Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4120/2025 20.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və müraciətinin təmin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və onun Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin müddətinin uzadılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı cavabdehin xx.xx.2024-cü il tarixli ******* nömrəli qərarının ləğv edilməsi və müraciətinin təmin edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Miqrasiya Xidmətinin Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin müddətinin uzadılmasından imtina olunması haqqında xx.xx.2024-cü il tarixli, ******* saylı qərarı aşağıda istinad etdiyi qanunlara və işin faktiki hallarına görə qanunsuz və əsassızdır. Belə ki, xx.xx.2024-cü il tarixə kimi Azərbaycan Respublikasında yaşamaq üçün verilmiş icazənin ləğv edilməsinə dair ona göndərilmiş, Bakı şəhəri X3 xx.xx.2024-cü il tarixdə yazılma vaxtı və qeydiyyat nömrəsi göstərilməyən bildirişə əlavə olunmuş xx.xx.2024-cü il tarixli, ******* nömrəli qərarda icazə müddətinin uzadılması haqda verdiyi xx.xx.2024-cü il tarixli müraciətinin "İnzibati icraat haqqında" Qanunun 59-cu və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 55-ci maddələrinə əsasən təmin edilməyərək rədd olunduğu və daimi yaşamağım üçün əvvəl verilmiş icazəmin ləğv edildiyi qeyd olunmuşdur. "İnzibati icraat haqqında" Qanunun 59-cu maddəsi qəbul edilmiş yazılı inzibati aktın rekvizitlərini nəzərdə tutur, daimi yaşamaq üçün icazənin verilməməsi və müddətin uzadılmaması hallarını nəzərdə tutmur. Həmin hallar Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin maddələrində nəzərdə tutulub. Həmin Məcəllənin 55-ci maddəsi, 13 halı (55.0.1 – 55.0.14-cü maddələri) nəzərdə tutur ki, qərarda həmin maddələrdən hansının tətbiq edildiyi göstərilmədiyinə görə bu inzibati akt anlaşılmazdır. Halbuki, "İnzibati icraat haqqında" Qanunun 58.2-ci maddəsinə görə inzibati aktın məzmunu aydın və anlaşılan olmalıdır. Bu Qanunun 61.1-ci maddəsinə görə də inzibati akt yazılı formada tərtib edilməklə əsaslandırılmalıdır. 61.2-ci maddəsi də əsaslandırma zamànı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 2) Bundan başqa Miqrasiya Məcəlləsinin 45.1.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibəti və 45.1.5-ci maddəsinə görə də ailə üzvlərinin olması halları əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkədə müvəqqəti yaşamaq üçün icazənin verilməsinə (müddətin uzadılmasına) əsaslardır. Müvəqqəti yaşamaq üçün icazənin verilmədiyini (müddətin uzadılmamasını) nəzərdə tutan həmin Məcəllənin 50.1.5-ci və daimi yaşamaq üçün icazənin verilməməsini (müddətinin uzadılmamasını) nəzərdə tutan 55.0.2-ci maddələri hətda təhlükəli yolxucu xəstəlik virusunun daşıyıcısı olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olmaları halı-faktı onlara ölkə ərazisində müvəqqəti və yaxud daimi yaşamaq üçün icazənin verilməməsini (müddətin uzadılmamasını) istisna (rədd) edir. Bundan başqa istinad etdiyi Məcəllənin 52.1.1-ci maddəsi də atası, anası, əri (arvadı), övladı, bacısı və ya qardaşı Azərbaycan Respublikasının vətəndaşı olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində daimi yaşamaq üçün icazənin verilməsini nəzərdə tutur. İcazənin müddətinin uzadılmasından imtina olunması haqqında qərarın materialları ilə təsdiq olunduğu kimi rəsmi nikah qeydiyyatında olduğu və bir ailə olaraq yaşadığı X2 Azərbaycan Respublikasının vətəndaşıdır. Onların xx.xx.2006-cı il təvəllüdlü Əli Fəthi və xx.xx.2009-cu il təvəllüdlü Pəri Fəthi ad və soyadlı oğlan və qız övladları vardır. Oğlanları 11-ci sinifdə, qızları isə 10-cu sinifdə Bakı şəhərində təhsil alırlar. Əli Fəthi buraxılış sinifindəndir. Övladları da, Azərbaycan Respublikasının vətəndaşlarıdır. İnzibati akt qəbul edilərkən həmin faktlar qanunsuz və əsassız olaraq nəzərə alınmamışdır. "İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfdindən inzibati icraat haqqında maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş akt qanunsuz sayılır. Bu Qanunun 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin inzibati orqanın rəhbərliyi tərəfindən və yaxud məhkəmə qaydasında ləğv olunmalıdır. Qərarın ləğv edilməsi, şikayətinin təmin olunması barədə miqrasiya xidmətinin rəisinə yazdığı şikayəti xx.xx.2024-cü il tarixli şikayət ərizəsini xx.xx.2024-cü il tarixdə inzibati orqana vermişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz ərizəsi təqdim edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı daimi yaşamaq üçün icazənin verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə DMX-yə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və şəxsə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 55-ci maddəsinə əsasən DYİ müddətinin uzadılmasından imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Bununla yanaşı, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 54.5-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciətinə baxılarkən, iddiaçının Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin müvafiq icra hakimiyyəti orqanlarının mütəxəssislərindən ibarət komissiya tərəfindən yoxlanılmış və komissiya tərəfindən mənfi rəy verilmişdir. Azərbaycan Respublikasında daimi yaşamaq icazəsinin alınması üçün müraciət edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin yoxlanılması üzrə Komissiyanın fəaliyyət qaydasının 4.6. Müsahibənin nəticəsinə görə hər bir meyar üzrə ən azı 15 bal toplamış əcnəbi müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunur. Lakin iddiaçı sözügedən müsahibədən ilk meyar üzrə 10, digər meyar üzrə isə 4 bal toplamışdır.
5. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və ya onun səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Proseslərinin Tənzimləmə Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, onun Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin müddətinin uzadılması ilə bağlı 29 avqust 2024-cü ildə Dövlət Miqrasiya Xidmətinə daxil olmuş və 356695/m daxilolma nömrəsi ilə qeydiyyatdan keçmiş müraciətinə aidiyyəti üzrə baxılmışdır. Bildirirlər ki, müraciətinə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 55-ci maddəsinə əsasən imtina edilmiş, 1 oktyabr 2024-cü il tarixədək olan Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazəniz ləğv olunmuşdur. Müraciət məktubuna “Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin müddətinin uzadılmasından imtina olunması haqqında” 01 oktyabr 2024-cü il tarixli qərar əlavə edilmişdir.
8. İş materiallarına iddiaçı tərəfindən verilmiş inzibati şikayət, Nikah haqqında şəhadətnamə, Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyət vəsiqələri, daimi yaşamq üçün icazə sənədləri əlavə edilmişdir.
9. Cavabdeh tərəfindən məhkəməyə inzibati icraat materiallarının təsdiq edilmiş surətləri təqdim edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
10. Məhkəmə iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hazırki mübahisədə inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyini nəzərə alaraq, cavabdeh tərəfindən inzibati aktın qəbul edilməsi zamanı diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunub-olunmamasını, diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilibkeçirilməməsini yoxlayaraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
11. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
12. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
13. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
14. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər
15. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.
16. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə iddiaçı cavabdehin xx.xx.2024-cü il tarixli qərarının mübahisələndirilməsinə dair iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
17. Məhkəmə iddia ərizəsini iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
18. Məhkəmə ilk öncə mübahisə ilə bağlı qanunvericiliyin aşağıda qeyd edilən normalarını sadalamağı zəruri hesab edir.
19. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin: 43.1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti aşağıdakı hallarda uzadılmır, əvvəl verilmiş müvəqqəti olma müddətinin uzadılması haqqında qərar isə ləğv edilir: 43.1.1. onların Azərbaycan Respublikasında müvəqqəti olması Azərbaycan Respublikasının milli təhlükəsizliyinə zərər vura biləcəyi hallarda; 43.1.2. onların Azərbaycan Respublikasında müvəqqəti olması ictimai asayişə zərər vura biləcəyi hallarda; 43.1.3. onlar Azərbaycan Respublikasında müvəqqəti olma müddətini uzatmaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə; 43.1.4. onların şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda; 43.1.5. onların Azərbaycan Respublikasının ərazisinə girişinə qadağa qoyulduqda; 43.1.6. onların Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətini uzatmaq üçün əsas olmuş hal aradan qalxdıqda; 43.1.7. onların Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə. 52.2. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. 52.3. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə verildikdə, həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi təqdim edilir. 52.4. Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə və etibarlılıq müddətində Azərbaycan Respublikasından getmək və viza almadan Azərbaycan Respublikasına qayıtmaq hüququ verən, habelə həmin şəxslərin ölkə ərazisində şəxsiyyətini və yaşayış yeri üzrə qeydiyyata alındığını təsdiq edən sənəddir. 54.1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsinə əsas olan hallar mövcud olduqda, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama icazəsinin müddətinin bitməsinə ən azı 3 ay qalmış bu barədə icazə alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidirlər. 54.4. Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin verilməsi barədə ərizə-anket və tələb olunan digər sənədlər elektron müraciət formasında təqdim edilə bilər. 54.5. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciətlərinə baxılarkən, onların Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyi müvafiq icra hakimiyyəti orqanlarının mütəxəssislərindən ibarət komissiya tərəfindən yoxlanılır. Bu hal yüksəkixtisaslı miqrantlara, 18 yaşına çatmamış uşaqlara, yaşı 65-dən yuxarı olan və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş (müvafiq təsdiqedici sənəd təqdim edildiyi təqdirdə) əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə şamil edilmir. 54.6. Müvafiq icra hakimiyyəti orqanı müraciət etmiş şəxslərin sənədlərini baxılması və rəy bildirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. 54.9. Azərbaycan Respublikasında daimi yaşama icazəsi almaq üçün müraciət etmiş şəxsin vəsatətinə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin qanunda nəzərdə tutulmuş müddətdə baxılmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq qərar qəbul edilir. 54.12. Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə 5 il müddətinə verilir. Bu müddətin bitməsinə azı 3 ay qalmış əcnəbinin və vətəndaşlığı olmayan şəxsin müraciətinə əsasən daimi yaşamaq üçün verilmiş icazə yenidən 5 il müddətinə uzadıla bilər. Uzadılmaların sayı məhdudlaşdırılmır. Bu zaman bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan sənədlər yenidən təqdim olunur. 55.0. Aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir: 55.0.1. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə və ya ictimai asayişə zərər vurula biləcəyi hallarda; 55.0.4. Azərbaycan Respublikasında daimi yaşamaq icazəsi almaq üçün saxta sənədlər təqdim edildikdə və ya yalan məlumatlar verildikdə; 55.0.10. Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələrini, habelə dövlət dilini bilmədikdə; ...
20. Hazırki işin hallarından göründüyü kimi, iddiaçı cavabdehin 01 oktyabr 2024-cü il tarixli Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazənin müddətinin uzadılmasından imtina olunması haqqında qərarını mübahisələndirir. Həmin qərarla cavabdeh tərəfindən iddiaçı İran İslam Respublikası vətəndaşı Fathi Mohammadin 29 avqust 2024-cü il tarixli müraciəti təmin edilməmiş, İran İslam Respublikası vətəndaşı olan Fathi Mohammadin Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün verilmiş icəzəsi ləğv edilmişdir. Həmin qərar onunla əsaslandırılmışdır ki, aparılmış icraat nəticəsində Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 55-ci maddəsinə əsasən şəxsin daimi yaşamaq üçün müddətinin uzadılması haqqında qərarın ləğv edilməsi üçün hüquqi əsas yaranmışdır. Məhkəmə təqdim edilmiş etiraz ərizəsində əlavə olaraq Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 54.5-ci maddəsinin tələblərinə müvafiq olaraq iddiaçının Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin müvafiq icra hakimiyyəti orqanlarının mütəxəssislərindən ibarət komissiya tərəfindən yoxlanılması və komissiya tərəfindən mənfi rəy verildiyi bildirilmişdir. Bununla bağlı inzibati icraat materiallarının təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
21. Qeyd olunmalıdır ki, hazırkı iddia mübahisələndirmə növündə iddia hesab edildiyindən AR İPM-nin 14-cü maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
22. Məhkəmə hesab edir ki, mübahisələndirilən inzibati aktı qəbul etmiş cavabdeh inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etdiyindən, bununla da, dolayısı ilə iddianın təminini istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirildiyindən hazırkı iddia rədd edilməlidir.
23. Həmçininin, yuxarıda sadalanan qanunvericiliyin tələblərindən göründüyü kimi, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 43.1-ci maddəsinin tələbləri müvəqqəti olma müddətinin uzadılması haqqında qərarın ləğvi üçün birbaşa əsas qismində göstərilmişdir.
24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın, yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.
25. Hazırki qərarın yuxarı hissəsində göstərilmiş qanunvericilik normalarının müddəalarının tələbləri baxımından qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir.
26. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi zamanı diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmuş, diskresion hüquq həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilərək qanunçuluq prinsipinə əməl olunmuşdur.
27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
28. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva