Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4109/2020 19.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı nümayəndəsi, eyni zamanda vəkili Vəkil (ünvanı: ünvan 1 ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: fərdi qaydada fəaliyyət göstərən vəkil), cavabdehin nümayəndəsi, eyni zamanda vəkili X2 (Ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 31, mənzil 82; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: fərdi qaydada fəaliyyət göstərən vəkil) iştirakları ilə, iddiaçı -İddiaçı cavabdeh -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X7 üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun X1rşı iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim olunmuşdur. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. Həmin tarixli məhkəmə iclasında cavabdehin adının “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X7 üzrə Mərkəzi Filialı” kimi oxunması qərara alınmışdır. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı xx xxxxxx 1964-cü il tarixdə anadan olmuşdur. Hazırda 55 yaşı vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 4.1.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün ərizə ilə (1 nömrəli əlavə) birbaşa daimi yaşadıqları yer, qaçqın və məcburi köçkünlər isə məskunlaşdıqları yer üzrə Fondun yerli orqanına (bundan sonra - şöbəyə) müraciət edirlər. İddiaçının 20 ildən artıq əmək stajı vardır və həmin müddətin 10 ildən artığını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləmişdir. xx xxxxxx 2020-ci il tarixli ərizə ilə cavabdehə müraciət edilərək, ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsinin təmin edilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən verilmiş cavab məktubunda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi, həmçinin ümumi iş stajının x xxxxxx 2006-cı il tarixinədək 20 ildən az təşkil etdiyi göstərilək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının mümkün hesab edilmədiyi qeyd edilmişdir. Aşağıdakı əsaslara görə hesab edir ki, cavabdeh təşkilatın göstərilən əsaslara istinad edərək, ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsindən imtina etməsi təmamilə əsassızdır. Belə ki, cavabdeh təşkilata təqdim etdiyi əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən də göründüyü kimi ümumi iş stajı 20 ildən artıqdır. Həmçinin xx.xx.1998-ci il tarixdən 10 ildən artıq müddətdə o, sorğu məlumat sexində telefonçu vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli “güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 320 saylı Qərarının 2-nömrəli siyahısında 23100000—19096 kod nömrəsi ilə (şəhər telefon rabitəsində sorğu xidmətinin telefonçuları) telefonçu vəzifəsi güzəştli şərtlərlə pensiya hüququ verən işlərin siyahısında olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ-ci hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 87.1-ci maddəsinə əsasən normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Həmin Qanunun 87.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Hesab edirəm ki, qeyd olunan qanunvericlik normalarının tələblərinə əsasən hazırkı halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 12 saylı Qərarı ona şamil edilə bilməz. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, eyni zamanda vəkili iddia ərizəsinə uyğun olaraq izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, İdarə, **********6 nömrəli, xx xxxx 2020-ci il tarixli məktubla iddiaçının müraciətinin icrasından imtina edib. İmtina onunla əsaslandırılıb ki, iddiaçının çalışdığı peşə NK-nın 12 nömrəli, xx xxxxxx 2007-ci il tarixli Qərarı ilə təsdiqlənmiş Siyahıda öz əksini tapmayıb. Digər tərəfdən, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ona əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. İddiaçı NK-nın 320 nömrəli, xx.xx.1993-cü il tarixli Qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıya istinad etməkdə haqlı deyildir. İddiaçının “Vətəndaşların pensiya təminatı haqqında” qanuna istinad edə bilməyəcəyi açıqdır: çünki iddiaçı ƏPQ-nin 9.8-ci maddəsinin təsiri altına düşmür. Dolayısı ilə mübahisəyə “Əmək pensiyaları haqqında” qanunun (bundan sonra - ƏPQ) müddəaları tətbiq edilməlidir. ƏPQ-nin 9.1-ci maddəsinə görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan sivahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qevdə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiviı təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məlum olduğu kimi, xx xxxxxx 2007-ci il tarixdn etibarən NK-nın 12 nömrəli. 23 yanvar 2OO7-ci il tarixli Qərarı ilə təsdiqlənmiş Siyahı qüvvədədir. Dolayısı ilə, iddiaçı qüvvədən düşmüş NK-nın 320 nömrəli, xx.xx.1993-cü il tarixli Qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıya (kod: 23100000-19096) istinad edə bilməz. İddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququ verdiyini iddia etdiyi peşə NK-nın 12 nömrəli, xx xxxxxx 2007-ci il tarixli Qərarı ilə təsdiqlənmiş Siyahıda öz əksini tapmayıb. Belə ki, adı çəkilən Siyahıda 30-cu bənd "Rabitə" adlanır və orada aşağıdakı 3 peşə öz əksini tapıb: -qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan kabelçilər-lehimləyicilər; -qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan lehimləyici-rabitə montajçıları; qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil örtüklü kabellərin lehimlənməsində məşğul olan xətti qurğuların telefon rabitəsinin və radiolaşdırmanın elektrik montyorları. Fərz edək ki, iddiaçının çalışdığı dövr NK-nın yuxarıda adı çəkilən hər iki qərarının qüvvədə olduğu dövrə təsadüf etdiyindən çalışdığı dövrün güzəştli olub-olmaması həmin vaxt qüvvədə olan NK qərarı əsasında müəyyən edilməlidir. Bu halda belə, iddiaçının güzəştli iş stajı 10 ildən az edir. Belə ki, iddiaçı, zərərli olduğunu iddia etdiyi peşədə (“Sorğu məlumat sexində telefonçu") xx xxxxxxx 1998-ci ildən etibarən çalışmışdır. Həmin tarixdə NK-nın 320 nömrəli Qərarı qüvvədə idi və orada “şəhər telefon rabitəsində sorğu xidmətinin t»lefonçulan" peşəsi (kod: 23100000—19096) öz əksini tapmışdı. NK-nın 12 nömrəli Qərarı isə xx xxxxxx 2007-ci ildən qüvvəyə minib. Göründüyü kimi, bu ehtimlada belə, güzəştli iş stajı cəmi 08 il 03 av 22 gün (xx.xx.1998- xx.xx.2007) təşkil etmiş olardı. Təsadüfi deyildir ki, iddiaçının özünün təqdim etdiyi güzəştli iş stajı barədə Arayışda iddiaçının çalışdığı dövrün (1998-2018) 1998-2007-ci illəri əhatə edən hissəsinin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələr kateqoriyasına aid olduğu göstərilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, eyni zamanda vəkili göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyası hüququ yarandığı tarixdən təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsini tələb edir. İş materiallarından görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə İsmayıllı rayonunda anadan olmuşdur. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş ИТ-İ seriyalı ******* nömrəli Əmək Kitabçasından görünür ki, iddiaçı xx.xx.1994-cü ildən xx.xx.1998-ci ilə qədər X5 operator, xx.xx.1998-ci ildən xx.xx.2018-ci ilə qədər Bakı Telefon Rabitəsi İB-də telefonçu vəzifəsində işləmişdir. İş materiallarından görünür ki, Bakı Telefon Rabitəsinin xx.xx.2020-ci il tarixli 105-1- 11-943 nömrəli məktubunda göstərilmişdir: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli “güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istensalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 320 saylı Qərarının 2-nömrəli siyahısında 23100000—19096 kod nömrəsi ilə (şəhər telefon rabitəsində sorğu xidmətinin telefonçuları) telefonçu vəzifəsi güzəştli şərtlərlə pensiya hüquq verən işlərin siyahısında olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə 12 saylı Qərarında telefonçu vəzifəsi güzəştli şərtlərlə pensiya hüquq verən işlərin siyahısına daxil edilməmişdir. Beləliklə, Sizin “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyətində 1998-2018-ci illərdə işlədiyiniz dövrün 1998-2007-ci illəri əhatə edən hissəsi güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işlər (peşələr) kateqoriyasına aid olmuşdur.” İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun xx xxxxxx 1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinin «a» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. xx xxxx 1997-ci il tarixdə qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 1-ci hissəsinin 1-ci bəndinə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» Qanununun 13-cü maddəsinə edilən dəyişikliyə əsasən 1997ci il avqustun 1-dən 2000-ci ilin avqustun 1-dək kişilərin güzəştli şərtlərlə əmək pensiyasına çıxması üçün yaş həddi hər il 6 ay artırılmışdır. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq məhkəmə qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 52 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun xx.xx.2006-cı il tarixədək 20 ildən çox ümumi iş stajı olmalı və bundan 10 ildən çoxunu Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. Məhkəmə iddiaçının ümumi iş stajı ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarında olan əmək kitabçasında iddiaçının xx.xx.1994-cü il tarixdən əmək fəaliyyətinə başlaması göstərilmişdir. Beləliklə, iddiaçı xx.xx.2006-cı il tarixədək 20 ildən az (11 il 08 ay 19 gün) ümumi iş stajına malikdir. Məhkəmə iddiaçının güzəştli iş stajı ilə bağlı aşağıdakıları qeyd edir: İddiaçının xx.xx.2006-cı il tarixədək işlədiyi vəzifələrdən telefonçu vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “XXİX. Rabitə” bölməsində “şəhər telefon rabitəsində sorğu xidmətinin telefonçuları” (23100000—19096 kod) göstərilmişdir. İş materiallarında olan əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1998-ci ildən xx.xx.2018-ci ilə qədər telefonçu vəzifəsində işləmişdir. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının işlədiyi telefonçu vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır. Beləliklə, iddiaçı xx.xx.2006-cı il tarixədək 10 ildən az (7 il 03 ay) güzəştli iş stajına malikdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı xx.xx.2006-cı il tarixədək 20 ildən az (11 il 08 ay 19 gün) ümumi iş stajına malik olması, həmçinin xx.xx.2006-cı il tarixədək 10 ildən az (7 il 03 ay) güzəştli şərtlərlə pensiya hüququ verən iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapdığından, iddiaçıya münasibətdə «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsaslanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin oluna bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin X7 üzrə Mərkəzi Filialına qarşı iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilmir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-4109/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4109/2020
19.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver