Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4121/2023 01.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində X5 cəlb olunmaqla) «mənzildən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nizami RPİ-yə qarşı X3 Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 33 saylı evin 55 saylı mənzilinə istifadə hüququna xitam verilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 33 saylı evin 55 saylı mənzili İddiaçı mülkiyyətindədir. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 185859 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, həmin mənzil onun xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. X5 həmin mənzildə formal olaraq qeydiyyatdadır və bu hal iddiaçının mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə törədir. Bir müddət öncə X5 yaşadığı mənzili tərk edərək iddiaçıya məxsus mənzilə sığınmışdır. Lakin hazırda iddiaçı ilə X5 münaqişə vəziyyətində yaşayırlar. Aralarında baş vermiş insidentlə əlaqədar məhkəmə X5 barəsində cərimə növündə inzibati təhbeh tətbiq etmişdir. İddiaçı hesab edir ki, X5 ilə birgə yaşayış dözülməz həddə olduğundan, onun iddiaçıya məxsus mənzildən müvəqqəti qeydiyyatdan çıxarılması zərurəti yaranmışdır. X2 mülkiyyətində olan mənzilə istifadə hüququ da yaranmamışdır. Onun mənzilə istifadə hüququnun yaranması üçün qanuni əsas da mövcud deyil. Bu səbəbdən ıiddiaçı hesab edir ki, Bakı şəhəri Nizami RPİ-nin sözügedən mənzildən X2 qeydiyyatdan çıxarılmasından imtinası əsassız olmuşdur, o, həmin mənzildən qeydiyatdan çıxarılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, 60-cı maddələrinə, Mülki Məcəlləsinin 152.1-ci maddəsinə, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə, İPM-in 2.2, 34-cü maddələrinə əsaslanaraq, X3 Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 33 saylı evin 55 saylı mənzilinə istifadə hüququna xitam verilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmənin qərardadı ilə X5 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İş üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə və üçüncü şəxsə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf və üçüncü şəxs gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, onların iştirakı olmadan iclasın keçirilməsini mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlə və iddianı müdafiə etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon MKTB 26 saylı MKİS-in 183 saylı 14 noyabr 2022-ci il tarixli arayışında qeyd olunur ki, İddiaçı Bakı şəhəri, B.Nuriyev küçəsi, 33 saylı evin 55 saylı mənzilində yaşayır, arvadı S.B.Əliyeva və oğlu X1 rayonundan məcburi köçkün kimi müvəqqəti qeydiyyatdadırlar. Göründüyü kimi, X5 Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 33 saylı evin 55 saylı mənzilində qeydiyyatda deyil. Belə olan halda, onun həmin mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi aidiyyəti səlahiyyətli orqan kimi hazırkı cavabdeh Bakı şəhəri Nizami RPİ-nin üzərinə qoyula bilməz. Məhkəmənin qənaətinə görə həmin iddia tələbi üzrə iddiaçı və cavabdeh arasında inzibati mübahisə mövcud deyil. Odur ki, həmin iddia mümkünsüzdür. İddia ərizəsində tələbin başqa formada göstərilməsinə gəldikdə isə, məhkəmə vurğulayır ki, tərəflər arasında müvafiq tələb üzrə mübahisə olmadığından, məhkəmə iddianın dəyişdirilməsi ilə bağlı iddiaçıya tövsiyə verilməsini məqsədəmüvafiq saymamışdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4121/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4121/2023
01.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver