Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4122/2020 21.05.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi ilə, tərəflərin iştirakı olmadan, iddiaçı "xxxx" ASC -nin cavabdeh Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsinə qarşı icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın ləğv olunması” tələbinə dair iddia ərizəsi üzrə inzibati məhkəmə icraatının mümkünlüyünün müəyyənləşdirilməsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdeh Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsinə qarşı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-81/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsi üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Nizami rayon İPŞ-nin rəis müavini Ceyhun Mustafayevin xx.xx.2020-ci il tarixli qərarının ləğv olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 81/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən bankın X1 qarşı kredit müqaviləsi üzrə tələbi ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən yaşayış evinə yönəldilməli və ev açıq hərracda satılmalıdır. xx.xx.2019-cu il tarixli 33 saylı Hərrac protokoluna əsasən həmin ev bankın balansına götürülmüşdür. Bankın evə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrndə qeydə alınmışdır. İcra vərəqəsindən göründüyü kimi qeyd olunan ev xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə verilmiş kreditin təminatı kimi ipoteka qoyulmuşdur və həmçinin ipoteka müqaviləsi bağlanarkən ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər evə tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüşlər. İcra məmuru “İpoteka haqqında” Qanunun 59.3 və 59.4-cü maddəslərinə əsasən Bakı Apellyasiya məhkəməsinin icra vərəqəsi əsasında ipoteka qoyan Tapdıq Məmmədovun qeyd olunan evdə yaşayan ailə üzvlərini və digər şəxsləri evdən çıxartmalı olduğu halda etməmiş, yalnız ipoteka qoyan Tapdıq Məmmədovu evdən çıxartmaqla kifayətlənmiş və bunula da istinad olunan maddələrin tələblərini pozmuşdur. Qərardan görünür ki, icra məmuru icra sənədinin tam icra olunduğunu göstərərək “İcra haqqında ” Qanunun 20.1.5-ci maddəsində göstərilən əsasla icra sənədi üzrə icraata xitam vermişdir. Halbuki ipoteka predmetinə tutma yönəldilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin icra vərəqəsi təkcə Tapdıq Məmmədovun deyil, həm də onunla birlikdə həmin evdə yaşayan ailə üzvlərinin və digər şəxslərin evdən çıxarılması üçün əsasdır. Həmin şəxslər əşyaları ilə birlikdə evdən çıxarılmadan icra sənədi tam icra olunmuş hesab edilə bilməz. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. İddia ərizəsindən göründüyü kimi iddia tələbi – Bakı Apellyasiya Məhkəməsinin 2(103)-81/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsi üzrə cavabdeh tərəfindən qəbul edilmiş “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” 11 mart 2020-ci il tarixli qərarın ləğv edilməsi barədə tələbdən ibarətdir. İddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsi tərəfindən qəbul edilmiş “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” 11 mart 2020-ci il tarixli qərarından görünür ki, icra məmuru Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 81/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsi üzrə icrat tam başa çatdığına görə icraata xitam vermək qərara almışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən tərəflər.... icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Burada qanunverici tərəfindən inzibati iddia olmayan şikayət nəzərdə tutulmuşdur.Belə ki, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlməmişdir və onların inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Belə olan halda icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən icra sənədi üzrə icraatıa xitam verilməsi kimi hərəkət etdikdə, həmin hərəkətdən məhkəmə qərarının icrası ilə bağlı olduğundan məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamıdır, bu halda icra vərəqi Bakı İnzibati Məhkəməsi tərəfindən verilmədiyi üçün həmin hərəkətlə bağlı (icra icraatına xitam verilməsinin əsassız olduğundan icra icraatın davam etdirilməsi haqqında) məsələyə inzibati mübahisə qaydasında Bakı İnzibati Məhkəməsində deyil, mübahisəsi ilə bağlı işin davamı kimi şikayət formasında işə baxmış (icra sənədini icraya yönəltmiş) məhkəmə tərəfindən baxılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı"xxxx" ASC-nin cavabdeh Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsinə qarşı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-81/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsi üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Nizami rayon İPŞ-nin rəis müavini Ceyhun Mustafayevin xx.xx.2020-ci il tarixli qərarının ləğv olunması barədə iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" ASC –nin cavabdeh Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsinə qarşı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-81/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsi üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Nizami rayon İPŞ-nin rəis müavini Ceyhun Mustafayevin xx.xx.2020-ci il tarixli qərarının ləğv olunması barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına(ünvan: ünvan 3 Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-4122/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4122/2020
21.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver