Məhkəmə qərarları › İş №2-1(112)-4108/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4108/2024

25.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4108/2024 25.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (üçüncü şəxs Bakı Baş Səhiyyə İdarəsi) qarşı “əlilliyin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əlilliyinin müəyyən olunması öhdəliyinin cavabdehə həvalə edlməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı daha sonra tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona ikinci dərəcə (61-80 faiz) əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edlməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Baş Səhiyyə İdarəsi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı təkrar əyani müayinəyə cəlb edilməklə ikinci dərəcə əlilliyin təyin edilməsi barədə müraciətinə yenidən baxılması üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə 30 (otuz) gün müddət təyin edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, məhkəmə qərardadına əsasən İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə dövlət tibb müəssisəsinin N00117418NJZ nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq xx.xx.2023-cü il tarixindən ümumi xəstəlik səbəbilə müddətsiz orqanizmin funksiyalarının 70 faiz pozulması barədə qərar qəbul edilmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən: - Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər (mad. 67.1). - Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər (mad. 67.2). - Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir (mad. 67.3). İddia ərizəsindən görünür ki, iddiaçı ona ikinci dərəcə (61-80 faiz) əlilliyin təyin edilməsini xahiş edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli qərarından görünür ki, “Bakı şəhər sakini xx.xx.2004-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik müddəti tamamlandıqdan sonra müraciəti əsasında 2 dəfə göndəriş rəsmiləşdirilsə də, əlillik təyinatı aparılmamış və qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı əyani müayinənin aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Bununla bağlı İddiaçı əyani müayinə aparılaraq məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla tibbi-sosial ekspertizası həyata keçirildi. Əlillik AS-də olan məlumatlara əsasən məlum olmuşdur ki, İddiaçı əlillik vəziyyəti ilk dəfə Bakı 2 nömrəli X5 tərəfli sensonevral ağır eştmə lll-İV dərəcəli" diaqnozu ilə rəsmiləşdirilmiş göndərişləri əsasında Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək barəsində, xx.xx.2015-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək 2 (iki) il müddətinə “təkrar” SİMU; xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 18 yaşınadək “təkrar” SİMU; xx.xx.2022-ci il tarixindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları"nın 9.1.4 bəndinə müvafiq olaraq ümumi xəstəlik səbəbindən müddətsiz orqanizmin funksiyalarının 50% (əlli faiz) pozulmasına dair qərar qəbul edilmişdir. Qərarla razılaşmayan vətəndaşın müraciəti əsasında Bakı Baş Səhiyyə İdarəsi tərəfindən “Eşitmə sinirinin xəstəlikləri, Xroniki ikitərli neyrosensor ağır eşitçə İV dərəcəli.” xx.xx.2023-cü il tarixli V00106820EHH nömrəli və xx.xx.2023-cü il tarixli N00117418NJZ nömrəli göndərişlər rəsmiləşdirilsə də, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək barəsində, göndərişin natamam doldurulması (Səbəb: Həyat fəaliyyəti kateqoriyalarının məhdudlaşma dərəcəsi və amillər üzrə dəyərləndirmə xəstənin vəziyyətinə uyğun deyil.) səbəbindən əlillik təyinatı aparılmamış və tibb müəssisəsinə geri qaytarılmışdır. Qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmiş, xx.xx.2024-cü il tarixində məhkəmə qərardadı əsasında DTSERA-da Tibbi-Sosial Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırkı vəziyyəti qiymətləndirilmiş və müayinələr aparılmışdır. xx.xx.2024-cü İİ tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı, şikayətlərini dəqiq ifadə edə bilməmiş, anamnestik olaraq xəstəliyinin uşaq yaşlarından mövcud olsuğunu bildirmişdir. Təqdim edilmiş sənədlər arasında, Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının ambulator xəstənin xx.xx.2023-cü il tarixli 10045 nömrəli tibbi vərəqinə əsasən diaqnoz “İkitərəfli koxlearnevrit, neyrosensor ağıreşitmə. Sol İİİ - İV dərəcə. Sağ İV dərəcə. Anadangəlmə nitqin pozulması.” şəklində göstərilmiş, 2 X4 X3 Komissiyasının xx.xx.2023-cü il tarixli 1199 nömrəli Tibbi rəyinə əsasən diaanoz “Yüngül kəmağıllılıq, kobud nitq və davranış pozuntuları ilə, İQ = 57%, İkitərəfli sensor ağır eşitmə." kimi qiymətləndirilmiş, Azərbaycan Tibb Universitetinin X2 xx.xx.2022-ci il tarixində medikamentoz yuxu altında aparılmış “BERA-test” müayinəsinin nəticəsi “Sağ qulaqda İV dərəcə, sol qulaqda İİİ - İV dərəcə neyrosensor tip ağıreşitmə qeyd olunur. Eşitmənin protezləşməsi tövsiyyə olunur” kimi müəyyən edilmişdir. Obyektiv müayinə zamanı, düzgün bədən quruluşlu, dəri və görünən selikli qişaların rəngi normal olmuş, ağciyər üzərində vezikulyar tənəffüs, ürək tonları aydın eşidilmiş, AT 120/85 mm civ.süt., nəbz ritmik (1 dəqiqədə 82 vurğu), dili nəm, ərpsizdir, qarnı yumuşaq, göbəkətrafı və epiqastral nahiyədə ağrısız izlənilmiş, həkim-psixiatr müayinəsinin nəticəsi “Zahirən səliqəlidir. Anadangəlmə ağır eşitmə və əqli inkişafdan geri qalma müşahidə edilir. Kontakt nitq qüsuruna görə çətinləşmişdir. Yaddaş və intellekt səviyyəsi yaşıdlarından geri qalmış, sosiallaşması zəif olmuşdur.” kimi qiymətləndirilmişdir. xx.xx.2024-cü il tarixində DTSERA-da vətəndaşa aparılmış Audiometriya müayinəsinin nəticəsi “Sağ qulaqda 95 (doxsan beş) dB, sol qulaqda 100 (yüz) dB ağıreşitmə qeyd edilir” kimi müəyyən edilmişdir. Anamnestik məlumatlar, obyektiv və intrumental müayinələrin nəticələri, ixtisaslaşmış tibb müəssisələrindən təqdim edilmiş müayinə, müalicə sənədi əsasında vətəndaşın əlillik vəziyyəti yenidən qiymətləndirilərək, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qərara alınmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarian”nın 9.1.1 bəndinə müvafiq olaraq ümumi xəstəlik səbəbindən müddətsiz orqanizmin funksiyalarının 60% (altmış faiz) pozulması + 10% (7.2.1 bəndinə müvafiq olaraq ümumi xəstəlik səbəbindən müddətsiz orqanizmin funksiyalarının 35% (otuz beş faiz) pozulması), ümumilikdə ümumi xəstəlik səbəbindən müddətsiz orqanizmin funksiyalarının 70% (yetmiş faiz) pozulması barədə qərar qəbul edilmişdir.” Göründüyü kimi, məhkəmə icraatının gedişatında artıq iddiaçının tələbi təmin olunmuşdur. Belə olan halda aydın olur ki, artıq işin mahiyyəti üzrə mübahisə mövcud deyil. Buna görə də məhkəmə yuxarıda göstərilənləri əsas götürərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğuna və işin mahiyyəti üzrə mübahisə mövcud olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikaının İnzibati Prossesual Məcəlləsinin 67-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (üçüncü şəxs Bakı Baş Səhiyyə İdarəsi) qarşı “əlilliyin müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar