Məhkəmə qərarları › İş №2-1(112)-4117/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4117/2025

18.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4117/2025 18.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı1 iştirakı ilə, Birgə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1nə, "Azəriqaz" İstehsalat Birliyinə qarşı “torpaq sahəsinin qaytarılması və qaz xətlərinin sökülməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1) Cavabdeh1 üzərinə özgəninkiləşdirilmiş və qanunsuz hasara alımış 2 sot torpaq sahəsinin geri qaytarılması və sökülməsi öhdəliyinin qoyulması; 2) “Azəriqaz" İB-nin üzərinə standartlara dair layihələndirilməmiş qaz xətlərinin sökülməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı1 Azərbaycan Respublikasının Yer Elmləri üzrə Elmlər doktoru, Ukrayna Respublikasının Geoekologiya Elmləri doktoru, X11 Akademiyasının həqiqi üzvü, Dövlət qulluğunun Dövlət Müşaviri, hal-hazırda təqaüddədir. 319 b saylı bağda qonşu 318 saylı bağ sahəsinin sahibi Səməd cərrah vəzifəsində 7 saylı xəstəxanada çalışırdı. Qonşu kimi hasarın daşdan hörülməsi barədə razılaşmışdıq. Lakin Səməd qəflətən öldüyü üçün iş tamamlanmamışdır. İddiaçı bir müddət sonra Səmədin iki oğlu ilə razılığa gəlmişdir ki, hasarı iddiaçı çəkdirər, onlar çəkilən xərcin yarısını ödəyərlər. Hasar çəkildikdən sonra onlar xahiş etmişdirlər ki, evlərinin pəncərələri çıxan hissədə (iddiaçının bağına baxılan hissədə) 1-2 metr məsafə qoyulsun ki, günəş işığı düşsün, hava gəlsin, manqal düzəltsinlər. Yayda məlum olmuşdur ki, bağlarını indiki cavabdehlərə satıblar. Əlaqə yaratdıqda məlum olmuşdur ki, oğlanlardan birinə qarşı deputat Anzurskinin ölümü ilə əlaqədar cinayət işi açılıb, məcburiyyət qaşısında qalaraq bağı satıblar. İndiyə qədər iddiaçıya hasarın pulunu ödəməyiblər. Yasamal rayon məhkəməsinin icraatında olan iş üzrə müəyyən edilmişdir ki, iddiaçının bağ sahəsinə aid olan hissənin uzunluğu 25 metr, eni isə 3 metr olan sahəsi cavabdehlər tərəfindən zəbt edilmişdir. Bu məhkəmə iddialarında göstərilən ikinci iddianın faktıdır. 318 saylı bağ sahəsinin mülkiyyətçisi X5 özbaşnalıq edərək dövlətə məxsus bağlar arası maşın hərəkəti üçün mövcud avtomobil yolunun 2 sotunu zəbt etmiş, qanunsuz tikili ilə hasara almış, iddiaçıya və ətrafdakı qonşulara narahatçılıq yaratmışdır. İşin sənədlərində Dövlət orqanları tərəfindən faktı təsdiqləyən rəsmi cavablar olmasına baxmayaraq heç bir addım atılmamışdır. Hətta bununla əlaqədar Bakı şəhəri Baş Polis idarəsinin istintaq bölməsində cinayət işi açılmışdır. İddiaçının, Maştağa qəsəbə Bələdiyyəsinin, kənd nümayəndəliyinin, 14-cü polis bölməsinin, Sabunçu İcra Hakimiyyətinin, Torpaq Agentliyinin tələblərinə cavabdeh əhəmiyyət verməyib, qapıya gələn adları çəkilən Dövlər orqanlarının nümayəndələrini kobud şəkildə, təhqiramiz sözlərlə qovmuşdur. Bu məsələ ilə əlaqədar ilk növbədə həmin torpaq sahəsinin mülkiyyətçisinin kim olduğunu aydınlaşdırmaq üçün müvafiq olaraq müraciətlər edilmişdir. Sabunçu və Maştağa bələdiyyələri bu torpaq sahəsinin onlara aid olmadığını və mülkiyyətçinin Cavabdeh1 olduğunu bildirdilər. 318 saylı bağ sahəsinin mülkiyyətçisi X6 ilə iddiaçılar arasında məhkəmə çəkişməsinin nəticəsi olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin baxdığı 2(008)-291/2024 saylı iş üzrə gedən prosesdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/2762 nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyində müvafiq hissə “0.0192 ha Sənədsiz sahə" olaraq qeyd olunmuşdur. Müvafiq sahə sənədsiz olduğundan, qeyri-qanuni yollarla özgününküləşdirildiyini və bundan əvvəl oradan iddiaçıya aid bağ sahələrinə keçən avtomobil yolunu kəsməsi faktları ilə bağlı Cavabdeh1nə dəfələrlə müraciət edilməsinə baxmayaraq, avtomobil yoluna müdaxilə ilə bağlı heç bir qanunamüvafıq tədbir görülməmişdir. * Habelə, həmin ərazidəki və ətrafı daşla tikilən 2 sot ərazinin dirəklər üstündə ətrafa təhlükəli olan və qaz xətlərinin layihələşdirilmə standartlarına uymayan qaz xətti çəkilmişdir. Fövqəladə Hallar Nazirliyinin Qaz təhlükəsizliyi Departamentinin bu qaz xəttinin sökülməsi ilə bağlı aydın mövqeyi olmasına baxmayaraq, bu məsələlər üzrə məsul olan qurum - “Azəriqaz” İB məqsədəmüvafiq tədbirləri görməkdən yayınmışdır. Bu xüsusla bağlı dəfələrlə müraciət edilməsinə baxmayaraq, “Azəriqaz” İB müvafiq qaz xəttinin yaratdığı risk və təhlükəyə laqeyd münasibət sərgiləmişdir. Hazırki iddia ərizəsi Cavabdeh1 özünə məxsus olmuş torpaq sahəsinin qanunsuz olaraq özgününküləşdirilməsi ilə bağlı yaranan problemlərin həll edilməsində və “Azəriqaz” İB-nin təhlükəli formada quraşdırılmış qaz xətlərinin sökülməsinə dair hərəkətsizliyinə aiddir.

3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)-291/2024 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2, X9, İddiaçı3 və X7 cavabdeh X1rşı “divarın sökülməsi, torpaq sahəsinin qaytarılması, tikilinin sökülməsi və sair” tələbinə dair 2(008)-291/2024 nömrəli mülki iş üzrə icraata “qanunsuz zəbt edilmiş, daşla tikilən 2 sot ərazinin hasarıın üstündəki qaz xəttinin sökülməsi və layihəyə uyğun binanın divarına keçirilməsi” hissəsində xitam verilmişdir.

4. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024cü il tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2024cü il 3 oktyabr tarixli 2(008)-291/2Q24 nömrəli qətnaməsi ilə Sizin cavabdeh X2rşı "divarın sökülməsi, torpaq sahəsinin qaytarılması, tikilinin sökülməsi və pul" tələbinə dair iddianız qismən təmin edilmiş, cavabdeh X4 məxsus Bakı şəhəri Sabunçu rayonu Vişnyovka-2 bağ sahəsi 318 saylı bağ sahəsində inşa edilmiş fərdi yaşayış evinin Sizin mülkiyyətinizdə olan Bakı şəhəri Sabunçu rayonu Vişnyovka-2 bağ sahəsi 319a saylı və İddiaçı1 oğiunun, X7, X8, İddiaçı3 ümumi birgə mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Vişnyovka-2 bağ sahəsi 319b saylı torpaq sahələrinin faktiki sərhəd hasarının üzərində inşa edilmiş divarın sökülməsi qət edilmişdir. İddia qalan hissədə və X10 münasibətdə rədd edilmişdir. İzah olunur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1 -ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən, qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunan müddət üzürlü səbəblərə görə ötürüldüyü təqdirdə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133-cü maddəsinə əsasən apellyasiya şikayətinə müddətin bərpa olunmasına dair ərizə əlavə edilməlidir.

5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdi. II. İddianın mümkünlüyü

6. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

7. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

8. İddia ərizəsinin məzmunundan aydın olur ki, hazırki iddia tələbi 2 hissədən ibarətdir: 1) Özgəninkiləşdirilmiş və qanunsuz hasara alımış 2 sot torpaq sahəsinin geri qaytarılması və sökülməsi öhdəliyinin Cavabdeh1 üzərinə qoyulması; 2) Standartlara dair layihələndirilməmiş qaz xətlərinin sökülməsi öhdəliyinin “Azəriqaz" İB-nin üzərinə qoyulması.

9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. 17.Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

11. İddia tələbinin birinci hissəsinə (özgəninkiləşdirilmiş və qanunsuz hasara alımış 2 sot torpaq sahəsinin geri qaytarılması və sökülməsi öhdəliyinin Cavabdeh1 üzərinə qoyulması) münasibətdə məhkəmə qeyd edir ki, hazırkı mübahisə iddiaçı ilə cavabdeh (inzibati orqan olmayan hüquqi şəxs) arasında deyil, digər fiziki şəxslər arasında yaranmış mülki (məişət) münasibətlərdən irəli gəlir. Belə ki, iddia ərizəsinin məzmunundan aydın olur ki, mübahisə iddiaçılara məxsus torpaq sahəsinin digər fiziki şəxs (X5) tərəfindən zəbt edilməsi ilə bağlıdır (fiziki şəxslər arasında mülki mübahisə olduğunu təsdiqləyən məhkəmə qərarları iş materiallarına əlavə edilmişdir).

12. Odur ki, iddiaçıların hüquqi marağına uyğun səmərəli hüquqi müdafiə vasitəsi torpaq sahəsinə istifadə hüququna yaradılmış maneələrin aradan qaldırılması ilə bağlı hüquqlarını pozan şəxsə qarşı “mülkiyyət hüququna qanunsuz müdaxiləyə son qoyulması” barədə iddia tələbi ilə səlahiyyətli ümumi məhkəməyə müraciət etməkdir.

13. İddia tələbinin ikinci hissəsinə (standartlara dair layihələndirilməmiş qaz xətlərinin sökülməsi öhdəliyinin “Azəriqaz" İB-nin üzərinə qoyulması) münasibətdə məhkəməyə qeyd edir ki, mübahisə inzibati orqan olmayan hüquqi şəxslə (“Azəriqaz” İB) iddiaçılar arasındakı istehlak münasibətlərindən irəli gəlir.

14. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 nömrəli Qərarı və həmin Qərara əlavə və dəyişikliklər edilməsi haqqında xx.xx.2024-cü il tarixli 09 nömrəli Qərardan: 4.İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır.

14. ...Təbii inhisar subyektlərinə qarşı və ya onlar tərəfindən qaldırılmış deliktdən əmələ gələn, yaxud əşya hüquqlarının müdafiəsinə yönəlmiş və digər iddiaların məhkəmə aidiyyəti müəyyən edilərkən isə həmin münasibətlərdə təbii inhisar subyektinin qanunvericiliyə müvafiq olaraq publik səlahiyyətin icrası qaydasında, yoxsa mülki dövriyyənin bərabər hüquqlu iştirakçısı kimi iştirak edib-etmədiyinə qiymət verilməlidir. Təbii inhisar subyektinin qanunvericiliklə verilmiş ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərin (məsələn, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət ehtiyacları üçün torpaqların geri alınması ilə bağlı alan orqan kimi müəyyən olunduqda) icrasından doğan mübahisələrə inzibati məhkəmələrdə baxılmalıdır. Qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş ümumi (publik) hüquq sahəsinə aid səlahiyyətlərin həyata keçirilməsi vəziyyəti mövcud olmadıqda, əksinə, mülki dövriyyənin iştirakçısı kimi gündəlik təsərrüfat fəaliyyətinin həyata keçirilməsindən yaranan mübahisələrdən söz edildikdə (vurulmuş zərərin əvəzinin ödənilməsi, ərazinin boşaldılması və s.) isə işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

15. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddianın lazımi qaydada qaldırılması tələbinə riayət edilməmişdir. Hazırda iddiaçı üçün səmərəli hüquq müdafiə vasitəsi müvafiq iddia tələbi ilə səlahiyyətli ümumi məhkəməyə müraciət etməkdir.

16. Odur ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya səmərəli hüquq müdafiə vasitəsi izah olunduğundan iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

17. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

18. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar