Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4105/2020 05.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlu, Tərəflərin iştirakları olmadan, İddiaçılar İddiaçı1, X1, İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutuna qarşı (3-cü şəxslər "xxxx" ASC, "xxxx" ASC, “Azəriqaz” İB) tərtib edilmiş yaşayış evinin texniki vəziyyəti haqqında aktın etibarsızlığının tanınması tələbi barədə iş üzrə iddianın baxılmadan geri qaytarılması haqqında ərizələrə məhkəmənin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, X3, İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutuna (3-cü şəxslər "xxxx" ASC, "xxxx" ASC, “Azəriqaz” İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutu tərəfindən tərtib edilmiş ünvan 1 ünvanında yerləşən yaşayış evinin texniki vəziyyəti haqqında aktın etibarsızlığının tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 27 iyul 2020-ci il tarixdə İddiaçı1 və digər iddiaçılar X3 və İddiaçı3 nümayəndəsi və vəkili Vəkil məhkəməyə dəftərxana vasitəsilə ərizələr ünvanlayaraq, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin baxılmadan iddiaçılara geri qaytarılmasını xahiş etmişlər. Məhkəmə ərizələrin əsaslarını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizələr təmin olunmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçılara geri qaytarılmalı, həmçinin iddiaçılar tərəfindən verilmiş müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2, 80-cı, Mülki Prosessual Məcəlləsinin 170.1, 170.3-cü maddələrinə əsasən, QƏRARA ALDİ: Ərizələr təmin edilsin. İddiaçılar İddiaçı1, X1, İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutuna qarşı (3-cü şəxslər "xxxx" ASC, "xxxx" ASC, “Azəriqaz” İB) tərtib edilmiş yaşayış evinin texniki vəziyyəti haqqında aktın etibarsızlığının tanınması tələbi barədə iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işə baxılmadan iddiaçılara geri qaytarılsın və iş üzrə icraata xitam verilsin. İddiaçılar tərəfindən verilmiş müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə baxılmadan geri qaytarılsın. Qərardaddan təqdim edildiyi andan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə tərəflər Bakı Apellyasiya Məhkəməsinə şikayət verə bilərlər. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-4105/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4105/2020
05.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver