Məhkəmə qərarları › İş №2-1(112)-4123/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4123/2022

04.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4123/2022 04.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçılar İddiaçı1 və İddiaçı2 Ağasəməd qızının cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Ağasəməd qızı məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 86 kv.m sahəli yaşayış evində qeydiyyata alınmalarına dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 86 kv.m sahəli yaşayış evi X1 mülkiyyətindədir. İddiaçı1 X1 bacısı, digər İddiaçı2 Ağasəməd qızı isə onun anasıdır. X4 qeyd olunan yaşayış evinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almamışdır. Həmin yaşayış evi bələdiyyə tərəfindən qeydiyyata alınaraq, yerli əmlak vergisinin ödənilməsinə cəlb edilmişdir və X4 vergiləri ödəyir. "xxxx" MMC tərəfindən aparılmış xx.xx.2014-cü il tarixli qiymətləndirmə hesabatında yaşayış evinin sahibi kimi X4 göstərilmişdir. X1 anası İddiaçı2 Ağasəməd qızı və bacısı qızı X5 qeyd olunan yaşayış evində yaşayırlar. X1 anası İddiaçı2 Ağasəməd qızının və bacısı İddiaçı1 yetkinlik yaşına çatmayan qızı - X2 ünvan 1 ünvanında yerləşən 86 kv.m. sahəli yaşayış evinə qeydiyyata alınması ilə bağlı cavabdeh Binəqədi Rayon Polis İdarəsinə müraciət olunsa da, idarənin xx.xx.2021-ci il tarixli 058-41118M-3221 nömrəli məktubu ilə əsassız olaraq qeydiyyata alınmaqdan imtina edilmiş və məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Nəzərə alınmalıdır ki, X4 anası İddiaçı2 Ağasəməd qızının və bacısı İddiaçı1 yetkinlik yaşına çatmayan qızı -X2 ünvan 1 ünvanda yerləşən 86 kv.m sahəli yaşayış evinə qeydiyyata alınmasına razıdır. İddiaçılar aidiyyəti üzrə Binəqədi Rayon Polis İdarəsinə müraciət etsələr də, imtina verilmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmişdirlər.

4. Məhkəmənin baxış iclasında məhkəmənin vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq iddiaçılar iştirak etmir və iştirak etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. İddiaçılar tərəfindən iştirakın təmin edilməsi məqsədilə məhkəmə iclası keçmiş tarixlərdə bir neçə dəfə təxirə salınmasına baxmayaraq iddiaçılar məhkəmə iclaslarında iştirak etməmişdir.

II. İddianın geri götürülmüş sayılması

5. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.

6. İPM-in 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz.

7. İddiaçılar məhkəmənin xx.xx.2022-ci il tarixdə baxış iclasının keçirilməsi vaxtı barədə xx.xx.2022-ci il tarixdə xəbərdar edilmişdir. İddiaçılar məhkəmə iclasında iştirak etmədiyindən iclasda iştirakını təmin etmək məqsədilə baxış iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş, iddiaçıya göndərilən bildirişdə İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçının 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddianın geri götürülmüş sayılması barədə xəbərdarlıq edilmiş, lakin qeyd edilən tarixdə iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli baxış iclasında iddiaçılar yenidən iştirak etməmişdir, iddiaçının iştirakını təmin etmək məqsədilə iclas xx.xx.2022-ci il tarixə təxirə salınmışdır, iddiaçılar növbəti iclasda da iştirak etməmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli baxış iclasında iddiaçılar eyni qaydada iştirak etməmişdir. Beləliklə, iddiaçılar 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmış, məhkəmə icraatından yayınmanın hüquqi nəticələri ona göndərilən bildirişdə aydın ifadə edilmiş, qeyd edilən bildiriş iddiaçıya lazımi qaydada çatdırılmışdır.

8. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir və iddiaçının iddiaya prosessual marağının olmamasını ifadə edir.

M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından

9. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X6 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).

10. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).

11. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.

12. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...

13. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...

14. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.

15. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia geri götürülmüş sayılsın. İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar