Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4099/2021 29.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə pensiya təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 57 yaşının tamam olduğu 20.07.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, iddiaçı 19 yanvar 1979-cu il tarixdə Bartaz 26 Komissar üzümçülük sovxozunda 1 №-li briqadada fəhlə təyin edilmiş, 03 dekabr 1979-cu il tarixdə Bartaz 26 Komissar üzümçülük sovxozunda 1 №-li briqadada fəhləlikdən azad edilmiş, həmin tarixdən etibarən sovxozda sürücü təyin edilmiş, 28 aprel 1980-cı il tarixdə Zəngilan rayon hərbi komisarlığının göndərişi əsasında hərbi xidmətə getmiş, ona görə də sürücülükdən azad edilmişdir. İddiaçı 9 noyabr 1982-ci il tarixdə Zəngilan heyvan xəstəlikləri ilə mübarizə stansiyasında Çöpədərə-Bartaz sahəsinə sürücü təyin edilmiş, 30 noyabr1985-ci il tarixdə həmin vəzifədən azad olunmuş, 26 noyabr 1985-ci il tarixdə 86 №-li Xususi idarədə qazmaçı vəzifəsinə təyin edilmiş, 17.01.1989-cu ildə ixtisara düşmüş, 28 mart 1989-cu il tarixdə X8 2-ci dərəcəli operator vəzifəsinə qəbul edilmiş, 01.08.1991-ci il tarixdə üçüncü dərəcə ilə DSU sexinə qroxotovşik peşəsinə dəyişdirilmişdir. İddiaçı 01.12.1994-cü il rarixdə “Azərenerqomexanizasiya” idarəsinə 3-cü dərəcə üzrə istiləşdirmə üzrə çilingər vəzifəsinə qəbul edilmiş, 01.04.1997-ci il tarixdə köcürmə yolu ilə Təmirmexanikləşdirmə sexinə mexanikləşdirmə üzrə 3-cü dərəcəli çilingər peşəsinə qəbul edilmiş, 01.02.1998-ci il tarixdə Sumqayıt mexanizasiyalarının təmiri mexaniki yığma və boru əymə sexində çilingər peşəsinə keçirilmiş, 15.05.2002-ci ildə işdən azad olunmuşdur. 16.05.2002-ci ildə "xxxx" ASC-nin Kran yolları və kompressorları təsərrüfatı sexinin Əli-Bayramlı sahəsinə 5ci dərəcəli çilingər peşəsinə qəbul edilmiş, 09.02.2009-cu ildə "xxxx" ASC-də 6-cı dərəcəli betonçu vəzifəsinə qəbul edilmiş, 01.06.2009-cu il tarixdə çilingər vəzifəsinə keçirilmiş, 07.08.2019-cu il tarixə qədər müxtəlif dərəcələr üzrə çilingər peşəsində işləmişdir. İddiaçı 14.08.2019-cu ildə "xxxx" MMC-də çilingər vəzifəsinə təyin edilmişdir. İddiaçı cavabdehə müraciət edərək güzəştli şərtlərlə ona pensiya təyin olunması barədə müraciət etmişdir. Cavabdeh heç bir məntiqi əsas göstərmədən iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina etmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 izahatında bildirdi ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda həmin Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 15 fevral 1979-cu il tarixli İT-İ seriyalı ******* nömrəli əmək kitabçasında 28.03.1989 - 01.12.1994-cü il tarixləri arasındakı dövr ərzində Azərbaycan Dövlət Dəmir yolu Ordubad sahəsində operator vəzifəsində, 01.12.1994 - 01.04.1997-ci il tarixləri arasındakı dövr ərzində “Azərenerjimexanizasiya” idarəsinin Əli-Bayramlı sahəsində çilingər peşəsində işlədiyi qeyd olunmuşdur. Bundan başqa "xxxx" QSC-nin 8 nömrəli Saatlı yol Sahəsinin ona dair 04.06.2019-cu il tarixli 219 nömrəli arayışında 04.01.1994 - 05.01.1995-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə yol mantyoru vəzifəsində işlədiyi göstərilmişdir. Qeyd olunan məlumatların və adıçəkilən müəssisələr tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsini dəqiqləşdirilməsi ilə bağlı tərəflərindən aidiyyəti üzrə 09.04.2020-ci il və 06.03.2020-ci il tarixlərində sorğular verilmişdir. Eyni zamanda COVİD-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi xüsusi karantin rejimində güzəştli iş stajı ilə bağlı hazırda müvafiq yoxlama aparılması mümkün olmaması haqqında 16.04.2020-ci il tarixində Mərkəzi Filial tərəfindən iddiaçının ünvanına məktub göndərilmişdir. 09.04.2020-ci il tarixli sorğuya daxil olmuş müvafiq cavabda “Azərenerjimexanizasiya” idarəsinin Əli-Bayramlı sahəsinin arxiv sənədlərinin dövlət arxivinə təhvil verilmədiyi üçün adıçəkilən müəssisədə onun əmək fəaliyyəti ilə məşğul olduğu təsdiq edəcək hər hansı sənəd aşkar edilmədiyi bildirilmişdir. 06.03.2020-ci il tarixli sorğularına isə bugünədək heç bir cavab verilməmişdir. Buna görə də 28.03.1989 - 01.04.1997-ci il tarixləri arasındakı dövrü iddiaçının əmək stajına daxil etmək mümkün olmadığından onun 1 yanvar 2006- cı il tarixinədək ümumi iş stajı 25 ildən az (18 il 2 ay) təşkil edir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AA seriyalı ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan iddiaçıya məxsus NZ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 10.05.1980-cı il tarixdən 01.07.1982-ci il tarixdək həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 24.12.2020-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Əhalinin Əmək və Sosial Müafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına daxil olmuş ərizəniz və ona əlavə olunmuş sənədlər aidiyyəti üzrə araşdırılmışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanununun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda həmin Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Mərkəzi Filiala təqdim etdiyiniz 15 fevral 1979-cu il tarixli İT-İ ******* nömrəli əmək kitabçanızda 28.03.1989 - 01.12.1994-cü il tarixləri arasındakı dövr ərzində Azərbaycan Dövlət Dəmir yolu Ordubad sahəsində operator vəzifəsində, 01.12.1994 - 01.04.1997-ci il tarixləri arasındakı dövr ərzində “Azərenerjimexanizasiya” idarəsinin Əli-Bayramlı sahəsində çilingər peşəsində işlədiyiniz qeyd olunmuşdur. Bundan başqa "xxxx" QSC-nin 8 nömrəli Saatlı yol Sahəsinin Sizə dair 04.06.2019-cu il tarixli 219 nömrəli arayışında 04.01.1994 - 05.01.1995-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə yol mantyoru vəzifəsində işlədiyiniz göstərilmişdir. Qeyd olunan məlumatların və adıçəkilən müəssisələr tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilibödənilməməsini dəqiqləşdirilməsi ilə bağlı tərəfimizdən aidiyyəti üzrə 09.04.2020-ci il və 06.03.2020-ci il tarixlərində sorğular verilmişdir. Eyni zamanda COVİD-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi xüsusi karantin rejimində güzəştli iş stajınızla bağlı hazırda müvafiq yoxlama aparılması mümkün olmaması haqqında 16.04.2020-ci il tarixində Mərkəzi Filial tərəfindən ünvanınıza məktub göndərilmişdir. 09.04.2020-ci il tarixli sorğumuza daxil olmuş müvafiq cavabda “Azərenerjimexanizasiya” idarəsinin Əli-Bayramlı sahəsinin arxiv sənədlərinin dövlət arxivinə təhvil verilmədiyi üçün adıçəkilən müəssisədə əmək fəaliyyəti ilə məşğul olduğunuzu təsdiq edəcək hər hansı sənəd aşkar edilmədiyi bildirilmişdir. 06.03.2020-ci il tarixli sorğumuza isə bugünədək heç bir cavab verilməmişdir. Buna görə də 28.03.1989 - 01.04.1997-ci il tarixləri arasındakı dövrü əmək stajınıza daxil etmək mümkün olmadığından Sizin 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 25 ildən az (18 il 2 ay) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. İş materiallarında olan "xxxx" QSC İnfrastruktur Departamenti 2 nömrəli X7 26.09.2019-cu il tarixli 28 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən 01.08.1991-ci ildən 31.12.1993-cü ilə qədər Azərbaycan Dəmir Yolu X8 qroxotçu (şadaraçı) vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar 12 saylı qərarına müvafiq təsdiq edilmiş siyahıya uyğun olaraq “Özül materialların hasilatı, yenidən emalı və nəql edilməsi” bəndindən şadaraçılar vəzifəsinə uyğun güzəştli şərtlərlə pensiya almaq hüququna malikdir. Həmin vəzifədə iş stajı 2 il 5 ay təşkil edir. İş materiallarında olan "xxxx" QSC İnfrastruktur Departamenti 8 nömrəli saatlı Yol Sahəsinin 04.06.2019-cu il tarixli 219 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən 04.01.1994-cü il tarixdən Azərbaycan Dəmir Yolunun 8 nömrəli Saatlı yol distansiyasında əmək fəaliyyətinə başlamışdır. 04.01.1994-cü il tarixdən (əmr № 02, 04.01.1994 il) Baş Şirvan məntəqəsinə 1-cü dərəcəli yol mantyoru işinə qəbul edilmişdir. 05.01.1995-ci il tarixdən (əmr № 03, 05.01.1995 il) Şəxsi ərizəsinə İşdən azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il 12 saylı qərarında təsdiq olunmuş güzəştli şərtlərə görə pensiya hüququna görə istehsalat işçilərinin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına əsasən magistral dəmir yolunun əlaqə şəbəkəsinin işçiləri güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququna malikdir. İş materiallarında olan "xxxx" QSC İnfrastruktur Departamenti 8 nömrəli saatlı Yol Sahəsinin 04.06.2019-cu il tarixli 217 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən 04.01.1994-ci il tarixdən 05.01.1995-ci il tarixədək Azərbaycan Dəmir yolunun Saatlı yol distansiyasında yol mantyoru vəzifəsində işləmişdir. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" ASC “X9 Stansiyası” MMCnin 27.08.2019-cu il tarixli 20/206/17/138 saylı güzəştli arayışından görünür ki, 1961-ci il təvəllüdlü İddiaçı həqiqətən 02.01.2003-cü ildən (əmr № 02-P-87/47, 03.02.2003-cü il) 06.02.2009-cu ilə kimi “X9 Stansiyası” MMC-nin (Əli Bayramlı DRES-in) Qazan turbin sexinin işini təmin edən mexaniki emalatxana sexində elektrik avadanlıqlarının təmiri üzrə elektrik çilingəri işləmişdir. "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, 23.01.2007-ci il tarixli Qərarının 24-cü fəsilinə əsasən elektrik çilingərləri güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. İş materiallarında olan "xxxx" QSC İnfrastruktur Departamenti 2 nömrəli X7 31.10.2019-cu il tarixli 29 nömrəli arayışından görünür ki, İddiaçı 28.03.1989-cu ildən 03.05.1989-cu ilə qədər Azərbaycan Dəmir Yolu X11nun Ordubad sahəsində 2-ci dərəcəli operator köməkçisi vəzifəsində işləmişdir (əmr № 46, 28.03.1989-cu il). 03.05.1989-cu ildən (əmr № 72, 03.05.1989-cu il) həmin zavodun Bartaz sahəsinə operator köməkçisi vəzifəsindən 2-ci dərəcəli yol fəhləsi vəzifəsinə dəyişdirilmişdir. 03.05.1989-cu ildən 01.08.1991-ci ilə qədər 2-ci dərəcəli yol fəhləsi vəzifəsində işləmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 13.01.2020-ci il tarixli 01-ZP/07 saylı İşin xarakteri haqqında arayışından görünür ki, 1961-cı il təvəllüdlü İddiaçı həqiqətən 01.04.1997-ci ildə (əmr № 23a-ş, 13.04.1997-ci il) "xxxx" Dövlət Şirkətinin İstehsalat-təmir müəssisəsinin Qazan və Turbin Avadanlıqlarının Təmiri üzrə Əli- Bayramlı Təmir Mexanikləşdirmə sahəsində çilingər peşəsinə işə qəbul edilmiş, 01.02.1998-ci ildə (əmr №- 57, 04.02.1998-ci il) Qazan turbin avadanlıqlarının təmiri sahəsində 4-cü dərəcəli çilingər dərəcəsi verilmiş, 01.07.2000-ci ildə (əmr №-317, 26.07.2000-ci il) həmin sahədə 5-ci dərəcəli çilingər dərəcəsi verilmiş və 15.05.2002-ci ildə (əmr №-26-Ş, 15.05.2002-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahili ilə) işdən azad edilmişdir. 16.05.2002-ci ildə (əmr №-10-kş, 16.05.2002-ci il) "xxxx"ASC-nin "xxxx" MMC-nin Kran Yolları və kompressorlar təsərrüfatı sexinin Əli- Bayramlı sahəsinə Qazan və Qazanxana avadanlıqlarının təmiri üzrə 5-ci dərəcəli çilingər peşəsinə işə qəbul edilib və 02.01.2003-cü ildə "xxxx"ASC-nin AÜ/193 №-li, 27.12.2003cü il tarixli Əmrinin icrası ilə əlaqədar olaraq Əli-Bayramlı sahəsinə Qazan və Qazanxana avadanlıqlarının təmiri sahəsinin işçiləri Enerjisistemin işinin fasiləsiz idarə olunması və Elektrik Stansiyasında təmir işlərinin operativ şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə Əli-Bayramlı Dövlət Rayon X3 emalatxanasının tabeçiliyinə verilmişdir. 09.02.2009-cu ildə (əmr № 25/8-kş, 16.02.2009-cu il) "xxxx" ASC-nin Sənaye Tikinti İdarəsinin Şirvan 3 №-li Tikinti sahəsinə 6-cı dərəcəli betonçu peşəsinə işə qəbul edilib, 01.06.2009-cu ildə (əmr №- 79/8a-kş, 01.06.2009-cu il) həmin sahədə 4-cü dərəcəli quraşdırıcı şilngər peşəsinə keçirilmiş, 14.09.2011-ci ildə (əmr №-139/8-kş, 09.09.2011-ci il ) Mexaniki Avadanlığın və Metalkonstruksiyalarının quraşdırılması sahəsinə 4-cü dərəcəli quraşdırıcı şilngər peşəsinə keçirilmiş, 07.08.2019-cu ilədək X5 Tikinti sahəsində, 1 №-li Tikinti İdarəsində, 2 Sayli Tikinti Quraşdırma Sahəsində. 1 Saylı Tikinti Quraşdırma Sahəsində quraşdırıcı şilngər peşəsində işləmiş və 07.08.2019-cu ildə (əmr № 20/44-irş, 07.08.2019-cu il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən əmək müqaviləsinə xitam verilmişdir. Göstərilən peşə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007ci il tarixli 12 №-li qərarının 24-cü fəslinə əsasən X4 və Qazanxana avadanlıqlarının təmiri üzrə çilingərlərin işi (İddiaçı əmək fəaliyyəti 01.04.1997-ci ildən 02.01.2003-cü ildək dövrü əhatə edir) bilavasitə zərərli əmək şəraitində işləyən peşələr hesab edildiyindən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Güzəştli pensiya üçün staj: 06 il, 08 ay, 26 gün təşkil edir. Məlumat üçün bildiririk ki, “Azbaşenerji”nin 26.11.1975-ci il tarixli 438 №-li əmrinə əsasən “Azenerjitəmir” zavodu İstehsalat Təmir müəssisəsi adlandırılmışdır. "xxxx"ASC-nin 23.01.2002-ci il tarixli 13 №-li əmrinə əsasən İstehsalat-Təmir müəssisəsi ləğv edilmiş və yeni hüquqi şəxs kimi '‘Azərenerjixüsusitəmirsazlama müəssisəsi” MMC yaradılmışdır. "xxxx" ASC-nin 12.02.2004-cü il tarixli AÜ 032 №-li əmrinə əsasən "xxxx" MMC "xxxx" MMC adlandırılmışdır. "xxxx"ASC-nin 04.03.2005-ci il tarixli AÜ 040 №-li əmrinə əsasən isə “Azərenerjitikinti" MMC adlandırılmışdır. Dövlət Əmlaklarının idarə edilməsi üzrə Dövlət Komitəsinin 09.10.2008-ci il 323 №-li sərəncamına əsasən "xxxx" ASC adlandırılmışdır. İş materiallarında olan "xxxx" ASC-nin 30.05.2019-cu il tarixli 01-ZP/431 saylı güzəştli arayışından görünür ki, 1961-ci il təvəllüdlü İddiaçı həqiqətən 01.04.1997-ci ildən (əmr № 23a-ş, 13.04.1997-ci il) 15.05.2002-ci ilədək (əmr № 26-ş, 15.05.2002-ci il) “Azərenerji" Dövlət Şirkətinin İstehsalat-Təmir Müəssisəsinin Əli-Bayramlı Təmir Mexanikləşdirmə sahəsində və Sumqayıt Mexaniki yığma və boruəymə sahəsində Qazan və Turbin Avadanlıqlarının təmiri üzrə çilingər, 09.02.2009-cu ildən (əmr № 25/8-kş, 16.02.2009-cu il) hal-hazırkı dövrədək "xxxx" ASC-nin Sənaye Tikinti İdarəsinin 3 Saylı Tikinti sahəsində betonçu, “Cənub Layihə”nin və Lerik tikinti sahəsində quraşdırıcı çilingər, Mexaniki, Hidrotexniki və X1 sahəsində quraşdırıcı çilingər, X2 və Təmiri İdarəsinin Turbin Avadanlıqlarının Quraşdırılması sexində quraşdırıcı çilingər və 1 Saylı Tikinti Quraşdırma Sahəsinin Quraşdırma bölməsində quraşdırıcı çilingər işləmişdir. Göstərilən peşələr, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li Qərarının 24-cü və 29-cu fəsillərinə əsasən X4xana, turbin (buxar-qaz turbini) avadanlıqlarının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin və xidmət edən çilingərlərin və Bina, qurğu və digər obyektlərin inşası, qurulması, texniki təchizati, bərpası və təmiri üzrə quraşdırıcı çilingərlərin işi bilavasitə zərərli peşələr hesab edildiyindən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Güzəştli pensiya üçün staj: 15 il, 05 ay, 08 gün təşkil edir. Məlumat üçün bildiririk ki, "xxxx" ASC-nin 23.01.2002-ci il tarixli 13 №-li əmrinə əsasən İstehsalat-Təmir müəssisəsi ləğv edilmiş və yeni hüquqi şəxs kimi "xxxx" MMC yaradılmışdır. "xxxx" ASC-nin 12.02.2004-cü il tarixli AÜ 032 №-li əmrinə əsasən "xxxx" MMC "xxxx" MMC adlandırılmışdır. "xxxx" ASC-nin 04.03.2005-ci il tarixli AÜ 040№-li əmrinə əsasən isə "xxxx" MMC adlandırılmışdır. Dövlət Əmlaklarının idarə edilməsi üzrə Dövlət Komitəsinin 09.10.2008-ci il 323 №-li Sərəncamına əsasən "xxxx" ASC adlandırılmışdır. İş materiallarında olan İddiaçı məxsus İT-İ seriyalı № ******* saylı əmək kitabçasının tərcümə edilmiş və notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 19.01.1979-cu ildə Bartaz 26 Komissar üzümçülük sovxozunda 1 №-li briqadada fəhlə təyin edilmiş, 03.12.1979-cu ildə Bartaz 26 Komissar üzümçülük sovxozunda 1 №-li briqadada fəhləlikdən azad edilmiş, 03.12.1979-cu ildə Bartaz 26 Komissar üzümçülük sovxozunda sürücü təyin edilmiş, 28.04.1980-ci ildə Zəngilan rayon hərbi komisarlığının göndərişi əsasında hərbi xidmətə getmiş, ona görə də sürücü vəzifəsindən azad edilmiş, 09.11.1982-ci ildə Zəngilan heyvan xəstəlikləri ilə mübarizə stansiyasında Çöpədərə- Baytar sahəsinə sürücü təyin edilmiş, 30.09.1985-ci ildə sürücü vəzifəsindən azad edilmiş, 26.11.1985-ci ildə 86 №-li Xususi idarə Mincevan 2 saylı prorab məntəqəsinə 3-cü dərəcəli qazmaçı köməkçisi vəzifəsinə təyin edilmiş, 01.05.1987-ci ildə tarifləşmə ilə əlaqədar olaraq 3-cü ixtisas dərəcəsi verilmişdir, 17.01.1989-cu il tarixdə ştatın ixtisara salınması ilə əlaqədar tutduğu vəzifədən kənarlaşdırılmış, 28.03.1989-cu ildə X11 Ordubad sahəsində 2-ci dərəcəli operator köməkçisi vəzifəsinə qəbul edilmiş, 03.05.1989-cu ildə Bartaz sahəsində 2-ci dərəcəli yol fəhləsi vəzifəsinə keçirilmiş, 01.08.1991-ci il tarixdə üçüncü dərəcə ilə DSU sexinə qroxotovşik peşəsinə dəyişdirilmiş, 01.12.1994-cü il tarixdə “Aztəmirenerjimexanikləşdirmə” Əli-Bayramlı sahəsində istilik elektrik stansiyalarının boru və qazanxana sexlərinin istilik mexaniki avadanlığının təmiri üzrə 3-cü dərəcəli çilingər vəzifəsinə qəbul edilmiş, 01.04.1997-ci ildə köcürmə yolu ilə Təmirmexanikləşdirmə sexinə (Əli-Bayramlı sahəsi) mexanikləşdirmə üzrə 3-cü dərəcəli çilingər peşəsinə qəbul edilmiş, 01.02.1998-ci il tarixdə Sumqayıt mexaniki yığma və boru əymə sahəsi Təmirmexanikləşdirmə sahəsi ilə birləşib Sumqayıt mexanizasiyalarının təmiri mexaaniki yığma və boru əymə sexi adlandırılmışdır (Əli-Bayramlı sahəsi), bu sahədə qazan və turbin avadanlığının təmiri üzrə 4-cü dərəcəli çilingər peşəsi verilmiş, 01.07.2000-ci ildə həmin sahədə 5-ci dərəcəli çilngər peşəsi verilmiş, 15.05.2002-ci ildə işdən azad olunmuş, 16.05.2002-ci ildə "xxxx" ASC Azərenerjixüsusitəmirsazlama müəssisəsi MMC-də Kran yolları və kompressorlar təsərrüfatı sexinin Əli-Bayramlı sahəsinə qazan və qaz turbin avadanlıqlarının təmiri üzrə 5-ci dərəcəli çilingər peşəsinə qəbul edilmiş, 02.01.2003-cü ildə "xxxx" ASC-nin 27.12.2003-cü il tarixli əmrinin icrası ilə əlaqədar Azərenerjixüsusitəmirsazlama MMC-nin Kran yolları və kompressorlar təsərrüfatının təmiri sexinin Əli-Bayramlı sahəsi Əli-Bayramlı DRES-in tərkibinə daxil olduğu üçün elektrik avadanlıqlarının təmiri üzrə 5-ci dərəcəli elektrik çilingəri mexaniki emalatxana sahəsinin tabeliyinə verilmiş, 01.08.2006-cı ildə həmin sexdə 6-cı dərəcəli çilingər işinə keçirilmiş, 06.02.2009-cu ildə öz xahişi ilə əmək müqaviləsinə xitam verilmiş, 09.02.2009-cu ildə "xxxx" ASC-də Sənaye Tİ 3 saylı tikinti sahəsinə (Şirvan) 6-cı dərəcəli betonçu vəzifəsinə təyin edilmiş, 01.06.2009-cu ildə cənub layihəsinin tikinti sahəsinə 4-cü dərəcəli quraşdırıcı çilingər vəzifəsinə keçirilmiş, 14.09.2011-ci ildə həmin layihənin MA və MKQ sahəsinə 4-cü dərəcəli quraşdırıcı çilingər keçirilmiş, 01.02.2013-cü ildə Sənaye, tikinti və istehsal idarəsinin Lerik quraşdırma sahəsinə 4-cü dərəcəli quraşdırıcı çilingər keçirilmiş, 12.02.2014-cü ildə Mexaniki, hidrotexniki və elektrik avadanlıqlarının quraşdırılması sahəsinə 4-cü dərəcəli quraşdırıcı çilingər keçirilmiş, 03.02.2014-cü ildə 1 N-li tikinti idarəsi adlandırılmış, 01.05.2014-cü ildə Quraşdırma sahəsinə 4-cü dərəcəli quraşdırıcı çilingər keçirilmiş, 05.01.2015-ci ildə MAQİ-nin turbin avadanlıqlarrının quraşdırılması sexinə 4-cü dərəcəli quraşdırıcı çilingər keçirilmiş, 02.03.2015-ci ildə MAQ və T İdarəsi adlandırılmış, 08.01.2016-cı ildə həmin idarənin 2 saylı İQ sahəsinin quraşdırma bölməsinə 4-cü dərəcəli quraşdırıcı çilingər keçirilmiş, 08.06.2017-ci ilə həmin idarənin həmin sahəsinin quraşdırma bölməsinə 5-ci dərəcəli quraşdırıcı çilingər peşəsinə keçirilmiş, 03.07.2017-ci ildə həmin idarənin 1 saylı İQ sahəsinin quraşdırma sahəsinə 5-ci dərəcəli quraşdırıcı çilingər peşəsinə keçirilmiş, 07.08.2019-cu ildə əmək müqaviləsinə xitam verilmiş, 11.08.2019-cu ildə "xxxx" MMC-nin Quraşdırma Sazlama İdarəsinə çilingər vəzifəsinə təyin edilmiş, 01.10.2019-cu ildə öz xahişi ilə əmək müqaviləsinə xitam verilmiş, 02.10.2019-cu ildə "xxxx" ASC "xxxx" MMC-də ES üzrə avadanlıqların təmiri, quraşdırılması və saxlanması idarəsi, modul tipli ES-də mexaniki avadanlıqlar üzrə təmirquraşdırma və sazlama xidmətinə çilingər vəzifçsinə işə qəbul edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qazanmış olsunlar. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə tərəfindən müəyyən edildi ki, xx.xx.1961-ci ildə doğulmuşdur. İddiaçı 10.05.1980-ci ildən 01.07.1982-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçı 19.01.1979-cu ildə Bartaz 26 Komissar üzümçülük sovxozunda 1 №-li briqadada fəhlə təyin edilmiş, 03.12.1979-cu ildə Bartaz 26 Komissar üzümçülük sovxozunda 1 №-li briqadada fəhləlikdən azad edilmiş, 03.12.1979-cu ildə Bartaz 26 Komissar üzümçülük sovxozunda sürücü təyin edilmiş, 28.04.1980-ci ildə Zəngilan rayon hərbi komisarlığının göndərişi əsasında hərbi xidmətə getmiş, ona görə də sürücü vəzifəsindən azad edilmiş, 09.11.1982-ci ildə Zəngilan heyvan xəstəlikləri ilə mübarizə stansiyasında Çöpədərə- Baytar sahəsinə sürücü təyin edilmiş, 30.09.1985-ci ildə sürücü vəzifəsindən azad edilmiş, 26.11.1985-ci ildə 86 №-li Xususi idarə Mincevan 2 saylı prorab məntəqəsinə 3-cü dərəcəli qazmaçı köməkçisi vəzifəsinə təyin edilmiş, 01.05.1987-ci ildə tarifləşmə ilə əlaqədar olaraq 3-cü ixtisas dərəcəsi verilmiş, 17.01.1989-cu il tarixdə ştatın ixtisara salınması ilə əlaqədar tutduğu vəzifədən kənarlaşdırılmış, 28.03.1989-cu ildə X11 Ordubad sahəsində 2-ci dərəcəli operator köməkçisi vəzifəsinə qəbul edilmiş, 03.05.1989-cu ildə Bartaz sahəsində 2-ci dərəcəli yol fəhləsi vəzifəsinə keçirilmiş, 01.08.1991-ci il tarixdə üçüncü dərəcə ilə DSU sexinə qroxotovşik peşəsinə dəyişdirilmiş, 01.12.1994-cü il tarixdə “Aztəmirenerjimexanikləşdirmə” Əli-Bayramlı sahəsində istilik elektrik stansiyalarının boru və qazanxana sexlərinin istilik mexaniki avadanlğının təmiri üzrə 3-cü dərəcəli çilingər vəzifəsinə qəbul edilmiş, 01.04.1997-ci ildə köcürmə yolu ilə Təmirmexanikləşdirmə sexinə (Əli-Bayramlı sahəsi) mexanikləşdirmə üzrə 3-cü dərəcəli çilingər peşəsinə qəbul edilmiş, 01.02.1998-ci il tarixdə Sumqayıt mexaniki yığma və boru əymə sahəsi Təmirmexanikləşdirmə sahəsi ilə birləşib Sumqayıt mexanizasiyalarının təmiri mexaniki yığma və boru əymə sexi adlandırılmış (Əli-Bayramlı sahəsi), bu sahədə qazan və turbin avadanlığının təmiri üzrə 4-cü dərəcəli çilingər peşəsi verilmiş, 01.07.2000-ci ildə həmin sahədə 5-ci dərəcəli çilngər peşəsi verilmiş, 15.05.2002-ci ildə işdən azad olunmuş, 16.05.2002-ci ildə "xxxx" ASC Azərenerjixüsusitəmirsazlama müəssisəsi MMC-də Kran yolları və kompressorlar təsərrüfatı sexinin Əli-Bayramlı sahəsinə qazan və qaz turbin avadanlıqlarının təmiri üzrə 5-ci dərəcəli çilingər peşəsinə qəbul edilmiş, 02.01.2003-cü ildə "xxxx" ASC-nin 27.12.2003-cü il tarixli əmrinin icrası ilə əlaqədar Azərenerjixüsusitəmirsazlama MMC-nin Kran yolları və kompressorlar təsərrüfatının təmiri sexinin Əli-Bayramlı sahəsi Əli-Bayramlı DRES-in tərkibinə daxil olduğu üçün elektrik avadanlıqlarının təmiri üzrə 5-ci dərəcəli elektrik çilingəri mexaniki emalatxana sahəsinin tabeliyinə verilmiş, 01.08.2006-cı ildə həmin sexdə 6-cı dərəcəli çilingər işinə keçirilmiş, 06.02.2009-cu ildə öz xahişi ilə əmək müqaviləsinə xitam verilmiş, 09.02.2009-cu ildə "xxxx" ASC-də Sənaye Tİ 3 saylı tikinti sahəsinə (Şirvan) 6-cı dərəcəli betonçu vəzifəsinə təyin edilmiş, 01.06.2009-cu ildə cənub layihəsinin tikinti sahəsinə 4-cü dərəcəli quraşdırıcı çilingər vəzifəsinə keçirilmiş, 14.09.2011-ci ildə həmin layihənin MA və MKQ sahəsinə 4-cü dərəcəli quraşdırıcı çilingər keçirilmiş, 01.02.2013-cü ildə Sənaye, tikinti və isehsal idarəsinin Lerik quraşdırma sahəsinə 4-cü dərəcəli quraşdırıcı çilingər keçirilmiş, 12.02.2014-cü ildə Mexaniki, hidrotexniki və elektrik avadanlıqlarının quraşdırılması sahəsinə 4-cü dərəcəli quraşdırıcı çilingər keçirilmiş, 03.02.2014-cü ildə 1 N-li tikinti idarəsi adlandırılmış, 01.05.2014-cü ildə Quraşdırma sahəsinə 4-cü dərəcəli quraşdırıcı çilingər keçirilmiş, 05.01.2015-ci ildə MAQİ-nin turbin avadanlıqlarının quraşdırılması sexinə 4-cü dərəcəli quraşdırıcı çilingər keçirilmiş, 02.03.2015-ci ildə MAQ və T İdarəsi adlandırılmış, 08.01.2016-cı ildə həmin idarənin 2 saylı İQ sahəsinin quraşdırma bölməsinə 4-cü dərəcəli quraşdırıcı çilingər keçirilmiş, 08.06.2017-ci ilə həmin idarənin həmin sahəsinin quraşdırma bölməsinə 5-ci dərəcəli quraşdırıcı çilingər peşəsinə keçirilmiş, 03.07.2017-ci ildə həmin idarənin 1 saylı İQ sahəsinin quraşdırma sahəsinə 5-ci dərəcəli quraşdırıcı çilingər peşəsinə keçirilmiş, 07.08.2019-cu ildə əmək müqaviləsinə xitam verilmiş, 11.08.2019-cu ildə "xxxx" MMC-nin Quraşdırma Sazlama İdarəsinə çilingər vəzifəsinə təyin edilmiş, 01.10.2019-cu ildə öz xahişi ilə əmək müqaviləsinə xitam verilmiş, 02.10.2019-cu ildə "xxxx" ASC "xxxx" MMC-də ES üzrə avadanlıqların təmiri, quraşdırılması və saxlanması idarəsi, modul tipli ES-də mexaniki avadanlıqlar üzrə təmirquraşdırma və sazlama xidmətinə çilingər vəzifçsinə işə qəbul edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Cavabdeh inzibati orqan iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (18 il 2 ay) olduğu üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Cavabdeh inzibati orqan iddiaçının 28.03.1989 - 01.04.1997-ci il tarixləri arasındakı dövrü əmək stajınıza daxil etməyin mümkün olmadığını bildirsə də, təqdim edilmiş əmək kitabçasından görünür ki, həmin dövrlərdə iddiaçı 28.03.1989-cu ildə X11 Ordubad sahəsində 2-ci dərəcəli operator köməkçisi vəzifəsinə qəbul edilmiş, 03.05.1989-cu ildə Bartaz sahəsində 2-ci dərəcəli yol fəhləsi vəzifəsinə keçirilmiş, 01.08.1991-ci il tarixdə üçüncü dərəcə ilə DSU sexinə qroxotovşik peşəsinə dəyişdirilmiş, 01.12.1994-cü il tarixdə “Aztəmirenerjimexanikləşdirmə” Əli-Bayramlı sahəsində istilik elektrik stansiyalarının boru və qazanxana sexlərinin istilik mexaniki avadanlığının təmiri üzrə 3-cü dərəcəli çilingər vəzifəsinə qəbul edilmiş, 01.04.1997-ci ildə köcürmə yolu ilə Təmirmexanikləşdirmə sexinə (Əli-Bayramlı sahəsi) mexanikləşdirmə üzrə 3-cü dərəcəli çilingər peşəsinə qəbul edilmişdir. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İş materiallarından görünür ki, iddiaçının iş stajı iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. Yuxarıda qeyd olunan tarixləri hesabladıqda hərbi xidmət müddəti də daxil olmaqla 01.01.2006-cı il tarixədək iddiaçının 26 il 02 ay 21 gün ümumi sığorta stajına malik olduğu müəyyən edildi. Göründüyü kimi, 01.01.2006-cı il tarixədək iddiaçının ümumi sığorta stajı 25 ildən artıqdır. Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar isə məhkəmə qeyd edir ki, iddiaçı 26.11.1985-ci ildən 17.01.1989-cu ilədək 86 №-li Xususi idarə Mincevan 2 saylı prorab məntəqəsinə qazmaçı köməkçisi vəzifəsində, 01.08.1991-ci ildən 31.12.1993cü ilədək Azərbaycan Dəmir Yolu X8 qroxotçu (şadaraçı) vəzifəsində, 04.01.1994-ci il tarixdən 05.01.1995-ci il tarixədək Azərbaycan Dəmir yolunun Saatlı yol distansiyasında yol mantyoru, 01.12.1994-cü il tarixdən 01.04.1997-ci ilədək “Aztəmirenerjimexanikləşdirmə” Əli-Bayramlı sahəsində istilik elektrik stansiyalarının boru və qazanxana sexlərinin istilik mexaniki avadanlığının təmiri üzrə çilingər, 01.04.1997-ci ildən 15.05.2002-ci ilədək "xxxx" Dövlət Şirkətinin İstehsalat-təmir müəssisəsinin Qazan və Turbin Avadanlıqlarının Təmiri üzrə Əli-Bayramlı Təmir Mexanikləşdirmə sahəsində çilingər, 16.05.2002-ci ildən 09.02.2009-cu ilədək "xxxx"ASC-nin "xxxx" MMC-nin Kran Yolları və kompressorlar təsərrüfatı sexinin Əli-Bayramlı sahəsinə Qazan və Qazanxana avadanlıqlarının təmiri üzrə çilingər vəzifələrində işləmişdir (14 il 05 ay). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11.12.2017ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçı tərəfindən ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi həmin peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda nəzərdə tutulmuşdur (Mincevan 2 saylı prorab məntəqəsinə 3-cü dərəcəli qazmaçı köməkçisi - İ Bölmə Dağ-mədən işləri, bənd 1 - Açıqda dağ-mədən işləri və yer səthində işlər («a» fəhlələr), kod 2010100a-17495 yer səthi işlərində qazmaçılar; Azərbaycan Dəmir Yolu X8 qroxotçu (şadaraçı) vəzifəsi - İ Bölmə Dağ-mədən işləri, bənd 3 - özül materialının hasilatı, yenidən emalı və nəql edilməsi («a» fəhlələr), kod 2010300a- 11765 şadaraçılar; Azərbaycan Dəmir yolunun Saatlı yol distansiyasında yol mantyoru - XXVİİİ Bölmə Nəqliyyat, bənd 1 - Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər, kod 23001000-19825 magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları; “Aztəmirenerjimexanikləşdirmə” Əli-Bayramlı sahəsində istilik elektrik stansiyalarının boru və qazanxana sexlərinin istilik mexaniki avadanlığının təmiri üzrə çilingər, "xxxx" Dövlət Şirkətinin İstehsalat-təmir müəssisəsinin Qazan və Turbin Avadanlıqlarının Təmiri üzrə Əli- Bayramlı Təmir Mexanikləşdirmə sahəsində çilingər, "xxxx"ASC-nin "xxxx" MMC-nin Kran Yolları və kompressorlar təsərrüfatı sexinin Əli-Bayramlı sahəsinə Qazan və Qazanxana avadanlıqlarının təmiri üzrə çilingər - Xİİİ Bölmə Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı («a» fəhlələr), kod 2140000a-18455 qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərlər). Göründüyü kimi, iddiaçının işlədiyi həmin sahə və vəzifələr qeyd olunan Siyahıya uyğundur və 01.01.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 12 il 6 aydan çoxdur (cəmi 14 il 05 ay). İddiaçının təqdim etdiyi iş yerindən arayışlarda da iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Beləliklə, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 6 aydan artıq müddətini güzəştli şərtlərlə pensiya hüququ verən sahə və vəzifələrdə işlədiyinə görə onun 57 yaşından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı 20.07.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-4099/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4099/2021
29.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver