Məhkəmə qərarları › İş №2-1(112)-4107/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4107/2023

26.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4107/2023 26.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi “X7” publik hüquqi şəxsi 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəh. N.Vəzirov küç, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra mətndə Agentlik) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli imtinanın qanunsuz hesab edilməsi, ona 2-ci qrup peşə əlillik dərəcəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 13 avqust 1984-cü ildə Bakı şəhərində doğulmuşdur. Uzun müddət dəniz sektorunda işləmişdir. 2014-cü il tarixdə 70 faiz əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar peşə xəstəliyi ilə 2-ci qrup əlilliyə görə pensiyaya çıxmışdır. 2021-ci ilə kimi ikinci qrup əlil kimi pensiya almışdır. 2021-ci ildə yenidən əyani komissiyadan keçmişdir, ona təyin edilmiş diaqnozu tam göstərilməmiş və nəticədə ona əlilik təyin edilməsindən imtina edilmiş, ona bir il müddətinə 25 faiz əmək qabiliyyətinin itirilməsi qeyd edilmişdir. Belə ki, onun əsas diaqnozu bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatuya ilə zədələnməsi. M42Bel fərqərələrinin osteoxondrozu. (L4-L5) fəqərəarası diskdə arxa median sola lateralizasiyalı protruziya (4.2mm). L5-S1 fəqərəarası diskdə arxa median protruziya (2mm) R50 Naməlum qızdırma olduğu halda diaqnozu tam olaraq göstərilməmişdir. Diaqnoz “bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi. Döş fəqərələrini osteixondrozu fonunda, davamlı kökcük ağrıları ilə xroniki döz radikulopatiyası” kimi qeyd edilmişdir. Eyni zamanda onun peşə xəstəliyi qeyd edilməmiş, onu ümumi xəstə kimi qeyd etmişlər. Hazırda xəstəliyi ilə əlaqədar işləyə bilmir. Pensiyanın kəsilməsi isə onun maddi vəziyyətinin daha da ağırlaşmasına gətirib çıxarıbdır. Onun diaqnozlarının tam qeyd edilməməsi barədə “X8” Publik Hüquqi şəxsə müraciət etmişdir, lakin onun xəstəlikləri tam qeyd edilməmiş və müvafiq sistemə tam doldurulmamışdır. Agentlik isə qeyd edilən diaqnozla ona əlillik dərəcəsi təyin etmir. Onun xx.xx.2016-cı ildə İİ qrup əllik dərəcəsi alarkən diaqnozu “Etiologiyası məlum olmayan qızdırma. Th 7-8 fəqərə diskində onurğa beynini sıxan 3 mm ölçüdə arxa-mərkəzi yırtıq” diaqnozu olmuşdur. Sonradan isə 2021-ci ildə diqonozumda naməlum qızdırmanı qeyd etsələrə də onurğa beynini qeyd etmməmişlər. 2021-ci ildə ona əlillik verməyərək, bir il müddətinə yalnız 25 faiz əmək qabiliyyətini itirmə kimi qeyd etmiş, əlilliyin səbəbi peşə xəstəliyi olsa da bunlar nəzərə alınmamışdır. 2022-ci ildə isə nə peşə xəstəliyi nə də ki, diaqnozları düzgün göstərilmir. O, Agentliyə müraciət etdikdə onu əyani komissiyadan keçirdilər. Sənədlərinə və özünə baxdıqda onun həqiqətən də peşə xəstəliyinə görə yuxarıda qeyd etdiyi diaonozlarla xəstə olduğu aydın olmuşdur. Lakin ona düzgün cavab verilməmişdir. Bunun səbəbini soruşduqda ona bildirilmişdir ki, “X6” Publik Hüquqi şəxs tərəfindən sistemə məlumatlar düzgün daxl edilmədiyindən əllillik təyin edilməmişdir. Bundan sonra o, “X6” Publik Hüquqi şəxsə müraciət edərək nəyə görə məlumatların düzgün daxil edilmədiyini soruşmuşdur. Ona bildirilmişdir ki, onlar məlumatları sistem düzgün daxil edirlər, lakin Agentlik əlillik vermir. Ona heç bir əsas olmadan peşə xəstəliyi ilə bağlı deyil, ümumi xəstə kimi qeyd edirlər. Onun məlumatlarının sistemə düzgün daxil edilməməsi səbəbindən ona əllik dərəcəsi verilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, məhkəmənin 25 noyabr 2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi “X7” publik hüquqi şəxsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. Cavabdeh Agentlik inzibati orqan tərəfindən məhkəməyə təqdim olunmuş iddia tələbinə dair yazılı etirazda göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Bakı Lökbatan Tibb İdarəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış X3 əsası ilə Mərkəzə geri göndərilmişdir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tarn və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Üçüncü şəxs “X7” publik hüquqi şəxsi tərəfindən iddiaya dair yazılı münasibət məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, üçüncü şəxs müvafiq olaraq məhkəmə iclasına gəlməmiş və səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Agentliyin nümayəndələri X2 məhkəmə iclasında yazılı etiraz uyğun verdiyi izahatında iddia tələbinin təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü. İddiaçı 2-ci qrup peşə əlillik dərəcəsinin verilməsi barədə müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, hazırki iddianın “məcburetmə haqqında iddia” növünün mümkünlük şərtlərinə uyğunluğu yoxlanılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə isə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-nin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulubpozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, əvvəlcə eyni tələblə cavabdeh inzibati orqana, daha sonra isə qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları. AA ******* №li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə “Elektron məhkəmə” informasiya sistemindən məlumatdan müəyyən olunur ki, xx.xx.1984cü ildə Bakı şəhərində doğulmuş İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ərazi dairəsi, Lökbatan qəsəbəsində qeydiyyatdadır. İddiaçı aid aşağıdakı; - xx.xx.2014-cü il tarixli, xxxxxxx0002 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X1: XVİİİ sinif - Digər rubrikalarda təsnif olunmayan, klinik və laborator tədqiqatlar zamanı aşkar edilən simptonlar, nişanələr və normadan kənara çıxma halları=> R50-R69- Ümumi simpton və nişanələr….Diaqnozun mətni - Etiologiyası məlum olmayan qızdırma…..Meyar imtina edilir…İmtina edilmənin səbəbi- Əlavə müalicəyə ehtiyac olması. - xx.xx.2014-cü il tarixli, xxxxxxx0003 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X1: XVİİİ sinif - Digər rubrikalarda təsnif olunmayan, klinik və laborator tədqiqatlar zamanı aşkar edilən simptonlar, nişanələr və normadan kənara çıxma halları=> R50-R69- Ümumi simpton və nişanələr….Diaqnozun mətni- Etiologiyası məlum olmayan qızdırma…..Meyar imtina edilir…İmtina edilmənin səbəbi - Əlavə müalicəyə ehtiyac olması. - xx.xx.2014-cü il tarixli, xxxxxxx0001 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X1: Xİİİ sinif –Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M60- M79-Yumşaq toxumaların xəstəlikləri=> M70-M79_Yumşaq toxumaların digər xəstəlikləri =>M79 Yumşaq toxumaların…. Diaqnozun mətni: Naməlum qızdırma L4-L5 diskdə dural kisəni sıxan 55 mm mərkəzi yırtıq Th 7-8 diskdə onurğa beyni sixan 3 mm ölçüdə arxxa mərkəzi yırtıq Sağ aşağı ətrafın parezi ilə,….Meyar: 2.2 İkinci dərəcə əlillik=> 2.2.11 Onurğa beyninin xəstəliyi və ya travması nəticəsində aşağı ətrafların nəzərə çarpan parezi və ya çanaq orqanları funksiyalarının pozulması halları. - xx.xx.2015-ci il tarixli, xxxxxxx0004 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X1: XVİİİ sinif - Digər rubrikalarda təsnif olunmayan, klinik və laborator tədqiqatlar zamanı aşkar edilən simptonlar, nişanələr və normadan kənara çıxma halları=> R50-R69- Ümumi simpton və nişanələr….Diaqnozun mətni - Etiologiyası məlum olmayan qızdırma Th 7-8 fəqərə diskində onurğa beynini sıxan 3 mm ölçüdə arxa-mərkəzi yırtıq…..Meyar: 2.2 İkinci dərəcə əlillik =>Digər: Etiologiyası məlum olmayan qızdırma. TH 7-8 fəqərə diskində onurğa beynini sıxan 3 mm ölçüdə-mərkəzi yırtıq. - xx.xx.2016-ci il tarixli, xxxxxxx0005 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X1: XVİİİ sinif - Digər rubrikalarda təsnif olunmayan, klinik və laborator tədqiqatlar zamanı aşkar edilən simptonlar, nişanələr və normadan kənara çıxma halları=> R50-R69- Ümumi simpton və nişanələr….Diaqnozun mətni - Etiologiyası məlum olmayan qızdırma Th 7-8 fəqərə diskində onurğa beynini sıxan 3 mm ölçüdə arxa-mərkəzi yırtıq…..Meyar: 2.2 İkinci dərəcə əlillik =>Digər: Etiologiyası məlum olmayan qızdırma. TH 7-8 fəqərə diskində onurğa beynini sıxan 3 mm ölçüdə-mərkəzi yırtıq. - xx.xx.2021-ci il tarixli, xxxxxxx0007 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X1: XVİİİ sinif - Digər rubrikalarda təsnif olunmayan, klinik və laborator tədqiqatlar zamanı aşkar edilən simptonlar, nişanələr və normadan kənara çıxma halları=> R50-R69- Ümumi simpton və nişanələr….Diaqnozun mətni- naməlum mənşəli qızdırma, Naməlum qızdırma.V.Y.Axundov ad..ETTPİ Peşə xəstəlikləri Kİ-nin 87/2021 №-li 07.21 tarixli xəsətik tarixindən çıxarışa əsasən… Ağırlaşma R50 Naməlum mənşəli qızdırma, Naməlum qızdırma.V.Y.Axundov ad.ETTPİ Peşə xəstəlikləri Kİ-nın 87/2021 N-li xx.xx.2021- tarixli xəsətlik tarixindən çıxarışa əsasən…Meyar: İmtina edilir….. İmtina edilmənin səbəbi-Tam reabilitasiya olması-Səbəb Diaqnoz əlillik əlaməti təyin etmir… - xx.xx.2022-ci il tarixli, xxxxxxx0009 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, ….Diaqnozun mətni - Bel və digər şöbələrin fəqərəarası radikulopatiya ilə zədələnməsi.Döş fəqərələrini ostexondrozu fonunda, davamlı kökçük ağrıları ilə xroniki döş radikulopatiyası….İmtina edilmənin səbəbi - Hazırda əlil hesab edilməməsi barədə qərar qəbul edilmişdir. - xx.xx.2023-cü il tarixli, xxxxxxx0010 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, ….Diaqnozun mətni-M51.1 Bel və digər şöbələrin fəqərəarası radikulopatiya ilə, Bel və digər şöbələrin fəqərəarası diskələrinin radikulopatiya ilə zədələnməsi. ….İmtina edilmənin səbəbi - Xəstənin ixtisaslaşmış tibb müəssisəsində müayinə olunmağa ehtiyacı var. Agentliyin Tibbi-sosial ekspert komissiyasının 29 sentyabr 2022-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Bakı şəhər sakini xx.xx.1984 - cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti Bakı X6nin 100023139BNT saylı göndərişi əsasında xx.xx.2022-ci il tarixdə şəxsin iştirakı olmadan qiymətləndirilmiş və əlavə müayinəyə ehtiyacın olması barədə qərar verilmişdir. Müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2015-ci il tarixdə tibbisosial ekspert komissiyasında təkrar müayinə edilmiş və “peşə xəstəliyi” səbəbi ilə bir il müddətinə ikinci dərəcə əlillik və əmək qabiliyyətinin 70% (yetmiş faiz) itirilməsi barədə qərar verilmişdir. Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 6.1. bəndinə müvafiq olaraq xx.xx.2016-cı il tarixdə şəxsin ikinci dərəcə əlilliyi onun iştirakı olmadan Əlillik Altsistemi tərəfindən beş il müddətinə uzadılmışdır. Şəxsin əlillik vəziyyəti Bakı X6nin 0042003AACQ6 saylı göndərişi əsasında xx.xx.2021-ci il tarixdə iştirakı olmadan qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. İddiaçı qərardan narazı şəxs kimi xx.xx.2021-ci il tarixdə Agentlikdə əyani müayinə edilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar verilmişdir. Hazırda İddiaçı xx.xx.2022-ci il tarixli qərarla bağlı narazı şəxs kimi müayinə edilir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı orta boylu, normal bədən quruluşludur. Dəri və görünən selikli qişaları adi rəngdədir. Burun dodaq büküşüsimmetrikdir. Kəllə beyin sinirləri tərəfindən patologiya aşkar edilmir. Reflekslər canlı olub D=S. Ətraflarda iflic və parez.aşkar edilmir. Aşağı ətraflarda əzələ gücü 4.0 baldır, əzələ tonusu normaldır. Paravertebral nöqtələr ağrılıdır. Onurğanın önə və yana hərəkəti nisbətən məhdudlaşıb, hərəkət ağrılıdır. Laseq simptomu müsbətdir. Paravertebral nöqtələr ağrılıdır, bel əzələləri gərgindir.Onurğada hərəkət ağrı hesabına nisbətən məhdudlaşıb. Emosional və vazomotor labildir.Romberq vəziyyətində dayanıqlıdır. Nəticədə xəstədə hazırda əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyinə görə “diaqnoz əlillik əlaməti təyin etmir - hazırda əlil hesab edilməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T 185/2023 saylı (ekspertizanın başlanma tarixi 13 mart 2023-cü il, başa çatma tarixi 29 mart 2023-cü il) rəydən görünür ki, ekspertlər belə nəticəyə gəlmişlər ki: İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına tibb müəssisəsində tərtib ediib göndərilmiş xx.xx.2022-ci il tarixli 100023139BNT №-li Forma 088 göndərişində qeyd edilmiş diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Şəxsin TSEK-də müayinəsi zamanı ekspertlər tərəfindən əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi ilə əlaqədar hər hansı bir qeydiyyat aparılmamışdır. Yuxarıda qeyd edilən xəstəliklərlə əlaqədar hazırda onun əlavə ixtisaslaşdırılmış stasionar müalicəsinə ehtiyacı yoxdur, lakin xəstəliklər kəskinləşərkən ağırlığından asılı olaraq ambulator, yaxud stasionar müalicəyə cəlb oluna bilər. Əlilliyin təyini ilə əlaqədar sualların həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qnununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə əlillik dərəcəsinin təyin edilməsi Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4107/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə əlavə məhkəmə tibbi ekspertizası təyin olunmuş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1-İş materiallarında olan əlillik vəziyyətinin Agentliyin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli İ00023139BNT №li qərarla qiymətləndirilməsi aparılmış Bakı X6 tərəfindən göndərilmiş Forma 088 göndərişində; - şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmışdırmı və əlavə ixtisaslaşdırılmış stasionar müalicəyə ehtiyac vardırmı ? - aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapırmı?

2. İddiaçı aşkar olunan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli (2022-ci il iyulun 1-dək qüvvədə olmuş) № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə müəyyən olunurmu?

3. İddiaçı aşkar olunan xəstəliklər “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na “Əlavə”də müəyyən olunurmu? Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T 541/2023 saylı (ekspertizanın başlanma tarixi 09 avqust 2023-cü il, başa çatma tarixi 14 avqust 2023-cü il) rəydən görünür ki, ekspertlər belə nəticəyə gəlmişlər ki:

1. Vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına tibb müəssisəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 100023139BNT №-li Forma 088 göndərişində olan diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Həmin xəstəliklərlə əlaqədar hazırda onun əlavə ixtisaslaşdırılmış stasionar müalicəsinə ehtiyacı yoxdur. Diaqnoz nəzərə alınmaqla, şəxsin əyani müayinəsində əlilliyin təyininə əsas verən patofunksional dəyişikliklər aşkar edilmədiyindən ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin , istərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın bəndlərindən birini aid etmək mümkün olmadı.

Tətbiq edilən hüquq.

Azərbaycan Respublikasının Konstitusiyasının: - 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyə, əlilliyə, ailə başçısını itirdiyinı, əmək qabiliyyətini itirdiyinə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. - 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3-cü maddəsinə əsasən Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” qaydası”.

1. Ümumi müddəalar. 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” qaydası”.

1. Ümumi müddəalar. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.

2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.

3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. ... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

Məhkəmənin mövqeyi.

Məhkəmə işin materiallarını araşdıraraq, iddiaçının cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarındanmüəyyən olunur ki, Agentliyin Tibbi-sosial ekspert komissiyası tərfindən İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022-ci il tarixdə şəxsin iştirakı olmadan qiymətləndirilmiş və əlavə müayinəyə ehtiyacın olması barədə qərar verilmişdir. İddiaçı qərardan narazı şəxs kimi xx.xx.2021-ci il tarixdə Agentlikdə əyani müayinə edilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar verilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli qərarla bağlı narazı şəxs kimi müayinə edilmiş, nəticədə xəstədə əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyinə görə “diaqnoz əlillik əlaməti təyin etmir - hazırda əlil hesab edilməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə araşdırması zamanı iş üzrə təyin edilmiş ekspertizanın nəticəsi olaraq verilmiş rəydə isə göstərilmişdir ki, iddiaçı sosial ekspertlər tərəfindən əmək qabiliyyətini itirməmiş hesab edilmişdir. Onda aşkar olumuş diaqnozla əlaqədar hazırda onun əlavə ixtisaslaşdırılmış stasionar müalicəsinə ehtiyac yoxdur. Qeyd edilən diaqnoz nəzərə alınmaqla, şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyindən hazırda ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarla təsdiq edilmiş Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli 187 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na “Əlavə”nin maddələrini aid etmək mümkün olmamışdır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”si ilə “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” da nəzərə alınmaqla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır (AR İPM-73.1), imtina cavabdeh inzibati orqanın güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar