Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-411/2025 03.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 03 iyul 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş 26 aprel 2023-cü il tarixli **********716600 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş 12 dekabr 2023-cü il tarixli **********414900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçıya əsassız və qanunsuz olaraq kameral vergi yoxlaması əsasında 2022-ci il gəlir vergisi üzrə 26 aprel 2023-cü il tarixli **********716600 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilmiş və həmin qərara əsasən 6216,80 manat məbləğində əlavə gəlir vergisi hesablanmışdır. Həmin qərar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş qərarın açıqlama hissəsində göstərilmişdir ki, baza məlumatları əsasında 2022-ci il ərzində 23422,72 manat xərc müəyyən edilmişdir ki, 2022-ci il üzrə təqdim edilən gəlir vergisi bəyannaməsinin xərclər sətirlərində 54888,98 manat xərc məbləği göstərilmiş 31466,26 manat sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. 2022-ci il üzrə gəlir vergisi bəyannaməsində göstərilmiş 7530 manat rezident üzrə faizlər məbləğinin və 13938,76 manat təmir xərclərinin ilkin təsdiqedici sənədlər üzrə araşdırılmasına zərurət yaranmış, bank məlumatları əsasında 3238,56 manat rezident üzrə faizlər məbləği təsdiqini tapmış, təmir xərcləri ilə əlaqədar təsdiqedici sənədlər vergi orqanına təqdim edilmədiyi qeyd edilmişdir. Tərəfindən vergi orqanına dəfələrlə həmin qərarın ləğv edilməsi barədə müraciətlər edilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixində noyabr 2022 əlavə dəyər vergisi bəyannaməsi, dekabr 2022 əlavə dəyər vergisi bəyannaməsi, yanvar 2023 əlavə dəyər vergisi bəyannaməsi, fevral 2023 əlavə dəyər vergisi bəyannaməsi, mart 2023 əlavə dəyər vergisi bəyannaməsi, aprel 2023 əlavə dəyər vergisi bəyannaməsi, may 2023 əlavə dəyər vergisi bəyannaməsi, iyun 2023 əlavə dəyər vergisi bəyannaməsi və iyul 2023-cü il əlavə dəyər vergisi bəyannamələrinə dəqiqləşmələr təqdim olunmuşdur. Bu səbəbdən xx.xx.2023-cü il tarixli **********262500 saylı ƏDV dekabr 2022 Elektron kameral hesablama barədə qərarla əlavə hesablanmış 2 802.21 manat kameral məbləği, xx.xx.2023-cü il tarixli ******* ********* saylı ƏDV fevral 2023 Elektron kameral hesablama barədə qərarla əlavə hesablanmış 1 088,28 manat kameral məbləği, xx.xx.2023-cü il tarixli **********408500 saylı ƏDV Aprel 2023 Elektron kameral hesablama barədə Qərarla əlavə hesablanmış 534,24 manat kameral məbləği, xx.xx.2023-cü il tarixli **********143200 saylı ƏDV May 2023 Elektron kameral hesablama barədə Qərarla əlavə hesablanmış 2 618,51 manat kameral məbləği və xx.xx.2023-cü il tarixli **********065900 saylı ƏDV iyun 2023 Elektron kameral hesablama barədə Qərarla əlavə hesablanmış 2 160.00 manat kameral məbləği ləğv edilməsi və şəxsi hesab vərəqəsinə düzəliş edilməsi xahiş edilmişdir. Bu səbəbdən də həmin qərar ləğv olunmalıdır. Cavabdehin etirazı: Cavabdeh etirazla məhkəməyə müraciət edərək, bildirmişdir ki, vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixində təqdim edilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin araşdırılması zamanı 31466,26 manat sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər və göstərilmiş 7530,0 manat rezident üzrə faizlər məbləğinin və 13938,76 manat təmir xərclərinin ilkin təsdiqedici sənədlərin təqdim edilməsi zərurəti yaranmışdır. Qeyd olunan kənarlaşmalarla əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********262500 nömrəli uyğunsuzluq məktubu göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən təsdiqedici sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə 9866,75 manat əlavə vergi məbləği hesablanaraq, xx.xx.2023cü il tarixli **********716600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə vergi ödəyicisi tərəfindən 2022-ci il üzrə dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi təqdim edilmiş, lakin ödəyici tərəfindən kənarlaşmalar aradan qaldırılmadığından hesablanmış vergi məbləği bərpa edilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********414900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçının vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazı müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş və iddianın mümkün sayılmamasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********414900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarından görünür ki, 2022-ci il dövrü üzrə 8481,75 manat əlavə vergi məbləği hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/9974 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə və təqdim edilmiş iş materiallarında olan sənədlərə əsasən, vergi orqanı tərəfindən İddiaçı 2022-ci ilin gəlir vergisi üzrə 12 dekabr 2023-cü il tarixli **********414900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar ilə hesablanmış əlavə vergilərin düzgünlüyü müəyyən olunmadı. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. 83.3. Vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq yenidən hesablamaq hüququ vardır. 108.1. Bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə bildirir ki, mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üstüstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Mübahisə predmeti qərarların qəbul edilməsinə əsas cavabdeh tərəfindən iddiaçının 2022-ci il üzrə gəlir vergisi bəyannaməsinin araşdırılması zamanı 31466,26 manat sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər və göstərilmiş 7530 manat rezident üzrə faizlər məbləğinin və 13938,76 manat təmir xərclərinin ilkin təsdiqedici sənədlərin təqdim edilməməsi olmuşdur. Lakin iddiaçı tərəfindən qeyd edilir ki, 2018-cı ilin may ayı sahibkar ƏDV ödəyicisi olmamışdır, VÖEN-nin verilmə tarixi xx.xx.2020-ci il olmuşdur. xx.xx.2023-cü il tarixində vergi ödəyicisi tərəfindən ən son dəqiqləşdirilmiş bəyannamə təqdim edilmiş, yeni qərara əsasən tərəflərindən iddia tələbi dəqiqləşdirilərək xx.xx.2023-cü il tarixli **********414900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixdə tərəfindən göndərilən ən son dəqiqləşdirilmiş bəyannamədə 19344,41 manat əmək haqqı və ona bərabər tutulan ödəmələr, 3679,64 manat sosial sığorta haqqı, 22422,50 manat malın dəyəri, 5000,00 manat icarə haqqı, 1844,75 manat enerji xərci, 850 manat su və kanalizasiya xərci, 240,50 manat bank xərcləri, 855,96 manat reklam xərcləri, 3238,56 manat borca görə faizlər və onunla bağlı olan xərclər, 194,04 manat ödənilmiş sığorta haqqları, 144,26 manat digər xərclər təşkir edirki bütün qeyd olunan xərc məbləğlərinin açıqlaması təqdim edilərək sənələrlə təsdiq edilmişdir. Cavabdeh vergi orqanının qeyd etdiyi 31 466,26 manat sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər və göstərilmiş 7 530,0 manat rezident üzrə faizlər məbləğinin və 13938,76 manat təmir xərcləri vergi ödəyicisi tərəfindən göndərilən bəyannamədə mövcud olunmamışdır. Mübahisələndirilən halların tam, hərtərəfli və obyektiv araşdırılması üçün iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/9974 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə və təqdim edilmiş iş materiallarında olan sənədlərə əsasən, vergi orqanı tərəfindən İddiaçı 2022-ci ilin gəlir vergisi üzrə 12 dekabr 2023-cü il tarixli **********414900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar ilə hesablanmış əlavə vergilərin düzgünlüyü müəyyən olunmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq qeyd edir ki, cavabdeh vergi orqanının qeyd etdiyi 31 466,26 manat sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər və göstərilmiş 7 530,0 manat rezident üzrə faizlər məbləğinin və 13938,76 manat təmir xərcləri vergi ödəyicisi tərəfindən göndərilən dəqiqləşdirilmiş bəyannamədə mövcud olunmamışdır. Hansı ki, həmin bəyənnamə əsasında mübahisə predmeti qərar qəbul edilmişdir. Qeyd edilən sonuncu dəqiqləşdirilmiş bəyənnamədə rezident üzrə faizlər 3238,56 manat göstərilmişdir ki, həmin məbləğin bank məlumatları əsasında təsdiq edilməsi cavabdehin özü tərəfindən də daha əvvəlki 26 aprel 2023-cü il tarixli qərarda qeyd edilmişdir. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********414900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilməlidir. Məhkəmə iddianın təmin edilməsi nəticəsinə gəldiyindən, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq, 100 manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********414900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-411/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-411/2025
03.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver