Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4108/2020 04.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı nümayəndəsi X4 (Ünvanı: Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsi ev 107a, mənzil 60;ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi:vəkil) cavabdehin nümayəndəsi X1 (Ünvanı: Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 79a, mənzil 38; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Suraxanı Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin məsləhətçisi), 3-cü şəxsin nümayəndəsi X3 (ünvanı: ünvan 1 ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi:“xxxx” ASC-in Hüquq departamentinin Hüquqi mübahisələrlə iş üzrə şöbəsi məsləhətçisi) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh -Suraxanı Rayon İcra Hakimiyyətinə 3-cü şəxs -“xxxx”ASC qarşı “torpaq sahəsinin hasarlanmasına mane olan hərəkətlərdən çəkinmə” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı İddiaçı ‘İddiaçı daimi istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsi, 8-ci döngə, 12C saylı ərazidə yerləşən 1 ha torpaq sahəsində cavabdehin icazəsi və göstərişi ilə çəkilmiş asfalt yolun və cavabdehin icazəsi ilə üçüncü şəxs tərəfindən torpaq sahəsindən çəkilmiş kanalizasiya xəttlərinin cavabdehin və üçüncü şəxsin vəsaiti hesabına sökülərək torpaq əvvəlki vəziyyətdə bərpa edilməsi vəzifəsinin cavabdehə və üçüncü şəxsə həvalə edilməsi və cavabdehin iddiaçı tərəfindən istifadəsində olan qeyd edilən torpaq sahəsinin hasarlanmasına mane olan hərəkətlərdən çəkinmək vəzifəsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2020-ci il tarixə təyin olunmuşdur.Həmin tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsinin “İddiaçı daimi istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsi, 8-ci döngə, 12C saylı ərazidə yerləşən 1,0 hektar torpaq sahəsində çəkilmiş asfalt yolu və kanalizasiya xətlərini cavabdeh və üçüncü şəxsin vəsaiti hesabına söküb əvvəlki olan vəziyyətə bərpa edilməsi vəzifəsinin cavabdeh və üçüncü şəxsə həvalə edilməsi, İddiaçı istifadəsində olan torpaq sahəsinin yüngül konstruksiya ilə çəpərlənməsinə mane olan hərəkətlərdən çəkinmək vəzifəsinin Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilməsi, cavabdeh Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətini fəaliyyətinin təsiri ilə yaranan məhdudiyyətlər nəticəsində İddiaçınə dəymiş 100.000 (yüz min) manat zərər və əldən çıxmış gəlir 50.000 (əlli min) manat kompensasiya və 100.000 (yüz min) manat mənəvi zərər, cəmi 250.000 (iki yüz əlli min) manat İddiaçınə ödənilməsini cavabdeh Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar çıxarılması”na dair iddianın dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Həmçinin, həmin tarixli məhkəmə iclasında iddia tələbi “İddiaçı daimi istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsi, 8-ci döngə, 12C saylı ərazidə yerləşən 1,0 hektar torpaq sahəsində çəkilmiş asfalt yolu və kanalizasiya xətlərini üçüncü şəxsin vəsaiti hesabına söküb əvvəlki olan vəziyyətə bərpa edilməsi vəzifəsinin üçüncü şəxsə həvalə edilməsi” hissədə və “cavabdeh Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətini fəaliyyətinin təsiri ilə yaranan məhdudiyyətlər nəticəsində İddiaçınə dəymiş 100.000 (yüz min) manat zərər və əldən çıxmış gəlir 50.000 (əlli min) manat kompensasiya və 100.000 (yüz min) manat mənəvi zərər, cəmi 250.000 (iki yüz əlli min) manat İddiaçınə ödənilməsini cavabdeh Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilməsi” hissədə mümkün sayılmamışdır. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.4-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.2-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı xx.xx.1995-ci ildə təsis edilmiş, sahibkar fəaliyyəti ilə məşğul olması üçün vergi orqanı tərəfindən müəssisəyə ********** saylı VÖEN verilmişdir. "İddiaçı” ÇKM 1987-1989-cu illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən ona ayrılmış torpaq sahəsini təyinatı üzrə istifadə etmək əvəzinə, 2000-ci ildən başlayaraq bu günə kimi vaxtını dövlət tərəfindən ona verilmiş istifadə hüququnun dövlət qeydiyyatına alınması və torpaq sahəsini zəbt etmiş kənar şəxslərdən boşaldılmasına, hətta vaxtını Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Respublikası ƏMDK DƏDRX 1 Saylı Bakı Ərazi İdarəsi ilə və hazırda İcra Hakimiyyəti ilə boş yazışmalara və məhkəmə mübahisələrinə sərf etmək məcburiyyətində qalmışdır.Uzun məhkəmə çəkişmələrindən sonra qanuni qüvvəsini almış 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)-95/2017 saylı qərarı ilə "İddiaçı” ÇKM-nin Bakı şəhəri, Suraxanı rayonu, yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsi, 8ci döngə, 12C saylı ərazidə yerləşən 1,0 ha. torpaq sahəsi üzərində daimi istifadə hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrində 882 nömrəli reyestr kitabının 83612 saylı vərəqində qeydiyyata alınaraq, bu barədə iddiaçıya dövlət reyestrindən elektron çıxarış verilmiş, eyni zamanda xx.xx.2019-cu ildə həmin torpaq sahəsinə dair A seriyalı 456494 saylı “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir. Göründüyü kimi, iddiaçının daimi istifadə hüququ dövlət səviyyəsində tanınmış və sonra bu barədə müvafiq çıxarış verilmişdir. Müəssisəsiyə məxsus torpaq sahəsini kənar şəxslər tərəfindən təkrar zəbt edilməsinin qarşını almaq və sahibkarlıq fəaliyyətini nəhayət bərpa edərək kənd təsərrüfatı məhsulların istehsalı ilə sərbəst məşğul olmaq məqsədlə, iddiaçı xx xxxxxx 2019 və xx.xx.2020-ci il tarixlərində Suraxanı rayon İcra Hakimiyyətinə və 6/T-57-076 nömrəli, xx.xx.2020 tarixli ərizə ilə cənab Z.Nəğdəliyeva müraciət etmişdir. Cənab Z.Nəğdəliyevin qəbulunda olduqda deyilmişdir ki, kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvəqqəti tikililər, o cümlədən də hasar, torpağın kateqoriyasını nəzərə alaraq quraşdırmaq icazə verilir. Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən isə torpaq sahəsinin təyinatı “kənd təsərrüfatlı təyinatlı torpaqlardan" kateqoriyasına aid olmasına istinad edərək hasar tikməyə icazə verilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddiaya dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı səlahiyyətli nümayəndəsi müvafiq mərkəzi icra hakimiyyətləri orqanlarına və Suraxanı RİH-ə çox saylı ərizələrlə müraciət edərək Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsi, 8-ci döngə, 12C ünvanında yerləşən torpaq sahəsinin daş hasara alınmasına icazə verilməsini xahiş etmişdir. RİH-in xx.xx.2020-ci il tarixli T-6-113 №-li, xx.xx.2020-ci il tarixli yt/6 №-li cavab məktubları ilə İddiaçınə Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 13-cü maddəsinin 2-ci bəndində kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğuların quraşdırılmasına yol verildiyi nəzərə alaraq əsaslı tikililərin inşası məqsədəuyğun hesab edilmədiyi bildirilmişdir. Qeyd olunanları və sözügedən torpaq sahəsinin təyinatı (kateqoriyası) “Kənd təsərrüfatı təyinatlı torpaqlar”, mülkiyyət növü: “dövlət” olduğunu nəzərə alaraq, Suraxanı RİH-ə qarşı iddianı əsassız hesab edirlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. İş materiallarından görünür ki, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin dövlət reyestrindən çıxarışa əsasən Vergi ödəyicisinin uçota alınması haqqında” şəhadətnaməyə əsasən İddiaçı xx.xx.1995-ci il tarixdə ********** nömrəli VÖEN ilə qeydiyyatdan keçmişdir. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsi, 8-ci döngə, 12C torpaq sahəsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2- 1(82)-95/2017 saylı qərarı ilə İddiaçı xeyrinə yüklü edilmişdir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinə verilən imtina məktubunda göstərmişdir: “Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsi, 8-ci dönqə, ünvanında yerləşən 1,0 ha torpaq sahəsinin hasara alınmasına münasibət bildirilməsi haqqında ərizənizə Suraxanı rayon icra Hakimiyyətində baxılmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019cu il tarixli çıxarışa (reyestr nömrəsi **********59) əsasən Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, ı4 iyul küçəsi, 8-ci döngə, 2C ünvanında yerləşən 1,0 ha torpaq sahəsinin təyinatı (kateqoriyası); “Kənd təsərrüfatı təyinatlı torpaqlar”, mülkiyyət növü: “dövlət” olmaqla “xxxx” X2 istifadəsinə verilmişdir. Bildiririk ki, Azərbaycan Respublikasının Torpaq Məcələsinin 13-cü maddəsinin 2-ci bəndində kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğuların quraşdırılmasına yol verildiyi nəzərə alınaraq əsaslı tikililərin inşası məqsədəuyğun hesab edilmir.” Göründüyü kimi, cavabdeh orqan Azərbaycan Respublikasının Torpaq Məcələsinin 13-cü maddəsinin 2-ci bəndinə istinad edərək, torpaq sahəsindəəsaslı tikililərin inşasının məqsədəuyğun hesab edilmədiyini bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı əsaslı tikilinin inşa edilməsini deyil torpaq sahəsinin yüngül konstruksiya ilə çəpərlənməsinin tələb edir. Beləliklə, məhkəmə iddia tələbinin “İddiaçı istifadəsində olan torpaq sahəsinin yüngül konstruksiya ilə çəpərlənməsinə mane olan hərəkətlərdən çəkinmək vəzifəsinin Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsinin İddiaçı istifadəsinə verilməsi iş materialları ilə öz təsdiqini tapdığından, həmçinin iddiaçı torpaq sahəsinin yüngül konstruksiya ilə çəpərlənməsini tələb etdiyindən, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 3.1-ci maddəsinə əsasən torpaq münasibətləri — dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər arasında torpağa sahiblik, torpaqdan istifadə və torpaq barəsində sərəncam vermək sahəsində, habelə torpaq resurslarından istifadənin dövlət tərəfindən idarəedilməsi sahəsində ictimai münasibətlərdir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Həmin Məcəllənin 13.2-ci maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir. Məhkəmə iddia tələbinin “İddiaçı daimi istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsi, 8-ci döngə, 12C saylı ərazidə yerləşən 1,0 hektar torpaq sahəsində çəkilmiş asfalt yolu və kanalizasiya xətlərini cavabdehin vəsaiti hesabına söküb əvvəlki olan vəziyyətə bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsində asfalt yolu və kanalizasiya xətlərinin cavabdeh tərəfindən çəkilməsi iş materialları ilə öz təsdiqini tapmamışdır. Odur ki, iddia tələbi qeyd edilən hissədə əsasszıdır və təmin edilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı istifadəsində olan torpaq sahəsinin yüngül konstruksiya ilə çəpərlənməsinə mane olan hərəkətlərdən çəkinmək vəzifəsinin Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilməsi hissəsində təmin edilməli, İddiaçı daimi istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsi, 8-ci döngə, 12C saylı ərazidə yerləşən 1,0 hektar torpaq sahəsində çəkilmiş asfalt yolu və kanalizasiya xətlərini cavabdehin vəsaiti hesabına söküb əvvəlki olan vəziyyətə bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia qismən təmin edilir. İddiaçı istifadəsində olan kənd təsərrüfat təyinatlı torpaq sahəsinin səmərəli təşkil edilməsi üçün yüngül konstruksiya ilə çəpərlənməsinə mane olan hərəkətlərdən çəkinmək vəzifəsi Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilir. İddia qalan hissədə təmin edilmir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-4108/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4108/2020
04.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver