Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4122/2024 08.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair məlumat sənədlərin təqdim olunması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən vəkil sorğusuna cavab verməməsinin qanunsuz hesab edilməsi və vəkil sorğusuna cavab vermək, yəni X4 adına Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilmiş xx.xx.1993-cü il tarixdə, 93 nömrəli Orderə əsasən, Mərdəkan qəsəbəsində, bağlar sahəsində, 204 nömrəli BTK nəzdində, 0,12 ha torpaq sahəsində olan 2331 nömrəli bağ sahəsinin hüquqi statusu və hazırda dəqiq yerləşmə ünvanı barədə məlumatların, habelə həmin bağ sahəsi barədə İdarədə olan bütün sənədlərin təsdiq olunmuş surətlərinin vəkil İddiaçı təqdim edilməsi vəzifəsinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, X6 hüquqlarının müdafiəsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil İddiaçı müraciət etmiş və hüquqi yardım haqqında müqavilə bağlamışdır. X2 adına Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilmiş xx.xx.1993-cü il tarixdə, 93 nömrəli Order Ərizəni imzalayan şəxs haqqında məlumat təqdim etmişdir. Həmin orderdən görünür ki, Bakı şəhəri İcra Hakimiyyətinin 02 iyul 1993-cü il tarixli, 1328 nömrəli Qərarı ilə X5 Mərdəkan qəsəbəsində, bağlar sahəsində, 204 nömrəli BTK nəzdində, 0,12 ha torpaq sahəsində olan 2331 nömrəli bağ ayrılmışdır. Torpaq sahəsi xaricə gedənə qədər X4 istifadəsində olmuş o, həmin torpaq sahəsini hasara aldırmış və içərisində tikili də olmuşdur. Xaricdə yaşadığı dövrdə sonradan ona məlumat verilmişdir ki, onun torpaq sahəsinə naməlum şəxslər tərəfindən müdaxilə edilmiş və orada olan bütün tikililər sökülmüşdür. Hazırda torpaq sahəsinin onun sahibliyinə qaytarılması məqsədilə məhkəmə ümumi məhkəməyə müraciət edilməsi üçün, ilk növbədə torpaq sahəsinin dəqiq koordinatlarının aydınlaşdırıması üçün inzibati məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 61-cimaddəsinin İ hissəsinin tələblərini rəhbər tutaraq, müvəkkilimin tapşırığının yerinə yetirilməsi məqsədilə onun vəkili kimi tərəfimdən cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə vəkil sorğusu ilə müraciət edilərək, yuxarıda qeyd edilən bağ sahəsinin hüquqi statusu və hazırda dəqiq yerləşmə ünvanı barədə məlumatların, habelə həmin bağ sahəsi barədə Cavabdeh İdarədə olan bütün sənədlərin təsdiq olunmuş surətlərinin təqdim edilməsi xahiş olunmuşdur. Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sorğuya cavab olaraq, vəkil ofisinə daxil xx.xx.2023cü il tarixdə olmuş, xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki,“nümayəndə torpaq sahəsinin (bağ sahəsinin) yerini tanımır. Bundan əlavə bağ sahəsi koordinat sistemində verilmədiyindən sahənin dəqiq koordinatlarını təyin etmək mümkün olmadı. Bu səbəblərdən araşdırma aparması mümkün olmamışdır.” Hər hansı nümayəndə torpaq sahəsinin tanınması üçün İdarəyə dəvət edilməmişdir. Eyni zamanda, Mərdəkan qəsəbəsində, bağlar sahəsində yerləşən bağ sahəsinin təqdim edilmiş orderdə nömrəsi və ölçüsü göstərilmişdir. İddiaçı tərəfindən isə həmin bağ sahəsinin dəqiq yerləşmə koordinatlarını əks etdirən, həmin bağ sahəsi barədə Cavabdeh İdarədə olan bütün sənədlərin təsdiq olunmuş surətlərinin vəkilə təqdim edilməsi xahiş olunmuşdur. Vəkillər və Vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin İİ hissəsinin tələbinə əsasən vəkillər “peşə fəaliyyətini həyata keçirməklə əlaqədar müstəqil araşdırmalar aparmaq, sənəd toplamaq, hüquqi yardım göstərmək üçün zəruri olan arayışları və digər sənədləri idarə, təşkilat və müəssisələrdən tələb etmək, onlarla tanış olmaq və həmin sənədlərin surətləriniçıxarmaq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrininməlumatlarının alınması ilə bağlıəsaslandırılmış yazılı sorğular vermək” hüququna malikdirlər.
3. Cavabdeh tərəfindən vəkil sorğusuna cavab olaraq “torpaq sahəsi haqqında məlumatların verilməsi ilə bağlı” məktubda qeyd olunmuşdur ki, nümayəndə torpaq sahəsinin (bağ sahəsinin) yerini tanımır. Bundan əlavə bağ sahəsi koordinat sistemində verilmədiyindən sahəsinin dəqiq koordinatlarını təyin etmək mümkün olmamışdır. Bu səbəblərdən araşdırma aparılması cavabdeh tərəfindən mümkün olmamışdır.
4. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən vəkil sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 1328 №-li sərəncamından çıxarış (arxiv arayışı) təqdim edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993cü il tarixli, 1328 №-li sərəncamından çıxarışda qeyd olunmuş “Bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsi haqda” Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 №-li və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il 195 №-li Qətnaməsinə əsasən X7 bağ-tikinti kooperativlərinin tərkibində bağ sahələri ayrılmışdır (93. X7 - Mərdəkan BTK № 204).
5. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilərək informasiya sorğusunun tələb olunmasına dair hüquqi marağın nədə ifadə olunmasına dair ətraflı məlumatın verilməsi təklif edilmişdir.
6. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın dəyişdirilməsinə dair ərizə təqdim edərək iddiaçı qismində X3maqla iddia tələbinin X5 ayrılmış Mərdəkan qəsəbəsində, bağlar sahəsində 204 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsində olan 2331 nömrəli bağ sahəsinin yerləşdiyi ünvanın (sahənin) dəqiq müəyyən edilməsi, bağ sahəsinin hüquqi statusu və hazırda dəqiq yerləşmə ünvanı, koordinatları barədə dəqiq məlumatların, habelə bu məlumatların əks olunduğu, həmin bağ sahəsi barədə cavabdehdə olan bütün sənədlərin təsdiq olunmuş sənədlərin surətlərinin iddiaçıya təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi kimi dəyişdirdiyini bildirdi.
7. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinin dəyişdirilməsinə etiraz etmədiyini bildirdi.
II. İddianın növü və mümkünlüyü
8. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
9. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
10. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
11. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.
12. Məhkəmə müəyyən edir ki, iddia ərizəsinin məzmununda görünür ki, iddia tələbi iki hissədən ibarətdir: 1) torpaq sahəsinin yerinin dəqiq müəyyənləşdirilməsi və 2) torpaq sahəsinə dair sənədlərin iddiaçıya təqdim edilməsi.
13. Məhkəmə qeyd edir ki, inzibati məhkəmə tərəfindən hüquqi yardım etmək vəzifəsi iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməkdə ifadə edilir.
14. İşin hallarına əsasən məhkəmə tərəfindən şəxsin hüquqi marağına uyğun olan hüquqi yardımın qəbul edilməməsi və nəzərə alınmaması iddianın mümkünsüzlüyü ilə nəticələnəcəkdir.
15. Məhkəmə hesab edir ki, prosessual qənaət prinsipindən çıxış edərək iddianın dəyişdirilməsinin qəbulu o zaman yolveriləndir ki, o, iddianın mümkünlüyü ilə nəticələnmiş olsun, yəni iddiaçı öz məqsədinə həmin dəyişdirilmiş tələblə daha tez, daha münasib və daha sadə yolla nail ola bilsin.
16. Qeyd edilənləri hazırki işə tətbiq edərək məhkəmə qeyd edir ki, məhkəmə iclasında məhkəmə tərəfindən iddiaçının hüquqi marağına uyğun olaraq əsl iddiaçı qismində X6 göstərilməklə ona ayrılmış Mərdəkan qəsəbəsində, bağlar sahəsində 204 nömrəli BTK nəzdində sahəsi 0,12 ha olan 2331 nömrəli bağ sahəsinə dair hüquqların qeydə alınması kimi dəyişdirmə təklif edilmişdir. Lakin iddiaçı tərəfindən həmin təklif ancaq əsl olmayan iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi hissəsində nəzərə alınmış, digər hissədə isə tələbin olduğu kimi nəzərə alınmalı olduğu bildirilmişdir.
17. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
18. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
19. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:
1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
20. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış
22. Məhkəmə prosessual qənaət prinsipindən irəli gələrək hesab edir ki, təkrarən iddiaçının hüquqi marağına uyğun olaraq iddia tələbinin “Bağlar Təsərrüfatı İdarəsinin xx.xx.1993-cü il tarixli, 93 nömrəli orderi ilə ayrılmış torpaq sahəsi üzərində iddiaçı X4 mülkiyyət hüquqlarının qeydiyyat alınması kimi” dəyişdirilməli olduğunu izah etmişdir. Belə ki, təqdim edilən sənədlər siyahısında Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 1328 nömrəli sərəncamından çıxarış təqdim edilmiş və həmin sərəncama əsasən 204№-li Mərdəkan BTK nəzdində X5 bağ sahəsinin ayrıldığı müəyyən edilir.
23. Məhkəmə iclasında iştirak edən iddiaçıya əsl olan iddiaçı ilə yanaşı, iddia tələbinin də qeyd olunan məzmunda (bağ sahəsi üzərində iddiaçının hüquqularının qeydiyyata alınması kimi) dəyişdirilməsi təklif olunsa da, iddiaçı məhkəmənin hüquqi yardımını nəzərə almaqdan imtina etmiş və iddia tələbinin “cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının müraciətinə cavab verməməsinin qanunsuz hesab edilməsi və vətəndaş X5 ayrılmış Mərdəkan qəsəbəsində, bağlar sahəsində. 204 nömrəli BTK nəzdində, 0,12 ha torpaq sahəsində olan 2331 nömrəli bağ sahəsinin yerləşdiyi ünvanın (sahənin) dəqiq müəyyən edilməsi, bağ sahəsinin hüquqi statusu və hazırda dəqiq yerləşmə ünvanı, koordinatları barədə dəqiq məlumatların, habelə bu məlumatların əks olunduğu, həmin bağ sahəsi barədə cavabdehdə olan bütün sənədlərin təsdiq olunmuş surətlərinin iddiaçıya təqdim edilməsi vəzifəsinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi” kimi dəyişdirilməsini xahiş etmişdir.
24. Odur ki, iddia tələbi lazımı qaydada qaldırılmamışdır və iddia tələbinin təqdim olunan formada dəyişdirilməsi iddianın mümkünsüzlüyünü istisna etmir. Belə ki, əvvəla, X5 aid olan torpaq sahəsinə hüququnun mövcudluğunu iddia etmək üçün ilkin (əsas) sənəd artıq iddiaçıda mövcuddur. Lakin həmin torpaq sahəsinin yeri (koordinatları) ilə bağlı qeyrimüəyyənlik var. Torpaq üzərində hüququn qeydə alınması torpağın (qanuni) istifadədə olması və faktiki mövcudluğu ilə birbaşa bağlıdır. Odur ki, konkret halda məhz hüququn qeydə alınması ilə mübahisə məhkəmə araşdırmasının predmeti ola bilər.
25. Odur ki, məhkəmə prosessual qənaət prinsipindən irəli gələrək iddia tələbinin təqdim olunan formada dəyişdirilməsinin qəbulunu məqsədəuyğun hesab etmir.
26. Qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
27. İPM-in 54.1-ci maddəsinə əsasən cavabdehin razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır.
28. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
29. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddianın dəyişdirilməsinin qəbulundan imtina edilsin. İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva