Məhkəmə qərarları › İş №2-1(112)-4125/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4125/2023

30.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4125/2023 30.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X2) “qeydiyyatdan çıxarılma öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən mənzilindən üçüncü şəxs X1 pasport qeytiyyatından çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti ünvanında yerləşən 24 saylı evin 13 nömrəli mənzili iddiaçının mülkiyyətindədir.İddiaçı mənzili alqısatqı müqaviləsi yolu ilə almışdır, üçüncü şəxs barədə məlumatı yoxdur. İddiaçı qeyd edir ki, üçüncü şəxs həmin mənzildə yaşamır, onunla heç bir əlaqəsi yoxdur. İddiaçı üçüncü şəxs X1 qeydiyyatdan çıxarılması üçün cavabdeh orqan Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinə müraciət etsə də, imtina cavabı almışdır. İddiaçı bu səbəbdəb məhkəməyə müraciət etmişdir.

3. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X2 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

4. Şifahi məhkəmə dinləmələri zamanı iddiaçı iştirak edir. Cavabdeh orqan məhkəməyə məktub ünvanlayaraq iştirakları olmadan işə baxılmasına etiraz etməkdiklərini bildirmişdir.

5. İddiaçı məhkəməyə yaşayış yeri üzrə qeydiyyat haqqında arayış təqdim edərək üçüncü şəxsin qeydiyyatdan çıxdığını və tələbinin təmin olunduğunu bildirmişdir.

6. İddiaçının təqdim etdiyi yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa və CMS – Azemis Elektron Məhkəmə informasiya sistemində olan məlumatlara əsasən, üçüncü şəxs X2 Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxmışdır.

7. İnzibati Prosessual Məcəllədən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.

8. Odur ki, məhkəmə hesab edir ki, üçüncü şəxs qeyd olunan ünvandan pasport qeydiyyatından çıxdığından iddiaçının tələbi təmin olunmuşdur və işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyildir. Odur ki, iş üzrə icraata xitam verilməlidir.

9. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İş üzrə icraata xitam verilsin. Qərardaddan, təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar