Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4091/2020 28.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Emin Etibar oğlu Eminzadənin katibliyi İddiaçının nümayəndəsi X2 Cavabdehin nümayəndəsi X4 oglunun iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin edilməsi iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1ƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri Nizami rayon şöbəsinə qarşı Gəncə İnzibati- İqtisadi Məhkəməsində iddia qaldıraraq, ona iş yeri üzrə zərərli işdə çalışmagı nəzərə alınmaqla güzəştli pensiyaya çıxmaq üçün əsas verən əmək stajına hesablanmasının və pensiya təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri Nizami rayon şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri Nizami rayon şöbəsinin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi (bundan sonra DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi) ilə əvəz edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Həmin məhkəmənin 30 yanvar 2020-ci il tarixli, 2-1(114)-294/2020 saylı qərardadı ilə işin aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmış, iş materialları xx.xx.2020-ci ildə Bakı İnzibati Məhkəməsinə daxil olmuş, sonradan həmin işə Bakı İnzibati Məhkəməsində 2-1(112)-4091/2020 nömrəsi ilə baxılmağa başlanılmışdır. İnzibati Prosessual Məcəllənin45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün məhkəmənin hazırlıq icraatına başlanmışdır. İddiaçının hazırki iddia tələbi ilə məhkəməyədək cavabdeh inzibati orqana müraciətini təsdiq edən sübutu və eləcə də, cavabdehin imtina məktubu iş materiallarına əlavə edilmədiyindən 28 avqust 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iddianın mümkünlüyü ilə əlaqədar məsələyə baxılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi məhkəməyə verdiyi izahatında bildirdi ki, iddiaçı ona güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə cavabdeh inzibati orqan DSMF-yə müraciət etmiş, ona güzəştli şərtlərlə pensiya almaq hüququ izah olundugundan sonra Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri Nizami rayon şöbəsinə xx.xx.2019-cu il tarixli ərizə ilə müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. İddiaçının nümayəndəsi izahatının sonunda işə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəməyə verdiyi izahatında bildirdi ki, iddiaçı X1 zərərli işdə çalışdığını nəzərə alınmaqla güzəştli pensiyaya çıxmaq üçün əsas verən əmək stajının hesablanmasının və pensiya təyin edilməsini cavabdeh DSMF-nun Gəncə şəhəri Nizami rayon şöbəsinə həvalə edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddiasını təsdiq etmək məqsədi ilə əmək kitabçasının surətini DSMF-nin Gəncə şəhər Nizami rayon şöbəsinə ünvanlandığı ərizə və həmin şöbənin verdiyi cavab məktubunu və müxtəlif arayışları təqdim etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından göründüyü kimi məhkəmə qeyd edilən iddia üzrə cavabdeh qismində DSMF-nin Gəncə şəhəri Nizamı rayon şöbəsinin əvəz edərək DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsini cavabdeh qismində cəlb edilməklə işi baxılması üçün Bakı İnzibatı Məhkəməsinə göndərmişdir. Lakin iddiaçının DSMF-nin Gəncə şəhəri Nizamı rayon şöbəsinə ünvanlandığı ərizəsində göstərdiyi tələblə onun məhkəməyə verdiyi iddia ərizəsində göstərdiyi tələb müxtəlifdir. Belə ki, iddiaçının DSMF-nun Gəncə şəhəri Nizamı rayon şöbəsinə vermiş olduğu xx.xx.2019-cu il tarixli ərizədən göründüyü kimi, iddiaçı özünün səhhəti ilə bağlı pensiyaya çıxmaq istədiyini qeyd edərək təqdim etdiyi əmək kitabçasına müvafiq olaraq ona pensiya hesablanmasını istədiyi, bu zaman ona güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə heç bir müraciət etmədiyi halda, iddia ərizəsində məhz onun pensiya üçün verdiyi ərizənin mətnindən fərqlənən iddia tələbi ilə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanından DSMF-nun Xüsusi Şərtlərlə Təyinat İdarəsi və Bakı şəhəri İdarəsi haqqında əsasnamələrin təsdiq edilməsi haqqında **********2 saylı 08 fevral 2019-cu il tarixli əmri ilə təsdiq edilmiş Xüsusi şərtlərlə Təyinat İdarəsi Haqqında Əsasnamənin 2.1.1 və 2.1.2-ci maddələrinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 9 və 20-ci maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa bir növünə keçirilməsi və pensiyaların üzərinə qulluq stajına görə əlavələrin hesablanması DSMFnin Xüsusi Şərtlərlə Təyinat İdarəsinin səlahiyyətlərinə daxil edilmişdir. Qeyd edilən Əsasnamədən də göründüyü kimi, iddiaçının iddia ərizəsində göstərdiyi xüsusat DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinin səlahiyyətlərinə daxildir.Həmçinin iddiaçı məhkəməyə verdiyi iddia tələbində göstərdiyi iddia tələbi ilə əlaqədar nə DSMF-nin Xüsusi Şərtilərlə Təyinat İdarəsinə, nə də ki DSMF-nin Gəncə şəhəri Nizami rayon şöbəsinə müraciət etmişdir. DSMF-nin Gəncə şəhəri Nizami rayon şöbəsi tərəfindən verilmiş 26 sentyabr 2019-cu il tarixli cavab məktubunda iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsi izah edilmiş, onun xahişinə hər hansı bır formada imtina edilməmişdir. Nümayəndə izahatında qeyd etdiyi halların nəzərə alınaraq, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 9-cu bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2019-cu il tarixli (qərarı) əmri ilə güzəştli şərtlərlə yaşa görə pensiya təyinatına dair məsələlər xx.xx.2019-cu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilmişdir. İddiaçı tərəfindən DSMF-nin Gəncə şəhər Nizami rayon şöbəsinə məhz sonuncunun güzəştli şərtlərlə yaşa görə pensiya təyinatı ilə əlaqədar məsələlərə inzibati icraat qaydasında baxılması ilə bağlı müvafiq səlahiyyətlərə malik olmadığı dövrdə (xx.xx.2019-cu il tarixdə) müraciət edildiyindən, sonuncunun cavab məktubu da sonradan əsl cavabdeh kimi icraata cəlb edilmiş inzibati orqanın imtina məktubu kimi qiymətləndirilə və bu əsasla da işə mahiyyəti üzrə baxılması mümkün hesab edilə bilməz. İşin yuxarıda qeyd edilən hallarına əsasən iddia mümkün sayılmadığından, iddiaçıya izah edilir ki, hazırki iddia tələbində qaldırdığı məsələlərin həlli üçün qanunvericiliklə zəruri hesab edilən sənədləri ərizəsinə əlavə etməklə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etməli, əsassız səbəblərdən xahişi təmin edilmədiyi təqdirdə pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəmədə yenidən iddia qaldırmaq hüquqlarından istifadə edə bilər. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, iddia mümkün sayılmadığından iddia ərizəsində yol verilən formal xətaların aradan qaldırılması ilə bağlı məsələlərə baxılmamışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 5 Hakim: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-4091/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4091/2020
28.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver