Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4114/2024 12.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X1 kаtibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “DSMF-nin 12 avqust 2023-cü il tarixli (№ 3-17-1/2-R-23825/2023) məktubunu qanunsuz və əsassız hesab edərək, ona əlilliyə görə dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” bаrədə iddiа tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İ. Mübahisənin predmeti
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “DSMF-nin 12 avqust 2023-cü il tarixli (№ 3-17-1/2-R-23825/2023) məktubunu qanunsuz və əsassız hesab edərək, ona əlilliyə görə dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
3. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu silə əvəz edilməsini xahiş etmişdir.
4. Məhkəmənin hazırki iş üzrə qəbul etdiyi 12 mart 2024-cü il tarixli Qərardadı ilə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə əvəz edilmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1970-ci ildə anadan olmuş, 1997-ci ilə Texniki Universiteti bitirmiş, 1998-2000-ci illərdə ali təhsilli kimi hərbi xidmətə "Leytinant" rütbəsinə hərbi xidmətdə olmuşdur. N Saylı hərbi hissədə qulluq etmişdir. Müraciəti ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komisiyası xx.xx.2019-cu il tarixli (№ 510) Qərarla bildirmişdir ki, "Şəki RHK tərəfindən 1988-ci ildə hərbi xidmətə çağrılmış, vətəndaş İddiaçı hərbi xidmət dövründə hərbi xidmət keçərkən xəstəliyi və xx.xx.2000-ci ildən xx.xx.2000-ci ilə kimi N nömrəli hərbi hissənin tibb məntəqəsində müayinə və müalicə olunduğu xəstəlik-diaqnoz: "Psoriaz,remissiya mərhələsində" "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çagrış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin xx.xx.2019-cu il tarixli 704 nömrəli göndərişi. xx.xx.2019-cu il tarixli EZ-26 nömrəli arayş. N nömrəli hərbi hissədən verilmiş xx.xx.2019-cu il trixli 422 nömrəli arayış, MN MHHK-nın həkim mütəxəsisinin rəyi ilə təsdiq edilir), "XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR". Əsas : Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizsı haqqında Əsasnamə"nin 7.2 bəndinin "c") yarımbəndi. MN MHHK-nın 473 saylı, xx.xx.2019-cu ul tarixli protokolu". Xəstəliyi ilə əlaqədar olaraq, 03 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliynin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək, "Əlilliyə görə əmək pensiyasının təyin edilməsini" xahiş etmiş, ərizəsinə Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı 12 avqust 2023-cü il tarixli (№ 3-171/2-R- 23825/2023) ) məktubla cavab vermişdir ki : " xx.xx.2023-cü il tarixli Müraciətinizə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda baxılmışdır. "Hərni qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının 1997-ci il 20 may tarixli 296-İQ nömrəli Qanununun (Bundan sonra -Qanun) 5-ci maddəsinin "c" bəndinə əsasən sğortaolunanın hərbi xidmət vəzifələrini (xidməti vəzifələr) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə hıqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi həqbi xidmət dövründə alınmış xəsarət və ya xəstəliklə əlaqədar üç il müddətində əlilliyin müəyyən edilməsi sğorta hadisəsi hesab olunur. Müraciətiniz araşdırılarkən müəyyən olunmuşdur ki. siz xx.xx.2000-ci il tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələruindən ehtiyata buraxılmısınız, ümumi əsaslarla xx.xx.2008-ci il tarixində və hərbi xidmət dövrü ilə əlaqədar xx.xx.2021-ci il tarixində ikinci əlilliyiniz müəyyən olunmuşdur. Odur kj, əlilliyin müəyyən olunması üç ildən artıq dövrü əhatə etdiyindən qeyd edilən Qanunun 5-ci maddəsinin "c" bəndinə əsasən sizə dölət icbari şəxsi sğorta ödənişinin verilməsi mümkün deyil. nəzərə aİmağınızı xahiş edirik". İddiaçı cavabdehin imtina məktubunu qanunsuz və əsassız hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, İddiaçı məxsus ******* nömrəli hərbi biletin surətinə əsasən o, xx.xx.2000-ci il tarixdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. İddiaçıya xx.xx.2008-ci il tarixdə bir il müddətinə ümumi xəstəlik səbəbi ilə əlaqədar əlillik təyin edilmişdir. İddiaçıya xx.xx.2014-cü il və xx.xx.2015-ci il tarixlərdə də birillik, xx.xx.2016-cı il tarixdən xx.xx.2021ci il tarixədək isə beş il müddətinə ümumi xəstəlik səbəbiylə əlillik təyin edilmişdir. İddiaçının xx.xx.2020-ci il tarixli göndərişi natamam doldurulduğundan əlilliyin təyin edilməsindən imtina edilmişdir. İddiaçıya xx.xx.2021-ci il tarixdən beş il müddətinə ilk dəfə hərbi xidmət dövrü ilə əlaqədar əlillik təyin edilmişdir. İddiaçı cavabdeh orqana müraciətində ona dövlət icbari şəxsi sığorta ödənişinin verilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilmiş hallardan da aydın olduğu kimi iddiaçıya hərbi xidmət dövrü ilə əlaqədar əlillik ilk dəfə xx.xx.2021-ci il tarixdə təyin edildiyindən, bu isə qanunvericilikdə təsbit edilmiş üç illik müddətin ötməsinə səbəb olduğundan ona sığorta ödənişinin verilməsindən imtina edilmişdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 20 may 1997-ci il tarixli, 296-İQ nömrəli Qanununun 2.1.9-cu maddəsindən də aydın olduğu kimi sığorta ödənişinin verilməsi üçün Qanunda nəzərdə tutulan sığorta hadisəsi baş verərsə, sığorta ödənişinin verilməsi həyata keçirilir. İddiaçıya münasibətdə nəzərdə tutulan sığorta hadisəsi 5-ci maddənin ç bəndində nəzərdə tutulduğundan iddiaçı ehtiyata buraxıldığı gündən hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edilməsi halıdır. İddiaçının hərbi xidmət dövrü ilə əlaqədar əlilliyi 20 il 11 ay 25 gün sonra müəyyən edilmişdir. Göründüyü kimi bu Qanunda nəzərdə tutulan üç il müddətin ötürülməsi anlamına gəlir. Bu səbəbdən də cavabdeh organ tərəfindən verilən imtina məktubu faktlarla əsaslandırılmış və ganuvericiliyin tələblərinə uyğun tərtib edilmişdir
İİ. İddianın növü və mümkünlüyü
6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:
- 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
7. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
8. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun çıxış edərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
10. Məhkəmə cavabdehin nümayəndəsinin izahat və çıxışını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiaçının iddiа tələbi təmin edilməməlidir.
İİİ. Tədqiq edilmiş sənədlər
AA ******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, iddiaçı xx.xx.1970-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. İddiaçıya məxsus ZE ******* nömrəli hərbi biletinin 10-cü bəndində göstərilmiş Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti barədə qeydlərə əsasən, o, motoatıcı taborun, minaatan batareyasının idarəetmə tağım komandiri kimi N Saylı hərbi hissəsində xx.xx.1998- ci ildən xx.xx.2000-ci ilədək xidmət etmiş, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-ci maddəsinin “a” bəndinə əsasən (xidmət müddəti başa çatdığına görə ) Silahlı Qüvvələrindən ehtiyyata tərxis edilmişdir. Mərkəzi Hərbi Həkim Komissiyasının 510 nömrəli, xx.xx.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Şəki RHK tərəfindən 1998-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət dövründə hərbi xidmət keçərkən xəstələndiyi və xx.xx.2000-ci ildən xx.xx.2000-ci ilə kimi N nömrəli hərbi hissənin tibb məntəqəsində müayinə və müalicə olunduğu xəstəlik-diaqnoz: “Psoriaz, remissiya mərhələsində” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin xx.xx.2019-cu il tarixli 704 nömrəli göndərişi, xx.xx.2019-cu ii tarixli EZ-26 nömrəli arayışı, N nömrəli hərbi hissədən verilmiş xx.xx.2019-cu il tarixli 422 nömrəli arayış, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fodunun iddiaçıya ünvanladığı 12 oktyabr 2023-cü il tarixli, 3-17-1/2-R-238215/2023 nömrəli “Dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi ilə bağlı” cavab məktubunda bildirilmişdir ki, Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 1997-ci il 20 may tarixli 296-İQ nömrəli Qanununun (bundan sonra - Qanun) 5-ci maddəsinin “ç” bəndinə əsasən sığortaolunanın hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət və ya xəstəliklə əlaqədar üç il müddətində əlilliyinin müəyyən edilməsi sığorta hadisəsi hesab olunur. Müraciət araşdırılarkən məlum olmuşdur ki, iddiaçı xx.xx.2000-ci il tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ehtiyata buraxılmış, ümumi əsaslarla xx.xx.2008-ci il tarixində və hərbi xidmət dövrü ilə əlaqədar xx.xx.2021-ci il tarixində ikinci dərəcəli əlilliyi müəyyən olunmuşdur. Odur ki,əlilliyin-müəyyən olunması-üç ildən -artıq-dövrü-əhatəetdiyindən qeyd edilən Qanunun 5-ci maddəsinin “ç” bəndinə əsasən sizə dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi mümkün deyil. İddiaçı əlavə olaraq məhkəməyə ona məxsus ZE ******* nömrəli hərbi biletinin surətini və Şəki rayon Hərbi Komissarlığının 3 nömrəli, xx.xx.2001-ci il tarixli arayışının surətini təqdim etmişdir.
İV. Məhkəmənin mövqeyi
11. Məhkəmə hazırki inzibati mübahisə üzrə cavabdeh inzibati orqanın imtinasını əsaslı hesab edir.
12. «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununa əsasən:
- 1.1 Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, bu Qanun, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə tənzimlənir. - 2.1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.1.1. dövlət icbari şəxsi sığorta – sığortaolunanların həyat və sağlamlığının bu Qanunda nəzərdə tutulmuş qaydada icbari formada sığorta olunmasına yönəldilmiş münasibətlər sistemi; - 2.1.2. sığortaçı – bu Qanunla müəyyən edilmiş qaydada dövlət icbari şəxsi sığorta üzrə fəaliyyəti həyata keçirən və sığorta vəsaitlərini idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum); - 2.1.3. sığortaolunan – barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər; -2.1.6. sığorta hadisəsi – sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin ödənilməsi üçün əsas olan bu Qanunun 5-ci maddəsi ilə müəyyən edilən hal; -2.1.9. sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququ olan şəxsə sığortaçı tərəfindən ödənilən birdəfəlik pul vəsaiti; - 4.1. Sığortaolunan on bir min manat məbləğində sığorta edilir. - 5. Aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə: orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə — 80 faiz; - orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə — 60 faiz; - orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - az ağır xəsarət (yaralanma, travma, kontuziya) — 15 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya uyğun olaraq müəyyən edilir.
13. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə əsasən: - 156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: a) xidmət müddətləri başa çatdıqda (kadr zabitlərindən başqa); b) yaşa görə — həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar; v) xəstəliyə görə — hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar; q) ştatların ixtisarına görə — ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); d) ailə vəziyyətinə görə (qadın hərbi qulluqçuları və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları). Qadın hərbi qulluqçular ailə vəziyyətinə görə buraxılırlar: uşaq doğulması ilə əlaqədar öz xidməti vəzifələrini icra edə bilmədikləri halda, onların xahişi ilə; hərbi qulluqçu ilə nikaha girdikdə — əri başqa yaşayış məntəqəsinə köçürüldükdə, əgər ərinin yeni xidmət yerində qadın hərbi qulluqçu üçün vakant vəzifə yoxdursa, eləcə də əri həqiqi hərbi xidmətdən buraxılıb yeni yaşayış yerinə gedirsə; mülki şəxslə nikaha girdikdə, əri başqa yaşamaq məntəqəsinə daimi yaşayış üçün gedirsə; qadın — hərbi qulluqçunun vəzifələrini icra etməyə maneçilik törədən xüsusi üzürlü səbəblər olduqda (buraxılma üçün digər əsaslar olmadıqda); həqiqi hərbi xidmət hərbi qulluqçuları ailə vəziyyətinə görə, həqiqi hərbi xidmət keçərkən “Hərbi xidmətə çağırışın Əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun çağırışdan möhlət hüququ meydana çıxdıqda; e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); ə) hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); j) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər.
İşin faktiki hallarına əsasən, iddiaçı xx.xx.1998- ci ildən xx.xx.2000-ci ilədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etmiş, xidmət müddəti başa çatdığına görə Silahlı Qüvvələrindən ehtiyyata buraxılmışdır. Hərbi xidmətdən buraxıldıqdan 19 il sonra Hərbi Həkim Komissiyasının Qərarı ilə onda olan xəstəliyinin hərbi xidmət dövründə alınması müəyyən edilmişdir.İddiaçının ümumi əsaslarla xx.xx.2008-ci il tarixində və hərbi xidmət dövrü ilə əlaqədar xx.xx.2021-ci il tarixində ikinci dərəcəli əlil olması müəyyən olunmuşdur. Hazırki inzibati mübahisə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Həmin Qanunun 5 -ci maddəsinin “ç” bəndi iddiaçıya tətbiq edilməlidir. Həmin normadan görünür ki, həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gündən xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə sığorta məbləği ödənilir. İddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılma səbəbi xidmət müddətinin başa çatması ilə əlaqədar olmuş, yəni iddiaçı həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək ehtiyyata buraxılmamışdır. Bundan başqa iddiaçının hərbi xidmət dövrü ilə əlaqədar əlilliyi 20 il 11 ay 25 gün sonra müəyyən edilmişdir. Bu isə qanunla nəzərdə tutulmuş müddətdən (üç ildən) çoxdur. İşin faktiki halların, toplanılmış sübutların və qanunvericiliyin normaların qarşılıqlı təhlili nətəcəsində məhkəmə belə qənaətə gəlir ki, cavabdeh tərəfindən verilən imtina məktubu qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
14. İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən
- 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; -2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; -11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.
15.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:
- 52. məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “DSMF-nin 12 avqust 2023-cü il tarixli (№ 3-17-1/2-R-23825/2023) məktubunu qanunsuz və əsassız hesab edərək, ona əlilliyə görə dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması haqqında iddiası təmin edilməməlidir.
16. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 33, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq
QƏRАRА АLDİ:
İddia tələbi təmin edilməsin. Qərаrdаn apellyasiya şikayəti qərar tərəfə təqdim edildiyi gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər.
Hаkim Miminаt Hаcıbəyоvа