Məhkəmə qərarları › İş №2-1(112)-4101/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4101/2025

14.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4101/2025 14.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “sağlamlıq imkanlarının pozulmasının müəyyən edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən ona əlilliyin təyin edilməsindən imtina edilməsi barədə xx.xx.2021-ci il tarixli qərarının etibarsız hesab edilməsi və orqanizmin funksiyasının 61-80 faiz pozuntusuna görə əlilliyin təyin edilməsi vəzifəsini cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentiyinə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. İş üzrə xx.xx.2025-ci il tarixli ərizə ilə iddia tələbi “İddiaçı xx.xx.2024-cü il tarixdən sağlamlıq imkanlarının pozulmasının faiz dərəcəsinin müddətsiz olaraq təyin edilməsi” kimi dəqiqləşdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən xx.xx.2016-cı ildə ikinci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2016-cı ildən-xx.xx.2021-ci ilə kimi ikinci dərəcəli əlilliyə görə əmək pensiyası alıb. Cavabdeh tərəfindən əlilliyinin növbəti təyini zamanı xx.xx.2021 -ci il tarixində ona əlillik təyin edilməsindən imtina edilmiş, səbəb kimi əlavə müalicəyə ehtiyacın olması olması göstərilmişdir. Əlilliyim sonuncu dəfə cavabdeh tərəfindən xx.xx.2024-ci il tarixində qiymətləndirilmiş, ona əlillik təyin edilməsindən imtina edilmiş, səbəb kimi göstərilib ki, şəxsin əlillik hüququnun operativ şəkildə müəyyənləşdirilməsi məqsədilə yaşadığım yer üzrə xidmət göstərən TSEK-ə yaxınlaşmağı bildirilibdir. TSEK-ə yaxınlaşdıqda isə əlavə müalicəyə ehtiyacı olduğu bildirilib. Keçən 3 il ərzinidə TSEK-in göstərişi ilə davamlı müalicə almış və xəstəliyini müalicə edə bilməyibdirlər. Xəstəliyinin diaqnozu: Ankilozlaşdırıcı spondiloartoz. Bexterev xəstəliyi mərkəzi forma ikitərəfli sakroileit. Spondilit sol bud canaq oynağının fuknsional pozğunluğu xəstəliyidir. M45. Cavabdehin bu imtinasını qanunsuz və ədalətsiz hesab edirəm. Belə ki, xəstəliyinin diaqnozu ona təkrar əlilliyin təyin edilməsinə imkan verir. xx.xx.2021-ci ildə FUNDA Hospitalında müayinə keçmişdir. Müayinənin nəticəsində Ankilozlaşdırıcı spondiloartroz. Bexterev xəstəliyi mərkəzi forma ikitərəfli sakroileit. Spondilit sol bud çanaq oynağının funksional pozğunluğu aşkar edilmişdir. xx.xx.2024-cü ildə “Azərbaycan X4 və Ortepediya İnstitutu” Publik hüquqi şəxsdə müayinədən keçmişdir. Müayinənin nəticəsində yenə də ona Ankilozlaşan Spondolit. İki tərəfli sakroileit. Yayılmış Spondilyoz. Üçüncü dərəcəli formada hipemifot. Onurğada hərəkət məhdudluğu. Daimi ağrı diaqnozu qoyulmuşdur. M45; M46.1; M47; M40; M 24.5; R52.2. Müayinə sahəsinə düşən bel-oma fəqərələrində boylama bağın qalınlaşması, bu səviyyələrdə fəqərələrin bir-birilə birləşməsi qeyd edilir (Bexterev xəstəliyi olaraq dəyərləndirilir). xx.xx.2024-cü ildə X8 X6 Rezonans Tomoqrafıya MRT müayinəsinin nəticəsində: Bel fəqərəarası disklərin intensivliyi degenerativ dəyişiklik nəticəsində T2 rejimində zəifləmişdir; L4-L5, L5-S1 fəqərəarası disklərin konfiqurasiyasının pozulması və sklerotik prosesə bağlı dəyişiklik aşkar edilib; L4-L5 fəqərəarası diskdə arxa median dural kisəni sıxan protruziya 2mm aşkar olunur; L5-Sİ fəqərəarası diskdə arxa sağ paramedian, dural kisənin və sağ sinirkökçüyünü sıxan protruziya 2mm qeyd olunur. xx.xx.2024-cü il tarixində 26 nömrəli Şəhər Polikilinkasının Ambulator kitabçadan (xəstəlik tarixindən) Çıxarışda da xəstəliyimin diaqnozu aşağıdakı kimi göstərilmişdir: M-45.Ankilozlaşdırıcı spondiloartroz. Bexterev xəstəliyi mərkəzi forma ikitərəfli sakroileit. S-41;R.26.8. İkitərəfli sakroileit. Onurğanın funksional pozğunluğu, davamlı ağrı. S.10. Arterial hipertaniya İİ mərhələ.

4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyəti barədə xx.xx.2024-cü il tarixli 335 nömrəli məktubuna Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Müəyyən olunmuşdur ki, İddiaçı əlillik vəziyyətinin dövlət tibb müəssisəsinin 2786003AAE1H nömrəli göndərişi əsasında xx.xx.2021 -ci il tarixində, 2786003AAE5E nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixində, 2786003AAFFT nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixində, 2786003AAFH5 nömrəli göndərişi əsasında xx.xx.2021- ci il tarixində qiymətləndirilmiş və natamam doldurulması səbəbindən göndərişlər dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Daha sonra dövlət tibb müəssisəsinin 2786003AAFNC nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixində qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Sonrakı dövrdə İddiaçı xx.xx.2023-cü il və 31,10.2024-cü il tarixlərində 3 nömrəli Tibbi- Sosial Ekspert Komissiyasında əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adına rəsmiləşdirilən göndərişdə qeyd edilmiş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən barəsində diaqnoz əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir.

5. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli Qərarında aşağıdakılar göstərilmişdir: Səhiyyə müəssisəsinin göndərişində əsas diaqnoz: Ankilozlaşmış spondilit -Bexterev xəstəliyi.Funksiyaların kəskin pozulması. Aşağı ətraflara nüfuz edən kökcük ağrıları. - Şikayətləri - onurğada ağrılar hərəkətlərin bir qədər ağrılı olması. - Dəri və görünən selikli qişaları - adi -Dərialtı piy qatı - kafi -Periferik limfa düyünləri - əllənmir -Sümük- əzələ sistemi: Gözlə görünən patologiya qeyd olunmur - Tənəffüs sistemi :auskultasiya zamanı -vezikulyar tənəffüs -Qrak-ga damar systemi - cor tonlau katlası. A/T- 130/90 mm süt.Ps- 88 v/daa -Hazm sistemi - Palpasiya zaman ga yumşaq, ağrısızdır. -Sidik- cinsivyət sistemi - Pastematski simptomy mənfidir. Diurez adekvatdır. Deməsinə görə 30 ildir Bexterev xəstəliyindən əziyyət çəkir. Hal hazırda hərəkət məhdudluğu qeyd olunmur. Hərəkət zamanı bir gədər ağrılar hiss edir. Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq "Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat "Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı- ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir.

6. TSEK-Müayinələr: - xx.xx.2016-ci il tarixində “Ankilozlaşan spondilit” diaqnozun mətni ilə 5 il müddətinə ilkin 2.2. ikinci dərəcə əlillik (2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik. vestıbulyar pozuntular görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg.) təyin edilmişdir. - xx.xx.2021-cü il tarixində “M45 Ankilozlaşan spondilit. Ankilozlaşdrıcı spandiloartrit. Bexterev xəstəliyi. İki tərəfli sakroileyit. Spondilit. Ağırlaşma R52.2 Digər daimi ağrı. Davamlı ağrı sindromu. Sol bud-çanaq oynaının funksional pozğunluğu. Onurğanın funksional pozğunluğu. Onurğanın skaliozu. Yanaşı xəstəliklərr H52.4 Presbiopiya” diaqnozun mətni ilə göndərişin natamam doldurulması (Səbəb: Bakı ET Travmatologiya və Ortopediyaa İnstitundan rəy alması məsləhət görülür) imtina edilmişdir. - xx.xx.2021-ci il tarixində “Ankilozlaşan spondilit” diaqnozun mətni ilə göndərişin natamam doldurulması (Səbəb: Xəstənin adına əmək müqaviləsi olduğu halda xəstəyə əmək qabiliyyətinin müvəqqəti itirilmə vərəqəsi açılmayıb) imtina edilmişdir. - xx.xx.2021-cı il tarixində “Ankilozlaşan spondilit. Bexterev xəstəliyi. Mərkəzi forma. Onurğanın bambuqvari deformasiyası” diaqnozun mətni ilə göndərişin natamam doldurulması (Səbəb: Müayinələr yetərli deyil. MRT müayinəsi qeyd olunmayıb) imtina edilmişdir. - xx.xx.2021-ci il tarixində “Ankilozlaşan spondilit. Bexterev xəstəliyi. Mərkəzi forma. Onurğanın bambuqvari deformasiyası. Ağırlaşma R52.2 Digər daimi ağrı. Daimi ağrı sindromu. Ağırlaşma M24.5 Oynaqların kontrakturası. Sol bud çanaq oynağında hərəkət məhdudluğu” diaqnozun mətni ilə göndərişin natamam doldurulması (Səbəb: Ekspertiza üçün əhəmiyyətli olan patofunksional dəyişiklər dəqiqləşdirilməyib) imtina edilmişdir. - xx.xx.2022-ci il tarixində “Əsas diaqnoz M45 Ankilozlaşan spondilit. Bexterev xəstəliyi. Mərkəzi forma. Onurğanın bambuqvari deformasiyası. Ağırlaşma R52.2 Digər daimi ağrı. Daimi ağrı sindromu. Ağırlaşma R26.8 Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları. Dayaq hərəkət funskiayasının pozulması onurğada kəskin hərəkət məhdudluğu. Ağırlaşma M46.1 Başqa rubrikalarda təsnif olunmayan sakroileyit. Spondilit. Onurğanın skaliozu” diaqnozun mətni ilə əlavə müalicəyə ehtiyacın olması (Səbəb: İxtisaslaşdırılmış stasionar müalicəsi davam etdirilsin) səbəbi ilə imtina edilmişdir. - xx.xx.2023-cü il tarixində “Oynaqların kontrakturası. Sol bud çanaq oynağında hərəkət məhdudluğu. Daimi ağrı sindromu. Dayaq hərəkət funksiyasının pozulması” diaqnozun mətni ilə diaqnoz əlillik əlaməti təyin etməməsi (Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir.) səbəbi ilə imtina edilmişdir. - xx.xx.2024-cü il tarixində “Başqa rubrikalarda təsnif olunmayan sakroileit. İki tərəfli sakroileit. Kifoz və lardoz. İİİ dərəcəlli torakal hiperkifoz. Ankilozlaşan spodilit. Spondilyoz. Yayılmış spndilyoz” diaqnozun mətni ilə diaqnoz əlillik əlaməti təyin etməməsi (Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir.) səbəbi ilə imtina edilmişdir.

7. TSEK-ə göndəriş zamanı diaqnoz: Diaqnoz XBT 10 kodu Xəstəliyin adı Əsas diaqnoz M45 Ankilozlaşan spondilit, Ankilozlaşan spondilit. Ağırlaşma M46.1 Başqa rubrikalarda təsnif olumayan sakroileit, İki tərəfli sarkoileit. Ağırlaşma M24.5 Oynaqların kontrakturası, Onurğada hərəkət məhdudluğu. Ağırlaşma M40 Kifoz və lordoz, İİİ dərəcəli torakal hiperkifoz. Ağırlaşma R52.2 Digər daimi ağrı, Daimi ağrı. Ağırlaşma M47 Spondilyoz, Yayılmış spandilyoz.

8. Xəstəliyə görə ambulator müraciətlər: M45 Ankilozlaşan spondilit xx.xx.2024 M45 Ankilozlaşan spondilit xx.xx.2024 M45 Ankilozlaşan spondilit xx.xx.2024

9. Stasionar müalicə aldığı müəsisələr: Ak.M.Ə.Mirqasımov adına xx.xx.2016 xx.xx.2016 10 M45 Ankilozlaşan spondilit RKX Oksigen klinikası xx.xx.2016 xx.xx.2016 0 M45 Ankilozlaşan spondilit 18 saylı BŞX xx.xx.2019 xx.xx.2020 14 M45 Ankilozlaşan spondilit Oksigen klinikası xx.xx.2021 xx.xx.2021 0 M45 Ankilozlaşan spondilit Funda TM xx.xx.2021 xx.xx.2021 0 M45 Ankilozlaşan spondilit Sabunçu TM xx.xx.2021 xx.xx.2021 10 M45 Ankilozlaşan spondilit ETTOİ xx.xx.2021 xx.xx.2021 0 M45 Ankilozlaşan spondilit ETTOİ xx.xx.2024 xx.xx.2024 0 M45 Ankilozlaşan spondilit

10. Həkim müayinələrinin nəticələri: Müayinənin adı Müayinənin tarixi Nəticə Həkim müayinəsi xx.xx.2024 M45 Ankilozlaşan spondilit, Onurğa sütunu boyunca palpasiya kəskin ağrılıdır,hərəkət tam məhduddur.Yerişi ləngdir.Skalioz müşahidə edilir.Onurğa sütunu boyun əzələləri gərgindir.Xəstə yeriyərkən sol aşağı ətrafda ləngimə izlənilir. Şikayətləri zəiflik,halsızlıq,onurğa sütunu kəskin ağrılardan,ağrının aşağı ətraflara yayılmasından,tez yorulmadan,onurğa sütununda hərəkətin məhdud olmasından,yerişin çətinləşməsindən,əsəbilik,başağrı,başgicəllənmə,yuxu pozğunluğu. Diaqnoz-Ankilozlaşan spondilit.İki tərəfli sarkoileit.Yayılmış spandilyoz.İİİ dərəcəli torakal hiperkifoz.Onurğada hərəkət məhdudluğu.Daimi ağrı. Həkim müayinəsi xx.xx.2024 M45 Ankilozlaşan spondilit, Onurğa sütunu boyunca palpasiya kəskin ağrılıdır,hərəkət tam məhduddur.Yerişi ləngdir.Skalioz müşahidə edilir.Onurğa sütunu boyun əzələləri gərgindir.Xəstə yeriyərkən sol aşağı ətrafda ləngimə izlənilir. Şikayətləri zəiflik,halsızlıq,onurğa sütunu kəskin ağnlardan,ağrmm aşağı ətraflara yayılmasından,tez yorulmadan,onurğa sütununda hərəkətin məhdud olmasından,yerişin çətinləşməsindən,əsəbilik,başağrı,başgicəllənmə,yuxu pozğunluğu. Diaqnoz-Ankilozlaşan spondilit.İki tərəfli sarkoileit.Yayılmış spandilyoz.İİİ dərəcəli torakal hiperkifoz.Onurğada hərəkət məhdudluğu.Daimi ağrı. Həkim müayinəsi xx.xx.2024 M45 Ankilozlaşan spondilit, Nevr.status-bəbəklər D=S işığa reaksiya kafi,iki tərəfli konvergensiya çatmamazlığı qeyd olunur,b.d.b.asimmetrik,dili orta xətt üzrə.Fəqərə süt.boyunca,xüsusilə belində hərəkət məhdud və ağrılıdır.Dartılma simptomu (+)-dir.Sümüküstü vətər refleksləri yux/ətrafda orta canlı D=S.Diz və aşil zəifdir.Romberq vəziyyətində dayanıqsızdır,yırğalanır. Əsəbidir, emos.labildir.Obyektiv müayinədə onurğa sütunu boyunca palpasiya kəskin ağrılıdır,hərəkət tam məhduddur.Yerişi ləngdir.Skalioz müşahidə edilir.Onurğa sütunu boyun əzələləri gərgindir.Xəstə yeriyərkən sol aşağı ətrafda ləngimə izlənilir.Şikayətləri zəiflik,halsızlıq,onurğa sütunu kəskin ağrılardan,ağrının aşağı ətraflara yayılmasından,tez yorulmadan,onurğa sütununda hərəkətin məhdud olmasından,yerişin çətinləşməsindən,əsəbilik,başağrı,başgicəllənmə,hərəkət məhdudluğu,yuxu pozğunluğu. Diaqnoz-Ankilozlaşan spondilit.İki tərəfli sarkoileit.Yayılmış spandilyoz.İİİ dərəcəli torakal hiperkifoz.Onurğada hərəkət məhdudluğu.Daimi ağrı. Qanın ümumi xx.xx.2024 HB 123.1 ql, leyk.5.6, erit. 3.2, EÇR 8 mms. null analizi; manual hüceyrə sayı (eritrosit, leykosit və ya trombosit) hər biri MRT (tək anatomik xx.xx.2024 Bel fəqərəarası disklərin intensivliyi degeenerativ dəyişiklik nahiyə) nəticəsində T2 rejimində zəifləmişdir.L4-L5, L5-S1 fəqərəarası disklərin konfiqurasiyasının pozulması və sklerotik prosesə bağlı dəyişiklik aşkar edilir.L4-L5 fəqərəarası diskdə arxa median dural kisəni sıxan protruziya 2 mm aşkar olunur.L5-S1 fəqərəarası diskdə arxa sağ paramedian,dural kisəni və sağ sinir kökcüyünü sıxan protruziya 2 mm qey olunur.Müayinə sahəsinə düşən beloma fəqərələrində boylama bağın qalınlaşması,bu səviyyələrdə fəqərələrin bir-biri ilə birləşməsi qeyd edilir (Bexterev xəstəliyi olaraq dəyərləndirilirü. null xx.xx.2024 C-TH-L fəqərələr AP pr. R-da: C-Th-L fəqərələr: yayılmış Rentgenoqrafiya DES,Th X-L İİİ: yayılmış entesofitlərin hesabına BAMBUK tək anatomik ağacı görünümü. Sağ tərəfli sakroileit,ankilozlaşan nahiyə sakroileit.Kifoz bucağı 57 dərəcə=İİİ dərəcə. null

11. İş üzrə məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadına əsasən məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: - xx xxxx 1973-cü il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar (X1 10-cu yenidən işlənmiş variantında göstərilmiş kodları qeyd etməklə və həmin kodlara uyğun göstərilməklə) aşkar olunur? - İddiaçı müayinəsi zamanı “ankilozlaşan spondilit. M45” diaqnozu öz təsdiqini tapırmı?Cavab müsbət olduğu təqdirdə: nəzərəçarpan formada təzahür edən anadangəlmə inkişaf qüsurları; döş qəfəsinin deformasiyası (skolioz; kifoskolioz İİİ-İV mərhələ), əyilmə bucağı 650-dən çox olduqda və ya onurğanın bir neçə şöbəsini əhatə edən fəqərəarası ankilozlaşma, kəskin funksiya pozuntusu ilə; onurğa sütununun hərəkətinin təzahür edən məhdudluğu: - yuxarı ətraf funksiyalarının təzahür edən pozuntusu: təzahür edən paraparez, əhəmiyyətli təzahür edən proksimal paraparez və ya proksimal paraplegiya; təzahür edən distal paraparez yuxarı ətraflarda; aşağı ətraf funksiyalarının əhəmiyyətli pozuntusu: təzahür edən paraparez, əhəmiyyətli təzahür edən distal paraparez, distal paraplegiya və ya təzahür edən proksimal; - distal paraplegiya və ya təzahür edən proksimal paraparez aşağı ətraflarda; - sidiyin (8 saatda 600 ml və daha çox) və nəcisin (formalaşmış nəcisin) saxlanılmamasının ağır dərəcəsi; onurğa sütunun statodinamik funksiyasının əhəmiyyətli pozuntusu (müstəqil hərəkətin, yataqdan durmanın, bir vəziyyətin alınmasının və saxlanılmasının, yerdəyişmənin): - beldə olan əhəmiyyətli ağrılarla; - yuxarı ətraf funksiyalarının əhəmiyyətli pozuntusu: əhəmiyyətli distal paraparez, distal paraplegiya, əhəmiyyətli təzahür edən paraparez, paraplegiya; aşağı ətraf funksiyalarının əhəmiyyətli pozuntusu: əhəmiyyətli təzahür edən proksimal paraparez, proksimal paraplegiya, əhəmiyyətli təzahür edən paraparez, paraplegiya; digər insanların daimi yardımına ehtiyac; - gigiyenik vasitələrin istifadəsinin qeyrimümkünlüyü ilə sidiyin və nəcisin saxlanılmamasının ağır dərəcəsi meyarına uyğundur?

12. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” publik hüquqi şəxsinin “Sağlamlıq vəziyyətinin təyininə dair” tərtib edilmiş T 342/2025 saylı xx.xx.2025-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, - Vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinin təhlilinə əsasən əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına “Bakı Baş Səhiyyə İdarəsi”ndən Tibbi-Sosial Ekspertiza Komissiyasına göndərilmiş xx.xx.2024cü il tarixli, F00226801İKR saylı Forma 88 göndərişində XBT 10 kodu qeyd edilmiş “Əsas diaqnoz: M45- ankilozlaşan spondilit, ankilozlaşan spondilit. Ağırlaşmalar: M46.1-başqa rubrikalarda təsnif olumayan sakroileit, ikitərəfli sarkoileit, M24.5-oynaqların kontrakturası, onurğada hərəkət məhdudluğu, M40-kifoz və lordoz, İİİ dərəcəli torakal hiperkifoz, R52.2digər daimi ağrı, daimi ağrı, M47-spondilyoz, yayılmış spondilyoz” diaqnoz ona stasionarda müayinə və müalicəsi zamanı qoyulmuşdur. - O, xx.xx.2024-cü il tarixdə “X9”ndə Radiologiya şöbəsində maqnit rezonans tomoqrafıya müayinəsinin nəticəsində aşkar edilmiş patologiya Bexterev xəstəliyi olaraq dəyərləndirilmişdir. - Qərardadın yarımbəndlərində göstərilən suallardakı xəstəliklər meyarlara aid olduqlarından onların təyini tibbi-sosial ekspertlərin səlahiyyətlərinə aiddir.

13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.

14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmamasını xahiş etdi.

İİ. İddianın növü və mümkünlüyü

15. İddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir.

16. İddiaçının əlillik vəziyyəti sonuncu dəfə xx.xx.2024-cü il tarixli göndəriş əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və əlillik təyin edilməsindən imtina edilmişdir.

17. Hazırki iddia məcburetməyə dair iddiadır.

18. İddia mümkündür.

İV. Məhkəmənin mövqeyi

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.

20. TSEK-Müayinələr: - xx.xx.2016-ci il tarixində “Ankilozlaşan spondilit” diaqnozun mətni ilə 5 il müddətinə ilkin 2.2. ikinci dərəcə əlillik (2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik. vestıbulyar pozuntular görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg.) təyin edilmişdir. - xx.xx.2021-cü il tarixində “M45 Ankilozlaşan spondilit. Ankilozlaşdrıcı spandiloartrit. Bexterev xəstəliyi. İki tərəfli sakroileyit. Spondilit. Ağırlaşma R52.2 Digər daimi ağrı. Davamlı ağrı sindromu. Sol bud-çanaq oynaının funksional pozğunluğu. Onurğanın funksional pozğunluğu. Onurğanın skaliozu. Yanaşı xəstəliklərr H52.4 Presbiopiya” diaqnozun mətni ilə göndərişin natamam doldurulması (Səbəb: Bakı ET Travmatologiya və Ortopediyaa İnstitundan rəy alması məsləhət görülür) imtina edilmişdir. - xx.xx.2021-ci il tarixində “Ankilozlaşan spondilit” diaqnozun mətni ilə göndərişin natamam doldurulması (Səbəb: Xəstənin adına əmək müqaviləsi olduğu halda xəstəyə əmək qabiliyyətinin müvəqqəti itirilmə vərəqəsi açılmayıb) imtina edilmişdir. - xx.xx.2021-cı il tarixində “Ankilozlaşan spondilit. Bexterev xəstəliyi. Mərkəzi forma. Onurğanın bambuqvari deformasiyası” diaqnozun mətni ilə göndərişin natamam doldurulması (Səbəb: Müayinələr yetərli deyil. MRT müayinəsi qeyd olunmayıb) imtina edilmişdir. - xx.xx.2021-ci il tarixində “Ankilozlaşan spondilit. Bexterev xəstəliyi. Mərkəzi forma. Onurğanın bambuqvari deformasiyası. Ağırlaşma R52.2 Digər daimi ağrı. Daimi ağrı sindromu. Ağırlaşma M24.5 Oynaqların kontrakturası. Sol bud çanaq oynağında hərəkət məhdudluğu” diaqnozun mətni ilə göndərişin natamam doldurulması (Səbəb: Ekspertiza üçün əhəmiyyətli olan patofunksional dəyişiklər dəqiqləşdirilməyib) imtina edilmişdir. - xx.xx.2022-ci il tarixində “Əsas diaqnoz M45 Ankilozlaşan spondilit. Bexterev xəstəliyi. Mərkəzi forma. Onurğanın bambuqvari deformasiyası. Ağırlaşma R52.2 Digər daimi ağrı. Daimi ağrı sindromu. Ağırlaşma R26.8 Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları. Dayaq hərəkət funskiayasının pozulması onurğada kəskin hərəkət məhdudluğu. Ağırlaşma M46.1 Başqa rubrikalarda təsnif olunmayan sakroileyit. Spondilit. Onurğanın skaliozu” diaqnozun mətni ilə əlavə müalicəyə ehtiyacın olması (Səbəb: İxtisaslaşdırılmış stasionar müalicəsi davam etdirilsin) səbəbi ilə imtina edilmişdir. - xx.xx.2023-cü il tarixində “Oynaqların kontrakturası. Sol bud çanaq oynağında hərəkət məhdudluğu. Daimi ağrı sindromu. Dayaq hərəkət funksiyasının pozulması” diaqnozun mətni ilə diaqnoz əlillik əlaməti təyin etməməsi (Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir.) səbəbi ilə imtina edilmişdir. - xx.xx.2024-cü il tarixində “Başqa rubrikalarda təsnif olunmayan sakroileit. İki tərəfli sakroileit. Kifoz və lardoz. İİİ dərəcəlli torakal hiperkifoz. Ankilozlaşan spodilit. Spondilyoz. Yayılmış spndilyoz” diaqnozun mətni ilə diaqnoz əlillik əlaməti təyin etməməsi (Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir.) səbəbi ilə imtina edilmişdir.

21. Əlilliyin təyininə dair sonuncu forma 88 arayışına əsasən: (Göndərişin imzalandığı tarix: xx.xx.2024) - (status localis) Anamnezindən məlumdur ki, 25 ildir xəstədir.Vaxtaşırı stasionar və mütəmadi ambulator müalicə alır. Aparılan müalicələrə baxmayaraq vəziyyətində yaxşılaşma q/olunmayıb,xəstəliyi getdikcə daha da kəskinləşib. Vəziyyətinin ağırlaşması səb.25.12.19-dan 08.01.20-dək və 21.06.21-dən 01.07.21- dək stas.müalicədə olub,lakin vəziyyətində yaxşılaşma qeyd olunmadan sahə nervpatoloqun nəzarəti altında amb.müallicəyə yazılıb və hazırda da müalicə ambulator şəraitdə davam edir.Eyni zamanda xəstə 07.06.21-də Funda TM- də trav.rev.ortoped E.Abbasovun müayinəsində olub və xəstəyə müvafiq müalicə kursu təyin olunub.Nevr.status-bəbəklər D=S işığa reaksiya kafi,iki tərəfli konvergensiya çatmamazlığı qeyd olunur,b.d.b.asimmetrik,dili orta xətt üzrə.Fəqərə süt.boyunca, xüsusilə belində hərəkət məhdud və ağrılıdır.Dartılma simptomu (+)-dir.Sümüküstü vətər refleksləri yux/ətrafda orta canlı D=S.Diz və aşil zəifdir.Romberq vəziyyətində dayanıqsızdır,yırğalanır. Əsəbidir, emos.labildir. Obyektiv müayinədə onurğa sütunu boyunca palpasiya kəskin ağrılıdır,hərəkət tam məhduddur.Yerişi ləngdir.Skalioz müşahidə edilir. Onurğa sütunu boyun əzələləri gərgindir. Xəstə yeriyərkən sol aşağı ətrafda ləngimə izlənilir.Şikayətləri zəiflik, halsızlıq, onurğa sütunu kəskin ağrılardan, ağrının aşağı ətraflara yayılmasından,tez yorulmadan, onurğa sütununda hərəkətin məhdud olmasından, yerişin çətinləşməsindən, əsəbilik, başağrı, başgicəllənmə, hərəkət məhdudluğu, yuxu pozğunluğu. Sənəd TSEK-dan ETTOİ-da müayinə olunması tələbilə geri qayıdıb,xəstə 19.08.21-də və sonuncu dəfə xx.xx.2024-də ETTOİ-da "Ankilozlaşan spondilit. İki tərəfli sarkoileit. Yayılmış spandilyoz. İİİ dərəcəli torakal hiperkifoz.Onurğada hərəkət məhdudluğu. Daimi ağrı" diaqnozu ilə müayinə olunub və **********-10498/2024 №-li Arayış verilib.Xəstə 2016-cı ildən İİ qrup əlildir.Göndərilir TSEK- na təkrar yoxlama üçün. Diaqnoz XBT 10 kodu Xəstəliyin adı Əsas diaqnoz M45 Ankilozlaşan spondilit, Ankilozlaşan spondilit. Ağırlaşma M46.1 Başqa rubrikalarda təsnif olumayan sakroileit, İki tərəfli sarkoileit. Ağırlaşma M24.5 Oynaqların kontrakturası, Onurğada hərəkət məhdudluğu. Ağırlaşma M40 Kifoz və lordoz, İİİ dərəcəli torakal hiperkifoz. Ağırlaşma R52.2 Digər daimi ağrı, Daimi ağrı. Ağırlaşma M47 Spondilyoz, Yayılmış spandilyoz.

22. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” publik hüquqi şəxsinin “Sağlamlıq vəziyyətinin təyininə dair” tərtib edilmiş T 342/2025 saylı xx.xx.2025-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, - Vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinin təhlilinə əsasən əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adma “Bakı Baş Səhiyyə İdarəsi”ndən Tibbi-Sosial Ekspertiza Komissiyasına göndərilmiş xx.xx.2024cü il tarixli, F00226801İKR saylı Forma 88 göndərişində XBT 10 kodu qeyd edilmiş “Əsas diaqnoz: M45- ankilozlaşan spondilit, ankilozlaşan spondilit. Ağırlaşmalar: M46.1-başqa rubrikalarda təsnif olumayan sakroileit, ikitərəfli sarkoileit, M24.5-oynaqların kontrakturası, onurğada hərəkət məhdudluğu, M40-kifoz və lordoz, İİİ dərəcəli torakal hiperkifoz, R52.2digər daimi ağrı, daimi ağrı, M47-spondilyoz, yayılmış spondilyoz” diaqnoz ona stasionarda müayinə və müalicəsi zamanı qoyulmuşdur. - O, xx.xx.2024-cü il tarixdə “X9”ndə Radiologiya şöbəsində maqnit rezonans tomoqrafıya müayinəsinin nəticəsində aşkar edilmiş patologiya Bexterev xəstəliyi olaraq dəyərləndirilmişdir. - Qərardadın yarımbəndlərində göstərilən suallardakı xəstəliklər meyarlara aid olduqlarından onların təyini tibbi-sosial ekspertlərin səlahiyyətlərinə aiddir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 13.5.1. ankilozlaşan spondilit М45 Qiymətləndirmə

nəzərəçarpan formada təzahür edən 13.5.1.1. 60 müddətsiz anadangəlmə inkişaf qüsurları

döş qəfəsinin deformasiyası (skolioz; kifoskolioz İİİ-İV mərhələ), əyilmə bucağı 650-dən çox olduqda və ya 13.5.1.2. 50-70 müddətsiz onurğanın bir neçə şöbəsini əhatə edən fəqərəarası ankilozlaşma, kəskin funksiya pozuntusu ilə onurğa sütununun hərəkətinin təzahür edən məhdudluğu: - yuxarı ətraf funksiyalarının təzahür edən pozuntusu: təzahür edən paraparez, əhəmiyyətli təzahür edən proksimal paraparez və ya proksimal paraplegiya; təzahür edən distal paraparez yuxarı ətraflarda; - aşağı ətraf funksiyalarının 13.5.1.3. 70-90 müddətsiz əhəmiyyətli pozuntusu: təzahür edən paraparez, əhəmiyyətli təzahür edən distal paraparez, distal paraplegiya və ya təzahür edən proksimal; - distal paraplegiya və ya təzahür edən proksimal paraparez aşağı ətraflarda; - sidiyin (8 saatda 600 ml və daha çox) və nəcisin (formalaşmış nəcisin) saxlanılmamasının ağır dərəcəsi 13.5.1.4. onurğa sütunun statodinamik 100 müddətsiz funksiyasının əhəmiyyətli pozuntusu (müstəqil hərəkətin, yataqdan durmanın, bir vəziyyətin alınmasının və saxlanılmasının, yerdəyişmənin): - beldə olan əhəmiyyətli ağrılarla; - yuxarı ətraf funksiyalarının əhəmiyyətli pozuntusu: əhəmiyyətli distal paraparez, distal paraplegiya, əhəmiyyətli təzahür edən paraparez, paraplegiya; - aşağı ətraf funksiyalarının əhəmiyyətli pozuntusu: əhəmiyyətli təzahür edən proksimal paraparez, proksimal paraplegiya, əhəmiyyətli təzahür edən paraparez, paraplegiya; - digər insanların daimi yardımına ehtiyac; - gigiyenik vasitələrin istifadəsinin qeyri-mümkünlüyü ilə sidiyin və nəcisin saxlanılmamasının ağır dərəcəsi 24.Odur ki, iddiaçının qeyd edilən əlillik təyin edən xəstəlikdən (ankilozlaşan spondilit) əziyyət çəkməsi tibbi göndərişlə (forma 88) təsdiqini tapmış, həmin tibbi göndəriş həkim müayinəsinə əsaslanmışdır. İddiaçı qeyd edilən xəstəliklə bağlı illər ərzində (2016-2024) mütəmadi olaraq ixtisaslaşmış səhiyyə müəssisəsində müayinə və müalicələrdə olmuş, həmin müayinənin nəticəsi təsdiqlənmişdir. 25.Məhkəmə qeyd edir ki, təqdim edilən müayinə sənədlərinə əsasən qeyd edilən xəstəliklə bağlı illər ərzində (2016-2024) mütəmadi olaraq ixtisaslaşmış səhiyyə müəssisələrində (Ak.M.Ə.Mirqasımov adına RKX, 18 saylı BŞX, Sabunçu TM, ETTOİ-X4 və Ortepediya İnstitutu) müayinə və müalicələrdə olmasına və həmin xəstəlik qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları”na əlilliyin təyin olunmasına əsas verməsinə baxmayaraq, əlilliyin təyin olunmaması (diaqnozun əlillik təyin etməməsi barədə qərarı) iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. 26.Digər tərəfdən İddiaçı orqanizmin funksiyalarının pozulmasının müddətsiz təyin edilməsini tələb etmişdir. 27.Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının əlillik təyin edən diaqnozları və xəstələlikləri (M45 - Ankilozlaşan spondilit) Qaydaların 13.5.1-ci bəndinə əsasən sağlamlıq imkanlarının pozulmasının faiz dərəcəsini müddətsiz olaraq müəyyən edir. 28.Məhkəmə eyni zamanda nəzərə alır ki, iddiaçıda “Əlilliyin müəyyən olunması meyarları”na əsasən əlillik təyin edən bir neçə xəstəliyin ağırlaşması (M45) öz təsdiqini tapmışdır. Lakin iddiaçıda aşkar olunan ağırlaşmaların yuxarıda qeyd edilən konkret hansı bəndlərə uyğun gəldiyini müəyyən etmək inzibati məhkəmə araşdırması çərçivəsində mümkün hesab edilmir (Xəstəliklərin meyarların 13.5.1.1, 13.5.1.2, 13.5.1.3, 13.5.1.4-cü bəndlərinə uyğun gəldiyi müəyyən edilsə belə). Belə ki, iddiaçı digər xəstəliyin əsas diaqnozu “Ankilozlaşan spondilit” (M45) diaqnozundan da əziyyət çəkir. Belə olan təqdirdə, məhkəmə konkret halda müvafiq meyarlara əsasən iddiaçının sağlamlıq imkanlarının pozulmasının faiz dərəcəsinin cavabdehin qiymətləndirmə sərbəstliyinə əsasən müəyyən edilməli olduğu qənaətindədir. 29.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasından: 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 30.“Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasından: 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra dərhal qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 31.Göründüyü kimi iddiaçıya münasibətdə göndəriş xx.xx.2024-cü il tarixli müvafiq dərəcə əlillik təyinatı məhz göndərişin verildiyi tarixdən aparılmalıdır. 32.Odur ki, cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə ki, İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

33. Cavabdeh bildirir ki, diaqnoz əsasında şəxsin əlil olub-olmamasınıın (əlillik dərəcəsinin) müəyyən edilməsi cavabdehin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.

34. Bununla bağlı məhkəmə qeyd edir ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyət kimi nəzərdə tutulmuşdur.

35. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilmiş hər iki halda, yəni həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

36. Belə yanaşma bu qərarın yuxarıda istinad olunan normaların mahiyyətindən və kompleks təfsirindən irəli gəlir. Belə ki, həmin normalara görə, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir (sağlamlıq vəziyyətinin qiymətləndirilməsi mərhələsi). Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir (əlilliyin təyini mərhələsi).

37. Bu mənada cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri də əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.

38. Həmçinin qeyd edilməlidir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə inzibati orqanın əvəzinə qərar qəbul etmir, əksinə inzibati orqanın üzərinə belə qərarın qəbul edilməsinə dair öhdəlik qoyur və bu yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır.

39. Beləliklə, mübahisəyə dair işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış və nəticədə iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb olan qərar qəbul etmişdir.

40. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

41. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

42. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı orqanizmin funskiyalarının pozulmasının faiz dərəcəsinin cavabdeh tərəfindən müəyyənləşdirilməklə xx.xx.2024-cü il tarixdən müddətsiz təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.

43. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı orqanizmin funskiyalarının pozulmasının faiz dərəcəsinin cavabdeh tərəfindən müəyyənləşdirilməklə sonuncu tibbi göndərişin verildiyi xx.xx.2024-cü il tarixdən müddətsiz təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar