Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4103/2020 11.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X11 X1rşı pensiya təminatı üzrə tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X11 X8 İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(103)- 298/2018 saylı qərarı əsasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 2-1(81)-1009/2018 saylı icra sənədinin tam şəkildə icra edilərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2019-cu il tarixli, 43/2019 saylı yeni məlumat vərəqəsinə əsasən pensiyanın Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” 388 nömrəli Fərmanının qəbul edildiyi xx.xx.2011-ci il tarixdən yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(103)-298/2018 saylı qərarı əsasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 2-1(81)-1009/2018 saylı icra sənədi üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2019-cu il tarixli, 43/2019 saylı yeni məlumat vərəqəsi nəzərə alınmaqla xx.xx.2012-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr ərzində yaranmış fərqin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçilar X7, X12 və o, xx xxxxx 2015-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli, 388 nömrəli Fərmanına, həmin Fərmanda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 810 saylı və xx.xx.2017-ci il tarixli, 1207 saylı Fərmanlarına müvafiq olarq Balakən Gömrük İdarəsi “Mazımçay” gömrük postunun böyük inspektorunun aylıq vəzifə maaşlarına edilən əlavələrin təminat xərcliyinə hesablanmaqla, barələrində yeni məlumat vərəqəsinin qərar qanuni qüvvəsini aldıqdan sonra 5 iş günü ərzində Dövlət X11 Hərbi Qulluqçular və X9 İş Departamentinə təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2-1(81)-2232/2015 saylı qərarı ilə iddiaçilar X3, X5 və onun cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “məlumat vərəqəsinin verilməsi” tələbinə dair iddiaları rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2-1(103)-1517/2015 saylı qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarından verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2-1(102)-263/2016 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2-1(103)-1517/2015 saylı qərarından verilmiş kassasiya şikayəti təmin edilərək qərarın ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2-1(103)-982/2016 saylı qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(81)- 2232/2015 saylı qərarı ləğv edilmiş, apellyasiya və kassasiya məhkəmələrinin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3820/2016 saylı, xx xxxxxxx 2016-cı il tarixli qərardadı ilə iddia tələbinin hər bir iddiaçıya münasibətdə ayrı-ayrı icraatlara ayrılaraq, hər birinə ayrıca baxılması qərara almımışdır. 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(81)-1009/2017 saylı qərarı ilə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017ci il tarixli, 2-1(103)-1439/2017 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2-1(102)-1842/2017 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi Kollegiyasın xx.xx.2017-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018ci il tarixli, 2-1(103)-298/2018 saylı qərarı ilə apellyasiya şikayətim təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi təmin edilərək, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” xx.xx.2011-ci il tarixli, 388 nömrəli Fərmanına, xx.xx.2011-ci il tarixli, 388 nömrəli Fərmanda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 810 saylı və xx.xx.2017-ci il tarixli 1207 saylı Fərmanlarına müvafiq olaraq aylıq vəzifə maaşlarına edilən əlavələrin təminat xərçliyinə (pul təminatma) hesablanmaqla barəsində yeni məlumat vərəqəsinin Dövlət X11 Hərbi Qulluqçular və X9 İş İdarəsinə təqdim edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(102)-1141/2018 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(103)-298/2018 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(103)-298/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərar qanuni qüvvəsini almış və icra edilməsi üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(103)-298/2018 saylı qərarı icra edilməsi üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə göndərilsə də, cavabdeh təşkilat 2012-ci ildə pensiyaya çıxmağı ilə bağlı tərtib edilmiş təminat xərcliyi barədə məlumat vərəqəsini xx.xx.2018-ci il tarixli yeni blankda tərtib edərək Dövlət X11 Hərbi Qulluqçular və X9 İş idarəsinə göndərməklə kifayətlənmiş, bununla da, qanuni qüvvəsini almış məhkəmə qərarının könüllü icrasını təmin etməmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(103)- 298/2018 saylı qərarının icrası ilə əlaqədar məcburi icra tədbirlərinin müəyyən olunması haqqında qərardad qəbul edilməsi barədə ərizə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən təmin olunaraq göstərilən qərarın əsasında xx.xx.2018-ci il tarixli, 2-1(81)- 1009/2018 saylı icra vərəqəsi tərtib edilərək Yasamal rayon İcra və probasiya şöbəsinə göndərilmiş və hazırda icra məmuru İlyas Cəfərovun icraatındadır. Yasamal rayon İcra və probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli məktubuna əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)-1009/2018 saylı icra vərəqəsi borclu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə göndərilmiş və icra sənədinin icrasının təmin edilərək nəticəsi barədə məlumat verilməsi xahiş olunmuşdur. Lakin borclu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi təkrarən icra sənədini icra etməmiş, xx.xx.2018-ci il tarixli, 1000-180/1xx-xx/021297 saylı məktubla onun barəsində yeni məlumat vərəqəsi tərtib edilərək Komitənin xx.xx.2018-ci il tarixli, 100-22/xx-xx/014458 nömrəli məktubu ilə Dövlət X11 Hərbi Qulluqçular və X9 iş İdarəsinə göndərildiyi bildirilmişdir. Halbuki yuxarıda qeyd edildiyi kimi cavabdeh təşkilat 2012-ci ildə pensiyaya çıxmaqla bağlı tərtib edilmiş təminat xərcliyi barədə məlumat vərəqəsini xx.xx.2018-ci il tarixli yeni blankda tərtib edərək Dövlət X11 Hərbi Qulluqçular və X9 İş İdarəsinə göndərməklə kifayətlənmişdir. Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkklinə qanuni qüvvəsini almış məhkəmə qərarının icra edilməməsi ilə bağlı edilmiş müraciətlərdən sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 1009/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən təminat xərcliyi barədə xx.xx.2019-cu il tarixli, 43/2019 saylı yeni məlumat vərəqəsi tərtib edilmiş, 1000-180/0xxxx/021800 nömrəli, xx.xx.2019-cu il tarixli məktubla Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət X11 X8 idarəsinə göndərilmişdir. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4009/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi yalnız Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” xx.xx.2011-ci il tarixli, 388 nömrəli Fərmanı dair hissədə icra edilmiş, həmin Fərmanda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cı il tarixli, 810 saylı və xx.xx.2017-ci il tarixli, 1207 saylı Fərmanlarına dair hissələrdə isə icra edilməmişdir. Həmçinin məhkəmənin qanuni qüvvəsini almış qərarı əsasında verilmiş icra sənədində artımın 2011-ci il tarixdən hesablanması barədə birbaşa göstəriş olmasına baxmayaraq, cavabdeh Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət X11 X8 İdarəsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1 -1-ci maddəsinə istinad etməklə artımı yalnız əvvəlki 3 il üçün hesablamışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən təqdim olunmuş məlumat vərəqəsinə əsasən Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət X15 tərəfindən xx.xx.2012-ci il tarixdən ona pensiya təyin edilmişdir. Həmçinin pensiyanın yenidən hesablanması ilə əlaqədar olaraq ərizə ilə aidiyyatı qurumlara 2014-cü ilin sonunda, iddia ərizəsi ilə 2015-ci ilin əvvəlində 1 saylı Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmşıdır ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət X13 həvalə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli, 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət X13 göndərilir. Yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların l.-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət X13 təqdim olunur. İddiaçının adına pensiya təyinatı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən “məlumat vərəqi” İdarəyə daxil olmuş və xx.xx.2009-cu il tarixdən əmək pensiyası təyin edilmişdir. Qeyd edilənlərin əsasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən iddiaçının adına yenidən “məlumat vərəqi”ndə qeyd edilmiş təminat xərcliyinə digər növ əlavələr əlavə edilərək xx.xx.2019-cu il tarixdə İdarəyə göndərilmişdir. İddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1 və 37.7-ci maddələrinə uyğun olaraq əmək pensiyası yenidən hesablanmış və ödənilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər”. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə, Qanunun 32.1-1-ci maddəsinə əsasən “əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir”. Yuxarıda qeyd edilən maddənin və onun yer aldığı fəslin adından da göründüyü kimi həmin müddəa “əmək pensiyasının təyin edilməsi” ilə əlaqədardır. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən “keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1 maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir”. Yuxarıda qeyd edilən maddənin və onun yer aldığı fəslini adından da göründüyü kimi həmin müddəa “əmək pensiyasnın ödənilməsi” ilə əlaqədardır. İddiaçıya qanunvericiliyin tələblərinə uyğun olaraq son 3 il olmaqla əmək pensiyası tərəflərindən ödənilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X10 iddia tələbinə etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(102)-1141/2018 saylı qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(103)- 298/2018 saylı qərarı ilə İddiaçı apelyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi təmin edilərək Azərbaycan Respublikası prezidentinin “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” xx.xx.2011-ci il tarixli, 388 nömrəli Fərmanına, xx.xx.2011-ci il tarixli, 388 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 810 saylı və xx.xx.2017-ci il tarixli, 1207 saylı Fərmanlarına müvafiq olaraq aylıq vəzifə maaşlarına edilən əlavələrin təminat xərcliyinə (pul təminatına) hesablanmaqla İddiaçı barəsində yeni məlumat vərəqəsinin Dövlət X11 Hərbi Qulluqçular və X9 İş İdarəsinə təqdim edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(102)-1141/2018 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(103)-298/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. - İdarənin iddiaçının xx.xx.2019-cu il tarixli ərizəsinə cavab olaraq verdiyi xx.xx.2020ci il tarixli, **********9 nömrəli məktubdan görünür ki, ona aid xx xxxxxxx 2019-cu il tarixli, 43/2019 nömrəli yeni məlumat vərəqəsinə əsasən əmək pensiyası keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanları nəzərə alaraq əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 8661,66 manat məbləğində fərq 2019-cu ilin noyabr ayından etibarən həmin Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinə uyğun qaydada hissə-hissə pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. Məlumat üçün bildirilmişdir ki, yuxarıda qeyd olunan məlumat vərəqəsində vəzifə maaşı: 220,00 manat; rütbə maaşı: 127,00 manat; xidmət illərinə görə vəzifə və rütbə maaşı 15 faizi miqdarında əlavəsi - 52,05 manat; digər növ əlavəsi - 480,95 manat; ərzaq payı əvəzinə kompensasiya 32,00 manat olmaqla cəmi təminat xərcliyi 912,00 manat göstərilmişdir. - İdarənin iddiaçının xx.xx.2020-ci il tarixli ərizəsinə cavab olaraq verdiyi xx.xx.2020-ci il tarixli, **********6 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən İdarəyə daxil olmuş x xxxxxxx 2019-cu il tarixli 43/2019 nömrəli yeni məlumat vərəqəsinə əsasən əmək pensiyası keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1 -ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi, qanunvericilikdə keçmiş dövr üzrə hesablanmış fərq məbləğinin ən çoxu üç il üçün hesablanılması nəzərdə tutulmuşdur. Qeyd olunanları nəzərə alaraq, əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 8661,66 manat məbləğində fərq 2019-cu ilin noyabr ayından etibarən həmin Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinə uyğun qaydada hissə-hissə pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. Əlavə olaraq bildirilmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının x xxxxxx 2018-ci il tarixli 2-1 (103)-298/2018 nömrəli məhkəmə qərarında İdarənin üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır. - Məhkəməyə təqdim edilmiş İddiaçı aid pensiya işinin materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 56 №-li, xx.xx.2012-ci il tarixli məlumat vərəqəsinə əsasən İddiaçı xx.xx.2009-cu ildən hesablanmaqla xx.xx.2012-ci il tarixli qərarla yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 43/2019 №-li, xx.xx.2019-cu il tarixli məlumat vərəqəsinə əsasən İddiaçı pensiyası yenidən hesablanmışdır. - Pensiya işində olan Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin X8 İdarəsinin xx.xx.2019-cu il tarixli əmək pensiyasının yenidən hesablanması haqqında qərarından görünür ki, 43/2019 №-li, xx.xx.2019-cu il tarixli məlumat vərəqəsinə əsasən İddiaçı pensiyası yenidən hesablanarkən alınmamış pensiya məbləğləri üzrə ötən dövrlər kimi xx.xx.2016-xx.xx.2019-cu illər nəzərə alınmışdır. İddiaçı hazırki pensiya məbləği 271,55 manat yenidən hesablanaraq 512,02 manat olmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq aşağdakı hüququ əsaslara görə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olduğundan iddia tələbi təmin edilməlidir. Belə ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. - 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. - 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. - 9.6-cı maddəsinə əsasən hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. - 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. - 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət X13 təqdim edilir. Yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 gün ərzində Azərbaycan Respublikası Dövlət X13 təqdim edilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 56 №-li, xx.xx.2012-ci il tarixli məlumat vərəqəsinə əsasən İdarə tərəfindən xx.xx.2009-cu ildən hesablanmaqla xx.xx.2012-ci il tarixli qərarla yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən məlumat vərəqəsinin düzgün tərtib edilməməsini mübahisələndirmiş və qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən 43/2019 №-li, xx.xx.2019-cu il tarixli məlumat vərəqəsi İdarəyə təqdim edilmiş və sonuncu həmin məlumat vərəqəsinə əsasən iddiaçının pensiyasını yenidən hesablamışdır. Pensiya yenidən hesablanarkən cavabdeh “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsas götürərək ötən dövrlər üzrə alınmamış pensiya məbləğlərini xx.xx.2016-xx.xx.2019-cu illər üzrə qeyd etmiş və həmin dövrlər üzrə fərq məbləği hissə-hissə pensiyasının üzərinə əlavə olunmaqla iddiaçıya ödənilir. Hazırda iddiaçı cavabdehin həmin hesablamasının düzgün olmamasını məhkəmədə mübahisələndirir. Məhkəmə qeyd edir ki, cavabdeh orqan yeni məlumat vərəqəsinə əsasən iddiaçının pensiyasını yenidən hesablayarkən «Əmək pensiyaları haqqında» Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 və 37.7-ci maddələrinə istinad etmişdir. Halbu ki, iddiaçının yeni məlumat vərəqəsinə əsasən pensiya almaq hüququ xx.xx.2017-ci il tarixdən əvvəl yaranmışdır. xx.xx.2017-ci il tarixədək qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanununun 32.1-ci maddəsinə əsasən isə yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. xx.xx.2017-ci il tarixədək qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği ödənilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Məhkəmə sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçıya 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 2-1(81)-1009/2018 saylı icra sənədi üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2019-cu il tarixli, 43/2019 saylı yeni məlumat vərəqəsi nəzərə alınmaqla xx.xx.2012-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr ərzində yaranmış fərqin hesablanmasına hər hansı məhdudiyyət nəzərdə tutulmadığından cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(103)-298/2018 saylı qərarı əsasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 2-1(81)-1009/2018 saylı icra sənədi üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2019-cu il tarixli, 43/2019 saylı yeni məlumat vərəqəsi nəzərə alınmaqla xx.xx.2012-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr ərzində yaranmış fərqin hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(103)-298/2018 saylı qərarı əsasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 2-1(81)-1009/2018 saylı icra sənədi üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2019-cu il tarixli, 43/2019 saylı yeni məlumat vərəqəsi nəzərə alınmaqla xx.xx.2012-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr ərzində yaranmış fərqin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X11 X8 İdarəsinə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-4103/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4103/2020
11.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver