Məhkəmə qərarları › İş №2-1(112)-4110/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4110/2020

17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4110/2020 17.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi X6 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, vəkil işləyir) iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı 3-cü şəxs qismində X7, X5 və X3 cəlb edilməklə “3-cü şəxslərin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə X4, X2 və X1 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Fizuli küçəsindəki, 53 saylı evin, 21-ci mənzilinin qeydiyyatından çıxarılması öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Fizuli küçəsində yerləşən 53 saylı evin 21 nömrəli mənzili xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Mənzil 2010-cu ilin mart ayında notariat kontorunda alqı-satqı ilə almışdır. 3-cü şəxslər X7, X5 və X3 mənzil alarkən mülkiyyətində olan mənzilin qeydiyyatında yox idilər. İddiaçı ona mıəxsus mənzildən X4, X2 və X1 qeydiyyatdan çıxarılması barədə ərizə ilə cavabdehə müraciət etmiş. Lakin cavabdeh iddiaçının xahişini təmin etməkdən imtina etmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə cavabdeh Bakı şəhər Cavabdehndən iddiaya dair etirazın bildirilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya etiraz təqdim edilməmişdir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh və 3-cü şəxslər məhkəmə bахışınа gəlməmiş, öz nümаyəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Odur ki, məhkəmə işə cavabdehin və 3-cü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi X9 iddiaya uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə məhkəmə iclasında tədqiq olunmuş sübutları tam və hərtərəfli araşdırdıqdan sonra qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı tələbini təsdiq edən sübutlar qismində iddiaçının Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsini, Seriya MA ******* nömrəli, xx.xx.2010cu il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışını, yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışı,Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemindən çıxarış, Cavabdeh xx.xx.2020-ci il tarixli, 059-12947R nömrəli imtina məktubunu təqdim etmişdir. Məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etmişdir ki, 3-cü şəxslər X4, X2 və X1 qeydiyyatda olduğu Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Fizuli küçəsi, 53 saylı evin 21-ci mənzili xx.xx.2010-cu ildən iddiaçının mülkiyyətindədir. İddiaçı 3-cü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılması barədə cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir. Məhkəmə aşağıda göstərilənlərə görə iddiaçının iddia tələbini əsaslı hesab edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə;2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli məktubunda vətəndaşların qeydiyyatdan çıxarılması DİO-nın səlahiyyətlərinə aid olmadığından imtina etsə də, X4, X2 və X1 iddiaçının mənzilinə qeydiyyata alınmasının qanuni əsaslarını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmiş, iddia ərizəsinə etirazını bildirməmişdir. İş materiallarına əsasən iddiaçı ilə 3-cü şəxslər X7, X5 və X3 arasında heç bir qohumluq əlaqəsi yoxdur, o iddiaçının ailə üzvü deyildir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən;2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır, həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər,68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, X4, X2 və X1 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Fizuli küçəsi, 53 saylı evin, 21-ci mənzilinə qeydiyyatlarına xitam verilməsi (qeydiyyatdan çıxarılması) öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsının İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 68-ci – 69-cu, 85-ci,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı İddiaçı iddia tələbi təmin edilsin. 3-cü şəxslər X4, X2 və X1 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Fizuli küçəsindəki 53 saylı evin 21-ci mənzilinə qeydiyyatlarına xitam verilməsi (qeydiyyatdan çıxarılması) öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar