tarixinə fərdi hesabının sığorta hisssəində qeydə alınmış pensiya sığorta kapitalı 3115,07 manat (hazırkı tarixə indeksləşdirilməklə 5872,37 manat) təşkil edir. Cavabdehin **********3 nömrəli, xx.xx.2022-ci il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarına əsasən iddiaçının əmək pensiyası yenidən hesablanmışdır. Yenidən hesablanmış pensiya məbləği 352 manat, 15 qəpik olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyası həmin tarixdən 368,80 manat, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 423,02 manat olmaqla ödənilir. İddiaçı əmək pensiyasının yenidən hesablanması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 26 oktyabr 2023-cü il tarixli cavab məktubunda bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 27-ci maddəsinə xx.xx.2010-cu il tarixində edilmiş dəyişikliyə əsasən həmin Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazandıqları hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170,00 manat pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində xx.xx.2006cı i! tarixinə qeydə alınır. Bu səbəbdən də Qanunun 27-ci maddəsinin xx.xx.2010- cu il tarixindən qüvvədə olmuş redaksiyasına uyğun olaraq İddiaçı xx.xx.2006- cı il tarixinədək iş stajına uyğun olaraq həmin tarixə onun pensiyasının sığorta hissəsi 37,44 manat (31 il 8 ay x 170 manat : 144 ay) hesablanaraq xx.xx.2011-ci il tarixinə indeksləşdirilib 61,32 manat müəyyən edilmiş və üzərinə baza hissəsi (85,00 manat) əlavə edilərək xx.xx.2011ci il tarixinə 146,32 (61,32+85,00) manat (indeksləşdirilərək və Qanunun 26.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla xx.xx.2023-cü il tarixinə 421,34 manat) məbləğində əmək pensiyası hesablanmalı olduğu halda, qanunvericiliyə zidd olaraq həmin tarixə 147,36 manat (indeksləşdirilərək və Qanunun 26.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla xx.xx.2023-cü il tarixinə 423,02 manat)) məbləğində hesablanaraq ona artıq əmək pensiyası ödənilmişdir. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınmaqla İddiaçı 70,83 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən olunmuşdur. Həmin artıq ödənilmiş vəsait cari ilin noyabr və dekabr aylarında onun aylıq əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi nəzərdə tutulmuşdur. İddiaçı əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 421,34 manat təşkil edir. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazı və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilmişdi (İddia tələbi dəqiqləşdirilmişdir). İşin yuxarıda sadalanan hallarına istinad edərək iddia tələbi onunla əsaslandırılmışdır ki, ona təyin edilmiş pensiya məbləği düzgün hesablanmamışdır. O, 51 yaşında 2003-cü ildə güzəştli şərtlərlə pensiyaya çıxmış, xx.xx.2016-cı il tarixə kimi əmək fəaliyyətini davam etdirmiş, 30% hesabı ilə ayda 200 manat pensiya təyin edilmişdir, daha sonralar isə bu məbləğ 340 manat olmuşdur. O, 1994-cü il tarixdən Azərbaycan Dəmir Yolunun Biləcəri stansiyasında «Qatarların qəbulu» vəzifəsinə daha sonra sərbəst işarəverici vəzifəsində çalışmışdır. 2016-cı ilin fevral ayında təqaüdə çıxmışdır. Ondan sonra həmin vəzifələrdə işləyən iş yoldaşları X2 və X3 həmin vəzifədə ondan da az müddət işləsələr də, hər ay 600 manat pensiya alırlar. 2022-ci ilin sentyabr-noyabr aylarında 180 manat pensiyaına əlavə olunmuş və həmin aylarda o, hər ay 525 manat pensiya almış, lakin dekabr ayında həmin əlavələri (180 manatı) kəsmişlər. 2023-cü ilin yanvar ayında ümumi qaydaya əsasən 80 manat əlavə edildikdən sonra hazırda cəmi 423 manat pensiya alır, halbuki onunla eyni vəzifədə işləmiş iş yoldaşları hazırda 600 manat pensiya alırlar. O, dəfələrlə cavabdehə rəsmi müraciətlər etmiş, lakin heç bir nəticəsi olmamışdır. Axırıncı dəfə cavabdehə müraciət etdikdə isə xx.xx.2023-cü il tarixli məktubu ilə mənə rəsmi bildirmişdir ki, ona 421,34 manat pensiya təyin edilmiş, lakin səhv olaraq xx.xx.2023-cü il tarixə 147,36 manat artıq əmək pensiyası ödənilmiş, sonradan hər ay (noyabr, dekabr) 70,83 manat tutularaq büdcəyə bərpa edilməsi nəzərdə tutulmuşdur, yəni mənim əmək pensiyasın məbləği 421,34 manat təşkil edir. Cavabdehin bu hesablaması qanunun tələblərinə tamamilə ziddir. Onunla eyni vəzifədə çalışmış və ondan az əmək stajı olan iş yoldaşları 600 manat pensiya alır. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtinanın dəlilləri ilə eyni məzmunludur. Həmçinin bildirilmişdir ki, iddiaçı əmək pensiyasının yanlış hesablandığını iddia etsə də, hansı hissə də yanlış hesablandığını əsaslandırmamışdır. Eyni zamanda iddiaçıya əmək pensiyasının qanunvericiliyin tələblərinə uyğun hesablanma qaydası təqdim edilmişdir. Beləliklə, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması qanunamüvafiq hesab edilmir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən dəvət edilmiş mütəxəssis məhkəmənin və iddiaçı tərəfin suallarına cavab olaraq cavabdeh tərəfindən təyin edilmiş pensiya məbləğinin hesablama qaydasına aydınlıq gətirmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırkı iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin faktiki hallarına görə, iddiaçıya 1 fevral 2004-cü il güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajı (31 il 8 ay 17 gün) və iddiaçının xx.xx.2016-cı il tarixinə fərdi hesabının sığorta hisssəində qeydə alınmış pensiya sığorta kapitalı 3115,07 manat (hazırkı tarixə indeksləşdirilməklə 5872,37 manat) əmək pensiyasına hesablanmışdır. Cavabdehin **********3 nömrəli, xx.xx.2022-ci il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarına əsasən iddiaçının əmək pensiyası yenidən hesablanmışdır. Yenidən hesablanmış pensiya məbləği 352 manat, 15 qəpik olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyanız həmin tarixdən 368,80 manat, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 423,02 manat olmaqla ödənilir. İddiaçı əmək pensiyası məbləğinin düzgün hesablanmadığını iddia edərək, əmək pensiyanın yenidən hesablanaraq yaranmış fərqin birdəfəlik ödənilməsini hesablanmasını tələb edir. Cavabdeh iddiaçının əmək pensiyasının qanunamüvafiq hesablandığını əsas gətirərək, tələbin təmin olunmasından imtina etmişdir. İddiaçı hazırda bununla razılaşmayaraq hazırkı iddianı qaldırmışdır. Məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi əsassız, cavadehin imtinası əsaslıdır. “Əmək pensiyaları haqqında” Qanun: 26.1. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. 26.2. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. 26.3. 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. 26.4. 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır 37.1. Əmək pensiyalarının əhaliyə ödənilməsi (çatdırılması) qaydaları əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilir. Əmək pensiyalarının əhaliyə çatdırılması ilə bağlı xidmət haqları və nağd pul vəsaitinə görə haqqın məbləği həmin orqanın bank və rabitə orqanları ilə bağladıqları müqavilələrlə müəyyənləşdirilir. Əmək pensiyalarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir. 37.2. Əmək pensiyasına əlavənin ödənilməsi əmək pensiyası ilə birlikdə və əmək pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır. 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.2-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək olan dövrdə pensiyaya çıxmış şəxslərin (həmin Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, 2006-cı il yanvarın 1-dək nəzərə alınmış sığorta stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 1 iyul tarixindən yenidən hesablanır. Cavabdeh tərəfindən təqdim edilmiş hesablamaya görə, Qanunun 27-ci maddəsinin xx.xx.2010-cu il tarixindən qüvvədə olmuş redaksiyasına uyğun olaraq iddiçıay xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq həmin tarixə onun pensiyasının sığorta hissəsi 37,44 manat (31 il 8 ay x 170 manat:144 ay) hesablanaraq xx.xx.2011-ci il tarixinə indeksləşdirilib 61,32 manat müəyyən edilmiş və üzərinə baza hissəsi (85,00 manat) əlavə edilərək xx.xx.2011- ci il tarixinə 146,32 (61,32+85,00) manat (indeksləşdirilərək və Qanunun 26.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla xx.xx.2023-cü il tarixinə 421,34 manat) məbləğində əmək pensiyası hesablanmalı olduğu halda, qanunvericiliyə zidd olaraq həmin tarixə 147,36 manat (indeksləşdirilərək və Qanunun 26.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla xx.xx.2023-cü il tarixinə 423,02 manat)) məbləğində hesablanaraq ona artıq əmək pensiyası ödənilmişdir. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınmaqla iddiaçıya 70,83 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən olunmuşdur. Həmin artıq ödənilmiş vəsait cari ilin noyabr və dekabr aylarında onun aylıq əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi nəzərdə tutulmuşdur. İddiaçı əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 421,34 manat təşkil edir. İddiaçı iddia ərizəsində, həmçinini məhkəmə iclasında əmək stajının hansı dövrünün əmək pensiyasına hesablanmadığını əsaslandırmamış, buna dair hər hansı bir sübut təqdim etməmiş, yenidən hesablama aparmanın əsaslarını göstərməmişdir. İddiaçı iddia tələbinin əsası kimi ona istinad etmişdir ki, həmin vəzifələrdə işləyən iş yoldaşları X2 və X3 ondan az işləsələr də, hər ay 600 manat məbləğində pensiya alırlar. Məhkəmə tərəfindən iddiaçının qeyd etdiyi şəxslərdən biri olan X1 məxsus əmək kitabçasının surətinə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həmin şəxs 1975-2019cu illərdə əmək fəaliyyətində olmuşdur. Yəni iddiaçıdan daha çox əmək stajına malikdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi üçün əsaslar müəyyən edilmir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyini əsaslandırılan imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, cavabdehin imtinası mahiyyətcə qanuna zidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya zidd olmamaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-4081/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4081/2024
20.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver