Məhkəmə qərarları › İş №2-1(112)-4117/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4117/2021

12.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4117/2021 12.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2 (ünvan 1 ünvanda fəaliyyət göstərən), Cavabdehin nümayəndəsi X1 (Məhkəmə mübahisələri üzrə iş şöbəsinin böyük mütəxəssisi, Balakən rayonu, Tülü ərazi dairəsi, Tülü kəndində qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzştli şərtlərlə əmək pensiyasının təyin olunmasına kifayət qədər əsaslar olduğundan bu hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Reüspulikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı bildirir ki, o 21 oktyabr 1985-ci il tarixli əmrlə Dəmir Məmulatları zavodunda ikinci dərəcəli operator vəzifəsində işə qəbul edilmişdir. Lakin ona əmək kitabçası 12 may 1986-cı il tarixdə yazılmışdır. İşə qəbul olunduğu vaxtdan 21 oktyabr 1985-ci il tarixdən onun iş stajı ümumilikdə 30 ildən çoxdur. Əmək fəaliyyətinə daxil olan dövr ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinə görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ verir. Bildirir ki, 21 oktyabr 1985-ci il tarixdə Dəmir Məmularları zavodunda ikinci dərəcəli operator vəzifəsində işləmişdir. 12 iyun 1987-ci il tarixdə Ordu Sıralarına getməsiylə əlaqədar işdən azad edilmişdir. Həbri xidmətdən qayıtdıqdan sonra xx.xx.1989-cu ildə Betontökmə sexinə 2-ci dərəcəli fəhlə işinə qəbul edilmişdir. xx.xx.1990-cı il tarixli əmrlə 4-cü dərəcəli operator peşəsinə qəbul edilmişdir. xx.xx.1991-ci il tarixli əmrlə öz xahişilə işdən azad edilmişdir. xx.xx.1991-ci il tarixli əmrlə Nərimanov adına Neft və qazçıxarma idarəsinin 2 saylı Neft və qazçıxarma sexində 4-cü dərəcəli təmirçi cilingər işinə qəbul edilmişdir. xx.xx.2004-cü il tarixli əmrlə 2 saylı NQÇİ-də 5-ci dərəcəli təmirçi çilingər peşəsinə keçirilmişdir. xx.xx.2014-cü il tarixli əmrlə 2 saylı Neft və qazçıxarma sexi 2 saylı Neft və Qazçıxarma sahəsi adlandırılmış, xx.xx.2014-cü il tarixli əmrlə 2 saylı Neft və Qazçıxarma sahəsinin neftin yığılması və nəqli xidməti sahəsinə 4-cü dərəcəli nasos qurğularının maşinist peşəsinə keçirilmişdir və hal-hazırda da həmin idarədə həmin vəzifədə işləyir. Beləliklə güzəştli əmək stajı 20 ildən artıqdır. Buna görə də güzəştli şərtlərlə pensiya təyinatı üçün müvafiq icra orqanına müraciət etmişdir. Lakin müvafiq icra orqanı-xüsusi şərtlərlə təyinat idarəsi güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyinatından imtina etmişdir. İmtinanın səbəbi onunla əsaslandırılır ki,təqdim etdiyim 12 may 1986-cı il tarixdə açılmış İT-İ- 1815282 saylı əmək kitabçamda işə qəbul olunduğu xx.xx.1985-ci il tarixdən deyil əmək kitabçasının açıldığı 12 may 1986-ci il tarixdən hesablanaraq 19 il 11 ay 5 gün qeyd edilmişdir. Əslində isə onun əmək fəaliyyti xx.xx.1985-ci il tarixdən hesablanmalı idi. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli “Hüquqi əhəmiyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Plenum qərarının 13.1-13.4-cü maddələri, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa həsr edilmişdir. Belə ki, həmin qərarın 13.2-ci maddəsində deyilir ki, “əmək stajını” təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı,müəssisənin verdiyi arayış və s) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Həmin qərarın 13.3-cü maddəsində göstərilir ki, əmək kitabçasında və ya iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyidir. Bu halda həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Qeyd edilən qərarın 13.4-cü maddəsində deyilir ki, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına. İdfafdə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilarda birlikdə işləməsinbin zəruri sübutlarla (Məsələn, əməjk kitabçası ilə) təsdiq edlib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək güzştli şərtlərlə əmək pensiyasının təyin olunmasına kifayət qədər əsaslar olduğundan bu hüququnun yarandığı tarixdən (pensiyanın 52 yaş həddinə uyğun hesablanması) güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Reüspulikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması bardə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, iddiaçının dəlili əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bundan başqa həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim edilən 12 may 1986-cı il tarixli MT-İ ******* nömrəli əmək kitabçanızdan göründüyü kimi, iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (19 il 11 ay 5 gün) təşkil edir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçınn nümayəndəsi və vəkili iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili iddia ərizəsinə dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. İlk öncə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən imtina barədə məktubda 06 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olduğunu izah etməklə iddiaçının müraciətini təmin etməkdən imtina edilsə də, lakin məhkəmə araşdırması zamanı iddiaçının tələbinin əslində ona 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə olduğu müəyyən olunduğundan, bu səbəbdən məhkəmə iddia tələbinin 52 yaş həddində araşdırılaraq qiymət verilməsi qənaətində olmuşdur. Belə ki, işdə olan iddiaçıya məxsus AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci il təvəllüdlüdür. İşdə olan SOCAR “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına Neft və qazçıxarma idarəsi tərəfindən verilmiş 21 saylı, xx.xx.2020-ci il tarixli güzəştli arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.1991-ci il tarixdən xx.xx.2014-cü il tarixinə qədər N.Nərimanov adına Neft və qazçıxarma idarəsinin 2-saylı Neft və qazçıxarma sexlərində təmirçi- çilingər peşəsində işləyib. (Əmr.796/k 01. 11.1991 -ci il) İxtisas 1 saylı Siyahıya əsasən güzəştli sayılır, Bölmə 10 (bənd 2 hasilat), şifr 1100000a-18559 neft qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşqul olan təmirçi-çilingərlər. Güzəştli staj ixtisasa əsasən 22 il 06 av 12 q. Arayışa əsasən güzəştli əmək stajı xx.xx.2006-cı il tarixinə 14 il 02 ay. Yuxarıda qeyd olunmuş bütün ixtisaslar dəniz şəraitində neft və qazçıxarma stasionar özül obyektləri ilə əlaqədardir. Azərbayçan Respublikası NK-nin 12A/İ-93-Cİ il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş bu ixtisas 1 saylı Siyahıya əsasən güzəştli sayılır. Arayış işçinin əmək fəaliyyətini əks etdirən T-2 formalı kartoçka və əmrlər əsasında verilir. Azərbaycan Respublikasi Səfərbərlik Və Hərbi Xidmətə X4 Xidmətinin Baki Şəhəri Qaradağ Rayon İdarəsi tərəfindən verilmiş 162 saylı, 08 yanvar 2021-ci il tarixli Arayışdan görünür ki, 1968-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək keçmiş SSR-nin Silahlı Qüvvəllərində müddətli həqiqi hərbi xidmət keçmişdir. Keçmiş SSR-nin MN-nin xx.xx.1989-cu il tarixli 117 nömrəli Əmri ilə ordu sıralarından tərxis olmuşdur. Əsas: Hərbi bilet NZ 4907062. İşdə olan iddiaçıya məxsus ИТ-İ № ******* saylı əmək kitabçasının surətindən görünür ki, xx xxxxxx 1968-ci il təvəllülü İddiaçı xx.xx.1985-ci ildən xx.xx.1987-ci ilədək Dəmir Məmularları zavodunda ikinci dərəcəli operator vəzifəsində işləmişdir. xx.xx.1987-ci il tarixdə Ordu Sıralarına getməsiylə əlaqədar işdən azad edilmişdir. xx.xx.1989-cu ildən Betontökmə sexinə 2-ci dərəcəli fəhlə işinə qəbul edilmiş, xx.xx.1990-cı ildə 4-cü dərəcəli operator peşəsinə qəbul edilmişdir. xx.xx.1991-ci il tarixli əmrlə öz xahişilə işdən azad edilmişdir. xx.xx.1991-ci ildə Nərimanov adına Neft və qazçıxarma idarəsinin 2 saylı Neft və qazçıxarma sexində 4-cü dərəcəli təmirçi cilingər işinə qəbul edilmiş, xx.xx.2004-cü ildə NQÇİ-də 5-ci dərəcəli təmirçi çilingər peşəsinə keçirilmişdir. xx.xx.2014-cü ildə 2 saylı Neft və qazçıxarma sexi 2 saylı Neft və Qazçıxarma sahəsi adlandırılmış, xx.xx.2014-cü ildə 2 saylı Neft və Qazçıxarma sahəsinin neftin yığılması və nəqli xidməti sahəsinə 4-cü dərəcəli nasos qurğularının maşinist peşəsinə keçirilmişdir, hal-hazırda da həmin idarədə həmin vəzifədə işləyir. İşdə olan iddiaçıya məxsus НЗ № ******* saylı hərbi biletin surətindən görünür ki, xx.xx.1987-ci ildən xx.xx.1989-cu il tarixədək keçmiş SSR-nin Silahlı Qüvvəllərində həqiqi hərbi xidmətdə olmuşdur. Beləliklə işin araşdırılan hallarından görünür ki, iddiaçı ona hüququnun yarandığı tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını cavabdehdən tələb edir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən 26 yanvar 2021-ci il tarixli, **********5 saylı məktubla müraciətin təmin edilməsindən imtina edilmiş və imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixınədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya huququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja gorə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim edilən 12 may 1986-cı ıl tarixli İ/1T-İ ******* nömrəli əmək kitabçanızdan göründüyü kimi, sizin 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (19 il 11 ay 5 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, iddiaçı xx.xx.191968-ci il təvəllüdlü olmaqla, ona güzəştli şərtlərlə əmək pensiyasının 52 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən təyin edilməsini tələb edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun qüvvədə olmuşdur. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 01 avqust 1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinin «a» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» bəndinə və həmin maddəyə xx.xx.1997-ci il tarixli, 321-İQD Qanunun 1-ci hissəsinin 1-ci bəndi ilə (xx.xx.1997-ci il tarixli 321 İQD Qanunun 1-ci hissəsinin 1-ci bəndinə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-ci maddələrində və 90-cı maddəsinin 3-cü, 4-cü, 5-ci abzaslarında nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1dək hər il 6 ay artırılır). İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə (1 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyası) əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. İddiaçıya 52 yaşı tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün onun xx.xx.2006-cı il tarixə 10 il güzəştli əmək stajı olsa belə, lakin 20 il ümumi iş stajının olması (19 il 11 ay, 25 gün ) iş materialları ilə öz təsdiqini tapmamışdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı 01 avqust 1997-ci il tarixinə qədər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı siyahısı»na əsasən 20 il ümumi sığorta stajı (10 ildən çox zərərli əmək şəraitində əmək stajı toplasa belə) toplamadığından onun tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar