Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4119/2020 04.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Miminat Tacib qızı Hacıbəyovanın sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, 3-cü şəxsin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Hüseynov Taleh İlham oğlunun cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı “Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanladığı şikayətin Daxili İşlər Nazirliyinə göndərilməsi qanunsuz sayılması və şikayətçi olduğu DİN Baş Mühafizə İdarəsinin vəzifəli şəxslərinin əməllərinə hüquqi qiymət verilməsi AR Baş Prokurorluğunun müvafiq qurumunda (Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində) araşdırılması öhdəliyinin qoyulması barədə” iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Hüseynov Taleh İlham oğlu cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı iddia qaldıraraq xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikası Baş Prokurorluğuna ünvanladığı şəkayət məzmunlu müraciəti cavablanmaması ilə əlaqəli olaraq şıkayətçi olduğu DİN Baş Mühafizə İdarəsinin vəzifəli şəxslərinin əməllərinə hüquqi qiymət verilməsinə Azərbaycan Respublikasının Baş Prokurorluğunun müvafiq qurumunda (Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində) araşdırılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərilən tələbin dəyişdirilməsinə dair xx.xx.2020-ci il tarixli ərizə verərək, Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanladığı şikayətin Daxili İşlər Nazirliyinə göndərilməsi qanunsuz sayılması və şikayətçi olduğu DİN Baş Mühafizə İdarəsinin vəzifəli şəxslərinin əməllərinə hüquqi qiymət verilməsi AR Baş Prokurorluğunun müvafiq qurumunda (Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində) araşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmsını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Baş Mühafizə İdarəsinin xx xxxxxx 2019-cu il tarixli Ə329-038-19 saylı əmrinə əsasən daxili işlər orqanlarından xaric edilmişdir.İddiaçı barəsində xidməti araşdırma aparılan zaman Baş Mühafizə İdarəsinin təşkilati –inspektor şöbəsinin əməkdaşı polis mayoru Ziya Ağayev iddiaçının tabeliyində olduğu Nəsimi RMİ-nin komandir heyəti ilə əlaqə yaradaraq iddiaçının facebookda qeydiyatdan keçdiyini, çimərlikdə şəkillər paylaşdığını bildirərək (şortikdə), bu barədə ancaq İlqar Malışovla onun bildiyini, rəhbərliyinin qulağına çataçağı təqdirdə, işinin ağırlaşacağını deyərək iddiaçıya söz göndərərək, hədə-qorxu gəlmiş, iddiaçıya qeyri-qanuni hərəkətlər etməyə(rüşvət vermək, adam tapıb Baş Mühafizə İdarəsinin rəhbərliyinə işini tapşirtdırmaq) təşviq etmişdir. Baş Mühafizə İdarəsinin əməkdaşlarının bu qanuna zidd hərəkətlərinə hüquqi qiymət veriməsi üçün, baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət məzmunlu müraciət ünvanlamışdır.Lakin araşdırmanın aparılması bu idarə tərəfindən Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinə göndərilmişdir. xx.xx.2020-ci tarixində Baş Mühafizə İdarəыi tərəfindən imzalanmış cavab məktubunda isə yoxlama nəticəsində iddiaçıya qarşı qanunazidd hərəkətlərə yol verilməsi barədə xüsusatın təsdiqini tapmadığı bildirilmişdir. İddiaçı hesab edir ki, şıkayəti polis əməkdaşlarından olduğundan (Korrupsiyaya qarşı mübarizə haqqında qanunun 2.1.1- 2.1.8-ci maddələrində göstərilən vəzifəli şəxslər və hadisə də həmçinin iddiaçının vəzifəli şəxs olduğu vaxt baş verdiyindən işin araşdırılması Baş prokurorluğun müvafiq idarəsində (Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində) araşdırılmalı idi. İddiaçı “Vətəndaşların müraciətləri haqqında” qanuna və “İnzibati icraat haqqında” qanuna istinad edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx xxxxx 2015-ci il tarixli, 4 nömrəli qərarının 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. İddiaçının iddia ərizəsindən göründüyü kimi onun iddia tələbi Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin əməkdaşı tərəfindən iddiaçıdan rüşvət tələb edilməsi barədə cavabdehə göndərdiyi şikayətin Daxili İşlər Nazirliyinə göndərilməsinin qanunsuz hesab edilməsi və Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin vəzifəli şəxslərinin əməllərinin araşdırılmasındən ibarətdir. “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən prokurorluq qanunla nəzərdə tutulmuş hallarda və qaydada: cinayət işi başlayır və ibtidai istintaq aparır, habelə korrupsiya ilə bağlı cinayətlər üzrə cinayət işinin başlanmasını və ya istintaqın aparılmasını təmin etmək məqsədilə əməliyyat-axtarış fəaliyyətini həyata keçirir;cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərlik edir və qanunlara riayət edilməsini təmin edir; təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icra və tətbiq olunmasına nəzarət edir;məhkəmədə iddia qaldırır (ərizə verir), mülki və iqtisadi mübahisələrə dair işlərə baxılmasında iddiaçı kimi iştirak edir;məhkəmədə cinayət işlərinə baxılmasında tərəf kimi iştirak edir, dövlət ittihamını müdafiə edir;məhkəmə qərarlarından və səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarlarından və ya qərardadlarından protest verir;Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərar qəbul edir; məhkəmələr tərəfindən təyin edilmiş cəzaların məqsədinə nail olunmasında iştirak edir.Prokurorluğun üzərinə Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və prosessual qanunvericilikdə nəzərdə tutulmamış vəzifələrin qoyulması yolverilməzdir. Həmin Qanunun 11-1.-ci maddəsinin 1-ci abzasında göstərilmişdir: “ Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi (bundan sonra - Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi) ixtisaslaşdırılmış prokurorluq orqanı olmaqla, korrupsiya hüquqpozmaları ilə əlaqədar məlumatlara baxır, korrupsiya ilə bağlı cinayətlər üzrə ibtidai istintaq, əməliyyat-axtarış fəaliyyətini həyata keçirir, korrupsiyaya qarşı mübarizənin vəziyyətini təhlil edir, ümumiləşdirir və bu sahədə işin səmərəliliyinin artırılması üçün təklif və tövsiyələr hazırlayır, həmin fəaliyyəti həyata keçirərkən normativ hüquqi aktlarda və onların layihələrində korrupsiya hüquqpozmalarına şərait yaradan hallar müəyyən etdikdə, onların aradan qaldırılması üçün Baş prokuror qarşısında məsələ qaldırır, maarifləndirmə işlərini, profilaktik tədbirləri, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq digər səlahiyyətləri yerinə yetirir. Həmin Qanunun 17–ci maddəsində göstərilmişdir:”Prokurorluq Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş qaydada və hallarda cinayət işləri başlayır və ibtidai istintaq aparır. Korrupsiya ilə bağlı cinayətlər üzrə cinayət işinin başlanmasını və ya istintaqın aparılmasını təmin etmək məqsədilə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməliyyataxtarış fəaliyyətini həyata keçirir. Cinayət təqibinin həyata keçirilməsini təmin etmək məqsədilə prokurorluq cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərlik edir, qanunların icrasına və tətbiqinə nəzarət edir, bu sahədə qanunvericilik aktlarının icra vəziyyətini öyrənir və ümumiləşdirir.” İş materiallarinda olan cavabdehin iddiaçıya ünvanlanmış xx xxxxx 2020-ci il tarixli 02/6-181 nömrəli məktubuna əsasən, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciəti nəzərətdə saxlanılmaqla “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilmiş, araşdırmanın nəticəsi barədə məlumat veriləcəkdir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları vətəndaşların məhkəmə icraatı və ya inzibati icraat çərçivəsində etdikləri müraciətlərə şamil edilmir. Azərbaycan Respublikasında mülki məsuliyyət, inzibati məsuliyyət, cinayət məsuliyyəti (təqibi) məsələləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi,Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi ilə tənzimlənir ki, bu da inzibati icraat qaydasında həmin məsələlərə baxılmasını istisna edir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İddiaçının iddia tələbi ilə bağlı işə baxılması zamanı tətbiq ediləcək hüquq isə publik hüququn nizamasalma predmetinə aid olmayacaqdır. Halbuki inzibati məhkəmə icraatı qaydasında inzibati orqanların yalnız publik hüquqdan irəli gələn hərəkətlərinin (hərəkətsizliyinin) qanuniliyi və əsaslılığı yoxlanılır. Bundan başqa “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda Azərbaycan Respublikasının Baş Prokurorluğu inzibati orqan qismində göstərilməmişdir Göründüyü kimi cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğu inzibati orqan deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən isə bu Qanun hətta inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmur. Belə olan halda cavabdeh hətta inzibati orqan olmuş olsa idi belə iddiaçının iddia tələbi ilə bağlı işə baxılması zamanı tətbiq ediləcək hüquq publik hüququn nizamasalma predmetinə aid olmayacaqdır. Halbuki inzibati məhkəmə icraatı qaydasında inzibati orqanların yalnız publik hüquqdan irəli gələn hərəkətlərinin (hərəkətsizliyinin) qanuniliyi və əsaslılığı yoxlanılır. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən iddiaçının iddia tələbində göstərilən şikayətin araşdırılması ilə bağlı həyata keçirilən fəaliyyətilə bağlı hüquq cinayət prosessual fəaliyyətinə aid hüquqdur. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır.Şəxsin razılığı olmadan onun işinə başqa məkəmədə baxılmasına yol verilmir. Məhkəmə hesab edir ki, hazırki, iddiaçı ilə cavabdeh arasındakı mübahisəyə məhz cinayət mühakimə icraatı çərçivəsində məhkəmə nəzarəti qaydasında ümumi məhkəmədə baxılmalıdır. Göstərilənlərə əsasən məhkəmənin gəldiyi nəticəyə görə iddiaçı Hüseynov Taleh İlham oğlunun cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı “Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanladığı şikayətin Daxili İşlər Nazirliyinə göndərilməsi qanunsuz sayılması və şikayətçi olduğu DİN Baş Mühafizə İdarəsinin vəzifəli şəxslərinin əməllərinə hüquqi qiymət verilməsi AR Baş Prokurorluğunun müvafiq qurumunda (Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində) araşdırılması öhdəliyinin qoyulması barədə” iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Hüseynov Taleh İlham oğlunun cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı “Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanladığı şikayətin Daxili İşlər Nazirliyinə göndərilməsi qanunsuz sayılması və şikayətçi olduğu DİN Baş Mühafizə İdarəsinin vəzifəli şəxslərinin əməllərinə hüquqi qiymət verilməsi AR Baş Prokurorluğunun müvafiq qurumunda (Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində) araşdırılması öhdəliyinin qoyulması barədə” iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına(ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-4119/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4119/2020
04.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver