Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4092/2023 19.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X19 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 17 fevral 2005-ci il tarixdə, JN-18219D, KOD 00400016 nömrəli şəhadətnamə əsasında mülkiyyət hüququları ilə fərdi yaşayış evi tikmək üçün ona verilən 0.18 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınması, həmin 0.18 ha torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əzizbəyov Rayon X12 İcraiyyə Komitəsinin 25 iyul 1990-cı il tarixli, vətəndaşlara tərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında qərarına əsasən, xx.xx.1988-ci il tarixdən ev növbəsində duran X4 Şüvəlan qəsəbəsində 145 nömrəli sahədə ev tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılmış, hündürlüyü 2.2 metr olan tikintinin aparılmasına icazə verilmişdir. Bundan sonra, 2004-cü il tarixdə X6 ilə həmin torpaq sahəsinə dair tərəfindən 06 aprel 2004-cü il tarixdə, AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alğı-Satqı müqaviləsi bağlanmış, Şüvəlan qəsəbəsində yerləşən həmin torpaq sahəsi ona satılmışdır. Eyni zamanda, 28 aprel 2004cü il tarixdə X14 ilə aralarında bağlanmış AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsi əsasında Şüvəlan qəsəbəsində yerləşən, xx.xx.3004-cü il tarixli Şəhadətnamə əsasında satıcıya məxsus olan 144 saylı, 0.12 ha torpaq sahəsi ona satılmışdır. Hər iki, 144 və 145 saylı, 012 və 0,06 ha torpaq sahələri, vahid 018 ha torpaq şəklində olmaqla, 17 fevral 2005-ci il tarixdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən JN-18219D, KOD 00400016 nömrəli Şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmiş, eyni zamanda 16502 nömrə ilə kitabda qeydə alınmışdır. Bundan sonra həmin torpaq sahəsinin dövlət qeydiyyatına alınması və torpaq sahəsinə dair çıxarışın verilməsi üçün cavabdehə bununla bağlı rəsmi müraciət etsə də, həmin İdarə ona, hər dəfə müxtəlif bəhanələrlə imtina etmiş, sonuncu dəfə isə xx.xx.2020-ci il tarixdə rəsmi cavab məktubu göndərərək, torpaq sahəsinin coğrafi mövqeyi ilə bağlı, harasa sorğu göndərdiyindən ərizənin icrası dayandırılmış, həmin müddətdən sonra isə pandemiya səbəbindən bu məsələ yaddan çıxarılmış, inzibati orqan tərəfindən indiyə kimi hərəkətsiz qalaraq, heç bir cavab verilməmişdir. Eyni zamanda vəkili tərəfindən (Bakı şəhəri 25 saylı Vəkil Bürosu tərəfindən) 05 avqust 2022-ci il tarixdə rəsmi qaydada poçt vasitəsi ilə ərizə göndərilərək, cavab verilməsi istənilsədə, 35 gündən artıq vaxt ərzində çavab verilməmişdir. Bununla əlaqədar məhkəməyə müraciət olunması zərurəti yaranmışdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddiaya qarşı etiraz (münasibət) təqdim edilərək bildirilmişdir ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 17 fevral 2005-ci il tarixdə, JN- 18219D, KOD 00400016 nömrəli Şəhadətnamə əsasında mülkiyyət hüquqları ilə fərdi yaşayış evi tikintisi üçün verilən 0,18 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınması, həmin 0,18 ha torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə iddiası etirazla qarşılanır. İddiaçı müvafiq iddia tələbi ilə xx.xx.2020-ci tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim edilmiş JN- 18219D (kod ********) saylı şəhadətnamənin baza məlumatı və ilkin yerləşmə cizgisi ilə faktiki torpaq sahəsinin yerləşməsi arasında uyğunsuzluqlar mövcuddur. Bu səbəbdən ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə iddiaçıya **********75 saylı, xx.xx.2020-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Məlumat üçün bildirirlər ki, elektron kadastr məlumatlarına əsasən təqdim edilmiş torpaq sahəsinə dair cizgidə istinad və məsafələr qeyd olunmadığından sənəd üzrə sahəni müəyyən etmək mümkün olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin ediməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə qarşı təqdim edilmiş etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını maddi və prosessual hüquq normalarına əsasən hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Əzizbəyov rayon X12 İcraiyyə Komitəsinin 13 nömrəli, 25 iyul 1990-cı il tarixli qərarının surətindən görünür ki, Şüvəlan qəsəbəsi, M.Qorki küçəsi döngə 5, ev 5-də yaşayan 2706 nömrəli avtomobil kolonunda sürücü işləyən Əzizbəov rayon İcra Hakimiyyətinin 18 nömrəli, xx.xx.1988-ci ildən kooperativ kooperativ ev nöbəsində duran ailə tərkibi 1 nəfərdən ibarət X5 İİİ Şüvəlan qəsəbəsində 145 nömrəli sahədə ev tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş **********33 nömrəli bildirişin surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən verilmiş JN-18219D kod (********) saylı şəhadətnamənin ilkin torpaqayırma sənədləri və rayon İH-i tərəfindən verilən torpaq sahəsinin coğrafi mövqeyini göstərən yerləşmə cizgisi ilə bağlı aidiyyatı quruma sorğu göndərilmişdir. Sorğuya cavab verilənə qədər ərizənin icrası müvəqqəti olaraq dayandırılmışdır. İşdə olan ərizədən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş JN-18219 KOD 00400016 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 07 saylı Dövlət Notariat Kontorunun xx.xx.2004-cü il tarixli 4Ə/1-149 saylı və xx.xx.2004-cü il tarixli 4Ə/2-188 saylı alğı-satqı müqavilələri ilə satılmış 0.18 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün İddiaçı mülkiyyətinə verilmişdir. Şəhadətnamə iki nüsxədən ibarət tərtib edilib və 16502 nömrə ilə kitabda qeydə alınmışdır. İşdə olan AN-İ seriyalı, ******* nömrəli və AN-İ seriyalı ******* nömrəli “Alğı-satqı müqavilə”-lərinin surətlərindən görünür ki, X3 Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2004-cü il tarixli, 4342 saylı arayışı, xx.xx.2004-cü il tarixli, JN-114350, KOD- 00306016 şəhadətnaməyə əsasən ona məxsus 0.12 ha torpaq sahəsini İddiaçı satmış; X1 Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2004-cü il tarixli, 4266 saylı arayışı, JN-11301D, KOD-00306016 şəhadətnaməyə əsasən ona məxsus 0.06 ha torpaq sahəsini İddiaçı satmışdır. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən xx.xx.2023-cü il tarixli 3-16-5/6-11-1585/23 nömrəli məktuba əsasən Bakı şəhəri 7 saylı dövlət notariat ofisində 06 aprel 2004-cü il tarixdə 4Ə\1-149 və 28 aprel 2004-cü il tarixdə 4Ə/-188 reyestr nömrələri ilə təsdiq edilmiş müqavilələrə dair notariat işlərinin kserosurətləri göndərilmişdir. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, 3-213- 30/2-9997/2023 **********97 nömrəli məktubla Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş JN-18219D KOD 00400016 nömrəli şəhadətnamənin və həmin şəhadətnamənin verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, sözügedən şəhadətnamənin verilməsinə əsas olmuş sənəd qismində alğı-satqı müqavilələri təqdim edilmişdir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı xx.xx.2022-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun müraciəti cavablandırılmamışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə, məhkəmə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, işin hallarından görünür ki, iddiaçı mübahisəli torpaq sahəsini notarial qaydada təsdiq edilmiş alğı-satqı müqavilələri əsasında əldə etmiş və bundan sonra həmin torpaq sahələri birləşdirilərək ümumilikdə 0.18 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2005-ci il tarixdə JN-18219 KOD 00400016 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə verilmişdir. Şəhadətnamə iki nüsxədən ibarət tərtib edilib və 16502 nömrə ilə kitabda qeydə alınmışdır. Şəhadnamənin surəti hazırda cavabdeh İdarənin arxivində mövcuddur. İddiaçı sözügedən torpaq sahəsinə dair hüquqlarının dövlət qeydiyyatına alınması üçün xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciəti cavablandırılmamışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizəsində isə təqdim edilmiş şəhadətnamənin baza məlumatı və ilkin yerləşmə cizgisi ilə faktiki torpaq sahəsinin yerləşməsi arasında uyğunsuzluğuna istinad edilmişdir. Məhkəmə sözügedən dəlili əsassız hesab edərək qeyd edir ki, sözügedən şəhadətnamə ilə torpaq sahəsinin faktiki yerləşməsi arasındakı uyğunsuzluğun da, aradan qaldırılması birbaşa cavabdehin səlahiyyəti olub, imtina üçün əsas hesab edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar hesab olunur: (...) 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;... Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli JN-18219D KOD00400016 nömrəli şəhadətnamə əsasında fərdi yaşayış evinin tikintisi üçün mülkiyyətinə verilmiş 0.18 ha torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qyediyyata alınması və buna dair çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-4092/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4092/2023
19.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver