Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4094/2021 08.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi Ağayev Zəfər Vəkil oğlunun Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı - X2 cavabdeh - Azərbaycan Respublikasının Mərkəzi Bankına üçüncü şəxs - Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs - "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşı “artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı (üçüncü şəxslər: Azərbaycan Respublikası Maliyyə Nazirliyi, "xxxx" Açıq Səhmdar Cəmiyyəti) “artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş üzrə şifahi məhkəmə baxışı iclası 08.09.2021-ci il tarixə təyin edilmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı (üçüncü şəxslər: Azərbaycan Respublikası Maliyyə Nazirliyi, "xxxx" Açıq Səhmdar cəmiyyəti) “artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması” iddiası üzrə icraata xitam verilməsi məsələsinə münasibət bildirməyi zəruri hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Z.Ağayev Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən məhkəməyə göndərimiş 15.08.2021-ci il tarixli məktuba əsasən hazırda iddia üzrə mübahisənin olmadığını əsas gətirərək iş üzrə icraata xitam verilməsinə etiraz etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi O.Xaspoladov iddiaçıya 1.524,29 manat məbləğində kompensasiyanın hesablandığını və hazırda iddia üzrə mübahisənin olmadığını əsas gətirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı bu işin yenidən araşdırılaraq pozulmuş hüquqlarının bərpa edilməsi üçün “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının şamil edilməsi və həmin fərman əsasında tərəflərindən artıq ödənilmiş pul vəsaitinin ona qaytarılması üçün Azərbaycan Respublikası Mərkəzi Bankına həvalə edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının məhkəməyə ünvanladığı 11.08.2021-ci il tarixli, 16-03542-2021 nömrəli məktubunda göstərilmişdir ki, vətəndaşın daha əvvəl Mərkəzi Banka etdiyi müraciət üzrə də müvafiq araşdırmalar aparılmış və "xxxx" ASC tərəfindən təqdim edilmiş eyni məlumatlar yoxlanıldıqdan sonra iddiaçının adı kompensasiya alacaq şəxslər siyahısına daxil edilmişdir. Belə ki, kredit təşkilatı tərəfindən təqdim edilmiş məlumatlara görə iddiaçının 20.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə birinci devalvasiya gününə (21.02.2015-ci il tarixinə) 2.191,71 ABŞ dolları məbləğində, ikinci devalvasiya gününə isə (21.12.2015-ci il tarixinə) 1.627,37 ABŞ dolları məbləğində əsas kredit borcunun qaldığı müəyyən edildiyindən məlum Fərmanın 1.1-ci və 1.2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla ona cəmi 1.524,29 manat kompensasiya hesablanmışdır.Həmçinin qeyd edilməlidir ki, iddiaçı barədə məlumatlar fiziki şəxslər və kredit təşkilatları üçün əlçatalığının təmin olunması və onlar tərəfindən həmin məlumatların onlayn rejimdə əldə edilməsi məqsədilə yaradılmış elektron portala da yerləşdirilmiş və iddiaçının da adının daxil edildiyi müvafiq siyahı kompensasiya ödənişlərinin icrasını təmin etmək məqsədilə 08.07.2021-ci il tarixli, 06- 00325-2021 saylı məktubla Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə göndərilmişdir. Göründüyü kimi, iddiaçıya münasibətdə X3 üzərinə qoyulmuş vəzifələri tam şəkildə icra etmişdir. Göründüyü kimi, iddiaçının “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən tələb etdiyi məbləğ cavabdeh 1.524,29 manat Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hesablanmış və bu hal iş materialları ilə öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə işin materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən iddiaçının tələbi təmin edildiyindən və mübahisə qalmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü və 80-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı (üçüncü şəxslər: Azərbaycan Respublikası Maliyyə Nazirliyi, "xxxx" Açıq Səhmdar Cəmiyyəti) “artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair 2-1(112)-4094/2021 saylı iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-4094/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4094/2021
08.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver