Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-41/2022 31.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 və cavabdehin nümayəndəsi X13 iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı kirayə müqaviləsinin bağlanılması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 12 saylı yataqxana binasının 41 saylı mənzilinə dair onunla kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq ünvan 1ət 41 saylı mənzilə görə onunla mənzil-kirayə müqaviləsi bağlanılmasına dair sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 04 oktyabr 1971-ci il tarixdən 14 oktyabr 1991-ci il tarixədək "xxxx" İstehsalat Birliyində (keçmiş Bakı Radiozavod) işləmişdir. Bakı "xxxx" X2 İttifaqı Komitəsinin və X6 Şurasının və MMK-nin birgə iclasının 09 noyabr 2004-cü il tarixli, 41 saylı iclasının qərarı ilə Birlik tərəfindən "xxxx" İstehsalat Birliyində uzun illər işləyən fəhlə və qulluqçularına birlikdə mənzil növbəsində olanlara növbə əsasında mənzil verə bilməməsini nəzərə alaraq birliyə məxsus oian S.Ə.ünvan 2A, Məshəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalarda hal-hazırda yaşayan fəhlə və qulluqçularına yaşadıqları otaqlara yeni mənzil nömrələrinin verilməsi, habelə birliyin yataqxanalarında yaşayan fəhlə və qıılluqçulara yaşadıqları mənzilə order verilmiş və orderdə göstərilmiş mənzil nömrəsinə əsasən passport qeydiyyatına salmması, birlikdə yataqxana növbəsində olan fəhlə və qulluqçulara məcburi qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillər təklif olunması və razılığa əsasən sənədləşdirilməsi, birlikdə işləyib uzun illərdi mənzil və yataqxana növbəsində olan və yataqxanada yaşayan ailə üzvlərinə görə mənzil sahəsi az olan fəhlə və qulluqçulara da qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillərin verilməsi, birliyə məxsus S.Ə.ünvan 2A, Məshəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalarda hal-hazırda yaşayan qaçqın və məcburi köçkün ailələri torpaqlar alınarkən və ya ölkə prezidentinin sərəncamı ilə məcburi köçkün ailələrinə mənzil verilən vaxtadək yataqxanalarda boşalacaq mənzillər qeyri-şərtsiz həmin mənzillərə order verilmiş fəhlə və qulluqçulara verilməsi qərara alınmışdır. Daha sonra Bakı "xxxx" X2 İttifaqı Komitəsinin və X6 Şurasının və MMK-nin birgə iclasının 06 dekabr 2006-cı il tarixli, 54 saylı iclasının qərarı ilə Birliyə məxsus olan Cavanşir küçəsi 4-də yerləşən yataqxanada 3-cü mərtəbədə 18 kv.m-lik 1 otaqlı 41 №-li mənzilin İddiaçı verilməsi qərara alınmışdır. Eyni zamanda qeyd olunan qərarda S.Ə.ünvan 2A, Məshəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalar hər hansı qurumun və təşkilatın balansına verilməsindən asılı olmasına baxmayaraq birliyin orderi əsasında fəhlə və qulluqçulara verilmiş mənzillərin həmin orderdə göstərilmiş vətəndaşa məxsus olması qərara alınmışdır. Göstərilən qərar əsasında həmin mənzilə dair onun adına order verilmişdir. ünvan 3 ünvanında yerləşən yataqxanada mənzilləri zəbt olunmuş sakinlərin siyahısında onun adı 15-ci sırada qeyd olunmuşdur. Daha sonra xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Sənaye Nazirliyi Sosial Xidmətlər İdarəsi və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamenti təsdiq edilmiş Təhvil-Qəbul Aktı ilə S.Ə.ünvan 2A, Məshəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalar Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 Saylı Xüsusi Təyinatlı Mənzil Təsərrüfat Birliyinin balansına verilmişdir. Uzun illər qeyd olunan mənzil onun və ailə üzvlərinin istifadəsində olmasa da, həmin mənzil üzrə bütün komunnal xidmət haqları vaxtlı-vaxtında ödənilmişdir. Bütün bunlardan sonra 2018-ci il tarixdə ölkə prezidentinin təşəbüsü ilə qeyd olunan yataqxanada yaşayan məcburi köçkünlərə yeni mənzillər verilmiş və həmin insanlar qeyd olunan mənzillərə köçürülmüşlər. Bundan sonra o, qeyd olunan mənzilə dair ona verilmiş order üzrə kirayə müqaviləsinin bağlanması üçün cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə müraciət etsə də bu günə qədər müraciətinə cavab verilməmişdir. Cavabdeh iddia tələbinə etirazlar təqdim edərək etirazlarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 131s nömrəli sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 294 saylı sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən ünvan 5 ünvanda yerləşən subay işçilərin işlədikləri müddətdə yaşamaları üçün inşa edilmiş (394 yerlik çarpayl tipli) yataqxana binası da balansa qəbul edilmişdir. Göstərilən bina balansa qəbul edilərkən məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə ayrı-ayn şəxslərin adına orderlərin verilməsinə dair heç bir sənəd təhvil verilməmişdir. Qeyd edilən yataqxana binası 1968-ci ildə inşa edilmiş, daş karkas konstruksiyadan, beş mərtəbədən, iki girişdən ibarətdir. Yataqxana binası balansa qəbul edilənədək əvvəllər məxsus olduğu Müdafiə Sənayesi Nazirliyinin müvafiq qurumlarında çalışan işçilər və məcburi köçkün ailələri orada məskunlaşmışdır. Azərbaycan Respublikası Prezidentinin "Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 21 fevral 2011-ci il tarixli, 1346 nömrəli sərəncamı ilə təsdiq edilmiş müvafiq X11 nəzərdə tutulmuş tədbirlər çərçivəsində qeyd edilən yataqxanada müvəqqəti məskunlaşmış 63 məcburi köçkün ailəsindən 57 ailə aidiyyəti dövlət qurumları tərəfindən yeni mənzillərə köçürülmüş, 6 ailə isə müxtəlif səbəblərdən köçmədiklərinə görə faktiki olaraq həmin ünvanda yaşayırlar. Bina uzun müddət təmirsiz istismar olunduğundan, aşınmaya məruz qalmış və qüvvədə olan sanitartexniki normaların pozulması ilə yanaşı binanın əlavə konstruktiv yüklənməsinə və istismar müddətinin azalmasına səbəb olmuşdur. Belə ki, binanın divarlarındakı hörgü daşlarında çoxlu sayda çatların yaranması, üzlük daşlarının tökülməsi, bütün mərtəbələrində mətbəx və sanitar qovşaqlarının bir çoxunda boşluqlu tavaların armaturlarının ciddi korroziyaya uğrayaraq beton mühafizə qatının dağılması, panellərdə əyintilərin əmələ gəlməsi, eləcə də bütün eyvan tavalarının yükgötürmə qabiliyətlərini itirməsi və bu kimi digər halların mövcud olması müşahidə olunmuşdur. Binanın təcili olaraq yuklüyünün azaldılmasına ciddi ehtiyac vardır. Bundan əlavə, binada dövlət vəsaiti hesabına bərpa və gücləndirmə işlərinin aparılması iqtisadi cəhətdən səmərəsizdir. Bu səbəbdən də, orada yaşayan sakinlər müxtəlif dövlət orqanlarına kollektiv müraciətlər edərək, mənzil şəraitlərinin yaxşılaşdırılması üçün yeni mənzillərlə təmin olunmalarını xahiş etmişlər. Göründüyü kimi qeyd edilən yataqxanada məskunlaşmış 63 məcburi köçkün ailəsi 1992-1993-cü illərdə aidiyyəti dövlət orqanları tərəfindən məlum məsələlərə görə müvafiq şəhər və rayon icra hakimiyyəti orqanlarının təşkil etdiyi komissiyaların qərarı və nəzarəti ilə həmin ünvanda yerləşən xüsusi təyinatlı mənzil fonduna aid yaşayış sahələrində məskunlaşdırılmışlar və yataqxanada otaqlar yaşamaq üçün onların istifadəsinə verilmişdir. Müəyyən edilmişdir ki, ünvan 12 saylı yataqxana binasının 41 saylı otağında 1993-cü ildən Ağdam rayonundan məcburi köçkün kimi X14, 2 oğlu Natiq və Namiq İbrahimovlar məskunlaşmış, həmin məcburi köçkün ailəsi Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşdür. İddiaçı qeyd edilən binanın 41 saylı otaqdan məcburi köçkün ailəsi köçürüldükdən sonra həmin otağı zəbt etmiş, eləcə də bir gün də olsun həmin mənzildə yaşamamışdır. Belə ki, iddiaçı ailə üzvləri ilə birlikdə ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evində yaşamasına baxmayaraq, əlavə olaraq gələcəkdə ələ keçirmək məqsədilə ünvan 12 saylı yataqxana binasının (3 yerlik) 41 saylı otağını zəbt edərək qapısını bağlamış və nəticədə xüsusi təyinatlı mənzil fonduna aid yaşayış sahəsi üzrə balanssaxlayan təşkilat tərəfindən idarəçilik hüquqlarının həyata keçirilməsinə maneə yaratmışdır. Hal-hazırda iddiaçı faktiki olaraq ünvan 6 ünvanda yerləşən bağ evində qeydiyyatda olmaqla yaşayır. İddiaçının ünvan 12 saylı yataqxana binasının 41 saylı otağına köçməsi üçün müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsi ilə birgə qərarının olması və həmin qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən ona order verilməsinin məcburi şərt kimi nəzərdə tutulmasına baxmayaraq iddiaçının yuxarıda göstərilən hüquqmüəyyənedici sənədləri olmamışdır və bir gün də olsun həmin mənzildə yaşamamışdır. Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatı strukturunda mənzil-kommunal xidməti sahələri bazasında vahid idarəetmə orqanı kimi yaradılmış və ona şəhər təsərrüfatının ən mühüm sahələrini əhatə edən dövlət və ictimai mənzil fondunun istismarını, idarə olunmasını və qorunmasını təşkil etmək, bu sahədə fəaliyyət göstərən idarələrin fəaliyyətini əlaqələndirmək və digər funksiyaları həyata keçirmək vəzifələri həvalə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 saylı Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»yə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısının verdiyi səlahiyyətlər həddində Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamenti idarəetmə orqanı funksiyalarını həyata keçirir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2 və 68-69-cu maddələrini rəhbər tutaraq məhkəmədən, İddiaçı iddia ərizəsinin təmin olunmaması barədə qərar çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X22 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının xx.xx.2014-cü il tarixli, AZE 11432841 №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1948-ci ildə Bakı şəhərində anadan olmuşdur, yaşayış yeri Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 104 №-li bağ evi ünvanıdır. - xx.xx.1971-ci il tarixli iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, Alxazova (Mirabutalıbova) Xeyransa Pirəli qızı xx.xx.1971-ci ildən xx.xx.1994-cü ilə kimi Bakı “Radiozavod”da, xx.xx.1994-cü ildən xx.xx.1998-ci ilə kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər dənizi təbii ehtiyatlarının mühafizəsi və istifadəsinin tənzimlənməsi üzrə dövlət müfəttişliyində, xx.xx.1998-ci ildən xx.xx.2011-ci ilə kimi Bakı "xxxx" İB-də müxtəlif vəzifələrdə işləmişdir. - Bakı "xxxx" İB-nin HİK-nin müdiriyyətinin əmək kollektivi şurasının və MMK-nın birgə növbəti iclasının xx.xx.1999-cu il tarixli, 54 saylı protokolundan çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, birliyə məxsus Cavanşir küçəsi 4-də yerləşən yataqxanada 3-ci mərtəbədə 1 otaqlı 18 kv.m sahəsi olan 41 №-li otağın İddiaçı adına HİK-nin qərarı ilə order əsasında sənədləşdirilməsi, birliyə məxsus Cavanşir küçəsi 4-də yerləşən yataqxanada 3-cü mərtəbədə 1 otaqlı 18 kv.m sahəsi olan 41 №-li otaqda yaşayan Ağdam rayonundan olan qaçqın X5 ailəsi torpaqlar alınarkən və ya ölkə Prezidentinin sərəncamına əsasən bu ailəyə ev verilərsə həmin mənzilin qeyri-şərtsiz İddiaçı ailəsinə verilməsi qərara alınmışdır. - Bakı "xxxx" İB tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli, 036 nömrəli orderin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1 nəfərdən ibarət ailə üzvləri Xətai rayonu, Cavanşir küçəsində yerləşən 4 saylı binada 1-ci giriş 3-cü mərtəbəsindəki yaşayış sahəsi 18 kv.m olan 1 otaqlı 41 nömrəli mənzili tutmaq hüququna malikdir. Order Bakı "xxxx" İB-nin müdiriyyəti və HİK-nın 54 saylı protokolu ilə rəsmiləşdirilmiş, 28 iyul 1999-cu il tarixli birgə qərarına əsas verilmişdir. İş yeri "xxxx" İB-i, növbə əsasında verilib. - ünvan 8 ünvanda yerləşən yataqxanada mənzilləri zəbt olunmuş sakinlərin xx.xx.2006-cı ilin siyahısının surətindən görünür ki, İddiaçı 036 saylı order əsasında 18 kv.m sahəsi olan 1 otaqlı 41 №-li mənzil verilmişdir. - Bakı "xxxx" X7 İttifaqı Komitəsinin və X6 Şurasının və MMK-nin birgə növbəti iclasının xx.xx.2004-cü il tarixli, 41 saylı protokolundan çıxarışın surətindən görünür ki, iclasın qərarı ilə Birliyin "xxxx" İstehsalat Birliyində uzun illər işləyən fəhlə və qulluqçularına birlikdə mənzil növbəsində olanlara növbə əsasında mənzil verə bilməməsini nəzərə alıb Birliyə məxsus olan S.Ə.ünvan 2A, Məshəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalarda hal-hazırda yaşayan fəhlə və qulluqçuların yaşadıqları otaqlara yeni mənzil nömrələrinin verilməsi, birliyin yataqxanalarda yaşayan fəhlə və qulluqçulara yaşadıqları mənzilə dair Orderin verilməsi və Orderdə göstərilmiş mənzil nömrəsinə əsasən pasport qeydiyyatına salınması, birlikdə yataqxana növbəsində olan fəhlə və qulluqçulara, məcburi qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillərin təklif olunması və razılığa əsasən sənədləşdirilməsi (HİK-nın qərarı və Order), birlikdə işləyib uzun illərdi mənzil və yataqxana növbəsində olan və yataqxanada yaşayan ailə üzvlərinə görə mənzil sahəsi az olan fəhlə və qulluqçulara da qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillərin verilməsi, birliyə məxsus S.Ə.ünvan 2A, Məshəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalarda halhazırda yaşayan qaçqın və məcburi köçkün ailələrinə torpaqları alınarkən və ya ölkə prezidentinin sərəncamı ilə məcburi köçkün ailələrinə mənzil verilən vaxt zəbt etdikləri mənzillərdən köçürüldükdən sonra, yataqxanalarda boşalacaq mənzillər qeyri-şərtsiz həmin mənzillərə order verilmiş fəhlə və qulluqçulara verilməsi qərara alınmışdır. - Bakı "xxxx" İB-nin HİK-nin X6 Şurasının və MMK-nin birgə növbəti iclasının xx.xx.2006-cı il tarixli, 68 saylı protokolundan çıxarışın surətindən görünür ki, Birliyin xx.xx.2004-cü il tarixli, 41 saylı çıxarışını əsas tutaraq Birliyə məxsus R.Quliyev küçəsi 6, Məhsəti küçəsi 3A, Cavanşir küçəsi 4 və S.Ə.ünvan 2A-da yerləşən yataqxanalar hər hansı qurumun və təşkilatın balansına verilirsə verilsin Birliyin orderi əsasında fəhlə və qulluqçularına verdiyi mənzillər orderdə göstərilmiş vətəndaşa məxsus olması, Birliyə məxsus R.Quliyev küçəsi 6, Məhsəti küçəsi 3A, Cavanşir küçəsi 4 və S.Ə.ünvan 2 A ünvanlarında yerləşən yataqxanalarda hal-hazırda yaşayan qaçqın və məcburi köçkün ailələri torpaqlar alınarkən və ya Ölkə Prezidentinin sərəncamı ilə məcburi köçkün ailələrinə mənzil verilən vaxt yataqxanalarda boşalacaq mənzillər qeyri-şərtsiz həmin mənzillərə order verilmiş fəhlə və qulluqçulara verilməsi qərara alınmışdır. - xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Sənaye Nazirliyi Sosial Xidmətlər İdarəsi və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamenti təsdiq edilmiş təhvilqəbul aktının surətindən görünür ki, S.Ə.ünvan 2A, Məshəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalar Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 Saylı Xüsusi Təyinatlı Mənzil Təsərrüfat Birliyinin balansına verilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti MKTD-nin 1 saylı Xüsusi Təyinatlı MKTB tərəfindən Bakı şəhər MKTD-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 68/14-ç nömrəli məktubun lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 12 saylı binanın (keçmiş yataqxana) 41 saylı mənzilində 1993-cü ildən Ağdam rayon məcburi köçkünü X15 (özü, oğlu X18 və oğlu X19) ailə üzvü ilə birlikdə məskunlaşmışdır. Məcburi köçkün ailəsi Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşdür. Sözügedən mənzil X8 tərəfindən zəbt edilmişdir. Hal-hazırda da faktiki olaraq yuxarıda qeyd edilən ünvanda yaşamır. - Azərbaycan Respublikası Müdafiəsi Nazirliyi “Üfüq” İstehsalat Birliyi "xxxx" zavodu MMC tərəfindən Bakı şəhər İcra Hakimiyyəti MKTD-nə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 02/47 nömrəli məktubun lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, "xxxx" zavodu tərəfindən ünvan 12 ünvanında yerləşən yataqxana xx.xx.2007-ci il tarixindən Müdafiə Sənayesi Nazirliyinin sosial xidmətlər idarəsinin balansına verildiyindən həmin dövrdən məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisənin əmək münasibətlərində olan işçilərindən heç birinə order verilməmişdir. Əvvəlki dövrlərdə ünvan 12 ünvanında yerləşən yataqxanada məskunlaşmaq üçün verilmiş orderlər işçilərin özlərinə verildiyindən və həmin dövrlərə aid protokollar tam olmadığından onlarla bağlı əlavə məlumat verilə bilmir. - Azərbaycan Respublikası Müdafiəsi Nazirliyi “Üfüq” İstehsalat Birliyi "xxxx" zavodu MMC tərəfindən Bakı şəhər İcra Hakimiyyəti MKTD-nə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 17/11 nömrəli məktubun və həmin məktuba əlavə edilmiş arayışın surətindən görünür ki, İddiaçı xx.xx.1971-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək və xx.xx.1998-ci il tarixindən xx.xx.2011-ci il tarixinədək "xxxx" zavodunda işləmişdir. İddiaçı mənzil verilməsi haqqında növbəlik siyahısında 214-cü adam olaraq növbəyə alınmışdır. Mənzil verilməsi haqqında növbəlik siyahısının Xətai rayonunun İcra Hakimiyyətində təsdiq edilib-edilməməsi barədə məlumatları yoxdur. - Məhkəmə qərarlarının surətlərindən görünür ki, Bakı şəhəri, Xətai rayon məhkəməsinin xx.xx.2019-ci il tarixli, 2(011)-5783/2019 nömrəli qətnaməsinə əsasən iddiaçı Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin cavabdeh İddiaçı qarşı orderin etibarsız hesab edilməsi və yaşayış sahəsinə hüququn itirilməsi tələbinə dair iddiası təmin edilərək, ünvan 13 ünvanında yerləşən yataqxanada, 1-ci giriş, 3-cü mərtəbə, 1 otaqlı, 18 kv.metrlik, 41 nömrəli mənzilinə dair İddiaçı verilmiş 02 avqust 1999-cu il tarixli, 036 saylı orderin etibarsız hesab edilməsi və İddiaçı həmin yaşayış sahəsinə hüququnun itirilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-14558/2019 nömrəli qətnaməsinə əsasən cavabdeh İddiaçı apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5783/2019 saylı mülki iş üzrə 29 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin cavabdeh İddiaçı qarşı ünvan 12 saylı yataqxana binasının 41 saylı mənzilinə dair cavabdehə verilmiş xx.xx.1999-cı il tarixli, 036 saylı orderin etibarsız hesab edilməsi və onun yaşayış sahəsinə hüququnun itirilməsi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-3042/2020 nömrəli qərarına əsasən Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-14558/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********02 nömrəli məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.1948-ci il təvəllüdlü İddiaçı ümumi birgə mülkiyyət hüququ ilə adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 104 ünvanında yerləşən bağ evi xx.xx.2011-ci il tarixdən qeydiyyata alınmışdır. - ünvan 14 ünvanında qeydiyyatda olan X4, ünvan 15 ünvanında qeydiyyatda olan X9 və ünvan 16 ünvanında qeydiyyatda olan X10 notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizələrindən görünür ki, onlar İddiaçı ünvan 17 ünvanında 2018-ci ildən yaşadığını təsdiq edirlər. - Azərbaycan Respublikasının DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdən ünvan 18 ünvanında, xx.xx.2014-cü il tarixdən hazıradək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 104 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. - Məhkəmə tərəfindən tərəflərin iştirakı ilə keçirilmiş yerində müayinə zamanı ünvan 17 ünvanının qapısının bağlı olduğu, işıq xəttinin kəsildiyi, iddiaçının həmin mənzildə yaşamadığı müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı "xxxx" İB-nin HİK-nin müdiriyyətinin əmək kollektivi şurasının və MMK-nın birgə növbəti iclasının xx.xx.1999-cu il tarixli, 54 saylı protokolundan çıxarışa əsasən birliyə məxsus Cavanşir küçəsi 4-də yerləşən yataqxanada 3-cü mərtəbədə 1 otaqlı 18 kv.m sahəsi olan 41 nömrəli otağın İddiaçı adına HİK-nin qərarı ilə order əsasında sənədləşdirilməsi və mənzilə pasport qeydiyyatın salınması qərara alınmışdır. İddiaçıya həmin mənzilə dair Bakı "xxxx" İB müdiriyyəti və Həmkarlar İttifaqı Komitəsinin 54 saylı protokolu ilə rəsmiləşdirilmiş xx.xx.1999-cu il tarixli birgə qərarına əsasən xx.xx.1999-cu il tarixli, 036 nömrəli order verilmişdir. Bakı “Radioquraşdirma” İB-nin HİK-nin müdiriyyətinin əmək kollektivi şurasının və MMK-nın birgə növbəti iclasının xx.xx.2004-cü il tarixli 41 saylı protokolundan çıxarışa görə Birlik Bakı "xxxx" İstehsalat Birliyində uzun illər işləyən fəhlə və qulluqçularına, mənzil növbəsində olanlara növbə əsasında mənzil verə bilməməsini nəzərə alıb, birliyə məxsus yataqxanalarda yaşayan fəhlə və qulluqçulara yaşadıqları mənzilə order verilməsi, yataqxanalarda yaşayan qaçqın və məcburi köçkün ailələrinə torpaqları alınarkən və ya məcburi köçkün ailələrinə mənzil verilən vaxt zəbt etdikləri mənzillərdən köçürüldükdən sonra, yataqxanalarda boşalacaq mənzillərin qeyri-şərtsiz həmin mənzillərə order verilmiş fəhlə və qulluqçulara verilməsi qərara alınmışdır. İddiaçı orderə əsaslanmaqla onunla mənzilə dair kirayə müqaviləsinin bağlanması tələbi barədə ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh isə ərizəni təmin etməkdən imtina etmişdir. Azərbaycan SSR-nin 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsinin: - 4-cü maddəsinə əsasən mənzil fonduna aşağıdakılar daxildir: dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu); kolxozlara və başqa kooperativ təşkilatlarına, onların birliklərinə, həmkarlar ittifaqı təşkilatlarına və digər ictimai təşkilatlara məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (ictimai mənzil fondu); mənzil-tikinti kooperativlərinə məxsus yaşayış evləri (mənzil-tikinti kooperativləri fondu); vətəndaşların xüsusi mülkiyyətində olan yaşayış evləri və mənzilləri (fərdi mənzil fondu). Dövlət-kolxoz və başqa dövlət-kooperativ birliklərinə, müəssisələrinə və təşkilatlarına məxsus yaşayış evləri də mənzil fonduna daxil edilir. İctimai mənzil fondu üçün müəyyən olunmuş qaydalar SSR İttifaqının və müttəfiq Respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun surətdə bu evlərə tətbiq edilir. - 31-ci maddəsinə əsasən mənzil fondu olan və mənzil tikən yaxud mənzil tikintisində pay vəsaiti ilə iştirak edən müəssisələrdə, idarələrdə, təşkilatlarda işləyən və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar həm iş yerində, həm də öz arzularına görə yaşayış yerində uçota götürülürlər. Pensiyaya çıxması ilə əlaqədar həmin müəssisələrdən, idarələrdən, təşkilatlardan getmiş vətəndaşlar da onlarla bərabər surətdə uçota götürülürlər. - 33-cü maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. - 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. - 51.1-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzil istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. - 52-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. - 84-cü maddəsinə əsasən icarədarın ailə üzvlərinin payına düşən mənzil sahəsi təcrid oluna bilərsə, o, həmin yaşayış sahəsindəki ailənin qalan üzvlərinin razılığı ilə onunla yaşayış sahəsini ayrıca icarə müqaviləsinin bağlanmasını tələb etmək ixtiyarına malikdir. Ayrıca icarə müqaviləsi bağlamaq tələbi ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. - 106-cı maddəsinin tələblərinə görə fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. - 107-ci maddəsinə əsasən yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada yaşayış sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. - 108-ci maddəsinə əsasən işi dayandırmış mövsümi, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, habelə məktəblərdə oxumuş və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar. Azərbaycan SSR Nazirlər Sovetinin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin) 14 oktyabr 1983-cü il tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçota alınmasının və Azərbaycan SSR ərazisindəki yaşayış evlərinin bölüşdürülməsinin Nümunəvi qaydaları”nın 14-cü bəndinə görə, iş yerində uçota götürülmək haqqında vətəndaşların ərizələrinə və mənzil-məişət komissiyalarının apardığı yoxlamanın materiallarına müəssisə, idarə, təşkilat müdiriyyəti və həmkarlar ittifaqı komitəsi tərəfindən ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır və birgə qərar çıxarırlar. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna müdiriyyətin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə götürülmüş vətəndaşların siyahıları (2 nömrəli əlavə) və onların uçot işləri qərarın qəbul edildiyi vaxtdan 10 gündən çox olmayaraq, müdiriyyət və həmkarlar ittifaqı komitəsi tərəfindən yerli xalq deputatları Soveti İcraiyyə Komitəsinin təsdiqinə verilir. Eyni zamanda, “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın (XX çağırış Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasının 1988-ci il 8 aprel tarixli qərarı ilə təsdiq edilmiş, sonrakı əlavə və dəyişikliklərlə) 21-ci bəndinə müvafiq olaraq vətəndaşların iş yerində mənzil növbəsinə uçota götürülməsi qaydaları təsbit edilmişdir. Həmin qərarın 28-ci bəndinə görə yaşamaq üçün vətəndaşlara verilən yaşayış sahəsi həmin yaşayış məntəqəsinin şəraitinə müvafiq surətdə abad olmalı, müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməlidir. Avariyalı və çox köhnəlmiş evlərdə, zirzəmilərdə, baraklarda və yaşayış üçün uyğunlaşdırılmamış digər tikililərdə, habelə sökülməli, əsaslı təmir edilməli, yaxud qeyri-yaşayış evləri sırasına keçirilməli olan evlərdə boşalmış yaşayış sahəsinə vətəndaşların köçürülməsinə yol verilmir. “Nümunəvi qaydaları”n 32-ci bəndinin tələbinə görə “İdarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə verilir. xx.xx.2009-cu ildən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: - 51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. - 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. - 51.5-ci maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. - 51.6-cı maddəsinə əsasən uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. - 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. - 53.1-ci maddəsinin tələblərinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: - 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; - 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; - 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. - 53.2-ci maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. - 53.3-cü maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. - 56.4-cü maddəsinə əsasən bu Məcəllənin tələblərinə uyğun olaraq sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar bu qərarda göstərilən müddətdə müvafiq sosial kirayə müqaviləsinin bağlanması üçün əsasdır. - 62.1-cı maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. Məhkəmə ilk növbədə qeyd edir ki, Bakı "xxxx" İB-nin HİK-nin müdiriyyətinin əmək kollektivi şurasının və MMK-nın birgə növbəti iclasının xx.xx.1999-cu il tarixli, 54 saylı protokolundan çıxarışa əsasən Cavanşir küçəsi 4-də yerləşən yataqxanada 1 otaqlı 18 kv.m sahəsi olan 41 nömrəli otağın iddiaçıya verilməsi barədə xx.xx.1999-cu il tarixli, 036 nömrəli orderin etibarsız hesab edilməsi barədə cavabdehin dəlillərini təkzib edən qüvvədə olan məhkəmə aktları olsa belə, hazırki mübahisədə həmin orderin məhz hazırda yaşayış fonduna aid olan mənzilə dair cavabdehlə kirayə müqaviləsinin baglanmasına dair sərəncamın verilməsi üçün hüquqi münasibətlərin yaranmasına əsas olub-olmamasına məhkəmə tərəfindən qiymət verilir. Belə ki, iddiaçının təqdim etdiyi order etibarlı sənəd sayılsa belə, həmin order xidməti yataqxanada müvvəqqəti olaraq yaşayış sahəsini tutmaq məqsədilə verilmiş sənəd hesab edilməlidir. Çünki həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə görə yataqxanada mənzil sahəsi vətəndaşlara iş və ya təhsil dövründə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilirdi, mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada yaşayış sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilirdi və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər iş ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalı idilər. Bu hal baş verməsə də mənzil sahəsi istəyi olan vətəndaş Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçota alınmasının və Azərbaycan SSR ərazisindəki yaşayış evlərinin bölüşdürülməsinin Nümunəvi qaydaları”nın 14-cü bəndinə görə, iş yerində uçota götürülmək haqqında ərizə verməli, daha sonra isə mənzil-məişət komissiyasının apardığı yoxlamanın materiallarına müəssisə, idarə, təşkilat müdiriyyəti və həmkarlar ittifaqı komitəsi tərəfindən baxılmalı və birgə qərar çıxarılmalı idi. Növbəti addım olaraq isə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna müdiriyyətin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə götürülənlərin siyahısına daxil edilərək uçot işi müdiriyyət və həmkarlar ittifaqı komitəsi tərəfindən yerli xalq deputatları Soveti İcraiyyə Komitəsinin təsdiqinə verilməli idi. Həmçinin də “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 21-ci bəndinə müvafiq olaraq vətəndaşların iş yerində mənzil növbəsinə uçota götürülməsi qaydalarının 32-ci bəndinin tələbinə görə, idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə verildi. Hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin də tələbinə görə sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Göründüyü kimi həm işdə olan orderin verildiyi dövrdə qüvvədə olan, həm də mövcud mənzil qanunvericiliyinə uyğun olaraq sosial kirayə müqavilələrinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış aztəminatlı vətəndaşlara verilməsi müəyyən edilmişdir. Lakin iş materiallarında, həmçinin məhkəmə araşdırılması zamanı da iddiaçının qanunvericiliklə müəyyən edilmiş qaydada mənzil uçotuna alınması faktı öz təsdiqini tapmır. Əksinə iddiaçının mülkiyyətində hal-hazırda daşınmaz əmlakın olması, yaşayış yerinin başqa ünvan olması, iddiaçının mübahisəli mənzildə yaşamaması məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir. İddiaçı özü də məhkəmə iclasında verdiyi izahatında orderin ona hansı tarixdə verilməsini dəqiq xatırlamadığını, həmin mənzilin işlədiyinə görə ona verildiyini, 2018-ci ilin iyun ayına kimi ona verilmiş otaqda məcburi köçkün ailəsinin yaşadığını, onlar köçdükdən sonra otağın ona verildiyini, lakin kommunal şəraiti yaxşı olmadığından, həmçinin səhhəti ilə bağlı oğlunun yanında yaşadığını, arada həmin mənzilə gəlib-getdiyini bildirmişdir. Belə olan halda iddiaçı ilə cavabdeh arasında kirayə müqaviləsinin bağlanması ilə əlaqədar hüquq münasibətləri yarana bilməzdi. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, ünvan 19 ünvanında yerləşən 41 nömrəli mənzilin iddiaçının sahibliyi və istifadəsinə verilməsinə dair hər hansı qanunvericiliyin tələblərinə uyğun hüquqmüəyyənedici sənəd aşkar edilmədiyindən cavabdehin sözügedən mənzilə dair iddiaçı ilə kirayə müqaviləsinin bağlanmasından imtinası qanuna zidd olmamışdır. Ona görə də iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-41/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-41/2022
31.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver