Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-412/2025 30.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Operativ Vergi və Uçotun Təşkili Baş İdarəsinə qarşı “əlavə dəyər vergi ödəyicisinin qeydiyyat bildirişinin ləğv edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli **********9 saylı əlavə dəyər vergi ödəyicisinin qeydiyyat bildirişinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin tərəfindən sahibkar olaraq əlavə dəyər vergi ödəyicisi kimi qevdıyyata alınmışdır. Lakın onu düzgün şəkildə qeydiyyata almamışdır. xx.xx.2022-ci il tarixli **********9 saylı əlavə dəyər vergi ödəyicisi qeydiyyat bildirişi aşağıdakı səbəblərdən ləğv edilməlidir. Tərəfindən xx.xx.2023 tarixli məktub əsasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı səhəri X4 İdarəsinə xx.xx.2022-ci il tarixli məktubla İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə müraciət edilsə də, cavabdeh tərəfindən ədv qeydiyyatını ləğv etməmişdir. Bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda, bu əməliyyat ƏDV tutulan əməliyyat sayılır və həmin əməliyyatı həyata keçirən şəxs bu əməliyyatın aparıldığı günədək ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.
3. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd olunmuşdur ki, uçotbaza məlumatlarına əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində təqdim edilmiş e-qaimə fakturalar və online kassa üzrə dövriyyənin 208655.32 manat (təqdim edilmiş elektron qaimə-faktura məlumatlarına əsasən 59295.00 manat və onlayn kassa məlumatlarına əsasən isə 149360,32 manat) məbləğində olduğu müəyyən edilmişdir. Vergi Məcəlləsinin 155.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Həmin Məcəllənin 154.6-cı maddəsində nəzərdə tutulan fəaliyyətlə məşğul olan şəxslər dövlət qeydiyyatına və ya vergi orqanında uçota alınmaq üçün ərizə ilə birlikdə, bu fəaliyyətlə sonradan məşğul olduqları halda isə həmin fəaliyyəti həyata keçirməyə başladığı günədək ƏDV məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludurlar. Bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda, bu əməliyyat ƏDV tutulan əməliyyat sayılır və həmin əməliyyatı həyata keçirən şəxs bu əməliyyatın aparıldığı günədək ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Odur ki, qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********979000 nömrəli “Əlavə dəyər vergisi məqsədləri üçün Qeydiyyata dair ərizə verilməsi barədə” Bildiriş göndərilmiş və 10 gün ərzində ƏDV məqsədləri üçün qeydiyyata dair müvafiq ərizə təqdim edilməsi bildirilmişdir. Qeyd olunan müddət ərzində ƏDV məqsədləri üçün qeydiyyata dair ərizə təqdim edilmədiyi halda vergi orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş tarixdən məcburi qaydada ƏDV məqsədləri üçün qeydiyyata alınacağı barədə məlumat verilmişdir. Qeyd edilən müddətlərdə kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamə və ya ƏDV qeydiyyatı ilə bağlı müvafiq ərizə forması təqdim edilmədiyindən, iddiaçı Vergi Məcəlləsinin 157.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2022-ci il tarixdə xx.xx.2022-ci il tarixdən ƏDV məqsədləri üçün qeydiyyata alınmışdır. İddiaçı öz ərizəsində ƏDV qeydiyyatına alınmasının qanunsuz olduğunu bildirsə də, bunu sübut edən hallar barədə hər hansı məlumat verməmiş, əvəzində vergi qanunvericiliyinin müvafiq maddələrini sadalamaqla ƏDV bildirişinin ləğv edilməli olduğunu vurğulanmışdır. ƏDV qeydiyyatının ləğv edilməsi ilə əlaqədar, Vergi Məcəlləsinin 158.1-ci maddəsinə əsasən, vergi ödəyicisi, o cümlədən bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslər (bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulan hallar istisna edilməklə) ƏDV-nə cəlb olunan əməliyyatlar aparmağı dayandırırsa, ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunmasına dair ərizə verməyə borcludur. Bu halda, ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi ödəyicisinin vergi tutulan əməliyyatları tam dayandırdığı gün qüvvəyə minir. Vergi tutulan əməliyyatların tam dayandırılması dedikdə, vergi ödəyicisi tərəfindən ƏDV-ə cəlb olunan əməliyyatlar aparmağı dayandırması və ya vergi uçotundan çıxarılması məqsədilə müvafiq ərizə ilə vergi orqanına müraciət nəzərdə tutulur. Lakin vergi ödəyicisinin fəaliyyət növləri ƏDV-yə cəlb olunan əməliyyatlara aid olduğu üçün ƏDV qeydiyyatının ləğv edilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Göründüyü kimi, vergi orqanı tərəfindən iddiaçının ƏDV məqsədləri üçün qeydiyyata alınması qanuna müvafiq qaydada həyata keçirilmişdir və ləğv edilməsi ilə bağlı əsas mövcud deyildir. Vergi Məcəlləsinin 154.1-ci maddəsinə əsasən ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir. Həmin Məcəllənin 154.2-ci maddəsinə əsasən qeydiyyatdan keçən şəxs qeydiyyatın qüvvəyə mindiyi andan etibarən vergi ödəyicisi olur. Qeydiyyata dair ərizə verməli olan, lakin qeydiyyatdan keçməmiş şəxs qeydiyyata dair ərizə vermək öhdəliyinin yarandığı dövrdən sonrakı hesabat dövrünün başlanğıcından etibarən vergi ödəyicisi sayılır. Həmin Məcəllənin 157.3.1-ci maddəsinə əsasən məcburi qeydiyyat zamanı qeydiyyat ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olduqda - növbəti ayın birinci günündə, bir əqd və ya müqavilə üzrə ƏDV-yə cəlb olunan əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda - əməliyyatın aparıldığı günədək, bu Məcəllənin 154.6-cı maddəsində nəzərdə tutulan fəaliyyətlə məşğul olan şəxslərin dövlət qeydiyyatına və ya vergi orqanında uçota alındığı gündə, bu fəaliyyətlə sonradan məşğul olduqları halda isə həmin fəaliyyəti həyata keçirməyə başladığı gündə qüvvəyə minir. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməyə borclu olan, lakin qeydiyyat üçün ərizə verməyən vergi ödəyicisini vergi orqanı öz təşəbbüsü ilə qeydiyyata alır və ona müvafiq qeydiyyat bildirişi göndərir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində 100.000 manatdan çox deyilsə, bu Məcəllənin 158.1-ci maddəsində nəzərdə tutulan hallar istisna edilməklə, vergi ödəyicisi ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən bir il keçdikdən sonrakı istənilən vaxt qeydiyyatın ləğv olunmasına dair ərizə verə bilər. ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi orqanına qeydiyyatın ləğv edilməsinə dair ərizənin verildiyi gün qüvvəyə minir. Vergi orqanı şəxsin ƏDV qeydiyyatının ləğv edilməsi barədə məlumatı bir iş günü ərzində müvafiq icra hakimiyyəti orqanına göndərməlidir.
4. Dövlət Vergi Xidmətinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin İddiaçı ünvanlandığı xx.xx.2022-ci il tarixli əlavə dəyər vergisi ödəyicisinin **********9 nömrəli qeydiyyata alınması barədə bildirişində qeyd edilmişdir ki, İddiaçı (VÖEN: **********) əlavə dəyər vergisi ödəyicilərinin Dövlət reyestrinə daxil edilmişdir. Qeydiyyatın qüvvəyə minmə tarixi xx.xx.2022-ci il müəyyən edilmişdir.
5. Dövlət Vergi Xidmətinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı ünvanlandığı xx.xx.2022-ci il tarixli müraciətə cavab müraciətində qeyd edilmişdir ki, araşdırma zamanı xx.xx.2021-ci il tarixdən - xx.xx.2022-ci il tarixədək tərəfinizdən təqdim edilmiş elektron qaimə-faktura məlumatlarına əsasən 59295.00 manat və onlayn kassa məlumatlarına əsasən isə 149.360,32 manat dövriyyəniz olduğu üçün 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olması müəyyən edilmişdir. Bununla əlaqədar 10 gün ərzində ƏDV-si məqsədləri üçün qeydiyyata dair müvafiq ərizə təqdim edilməlidiyi müəyyən edildiyindən xx.xx.2022-ci il tarixdən ƏDV qeydiyyatına qoyularaq xx.xx.2022-ci il tarixdə **********798300 nömrəli əlavə dəyər vergisi ödəyicisinin qeydiyyatı bildirişi göndərilmişdir.
6. Dövlət Vergi Xidmətinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı ünvanlandığı xx.xx.2022-ci il tarixli müraciətə cavab müraciətində qeyd edilmişdir ki, “Vergi Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vergi ödəyicisi, o cümlədən bu Məcəllənin 218.1.2-ci və ya 218.1.3-cü maddələrində göstərilən şəxslər (Vergi Məcəlləsinin 16.3-cü maddəsində nəzərdə tutulan hallar istisna edilməklə) ƏDV-nə cəlb olunan əməliyyatlar aparmağı dayandırırsa, ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunmasına dair ərizə verməyə borcludur. Bu halda, ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi ödəyicisinin vergi tutulan əməliyyatları tam dayandırdığı gün qüvvəyə minir. Vergi tutulan əməliyyatların tam dayandırılması dedikdə, vergi ödəyicisi tərəfindən ƏDV-nə cəlb olunan əməliyyatlar aparmağı dayandırması və ya vergi uçotundan çıxarılması məqsədilə müvafiq ərizə ilə vergi orqanına müraciət nəzərdə tutulur. Qeyd olunanlarla əlaqədar olaraq bildiririk ki, fəaliyyət növləriniz ƏDV-yə cəlb olunan əməliyyatlara aid olduğu üçün ƏDV qeydiyyatının ləğv edilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Eyni zamanda bildiririk ki, əvvəliki tam 12 aylıq dövr ərzində (son 12 ay üzrə ƏDV bəyannamələri təqdim edilməlidir) vergi tutulan əməliyyatlarınızın ümumi məbləği 100000.00 manatdan az olduğu təqdirdə Vergi Məcəlləsinin 158.2-ci maddəsinə əsasən ƏDV məqsədləri üçün qeydiyyatınızın ləğv edilməsi barədə vergi orqanına ərizə təqdim edə bilərsiniz. Göstərilənlərlə əlaqədar, Vergi Məcəlləsinin 158.2-ci maddəsinə əsasən (ƏDV-yə cəlb edilən əməliyyatların azalmasına görə) ƏDV qeydiyyatınının ləğvi ərizəsi təqdim ediləcəyi təqdirdə qeyd edilən ərizəyə müvafiq olaraq əvvəlki tam 12 təqvim ayı üzrə bütün bank hesablarınızdan çıxarışların (bank tərəfindən təsdiq olunmaqla), fəaliyyəti dayandırdığınız dövrlər istisna olmaqla ƏDV bəyannamələrinin, gəlirin əldə edilməsi ilə bağlı sənədlərin (Çek, qəbz, qaimə-faktura və s.) vergi orqanına təqdim edilməsi Sizdən xahiş olunur.”
7. Məhkəmənin qərardadı əsasında iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və bununla bağlı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/9616 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqi hissəsində göstərildiyi kimi, xx.xx.2021-ci il tarixdən - xx.xx.2022-ci il tarixədək olan müddət ərzində təqdim edilmiş elektron qaimə faktura (c.i.v 120-131) məlumatları və kassa əməliyyatları (onlayn kassa) (c.i.v 97) məlumatları nəzərə alındıqda aparılan əməliyyatların dəyəri 208.655,32 manat məbləğində müəyyən olunur. Göstərilənlərdən əlavə qeyd edilir ki, iş materiallarında İddiaçı etdiyi əməliyyatlar üzrə xx.xx.2021-xx.xx.2022-ci il tarixləri əhatə edən bank hesabından çıxarış məlumatları mövcuddur. Həmin hesabdan çıxarış məlumatlarına əsasən isə kredit üzrə cəmi dövriyyənin 189.794,14 manat debit üzrə isə cəmi dövriyyənin 179.270,93 manat olması müəyyən edilmişdir.
8. Məhkəmənin qərardadı əsasında iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və bununla bağlı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/6340 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqi hissəsində göstərildiyi kimi, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, **********019700 nömrəli vergi orqanının etirazında uçot baza məlumatlarına əsasən vergi ödəyicisinin xx.xx.2021xx.xx.2022-ci illər üzrə olan müddət ərzində təqdim edilmiş elektron qaimə-fakturalar və onlayn kassa üzrə dövriyyəsinin 208.655,32 manat (təqdim edilmiş elektron qaimə-faktura məlumatlarına əsasən 59.295,00 manat, və onlayn kassa məlumatlarına əsasən isə 149.360,00 manat) məbləğində olduğu göstərilmişdir. Lakin qeyd edilir ki, təqdim edilmiş elektron qaimə-fakturanın dəyərinin onlayn kassa məlumatlarında olması dəqiqləşdirilməmişdir. Belə ki, iş materiallarında olan onlayn kassa məlumatlarında nağdsız dövriyyə öz əksini tapsa da həmin əməliyyatların nədən ibarət olması göstərilməmiş, kassa və posterminal əməliyyatları aydınlaşdırılmamışdır. Eyni zamanda qeyd edilir ki, iş materiallarında bank çıxarışı da öz əksini tapmışdır. İş materiallarında olan bank çıxarışında öz əksini tapan mədaxillər isə yalnız sahibkarlıq faəliyyəti ilə bağlı olmamışdır. Həmin çıxarışdan göründüyü kimi, mədaxil olunmuş məbləğlərə hesabın möhkəmləndirilməsi, biznes kart hesabından köçürmələr və s daxildir. Eləcə də qeyd edilir ki, posterminal vasitəsi ilə aparılan ödənişlər bank hesabında öz əksini tapır. Bundan başqa qeyd edilir ki, təqdim olunmuş iş materiallarında olan xx.xx.2021 - xx.xx.2022-ci illər üzrə bank sənədləri, satış e-qaimələri, online kassa dövriyyə sənədləri üzrə ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olmamışdır. Tədqiqi hissədə göstərildiyi kimi, dövriyyə məbləği hər bir sənəd üzrə ayrı-ayrılıqda iş materiallarında öz əksini tapmışdır.
9. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.
10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verməklə iddianın təmin olunmamasını xahiş etdi və iddiaçı tərəfindən həyata keçirilən əməliyyatların əmtəəsiz əməliyyat hesab olunduğunu bildirdi.
İİ. İddianın növü və mümkünlüyü
11. Məhkəmə hesab edir ki, əlavə dəyər vergi ödəyicisi kimi uçota alınması (qeydiyyatına) dair hərəkətləri qanunsuz hesab edilməsi və iddiaçının vergi ödəyicisi kimi uçotunun (qeydiyyatının) ləğv edilməsi müəyyən etmə və tanında növündə iddiadır.
12. İPM-in 2.2.5-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) baxılır.
13. İddia mümkündür.
İİİ. Məhkəmənin mövqeyi
14. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı cavabdeh orqan tərəfindən Vergi Məcəlləsinin 157.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2022-ci il tarixdə xx.xx.2022-ci il tarixdən ƏDV məqsədləri üçün qeydiyyata alınmışdır.
15. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 154.1. ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir. 154.2. Qeydiyyatdan keçən şəxs qeydiyyatın qüvvəyə mindiyi andan etibarən vergi ödəyicisi olur. Qeydiyyata dair ərizə verməli olan, lakin qeydiyyatdan keçməmiş şəxs qeydiyyata dair ərizə vermək öhdəliyinin yarandığı dövrdən sonrakı hesabat dövrünün başlanğıcından etibarən vergi ödəyicisi sayılır. 154.3. Azərbaycan Respublikasına ƏDV tutulan malları idxal edən şəxslər bu cür idxal malları üzrə ƏDV-nin ödəyiciləri sayılırlar. 154.4. ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmədən iş görən və ya xidmət göstərən və bu Məcəllənin 169-cu maddəsinə müvafiq surətdə vergiyə cəlb edilməli olan qeyri-rezident şəxs həmin işlər və ya xidmətlər üzrə vergi ödəyicisi sayılır. 155.1. Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda, bu əməliyyat ƏDV tutulan əməliyyat sayılır və həmin əməliyyatı həyata keçirən şəxs bu əməliyyatın aparıldığı günədək ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Bu Məcəllənin 154.6-cı maddəsində nəzərdə tutulan fəaliyyətlə məşğul olan şəxslər dövlət qeydiyyatına və ya vergi orqanında uçota alınmaq üçün ərizə ilə birlikdə, bu fəaliyyətlə sonradan məşğul olduqları halda isə həmin fəaliyyəti həyata keçirməyə başladığı günədək ƏDV məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludurlar. Bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslər həmin maddədə müəyyən edilmiş hüquqdan istifadə etdikdə ardıcıl 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatı keçdiyi aydan sonrakı ayın 1-dən etibarən 10 gün ərzində fəaliyyətlərini sadələşdirilmiş vergi ödəyicisi kimi davam etdirəcəkləri barədə vergi orqanına yazılı formada ərizə təqdim etməlidirlər. 157.3. Qeydiyyat hansı tarixin əvvəl başlanmasından asılı olaraq aşağıdakı tarixlərin birində qüvvəyə minir: 157.3.1. məcburi qeydiyyat zamanı: - ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olduqda - növbəti ayın birinci günündə; - bir əqd və ya müqavilə üzrə ƏDV-yə cəlb olunan əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda - əməliyyatın aparıldığı günədək; - bu Məcəllənin 154.6-cı maddəsində nəzərdə tutulan fəaliyyətlə məşğul olan şəxslərin dövlət qeydiyyatına və ya vergi orqanında uçota alındığı gündə, bu fəaliyyətlə sonradan məşğul olduqları halda isə həmin fəaliyyəti həyata keçirməyə başladığı gündə.
16. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdeh orqan uçot-baza məlumatlarına əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində iddiaçı tərəfindən təqdim edilmiş e-qaimə fakturalar və online kassa üzrə dövriyyənin 208655.32 manat (təqdim edilmiş elektron qaimə-faktura məlumatlarına əsasən 59295.00 manat və onlayn kassa məlumatlarına əsasən isə 149360,32 manat) məbləğində olduğu müəyyən edərək, vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********979000 nömrəli “Əlavə dəyər vergisi məqsədləri üçün Qeydiyyata dair ərizə verilməsi barədə” Bildiriş göndərmiş və 10 gün ərzində ƏDV məqsədləri üçün qeydiyyata dair müvafiq ərizə təqdim edilməsini bildirmişdir. Qeyd olunan müddət ərzində ƏDV məqsədləri üçün qeydiyyata dair ərizə iddiaçı tərəfindən təqdim edilməmiş, vergi orqanı isə xx.xx.2022-ci il tarixdə xx.xx.2022-ci il tarixdən ƏDV məqsədləri üçün iddiaçını qeydiyyata almışdır.
17. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, cavabdeh orqan tərəfindən vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********979000 nömrəli “Əlavə dəyər vergisi məqsədləri üçün Qeydiyyata dair ərizə verilməsi barədə” Bildiriş göndərsə də, xx.xx.2022-ci il tarixdən ƏDV məqsədləri üçün iddiaçını qeydiyyata almışdır. Lakin qanunvericiliyə uyğun olaraq iddiaçı xx.xx.2022-ci il tarixdən qeydiyyata almalı idi. Belə ki, Vergi Məcəlləsinin 154.2-ci maddəsinə müvafiq olaraq Qeydiyyata dair ərizə verməli olan, lakin qeydiyyatdan keçməmiş şəxs qeydiyyata dair ərizə vermək öhdəliyinin yarandığı dövrdən sonrakı hesabat dövrünün başlanğıcından etibarən vergi ödəyicisi sayılır.
18. Hesablamanın mahiyyətinə gəldikdə isə məhkəmə bildirir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində iddiaçı tərəfindən təqdim edilmiş e-qaimə fakturalar və online kassa üzrə dövriyyənin 200.000 manatdan artıq olub-olmamasının müəyyən edilməsi zərurəti ilə əlaqədar qəbul edilmiş qərardad nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mərkəzi Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 9/6340 saylı ekspert rəyində öz təsdiqini tapmışdır ki, xx.xx.2021 xx.xx.2022-ci illər üzrə bank sənədləri, satış e-qaimələri, online kassa dövriyyə sənədləri üzrə ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olmamışdır.
19. Bunun əksinə cavabdeh orqan tərəfindən e-qaimə fakturalar və online kassa üzrə dövriyyənin 200.000 manat məbləğinin keçməsini necə müəyyən etməsini əsaslandırmamışdır. Belə ki, “Əlavə dəyər vergisi məqsədləri üçün Qeydiyyata dair ərizə verilməsi barədə” Bildirişdə, həmçinin iddiaya dair etirazda qeyd edilmişdir ki, xx.xx.2021ci il tarixdən - xx.xx.2022-ci il tarixədək iddiaçı tərəfindən təqdim edilmiş elektron qaiməfaktura məlumatlarına əsasən 59295.00 manat və onlayn kassa məlumatlarına əsasən isə 149.360,32 manat dövriyyəsi olduğu üçün 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olması müəyyən edilmişdir.
20. Məhkəmə qeyd edir ki, İddiaçı ƏDV məqsədləri üçün qeydiyyata alınarkən onun 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olması faktı cavabdeh vergi orqanı tərəfindən sübut edilməli idi. Lakin vergi orqanı tərəfindən bu halı təsdiqləyən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir.
21. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
22. Məhkəmə hesab edir ki, sübutetmə yükünün müəyyən edilməsində eyni qayda müəyyən etmə və ya tanınmaya dair iddialara da aiddir.
23. Məhkəmə qeyd edir ki, şəxsin 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olması faktı təsdiq edilmədən vergi orqanında ƏDV məqsədləri üçün qeydiyyata alınması qanunvericilik normalarının məzmununa ziddir.
24. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehin iddiaçının ƏDV məqsədləri üçün qeydiyyata alınasına dair hərəkətləri qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
25. Odur ki, iddia təmin edilməlidir, xx.xx.2022-ci il tarixli **********9 saylı əlavə dəyər vergi ödəyicisinin qeydiyyat bildirişi ləğv edilməlidir.
26. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
27. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
28. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Operativ Vergi və Uçotun Təşkili Baş İdarəsi tərəfindən İddiaçı dair tərtib edilən xx.xx.2022-ci il tarixli **********9 saylı əlavə dəyər vergi ödəyicisinin qeydiyyat bildirişi ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva