Məhkəmə qərarları › İş №2-1(112)-410/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-410/2020

09.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-410/2020 09.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X9 X1rşı “pensiyanın yenidən hesablanması və sair” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X9 X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikası Prezidentinin Aparatında işlədiyi 13 ay vəzifə maaşının 1110 manat götürülərək, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində işlədiyini nəzərə alıb bir aylıq vəzifə maaşı həcmində müalicə müavinətinin nəzərə alınaraq əmək pensiyanın yenidən hesablanması, alınan məbləğ əsasında 2018-ci il mart ayında dövlət qulluqçularının vəzifə maaşlarının 10 faiz və 2019-cu il sentyabrın 1-dən dövlət qulluqçularının vəzifə maaşının 50 faiz artırılmasını nəzərə alıb pensiya artımının yenidən hesablanması, yaranmış pensiya məbləği fərqinin altı ay müddətində ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, 2017-ci ilin may ayından 3-cü qrup gözdən əlil olaraq dövlət qulluqçusu kimi əmək pensiyası alır. 7 ilə yaxın müddət ərzində dövlət qulluqçusu kimi fəaliyyət göstərmişdir. Lakin onun əmək pensiyası düzgün hesablanmamışdır. O, DSMF-nin X7 İdarəsinə müraciət edərək Azərbaycan Respublikası Administrasiyasında işlədiyi 13 ay müddətində aylıq vəzifə maaşının 1110 manat olduğunu nəzərə alıb bu məbləğ əsasında ona pensiya hesablanmasını, həmçinin əmək pensiyası təyin edilərkən, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxx 2003-cü il tarixli sərəncamının nəzərə alınmasını xahiş etmişdir. Həmin sərəncam Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında və Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsində işləyən dövlət qulluqçularına ödənilən müavinət barədədir və sərəncamın 1-ci bəndində deyilir ki, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və onun tabeliyində olan dövlət büdcüsindən maliyyələşdirilən idarələrdə inzibati və yardımçı vəzifə tutan dövlət qulluqçularına hər il məzuniyyətə çıxdıqda və ya il ərzində məzuniyyətə çıxmadıqda bir aylıq vəzifə maaşı həcmində əməyin ödənilməsi fondu dairəsində müalicə müavinəti ödənilir. O, bu sərəncamda göstərilən məbləğin də onun pensiya məbləğinin hesablanmasında nəzərə alınmasını xahiş etsə də X7 İdarəsi bunu nəzərə almamışdır. X7 İdarəsinin xx xxxxxxxx 2019-cu il tarixli cavab məktubunda bildirilir ki, nə vəzifə maaşına əlavələrə dair xx xxxx 2017-ci il tarixli arxiv arayışında, nə də müvafiq məhkəmə qərarında həmin müavinətin əmək pensiyasının hesablanmasında nəzərə alınmasına dair hər hansı əsas yoxdur. Cavabdeh tərəf nəzərə almamışdır ki, arxiv arayışı onun Azərbaycan Respublikası Prezidenti Aparatında işlədiyi 1992-1993-cü illər üçün aldığı maaş barədə verilmişdir. Müavinət barədə sərəncam xx xxxxxxx 2003-cü ildə verilmişdir. Belə olan halda müavinət barədə məlumat 1993-cü il üçün verilən arxiv arayışına necə daxil edilə bilərdi? Çox təəssüf ki, cavabdeh bu halları nəzərə almamış və nəticədə onun pensiya hüququnu məhdudlaşdırmışdır. Bundan əlavə, "Dövlət qulluqçularının əmək haqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 iyul tarixli 2934 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin x xxx 2016-cı il tarixli sərəncamına əsasən “Əlavə 2” ləğv edilərək, “Əlavə 1” yeni redaksiyada verilmişdir. Həmin dəyişikliyə əsasən X4 məsləhətçinin vəzifə maaşı 1110 (min yüz on) manat müəyyən edilmişdir. Amma cavabdeh tərəf 2017-ci ilin may ayında ona əlilliyə görə əmək pensiyası təyin edərkən bu dəyişikliyi nəzərə almamış və qanuni qüvvədən düşmüş sənədi əsas götürməklə ona pensiya təyin etmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X5 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının iddia ərizəsində göstərdiyi birinci iddia tələbi ilə əlaqədar bildirir ki, dövlət qulluqçularının pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təyin edilir və hesablanır. Qeyd edilən Qanunun 20.11-ci maddəsində göstərilmişdir: “Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir”. Göründüyü kimi, qanunverici dövlət qulluqçularının pensiyası hesablanarkən konkret olaraq həmin pensiyanın dövlət qulluqçularının son 24 ayı və ya ardıcıl gələn 60 ayı ərzində aldıqları dövlət məvacibinin orta aylıq məbləğindən hesablanmasını göstərmişdir. İddiaçının əmək kitabçasından da göründüyü kimi, iddiaçı Azərbaycan Respublikası Prezidentinin Aparatında xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək inspektor vəzifəsində işləmişdir. Yəni, iddiaçı qeyd edilən vəzifədə 1 il 28 gün ərzində işləmişdir. İddiaçının əmək kitabçasından göründüyü kimi, iddiaçı Azərbaycan Respublikası Prezidentinin Aparatında işlədiyi inspektor vəzifəsindən çıxdığı xx.xx.1993cü il tarixindən sonra 2 ay 20 gün ərzində hər hansı bir dövlət qulluğunda işləməmiş və ancaq xx.xx.1993-cü ildən X12 Hakimiyyəti başçısı aparatında işə qəbul edilmiş və orada müxtəlif vəzifələrdə xx.xx.1999-cu ilədək işləmişdir (5 il 2 ay 21 gün). Beləliklə, iddiaçının əmək kitabçasından da göründüyü kimi, iddiaçının Azərbaycan Respublikası Prezidentinin Aparatında 1 il 28 gün (12 ay 28 gün) müddətində işlədiyi müddət “Əmək pensiyaları haqqında” Qanunun 20.1.9-cu maddəsində göstərilən son 24 ayı müddətinə ziddir. Belə ki, iddiaçının son iş yeri Prezident Aparatı deyil, X12 Hakimiyyəti başçısı aparatı olmuşdur. Həmçinin iddiaçının Azərbaycan Respublikası Prezidentinin Aparatından işdən çıxdıqdan sonra dövlət qulluqçusu X12 Hakimiyyəti başçısı aparatında işə başlaması arasında olan 2 ay 20 gün ərzində verilmiş fasilədə 20.1.9-cu maddəsində göstərilən ardıcıl gələn 60 ay ərzində müddətə şamil edilə bilməz. Məhz bu səbəbdən haqlı olaraq ona pensiya onun X12 Hakimiyyəti başçısı aparatında işlədiyi peşələrdə adlığı məvacibdən hesablanmışdır. İddiaçının iddia ərizəsində göstərdiyi ikinci iddia tələbi ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın və "Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş "Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydalarının” (əlavə 1) 2-ci bəndinə əsasən “əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır". Həmin Qaydaların 9-cu bəndinə əsasən "Dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri də nəzərə alınır”. Beləliklə, yuxarıda qeyd edilən bəndlərdən də göründüyü kimi, dövlət qulluqçusuna verilən ödənişlərdən ona pensiya hesablanması üçün əsas şərt həmin ödənişlərin dövlət sosial sığortasına cəlb edilmələridi, yəni digər sözlə şəxsin dövlət qulluqçusu vəzifəsində işləyərkən aldığı ödənişlərdən dövlət sosial sığorta ödənişləri etməsidir. Dövlət qulluqçusunun almadığı və sosial sığortaya cəlb edilməyən ödənişlər onun dövlət məvacibinə daxil edilə bilməz. Həmin Fərman ilə təsdiq edilmiş 2 saylı əlavə - Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması qaydalarının 2-ci bəndində göstərilmişdir ki, “Fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləği dəyişdikdə dövlət qulluqçusunun əmək pensiyasının məbləği müddət məhdudiyyəti qoyulmadan, fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğinin sonrakı artımlarına uyğun olaraq bu Qaydaların 3-10-cu bəndlərində nəzərdə tutulduğu kimi yenidən hesablanır”. Lakin qeyd edilən bənddə göstərilən 3-10-cu bəndlərin heç birində dövlət qulluqçusunun işlədiyi müddət zamanı almadığı və ya dövlət sosial sığorta ödənişləri etmədiyi ödənişlərin onun pensiyasının hesablanması zamanı qeyd edilməmişdir. İddiaçın iddia ərizəsində qeyd etdiyi 3-cü iddia tələbi ilə bağlı dövlət qulluqçularının vəzifə maaşlarında olan və iddiaçının qeyd etdiyi artımlar ona münasibətdə də hesablanmış və hal-hazırda da ona ödənilir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-410/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərardad ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X9 X1rşı “pensiyanın yenidən hesablanması və sair” tələbinə dair iddiası “2018-ci il mart ayında dövlət qulluqçularının vəzifə maaşlarının 10 faiz və 2019-cu il sentyabrın 1dən dövlət qulluqçularının vəzifə maaşının 50 faiz artırılmasını nəzərə alıb pensiya artımının yenidən hesablanması” hissəsində mümkün sayılmamışdır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı məxsus AZE serialı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1966cı il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nun X7 İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd olunur: Ərizələrinizə baxaraq bildiririk ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2-1(81)-5343/2017 nömrəli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə uyğun oaraq əmək pensiyanız xx xxx 2017-ci il tarixindən 343,38 manat, x xxxx 2018-ci il sanxindən isə 357,47 manat hesablanaraq ödənilmişdir. Adıçəkilən məhkəmənin xx xxxxx 2019-cu il tarixli 2-1(81)-5343/2017 nömrəli Qərardadına uyğun olaraq əmək pensiyanızın məbləği yenidən hesablanaraq xx xxx 2017-ci il tarixində 354,44 manat, x xxxx 2018-ci il tarixində 369,04 manat müəyyən edilməklə müvafiq kart hesabınıza köçürülür. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının inzibati və yardımçı vəzifələrində çalışan işçilərə hər il məzuniyyətə çıxarkən onların 1 aylıq vəzifə maaşı qədər müalicə müavinətinin ödənilməsi ilə bağlı bildiririk ki, nə vəzifə maaşınıza əlavələrə dair xx xxxx 2017-ci il tarixli 22-708 nömrəli arxiv arayışında, nə də müvafiq məhkəmə qərarında həmin müavinətin əmək pensiyanızın hesablanmasında nəzərə alınmasına dair hər hansı əsas yoxdur. Eyni zamanda bildiririk ki, sizə əmək pensiyası hesablanarkən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin ümumi şöbəsinin ümumi sektorunun inspektoru vəzifəsində işlədiyiniz 1 il 1 ay, X12 Hakimiyyəti başçısı aparatının mənzillərin qeydiyyatı, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsinin məsləhətçisi vəzifəsində işlədiyiniz 3 il 11 ay müddətləri, həmçinin böyük məsləhətçinin vəzifə maaşı 310,00 manat nəzərə alınmışdır. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində işlədiyiniz inspektor vəzifəsinin maaşı Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 dekabr tarixli 135 nömrəli Sərəncamı ilə təsdiq edilmiş 2 nömrəli əlavəyə uyğun olaraq 1050,00 manat müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı məxsus pensiya işində olan sənədlərdən görünür ki, Azərbaycan Respublikası Dövlət X9 Yasamal rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2017-ci il tarixli qərarından görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən 3-cü qrup əlilliyə görə pensiya təyin edilmişdir. Həmin pensiya işində olan əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək Azərbaycan Respublikası Prezidentinin X11 Ümumi şöbəsi ümumi sektorunun inspektoru vəzifəsində, xx.xx.1993-cü ildən xx.xx.1995-ci ilədək X12 Hakimiyyəti başçısı aparatının mənzillərin qeydiyyatı, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsinin məsləhətçisi, xx.xx.1995-ci ildən xx.xx.1999-cu ilədək Şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin qeydiyyatı, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsinin müfəttişi vəzifəsində işləmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçıya xx.xx.2017-ci il tarixdən 3-cü qrup əlilliyə görə pensiya təyin edilmişdir. İddiaçıya əmək pensiyası hesablanarkən Azərbaycan Respublikası Prezidentinin X8 ümumi şöbəsinin ümumi sektorunun inspektoru vəzifəsində işlədiyiniz 1 il 1 ay müddət də nəzərə alınmışdır və həmin vəzifənin maaşı "Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 iyul tarixli 2934 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 dekabr tarixli 135 nömrəli Sərəncamı ilə təsdiq edilmiş 2 nömrəli əlavəyə uyğun olaraq 1050,00 manat müəyyən edilməsi əsas götürülmüşdür. Lakin məhkəmə qeyd edir ki, "Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 iyul tarixli 2934 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin x xxx 2016-cı il tarixli 2038 nömrəli Sərəncamına əsasən 2-ci hissədən “Əlavə 2," sözləri çıxarılmış, Əlavə 1 yeni redaksiyada verilmiş, Əlavə 2 ləğv edilmişdir. Yeni redaksiyada verilmiş Əlavə 1-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində məsləhətçinin vəzifə maaşı 1110 manat müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının Azərbaycan Respublikası Prezidentinin X8 ümumi şöbəsinin ümumi sektorunun inspektoru vəzifəsində işlədiyi müddət üçün vəzifə maaşı 1110 manat nəzərə alınmaqla iddiaçıya təyin edilmiş əmək pensiyası yenidən hesablanmalıdır. Məhkəmə iddia tələbinin “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində işlədiyini nəzərə alıb bir aylıq vəzifə maaşı həcmində müalicə müavinətinin nəzərə alınaraq əmək pensiyanın yenidən hesablanması” hissəsi ilə əlaqədar qeyd edir ki, həmin müalicə müavinəti “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində işləyən dövlət qulluqçularına ödənilən müavinət barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxx 2003-cü il tarixli 1369 nömrəli Sərəncamına əsasən müəyyən edilmişdir, iddiaçıya isə xx.xx.2017-ci il tarixdə pensiya təyin edilmişdir. Göründüyü kimi, müalicə müavinətinin müəyyən edildiyi tarixdən əvvəl iddiaçıya pensiya təyin edilmişdir və iddiaçı işlədiyi dövrdə həmin müavinəti almamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı pensiyasının hesablanması zamanı nəzərə alınmasını tələb etdiyi müalicə müavinətini işlədiyi dövrdə almadığı üçün həmin müavinət iddiaçıya təyin edilmiş pensiyanın yenidən hesablanması zamanı nəzərə alına bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “yaranmış pensiya məbləği fərqinin altı ay müddətində ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi» hissəsi ilə əlaqədar qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddia qismən təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Prezidentinin X8 ümumi şöbəsinin ümumi sektorunun inspektoru vəzifəsində işlədiyi müddət üçün vəzifə maaşı 1110 manat nəzərə alınmaqla İddiaçı təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X9 X7 İdarəsinə (X7 üzrə Mərkəzi Filialı) həvalə edilsin. İddia digər hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar