Məhkəmə qərarları › İş №2-1(112)-4083/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4083/2021

19.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4083/2021 19.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Miminat Tacib qızı Hacıbəyovanın sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiаçı İddiaçı cavabdeh “xxxx“İstehsalat Kommersiya MMC-yə qarşı “cavabdehdən 21 il ərzində 8,4% səhminə görə, səhminin minimum qazancı 336000 manat alınaraq iddiaçıya verilməsi” barədə tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı cavabdehdən 21 il ərzində 8,4% səhminə görə, səhminin minimum qazancı 336000 manat alınaraq iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində göstərilmişdir ki, o, İmişli pambıq zavodu özəlləşərkən zavoda 55.354 ədəd səhm qoymuşdur. Qoyduğu səhmlərə görə payın 6,425 faiz təşkil etmişdir. Cəmiyyətdə çalışan 637 səhmdarın 254 səhmini alaraq əlavə 2 faiz səhm yaratmaqla zavodun özəlləşməsində payını artırmışdır. İddiaçının səhm payı 8,4 faizdən çox təşkil etmişdir. Özəlləşmiş zavod hər bir səhminə görə 1 ildə iddiaçıya 20 qəpxxxx səhmdar olaraq illxxxx payına verilsə idi 1 ildə onun qazancı yaratdığı səhmlərə görə 16.000 manat təşkil edərdi. 20 ildən çox ötən müddət ərzində ona səhmlərinə görə səhminin gəliri ödənilməmişdir. Özəlləşmiş zavodda icarəçi kimi fəaliyyət göstərən “ xxxx xxxx” MMC, nədə ki, onun İmişli filialı səhmlərinin gəlirini ödəmək istəmirlər. İddiaçı səhmlərinin ödənilməsi ilə bağlı “ xxxx xxxx” MMC-nin idarə heyyətinin sədrinə rəsmən müraciət edərək səhmlərinin gəlirlərini ödəməyi xahiş etsə də, o, xx xxxxxx 2020-ci il tarixində REFK 29020 saylı məktubla səhlərin gəlirinin ödənilməsi ilə bağlı “xxxx xxxx” MMC-nin səhmdarların ali idarə etmə orqanına yəni, səhmdarların ümumi yığıncağına müraciət etməyilərini göstərmişlər. Daha sonra iddiaçı “xxxx“xxxx” MMC-nin ali idarəetmə orqanına müraciət etmiş, lakin 2 aydan çox müddət keçməyinə baxmayaraq, iddiaçıya hər hansı bir cavab verilməmişdir. Azərbaycan Respublxxxxasının İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktxxxxi məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlxxxx edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktxxxxi məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında iddiaçıya yardım etmək, işin halları və mübahisənin vəziyyətini müzakirə (izah) etmək məqsədi ilə məhkəmə iclasını keçirmişdir. Lakin, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirmişdir ki, iddia cavab verməli olmayan şəxsə verilmişdir, cavabdeh “xxxx” ASC ola bilər. “ Cavabdeh” MMC inzibati orqan olmadığı üçün mübahisəyə Bakı İnzibati Məhkəməsində baxıla bilməz, bu səbəbdən də iddia tələbi mümkün sayılmaması barədə qərardad çıxarılmalıdır. Məhkəmə iş materiallarını, cavabdehin nümayəndəsinin izahatını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublxxxxasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəlxxxxlərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəlxxxxlərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publxxxx) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. İddia ərizəsindən göründüyü kimi iddiaçının tələbi “xxxx” açıq səhmdar cəmiyyətinın iddiaçıya mənsub səhmlər üzrə dividendlərin (gəlirlərin) ödəmək öhdəlxxxxlərin yerinə yetirilməsinə cavabdehi məcbur edilməsindən ibarətdir. Göründüyü kimi tərəflər arasında yaranmış mübahisə mülki hüquq münasibətlərdən (səhmdar cəmiyyəti ilə səhmdar arasında olan hüquq münasibətlərindən) irəli gələn mübahisədir. Halbuki yuxarıda sadalanan qanunvericilxxxx normalarına əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanların publxxxx hüquqdan irəli gələn hərəkətlərinin (hərəkətsizliyinin) qanuniliyi və əsaslılığı yoxlanılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublxxxxası Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublxxxxasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fizxxxxi və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2.-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publxxxx) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fizxxxxi şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublxxxxasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Azərbaycan Respublxxxxası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda inzibati orqan qismində göstərilməmişdir. Göründüyü kimi Cavabdeh MMC inzibati orqan deyildir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublxxxxası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 5 saylı qərarının 11ci bəndinə əsasən inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. Həmin qərarın 17-ci maddəsinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab vermir və mümkün sayılmamalıdır. İddiaçıya izah olunsun ki, iddiaçı Cavabdeh MMC-yə qarşı “cavabdehdən 21 il ərzində 8,4% səhminə görə, səhminin minimum qazancı 336000 manat alınaraq iddiaçıya verilməsi barədə iddia ilə mülki məhkəmə icraatında baxılması üçün ümumi məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublxxxxasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “cavabdehdən 21 il ərzində 8,4% səhminə görə, səhminin minimum qazancı 336000 manat alınaraq iddiaçıya verilməsi barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şxxxxayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar