Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4094/2025 16.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi Qurbanlı Elnur Qubad oğlunun katibliyi, İddiaçılar İddiaçı13, İddiaçı6, İddiaçı9, İddiaçı8, İddiaçı4, İddiaçı1, İddiaçı16, İddiaçı11, İddiaçı15, İddiaçı7 Zahid oğlu, İddiaçı12 və Cəbiyeva (Rəhmanova) Günay Dünyamin qızı, İddiaçı5 nümayəndəsi X7 iştirakı ilə, İddiaçılar İddiaçı13, X32, İddiaçı11, İddiaçı10, X15, X62, X33, İddiaçı9, X10, İddiaçı7 Zahid oğlu, İddiaçı6, X2, X16, X8, İddiaçı4, X41, X42, İddiaçı3, X22, X11, X23, İddiaçı1, X4, X24, X12 və İddiaçı15 cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı “pasport qeydiyyatına alınmaları” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ İ. Mübahisənin predmeti
1. İddiaçılar İddiaçı13, X32, İddiaçı11, İddiaçı10, X15, X62, X33, İddiaçı9, X10, İddiaçı7 Zahid oğlu, İddiaçı6, X2, X16, X8, İddiaçı4, X41, X42, İddiaçı3, X22, X11, X23, İddiaçı1, X4, X24, X12 və İddiaçı15 cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı “iddiaçıların Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski 123A ünvanda yerləşən yataqxanaya pasport qeydiyyatına alınmasının cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Məhkəmənin 10 fevral 2025-ci il tarixli Qərardadı ilə “X31 Cəmiyyəti” İstehsalat Birliyi məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
3. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, iddiaçılar gözdən əlil vətəndaşlar olmaqla Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin üzvləridir. Birliyin rəhbərliyinin icazəsi ilə iddiaçılar öz ailə üzvləri ilə birlikdə Birliyə məxsus Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski 123a ünvanlı yataqxanada məskunlaşmışlar. Bəziləri işlə təmin edilmiş və uzun zamandır ki, Bakı şəhərində işləyirlər. Vaxtaşırı iş yerindən aidiyyəti üzrə yaşayış yeri haqqında sənəd tələb edildiyi zaman əziyyət çəkirlər. Bu səbəbdən uzun illərdir ki, Bakı şəhərində yaşadıqlarını və sözü gedən yataqxanada məskunlaşdıqmaları nəzərə alınmaqla aidiyyəti üzrə pasport qeydiyyatına alınmaları üçün Nərimanov Rayon Polis idarəsi müraciət etmişlər. Lakin hər dəfə şifahi olaraq rədd cavabı verilirdi. Dəfələrlə sözü gedən yataqxanaya pasport qeydiyyatına alınmaları barədə aidiyyəti üzrə yataqxana sahibi - Birliyin icazə məktubunun olduğunu bildirilsə də, nədənsə cavabdeh tərəfindən son olaraq xx.xx.2024-cü il tarixli 50/2 T- 27072/1 1 saylı və xx.xx.2014 tarixli 50/2-K29003/1 1 saylı məktublarla rədd cavabı verilərək yaşayış sahəsi verən şəxsin icazə (ərizəsi) olmadığından sözü gedən ünvana pasport qeydiyyatına alınmaqları Azərbaycan Respublikası qanunvericiliyi ilə mümkün olmadığı bildirilmişdir. İddiaçılar göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər.
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdehdən iddiaya dair etirazın bildirilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya etiraz təqdim edilməmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
İİ. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçılar məhkəməyə iddia ərizəsi ilə müraciətdən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdirlər.
5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin - 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2.-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçıların hal-hazırda yaşadıqları evin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Hazırda iddiaçıların iddiası mümkünlük şərtlərinə cavab verir, onun qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh və üçüncü şəxs məhkəmə bахışınа öz nümаyəndələrini göndərməmişlər, cavabdeh məhkəməyə müraciət edərək onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Odur ki, məhkəmə işə cavabdeh və üçüncü şəxsin (nümayəndələrinin) iştirаkı оlmаdаn bахmışdır.
5. Məhkəmə iclasında iştirak edən iddiaçılar və nümayəndələri hər biri ayrı-ayrılıqda iddia ərizəsində göstərilən məzmunda çıxış edərək, iddia tələbinin təmin edilməsini xahiş etdilər.
6. Məhkəmə məhkəmədə iştirak edən iddiaçıların izahat və çıxışlarını dinləyərək, məhkəmə iclasında tədqiq olunmuş sübutları tam və hərtərəfli araşdırdıqdan sonra qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir.
İş materiallarında olan
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin ********** nömrəli xx.xx.2024-cü il tarixli “Əlillik haqqında arayışı”nda qeyd edilmişdir ki, İddiaçı10 xx.xx.2017-ci ildə müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin ********** nömrəli xx.xx.2024-cü il tarixli “Əlillik haqqında arayışı”nda qeyd edilmişdir ki, İddiaçı15 xx.xx.2023-cü ildə 2 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin ********* nömrəli xx.xx.2024-cü il tarixli “Əlillik haqqında arayışı”nda qeyd edilmişdir ki, İddiaçı11 xx.xx.2013-cü ildə müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin ********** nömrəli xx.xx.2024-cü il tarixli “Əlillik haqqında arayışı”nda qeyd edilmişdir ki, İddiaçı12 xx.xx.2023-ci ildə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin ********** nömrəli xx.xx.2024-cü il tarixli “Əlillik haqqında arayışı”nda qeyd edilmişdir ki, İddiaçı13 xx.xx.2016-cı ildə müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2024-cü il tarixli məlumatında qeyd edilmişdir ki, X18 xx.xx.2024-cü ildə 2 il müddətinə ümumi xəstəlik – gözdən əlil səbəbindən üçüncü dərəcəli əlillik təyin edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2023-cü il tarixli məlumatında qeyd edilmişdir ki, İddiaçı9 xx.xx.2022ci ildə müddətsiz birinci dərəcəli ümumi xəstəlik – gözdən əlil səbəbindən əlillik təyin edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatda qeyd edilmişdir ki, İddiaçı6 xx.xx.2019-cu ildə müddətsiz ümumi xəstəlik – gözdən əlil səbəbi ilə birinci dərəcəli əlillik təyin edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2024-cü il tarixli məlumatında qeyd edilmişdir ki, İddiaçı7 xx.xx.2011ci ildə müddətsiz ümumi xəstəlik – gözdən əlil səbəbindən birinci dərəcəli əlillik təyin edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2024-cü il tarixli məlumatında qeyd edilmişdir ki, X25 xx.xx.2023-cü ildə 2 il müddətinə ümumi xəstəlik – gözdən əlil səbəbindən ikinci dərəcəli əlillik təyin edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2024-cü il tarixli məlumatında qeyd edilmişdir ki, X26 xx.xx.2024-cü ildə müddətsiz ümumi xəstəlik – gözdən əlil səbəbindən birinci dərəcəli əlillik təyin edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2024-cü il tarixli məlumatında qeyd edilmişdir ki, İddiaçı1 xx.xx.2007ci ildə müddətsiz ümumi xəstəlik – gözdən əlil səbəbindən birinci dərəcəli əlillik təyin edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2024-cü il tarixli məlumatında qeyd edilmişdir ki, X5 xx.xx.2009-cu ildə müddətsiz ümumi xəstəlik – gözdən əlil səbəbindən birinci dərəcəli əlillik təyin edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2024-cü il tarixli məlumatında qeyd edilmişdir ki, İddiaçı4 xx.xx.2013cü ildə müddətsiz ümumi xəstəlik – gözdən əlil səbəbindən birinci dərəcəli əlillik təyin edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin ********** nömrəli xx.xx.2024-cü il tarixli “Əlillik haqqında arayışı”nda qeyd edilmişdir ki, İddiaçı3 xx.xx.2021-ci ildə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, iddiaçılar məhkəməyə iddia ərizəsi ilə müaciət etməmişdən əvvəl hazırki tələb ilə bağlı cavabdehə müraciət etmişlər. Bakı şəhər Baş Polis İdarəsi Nərimanov rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli 50/2- K-29003/11 nömrəli və xx.xx.2024-cü il tarixli 50/2-T-27072/11 nömrəli məktublarında qeyd edilmişdir ki, Nərimanov rayonunda yerləşən mənzilə pasport qeydiyyatına alınması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşadığı evin müvafiq sənədini (dövlət reyestrindən çıxarış, icarə-kirayə müqaviləsi, yaşayış sahəsi verən şəxsin razılıq ərizəsi və.s) təqdim edilməlidir. Əks təqdirdə qeydiyyata alınma mümkün deyildir. “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İB-nin 10/0189 nömrəli 15 oktyabr 2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu. F. X. Xoyski 123 a ünvanda yerləşən yataqxana Azərbaycan Gözdən Əlillər Cəmiyyətinə məxsusdur və aşağıda adları sadalanan gözdən əlil vətəndaşlar və onların adları sadalanan ailə üzvləri burada məskunlaşmışdırlar. İddiaçı13, X32, İddiaçı11, İddiaçı10 (ailə üzvləri : arvadı X15, oğlu X62, qızı X33), İddiaçı9,X10,İddiaçı7 Zahid oğlu, İddiaçı6, İddiaçı5 (ailə üzvləri qızları X16. X8, İddiaçı4 (ailə üzvləri oğlanları X41. X42), İddiaçı3 (ailə üzvləri qızı X22), X11 (ailə üzvləri qızı X23), İddiaçı1 (ailə üzvləri oğlu X4), X24, X13 və İddiaçı15. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 1143 saylı “Nərimanov rayonu, F.Xoyski küçəsi, 123 nömrəli binanın birinci qeyri-yaşayış mərtəbəsini Respublika Korlar Cəmiyyətinin balansına verilməsi haqqında” Sərəncamına əsasən Nərimanov rayonu, F.Xoyski küçəsi, 123 nömrəli binanın birinci qeyri-yaşayış mərtəbəsində “Bakışəhərtikintimexanikləşdirmə” trestinin idarə aparatının yerləşdiyi sahə (403,7 kv.m) yataqxana kimi istifadə olunmaq üçün əvəzsiz olaraq Azərbaycan Respublikası Korlar Cəmiyyətinin balansına verilmişdir. Azərbaycan Respublikası Korlar Cəmiyyəti Mərkəzi İdarəsi Rəyasət Heyətinin 14 noyabr 1997-ci il tarixli 08 nömrəli “Nərimanov rayonu, F.Xoyski küçəsi, 123 saylı binanın birinci qeyri-yaşayış mərtəbəsinin Respublika Korlar Cəmiyyətinin 2 saylı TİM-nə verilməsi barədə” Qərarı ilə ünvan 5 ünvanda yerləşən binanın birinci mərtəbəsi yataqxana kimi istifadə olunmaq üçün 2 saylı TİM-nin balansına verilməsi qərara alınmışdır. Məhkəmə sorğusu əsasında “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İB 03/061 nömrəli 17 mart 2025-ci il tarixli məktubunda bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayon Fətəli xan Xoyski 123 a ünvanlı yataqxana Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.1997-ci il tarixli 1143 saylı sərəncamına əsasən (keçmiş Azərbaycan Korlar Cəmiyyəti) indiki “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İB-nin balansına verilmişdir. Yataxanada yaşayış yeri olmayan gözdən əlil vətəndaşlar həm məskunlaşır həmdə yaşayış yeri üzrə dövlət qeydiyyatına alınırlar. Yataqxana 20 otaqdan və birləşdirici sahələrdən ibarətdir. Birləşdirici otaqlarda da bir neçə ailə məskunlaşıb. Gözdən əlil vətəndaşlar bu yataqxanada mənzil şəraiti ilə təmin olunana qədər məskunlaşırlar. AzGƏC-in dəstəyi ilə mənzil şəraiti yaxşılaşdırıldıqdan sonra onlar yataqxanadan həm pasport qeydiyyatından çıxarılırlar həm də öz mənzillərinə köç edirlər. Bundan başqa yataqxanaya tabe olan AzGƏC-in qeyriyaşayış sahələri də vardır ki, bəzi ailələr məcburiyyət qarşısında qalaraq orada məskunlaşmışdırlar və bu səbəbdən onların pasport qeydiyyatı yataqxana olaraq eyni ünvan göstərilir. Onu da qeyd etməyə ehtiyac duyulur ki, vaxtilə AzGƏC-in ikinci əsas yataqxanası (Bakı ş., Nərimanov rayonu,Ə.Əliyev 57a) fəaliyyət göstərirdi. Bu yataqxana ləğv olunduğuna görə orada məskunlaşan ailələr artıq Fətəli xan Xoyski ünvanında yerləşən yataqxanaya pasport qeydiyyatına düşmüşdürlər. Ona görə də AzGƏC-in yataqxanasında pasport qeydiyyatında olan və faktiki məskunlaşanlar gözdən əlil ailələr çoxdur. Yataqxanada və ona bitişik sahələrdə aşağıdakı sakinlər faktiki məskunlaşıb. Bəzi vətəndaşlar (cinslərinə uyğun olaraq) qohumluq əlaqələri olmadan bir otaqda məskunlaşıb.X34,X43,X27,X19,X6,X35,X36 (ailə üzvləri: arvadı X28),X44 (ailə üzvləri: arvadı X29, oğlu əzizov Kamandar Sərdar oğlu),İddiaçı13,X32,İddiaçı11,,İddiaçı10 (ailə üzvləri : arvadı X15, oğlu X62, qızı X33),İddiaçı9,X10,İddiaçı7 Zahid oğlu,İddiaçı6,İddiaçı5 (ailə üzvləri qızları X16, X8,İddiaçı4 (ailə üzvləri oğlanları X41, X42),İddiaçı3 (ailə üzvləri qızı X22),X11 (ailə üzvləri qızı X23),İddiaçı1 (ailə üzvləri oğlu X4),X24,X12,İddiaçı15,X3 (ailə üzvü əri X1),X47 (ailə üzvü oğlu X50). Əlavə olaraq iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir.
İİİ. Məhkəmənin mövqeyi
7. Məhkəmə aşağıda göstərilənlərə görə iddiaçının iddiasını əsaslı hesab edir.
8. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: - 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. - 2. Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür . -5. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir.
9. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsiyyət vəsiqəsinin təsviri»nin müddəalarının şərh olunması barədə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında hesab edilmişdir ki, Azərbaycan Respublikasında yaşayan bütün şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi barədə qanunun tələbi mütləq yerinə yetirilməlidir.
10. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunmuşdur ki, göstərilən normaların məzmunundan belə nəticəyə gəlmək olar ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. Məhz bunun qarşısının alınması məqsədi ilə qanunverici Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsində yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulmasını inzibati xəta kimi müəyyən edərək inzibati məsuliyyət nəzərdə tutmuşdur.
11. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçıların qeydiyyata alınmasını arzuladıqları Bakı şəhəri, Nərimanov rayonu,F.X.Xoyski 123a ünvanda yerləşən yataqxana “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İB-nin balansındadır. Hazırki inzibati mübahisə üzrə üçüncü şəxs qismində cəlb edilmiş “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İB-i onun balansında olduğu yataqxanaya iddiaçıların qeydiyyata alınmasına öz razılığını bildirmişdir. Cavabdeh isə qeyd edilənləri nəzərə almaqdan imtina etmişdir.
12. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx.xx.1996-cı il tarixli 493 nömrəli Fərmanın: - 2.3-cü bəndinə görə həmin Qanunun 8-ci maddəsində, 9-cu maddəsinin birinci hissəsinin birinci abzasında və 1-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər.
13. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa əsasən:
- 2.0.2.inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; - 2.0.6.inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; -4.1. İnzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. -11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. - 19.1.inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. - 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçıların ərizəsi əsasında inzibati icraat aparılmamış, əhəmiyyət kəsb edən faktiki hallar araşdırılmadan iddiaçıya məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir.
14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən:
- 68.1.məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
15. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçıların Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski 123A ünvanına qeydiyyata alınmaları öhdəliyi cavabdeh Bakı şəhər Nərimanov rayon Polis İdarəsinə həvalə edilməlidir.
16. Аzərbаycаn Rеspublikаsı İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.
17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.
18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 62, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçılar İddiaçı13, X32, İddiaçı11, İddiaçı10, X15, X62, X33, İddiaçı9, X10, İddiaçı7 Zahid oğlu, İddiaçı6, X2, X16, X8, İddiaçı4, X41, X42, İddiaçı3, X22, X11, X23, İddiaçı1, X4, X24, X12 və İddiaçı15 Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski 123A ünvanlı yataqxanaya qeydiyyata alınmaları öhdəliyi cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova