Məhkəmə qərarları › İş №2-1(112)-4101/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4101/2022

18.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4101/2022 18.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi” barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanına dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin qərardadı ilə X10 3-cü şəxs qismində məhkəmə icraatına zəruri olaraq cəlb edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək İddiaçı Bakı şəhəri, Qaçaq Nəbi küçəsi ev 5 ünvanında yerləşən sahəsi 48,05 kvm olan 4 otaqlı 145 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 2 ünvanına dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli ərizə ilə cavabdehə rəsmi müraciət etmiş, lakin **********22 qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci tarixli bildirişlə daşınmaz əmlak üzərində hüquqlarının qeydiyyata alınmasından imtina edilmişdir. Cavadehin bu imtinası ilə razı deyil. Belə ki, mənzil orderlə atasına verilmiş, atası vəfat etmiş, mənzilin bir otağı iddiaçının mülkiyyətindədir, mənzildə qeydiyatda olan 18 yaşdan yuxarı iki şəxsin həmin mənzilin iddiaçının adına qeydiyatdan keçirilməsinə dair notarial qaydada təsdiq edilmiş razılıq ərizələri var. Bakı Şəhər Xətai Rayon İcra hakimiyyəti başçısı Aparatının xx.xx.2021-ci il tarixli cavabı ilə iddiaçıya bildirilmişdir ki, mənzilin iddiaçının adına lazimi sənədlər təqdim edildikdən sonra qeydiyyata alınmasına etirazı yoxdur. Hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin etirazında bildirilmişdir ki, İddiaçı ünvan 2 ünvanına dair (mülkiyyət) hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbi ilə bağlı xx.xx.2021-ci il tarixdə İdarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan ünvanda yerləşən 4 (dörd) otaqlı mənzilin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş sərəncamın təqdim edilməsi məqsədəuyğundur. Bu barədə iddiaçıya **********22 saylı, xx.xx.2021-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş ünvanlanmışdır. Xətai Rayon Məhkəməsinin 2-962/2005 saylı, xx.xx.2005-ci il tarixli qətnaməsinə əsasən ilkin və qarşılıqlı iddialar qismən təmin edilmiş, Bakı şəhəri, Qaçaq Nəbi küçəsindəki 5 saylı evin 145-ci mənzilində yaşayış sahəsindən istifadə qaydası müəyyən edilərək, sahəsi 17,6 kv.m olan yaşayış otağı X14 və X5 istifadəsinə, sahəsi 12,2 kv.m olan yaşayış otağı İddiaçı ilə X6 istifadəsinə verilməsi, kommunal xidmət sahələri ümumi istifadədə saxlanılması qət edilmişdir. Q.Nəbi küçəsindəki 5 saylı evin 145 saylı mənzilinin bölünməsi haqqında Xətai Rayonu İcra Hakimiyyəti başçısının 382 nömrəli, xx.xx.2006-cı il tarixli sərəncamı ilə Q.Nəbi küçəsindəki 5 saylı evin yaşayış sahəsi 48,5 kv.m olan 4 otaqlı 145 saylı mənzili aşağıdakı qaydada bölünmüşdür: Q.Nəbi küçəsindəki 5 saylı evin yaşayış sahəsi 17,6 kv.m olan 1 otaqlı 145 saylı mənzilin kirayə müqaviləsi vətəndaş X10 ilə bağlanılması və Q.Nəbi küçəsindəki 5 saylı evin yaşayış sahəsi 12,2 kv.m olan 1 otaqlı 145 saylı mənzilin kirayə müqaviləsi vətəndaş İddiaçı ilə bağlanılması, mənzilin digər 2 otağı, kommunal xidmət sahələri və ümumi istifadə yerlərindən tərəflərin birlikdə istifadə etməsi qərara alınmışdır. ünvan 4 ünvanında yerləşən sahəsi 17.6 kv.m olan 1 (bir) otaq X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, daha sonra özgəninkiləşdirilmiş, hazırda İddiaçı mülkiyyətindədir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi etiraz uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıdakı səbəblərə görə iddia rədd edilməlidir. İş materiallarında olan: - DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli **********22 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, ünvan 5 evin, 145 saylı mənzilinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli ərizəsinə baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, qeyd olunan ünvanda yerləşən 4(dörd) otaqlı mənzilin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş sərəncamın təqdim edilməsi məqsədəuyğundur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir. - “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışdan görünür ki, iddiaçıdan əlavə X15, X16, X18, X11 ünvan 5 evin, 145 saylı ünvanda qeydiyyatdadırlar. - X18 və X6 notarial qaydada təsdiq edilmiş xx.xx.2021-ci il tarixli tarixli ərizələrindən görünür ki, onlar ünvan 6 ünvanda yerləşən 4 (dörd) otaqlı mənzilin sənədləşməsinə, çıxarış və texniki pasportun İddiaçı adına rəsmiləşdirilməsinə razıdırlar. - Bakı şəhər Nərimanov rayon XDS İK-nin (indiki Nərimanov RİH) arxiv fondu üzrə xx.xx.1977-ci il tarixli, 13 saylı protokolunun arxiv çıxarışından görünür ki, X12 ünvan 6 ünvanda yerləşən 4 (dörd) otaqlı 48.05 kv.m mənzil ayrılmışdır. - DƏDRX tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ********** saylı çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən sahəsi 17.29 kv.m olan mənzil üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Bakı şəhəri Xətai rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli 1015 saylı arayışdan görünür ki, X14 xx.xx.2006-cı il tarixdə ölmüşdür. - Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinin B-41/2-091/2 saylı xx.xx.2021-ci il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, mübahisələndirdiyi mənzil Xətai rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsinə əsasən bölünərək 12.2 kv.m yaşayış sahəsi iddiaçının adına, 17.6 kv.m yaşayış sahəsi isə vətəndaş X5 adına sənədləşdirilərək Xətai rayon İcra Hakimiyyəti Başçısının 382 saylı xx.xx.2006-cı il tarixli sərəncamı ilə təsdiq edilmişdir. Təqdim etdiyi sənədlərdən görünür ki, iddiaçı X8 məxsus yaşayış sahəsi 17.29 kv.m olan otağı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin ********** saylı qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışa əsasən öz şəxsi mülkiyyətinə keçirmiş, Xətai rayon İcra Hakimiyyəti Başçısının 382 saylı xx.xx.2006-cı il tarixli sərəncamında iddiaçıya məxsus olan yaşayış sahəsi 12.2 kv.metr otağın və digər ümumi istifadədə olan 2 otağ birləşdirilərək adına keçirilməsi üçün ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş rəsmi razılığı və digər sənədlər əsasında aidiyyəti üzrə Az. Res. DƏDRX-nə müraciət edə bilər. - Xətai Rayonu İcra Hakimiyyəti başçısının 382 nömrəli, xx.xx.2006-cı il tarixli sərəncamından görünür ki, Q.Nəbi küçəsindəki 5 saylı evin yaşayış sahəsi 48,5 kv.m olan 4 otaqlı 145 saylı mənzili aşağıdakı qaydada bölünmüşdür: Q.Nəbi küçəsindəki 5 saylı evin yaşayış sahəsi 17,6 kv.m olan 1 otaqlı 145 saylı mənzilin kirayə müqaviləsinin vətəndaş X10 ilə bağlanılması və Q.Nəbi küçəsindəki 5 saylı evin yaşayış sahəsi 12,2 kv.m olan 1 otaqlı 145 saylı mənzilin kirayə müqaviləsinin vətəndaş İddiaçı ilə bağlanılması, mənzilin digər 2 otağı, kommunal xidmət sahələri və ümumi istifadə yerlərindən tərəflərin birlikdə istifadə etməsi qərara alınmışdır. - Xətai rayon Məhkəməsinin 2-962/2005 saylı xx.xx.2005-ci il tarixli qətnaməsi ilə qərara alınmışdır ki, ilkin və qarşılıqlı iddialar qismən təmin edilmiş, Bakı şəhəri, Qaçaq Nəbi küçəsindəki 5 saylı evin 145-ci mənzilində yaşayış sahəsindən istifadə qaydası müəyyən edilərək, sahəsi 17,6 kv.m olan yaşayış otağı X14 və X5 istifadəsinə, sahəsi 12,2 kv.m olan yaşayış otağı İddiaçı ilə X6 istifadəsinə verilməsi, kommunal xidmət sahələrinin ümumi istifadədə saxlanılması, X1 və X2 Bakı şəhəri, Qaçaq Nəbi küçəsindəki 5 saylı 145-ci mənzilindən çıxarılması, ilkin və qarşılıqlı iddiaların qalan hissədə təmin edilməməsi, X6 X12 və qeyrilərinə qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması tələbinə dair iddiasının təmin edilərək X6 Bakı şəhəri, Qaçaq Nəbi küçəsindəki 5 saylı evin 145-ci mənzilində yaşayış sahəsindən istifadə hüququ tanınması qət edilmişdir. - X9 ilə İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, ünvan 7 ünvanında yerləşən sahəsi 17,6 kv.m olan mənzili İddiaçı almışdır. İddiaçının tələbinin əsaslandığı hallara görə, cavabdehə müraciət edərək ünvan 8 ünvanında yerləşən yerləşən 4(dörd) otaqlı mənzil üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının təqdim etdiyi sənədlərdə mənzilin onun adına qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan əsasların hər hansı biri olmadığına istinad edərək hüququn qeydə alınmasından imtina edilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə mənzilə dair onun subyektiv hüququnu təsdiq edən sənəd təqdim edilməmişdir. Həmçinin, bu cür sübutun məhkəməyə təqdim edilməsi iddiaçıya təklif edilsə də, məhkəməyə heç bir sübut təqdim edilməmiş və məhkəmənin özü tərəfindən aparılan araşdırma zamanı heç bir hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir. Belə ki, ünvan 6 ünvanda yerləşən 4 (dörd) otaqlı 48.05 kv.m mənzil (bundan sonra – mənzil) Bakı şəhər Nərimanov rayon XDS İK-nin xx.xx.1977-ci il tarixli, 13 saylı protokolundan arxiv çıxarışından göründüyü kimi 6 nəfər ailə üzvü olmaqla iddiaçının atası X12 ayrılmışdır. Daha sonra mənzildən istifadə ilə baglı mübahisəyə Xətai rayon Məhkəməsində baxılaraq xx.xx.2005-ci il tarixli qətnamə ilə Bakı şəhəri, Qaçaq Nəbi küçəsindəki 5 saylı evin 145-ci mənzilində yaşayış sahəsindən istifadə qaydası müəyyən edilərək, sahəsi 17,6 kv.m olan yaşayış otağının X14 və X5 istifadəsinə, sahəsi 12,2 kv.m olan yaşayış otağının isə İddiaçı ilə X6 istifadəsinə verilməsi, kommunal xidmət sahələrinin ümumi istifadədə saxlanılması, X6 Bakı şəhəri, Qaçaq Nəbi küçəsindəki 5 saylı evin 145ci mənzilində yaşayış sahəsindən istifadə hüququnun tanınması qət edilmişdir. İddiaçının atası X14 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Xətai Rayonu İcra Hakimiyyəti başçısının 382 nömrəli, xx.xx.2006-cı il tarixli sərəncamı ilə mənzil bölünərək evin yaşayış sahəsi 17,6 kv.m olan 1 otaqlı 145 saylı mənzilin kirayə müqaviləsinin X10 ilə bağlanılması və evin yaşayış sahəsi 12,2 kv.m olan 1 otaqlı 145 saylı mənzilin kirayə müqaviləsinin iddiaçı ilə bağlanılması, mənzilin digər 2 otağı, kommunal xidmət sahələri və ümumi istifadə yerlərindən tərəflərin birlikdə istifadə etməsi qərara alınmışdır. Sonradan iddiaçı sahəsi 17,6 kv.m olan mənzili X3 almış və xx.xx.2021-ci il tarixdə 17.29 kv.m olan mənzil üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin, xx.xx.2006-cı il tarixli sərəncamla mənzilin digər 2 otağı, kommunal xidmət sahələri və ümumi istifadə yerlərindən tərəflərin birlikdə istifadə etməsi müəyyən olundugu halda, həmin sahə ilə əlaqədar iddiaçı ilə kirayə müqaviləsinin bağlanması haqqında sərəncam olmadıgı halda hazirki vəziyyətdə iddiaçı həmin sənədə istinad edərək, 48,05 kvm mənzilin bütün yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını cavabdehdən tələb etmişdir. Göründüyü kimi həmin sənəd iddiaçının tələbinin əsasını təşkil edə bilməz. Daşınmaz əmlaka, o cümlədən mənzilə dair dövlət reyestrində hüququn qeydə alınması, ondan imtina edilməsi və digər hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Qanunun 10.2.1-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə edilməlidir. İşdə olan sənədlərdən görünür ki, iddiaçı mənzil üzərində hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan əsasların hər hansı biri barədə məhkəməyə sübut təqdim etməmişdir. İddiaçının istinad etdiyi sənədlərdə, o cümlədən Xətai Rayonu İcra Hakimiyyəti başçısının 382 nömrəli, xx.xx.2006-cı il tarixli sərəncamında 4 otaqlı 145 saylı mənzilin iddiaçıya ayrılmasından bəhs edilməmişdir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüquqlarının qeydiyyata alınması və bununla bağlı müvafiq çıxarışın verilməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla tənzimlənir. Həmin Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar konkret olaraq sadalanmışdır. Yalnız həmin maddədə göstərilən əsasların mövcudluğu halında şəxsin mülkiyyət hüququ qeydiyyata alına bilər. İddiaçı isə sözügedən maddədə nəzərdə tutulmuş hər hansı bir əsasa istinad etmədən mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etmişdir. Məhkəmə tərəfindən də hazırkı iş üzrə Qanunun 8-ci maddəsində təsbit edilmiş əsaslardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. İddiaçının bildirdiyi faktiki hallar isə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas təşkil etmədiyindən iddia əsaslı sayıla bilməz. Buna görə də cavabdeh tərəfindən hüquqların qeydiyyatından imtina barədə hərəkətləri “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinin tələblərinə uyğun olmuşdur. Belə ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Belə olan halda hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində konkret sadalanmış hüquq müəyyənedici sənədlərdən hər hansı biri iddiaçı tərəfindən təqdim edilmədiyinə görə məhkəmə hesab edir ki, helə bu əsasla da iddia tələbi rədd edilməlidir. Çünki, bu halda, iddiaçının müraciət etdiyi hüquq dövlət qeydiyyatına alınmalı olan hüquq kimi qiymətləndirilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1ci maddəsinə əsasən isə dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, onun dövlət qeydiyyatına alınmasından imtina edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmənin qənaəti belədir ki, İddiaçı Bakı şəhəri, Qaçaq Nəbi küçəsi ev 5 ünvanında yerləşən sahəsi 48,05 kvm olan 4 otaqlı 145 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 11 SƏDRLİK EDƏN MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar