Məhkəmə qərarları › İş №2-1(112)-4127/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4127/2021

06.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4127/2021 06.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tovuz rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun pensiyasının dövlət qulluqçqusu olaraq hesablanması barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(083)-1513/2019 nömrəli, 04.10.2019-cu il tarixli qərarı iddiaçı X2 cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Tovuz rayon Şöbəsinə qarşı pensiyasının dövlət qulluqçusu olaraq hesablanması öhdəliyinin qoyulması barədə iddia tələbi təmin edilməmişdir. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-106/2020 nömrəli, 07.02.2020-ci il tarixli qərardadı ilə X2 apelyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(083)-1513/2019 nömrəli, 04.10.2019-cu il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Gəncə İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1387/2020 nömrəli, 30.07.2020-ci il tarixli qərardadı ilə iddiaçı X2 cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Tovuz rayon Şöbəsinə qarşı pensiyanın yenidən hesablanması tələbinə dair iddia ərizəsi mümkün sayılmamışdır. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-672/2020 nömrəli, 29.09.2020-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1387/2020 nömrəli, 30.07.2020-ci il tarixli qərardadı ləğv edilmiş, iddiaçı X2 cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Tovuz rayon Şöbəsinə qarşı pensiyanın yenidən hesablanması tələbinə dair inzibati iş yenidən araşdırılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Gəncə İnzibati Məhkəməsinin 12.11.2020-ci il tarixli, 2-1(114)-2057/2020 nömrəli qərardadı ilə inzibati mübahisə üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Tovuz rayon filialının hüquqi varisi qismində tanınmış, cavabdeh orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Tovuz rayon filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmiş və orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Tovuz rayon filialı cavabdeh siyahısından çıxarılmışdır. Gəncə İnzibati Məhkəməsinin 12.11.2020-ci il tarixli, 2-1(114)-2057/2020 nömrəli qərardadı ilə iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması tələbinə dair inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2013-cü il tarixdə ona yaşa görə pensiya təyin edilmişdir. Onun pensiyası düzgün müəyyənləşdirilməmiş, qanuna müvafiq qaydada təyin olunmamışdır. Belə ki, o, seçki yolu ilə fasiləsiz olaraq 11 il 11 ay 23 gün kəndin sovet və icra aparatında işləmişdir. Yəni 26.06.1982-ci il tarixdən 09.02.1988-ci il tarixədək kənd sovetinin katibi, 09.02.1988-ci il tarixdən 11.03.1992-ci il tarixədək kənd sovet sədri kimi və həmin tarixdən, yəni 11.03.1992-ci il tarixdən 04.05.1994-cü il tarixədək Tovuz RİHB-nin kənd nümayəndəsi işləmişdir. 04.05.1994-cü il tarixdən səhhətinə görə işdən azad olunmuşdur. İşlədiyi müddətdə həmişə dövlətinə və xalqına vicdanla qulluq etmiş, cəbhəyanı kənd olmaqla müharibənin əvvəlindən axırına qədər xalqı ilə birlikdə olmuşdur. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmşıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli, 290 №-li Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabr 18-dək dövlət, sovet və partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısında X2 01.10.1991-ci il tarixdən 04.05.1994-cü il tarixədək Tovuz Rayon İcra Hakimiyyəti başçısının Dondar- Quşçu kənd üzrə nümayəndəsi vəzifəsində işlədiyi illər dövlət qulluğu vəzifəsi hesab edilməklə onun 2 il 7 ay 3 gün dövlət qulluğu stajı vardır. X2 26.06.1982-ci il tarixdən 18.11.1991-ci il tarixədək işlədiyi Dondar Quşçu kənd XDS-nin UK-nin katibi vəzifəsi dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin təsnifat toplusunda göstərilən dövlət qulluğu vəzifələrinin uyğunlaşdırılması siyahısında qeyd edilmədiyindən həmin vəzifədə işlədiyi illər dövlət qulluğu stajına daxil edilməmişdir. X4 01.07.2013-cü il tarixdən "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 144.42 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmiş, 01.10.2019-cu il tarixdən pensiyasının məbləği 200.00 manat olmuşdur. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddia tələbinə etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı X5 iddia tələbinin məzmununa uyğun izahat verərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı X5 məhkəməyə teleqram ünvanlayaraq xəstə olduğu üçün məhkəməyə gələ bilməyəcəyini bildirmiş, ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçı X5mim iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: -Azərbaycan Respublikası vətəndaşının AZE 00****** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1950-ci ildə Tovuz rayonu, Dondar Quşçu kəndində doğulmuşdur. - İddiaçıya məxsus əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 21.10.1968-ci ildən 28.10.1968-ci ilə qədər Tovuz rayon Mərkəzi Xəstəxanasında müvəqqəti olaraq sanitar-həkim köməkçisi, 20.11.1971-ci ildən 06.01.1972-ci ilə qədər Tovuz rayonu SES-də entemiloq köməkçisi, 02.03.1972-ci ildən 05.04.1978-ci ilə qədər SES-da sanitar-həkim köməkçisi, 04.04.1978-ci ildən 26.06.1982ci ilə qədər Dondar Quşçu kəndində orta tam məktəbində müəllim, 26.06.1982-ci ildən 09.02.1988-ci ilə qədər Dondar Quşçu kənd XDS İK-nin katib, 09.02.1988-ci ildən 11.03.1992-cı ilə qədər Dondar Quşçu kənd XDS İK-nin sədr, 11.03.1992-ci ildən 04.10.1994-cü ilə qədər Tovuz rayon İcra Hakimiyyətinin Dondar Quşçu kənd üzrə nümayəndəsi, 02.09.1996-cü ildən 01.09.1997-ci ilə qədər Dondurquşçu kənd orta məktəbində müəllim vəzifələrində işləmişdir. - İddiaçıya aid pensiya işinin materiallarından görünür ki, iddiaçıya 01.07.2013-cü il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. - Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış 14.07.2021-ci il tarixli, № 04/04-08/1811 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2002-ci il tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 9-cu bəndində qeyd edilmişdir ki, dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olan vəzifələrin və həmin tarixdən “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu” qüvvəyə minənədək, yəni 31.08.2003-cü il tarixədək Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifəiərin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci və 2-ci bəndinə əsasən aparılmışdır. Belə ki, həmin Siyahının 1.17-ci bəndində rayon (şəhər) X3 icraiyyə komitəsinin aparatında mövcud olmuş vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmış, lakin kənd xalq deputatları sovetində mövcud olan vəzifələr həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmamışdır. Qeyd edilən Siyahının 2.13-cü bəndində (1991-ci il oktyabrın 18-dən Təsnifat Toplusu qüvvəyə minənədək - 31.08.2003-cü il tarixədək) vəzifələrinin uyğunlaşdırılması aparılan dövlət orqanları sırasında rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatı nəzərdə tutulmuş və sözügedən orqanda mövcud olmuş vəzifələr Təsnifat Toplusunda rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında göstərilən vəzifələrə uyğunlaşdırılmışdır. Eyni zamanda, 6 iyun 2012-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli, 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin “Qəsəbə və kəndlərdə icra hakimiyyəti başçısı nümayəndəliyinin nümunəvi strukturu və ştat vahidlərinin sayı”nda icra hakimiyyətinin başçısının nümayəndəsi vəzifəsi nəzərdə tutulmuşdur. Əlavə olaraq nəzərə çatdırılmışdır ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.6-cı maddəsinə əsasən yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri 5-ci kateqoriya dövlət orqanıdır. İnzibati vəzifələrin təsnifatları və adları isə Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli, 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu” ilə müəyyən edilmişdir. Həmin Toplunun 2.1.8-ci yarımbəndinin 3-cü abzasında yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifələri inzibati vəzifələrin yeddinci təsnifatına aiddir. Yuxarıda qeyd edilənlərə əsasən adı çəkilən Siyahıda vəzifələrinin uyğunlaşdırılması aparılan dövlət, sovet və partiya orqanları arasında kənd xalq deputatları soveti, habelə heç bir təhsil müəssisəsi (o cümlədən orta məktəblər) nəzərdə tutulmadığı üçün İddiaçı 1978-1992-ci illərdə tutduğu vəzifələr dövlət qulluğu vəzifəsi hesab edilmir. Yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri dövlət orqanı statusuna malik olduğu, dövlət qulluğu haqqında qanunvericilikdə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi inzibati dövlət qulluğu vəzifəsi kimi təsbit edildiyi üçün iddiaçının 1992-1994-cü illərdə işlədiyi Tovuz Rayonu İcra Hakimiyyəti başçısının Dondar Quşçu kənd nümayəndəsi vəzifəsi dövlət qulluğu vəzifəsi hesab edilir. - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Tovuz rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanan 69/8-88 №-li, 03.08.2015-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respuplikasının Qanununa əsasən pensiya təyin edilməsi ücün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdınlması Siyahısı”nın təsdiq edilməsi barədə” 2005-ci il 1 sentyabr tarixli, 290 nömrəli Fərmanına əsasən: - 26.06.1982- ci il tarixdən Dondar quşçu kənd XDS İK-nın katibi vəzifəsində, 09.02.1988-ci il tarixdə Dondar quşçu kənd XDS İK-nın sədri secilmiş, 11.03.1992-ci il tarixdən Tovuz rayon RİHB-nın Dondar Quşcu kəndi üzrə nümayəndəsi təyin edilmişdir və 04.05.1994-ci il tarixdə Dondar Quşcu kənd icra nümayəndəsi vəzifəsindən azad edilmişdir. 01 oktyabr 1991-ci ildən - 04.05.1994-cü il tarixə olan fəaliyyəti dövlət gulluğu hesab olunmaqla, 02 il 07 ay 03 gün dövlət qulluq staji vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci maddəsinə əsasən dövlət qulluğu vəzifəsində ən azı 5 il qulluq stajı olan şəxslərə yaşa görə dövlət qulluqcusu kimi pensiya təyin edilə bilər. Onun da 02 il 07 ay 03 gün dövlət qulluğu stajı olduğu ücün yaşa görə dövlət qulluqcusu kimi pensiya təyin edilməsi mümkün deyildir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək, aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı Yunis Abdıyevə 01.07.2013-cü ildə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı Yunis Abdiyev 26.06.1982-ci ildən 04.05.1994-cü ilə kimi işlədiyi dövrlərin əsas götürülərək ona təyin edilmiş əmək pensiyasının dövlət qulluqçusu kimi yenidən hesablanmasını cavabdeh orqandan xahiş etmiş, cavabdeh onun 01 oktyabr 1991-ci ildən 04.05.1994-cü il tarixə olan fəaliyyətinin dövlət gulluğu hesab olunmaqla, 02 il 07 ay 03 gün dövlət qulluq staji olduğu üçün yaşa görə dövlət qulluqçusu kimi pensiya təyin edilməsinin mümkün olmamasını əsas gətirərək iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (hazırda həmin Qanun qüvvədən düşmüşdür): - 2.1.2-ci maddəsinə əsasən "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda nəzərdə tutulmuş şərtlərə əməl olunmaqla dövlət pensiyası (bundan sonra - pensiya) almaq hüququ vardır. - 5.1-ci maddəsinə əsasən bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla pensiya təyin edilməsi üçün müraciət etdiyi zaman dövlət qulluğunda olmayan və dövlət qulluğunda azı 5 il çalışmış dövlət qulluqçusunun müvafiq qanunvericiliyə əsasən pensiya yaşına çatdıqda və ya əlil olduqda bu Qanunla pensiya almaq hüququ vardır. - 5.2-ci maddəsinə əsasən pensiya almaq üçün dövlət qulluqçusunun qulluq stajına aşağıdakılar daxil edilir: Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra dövlət qulluğu vəzifəsində qulluq stajı; 1991-ci il oktyabrın 18dən "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında iş stajı; 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti. - 5.3-cü maddəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada hesablanır. Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda Azərbaycan Respublikasının məqsəd və funksiyalarını həyata keçirən, qanunvericiliyə uyğun olaraq yaradılmış və dövlət büdcəsindən maliyyələşdirilən dövlət qulluqçularının qurumu dövlət orqanıdır. Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi”nin 2.1.1-ci bəndinə əsasən Mərkəz dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir. 01 iyul 2017-ci ilə qədər qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. 01 iyul 2017-ci ilə qədər qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsinə əsasən bu Qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: - 20.11.1. dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında; “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun hazırda qüvvədə olan: - 20.1.7-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) təyin edilir. - 20.11-ci maddəsinə əsasən bu Qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: - 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında. Qanunvericiliyin tələblərindən göründüyü kimi iddiaçıya dövlət qulluqçusu kimi pensiya təyin edilməsi üçün onun işlədiyi vəzifələr “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğun olmalıdır. İddiaçının 1992-1994cü illərdə işlədiyi Tovuz rayonu İcra Hakimiyyəti Başçısının Dondar Quşçu kənd nümayəndəsi vəzifəsi dövlət qulluğu vəzifəsi hesab edilsə də onun 26.06.1982-ci ildən 11.03.1992-cı ilə qədər işlədiyi Dondar Quşçu kənd XDS İK-nin katibi və sədri vəzifələri dövlət qulluğu vəzifələri deyildir. Belə olan haldan məhkəmə hesab edir ki, iddiaçı Yunis Abdiyevin dövlət qulluqçusu kimi iş stajı ona münasibətdə 5 ildən az, yəni 2 il 7 ay 03 gün təşkil etdiyindən cavabdeh inzibati orqanın ona yaşa görə dövlət qulluqçusu kimi pensiya təyin edilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın imtinası qanuni olduğundan və iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar