Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4131/2021 29.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “Cavabdeh 202 N-li, xx.xx.2020-ci il tarixli sərəncamının ləğv olunması və kirayə pulunun ödənilməsinin bərpa olunması” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Cavabdeh Başçısının 202 №-li, xx.xx.2020-ci il tarixli sərəncamının ləğv olunması, iddiaçının mənzil növbəsinə bərpa olunması və müvəqqəti mənzilin kirayəsi üçün ödənilən kirayə pulunun ödənilməsinin bərpa olunması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 15 ildən çox xidmət etmiş ehtiyata buraxılan hərbi qulluqçu kimi Cavabdeh Başçısının 124 №-li, xx.xx.2016-cı il tarixli Sərəncamı ilə ailəsi ilə birlikdə yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə götürülmüş və ehtiyatda olan zabitlərin mənzil-uçot siyahısına daxil edilərək ona müvəqqəti mənzilin kirayəsi üçün kirayə haqqı ödənilmişdir. Lakin Cavabdeh Başçısının 202 №-li, xx.xx.2020-ci il tarixli sərəncamı ilə iddiaçının mənzil növbəsinə götürülməsi barədə Cavabdeh Başçısının 124 №-li, xx.xx.2016-cı il tarixli Sərəncamı ləğv edilmiş və kirayə haqqının ödənilməsi dayandırılmışdır. Cavabdeh Başçısının 202 №-li, xx.xx.2020-ci il tarixli sərəncamının ləğv olunması, iddiaçının mənzil növbəsinə bərpa olunması və kirayə haqqının ödənilməsinin bərpa olunması üçün qərar qəbul edilməsi xahişi ilə iddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə cavabdehə müraciət etmişdir. Lakin müraciətinə P-1-068 №-li, xx.xx.2021-ci il tarixli məktubla imtina cavabı verilmişdir. Bu zaman iddiaçının “Hərbi qulluqçuların statusu haqqında” AR Qanununun 12-ci maddəsinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndi (öz arzusu ilə) ilə ehtiyata buraxılmış hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməsinin qanunda nəzərdə tutulmadığı əsas gətirilmişdir. Buna görə də iddiaçı imtina cavabını əsassız və qanunsuz hesab edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdeh Bakı şəhəri Cavabdehnə göndərilmiş və cavabdehə iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi təklif olunmuşdur, lakin cavabdehin yazılı etirazı məhkəməyə daxil olmamışdır. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavadehin nümayəndəsi təyin edilmiş məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmiş və yazılı etirazını göndərməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş: - Yasamal Rayon Polis İdarəsi tərəfindən verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş İddiaçı Bakı şəhəri, T.Şahbazi küç, ev 61 ünvanında yaşayır. - Cavabdeh Başçısının 124 nömrəli, xx.xx.2016-cı il tarixli sərəncamından görünür ki, İddiaçı 6 nəfər ailə tərkibi ilə (özü, atası, anası, qızı, oğlu, arvadı) yaşayış yeri üzrə ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil uçotuna götürülmüş və mənzil-uçot siyahısına daxil edilmişdir. - Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2020-ci il tarixli, 202 nömrəli sərəncamından görünür ki, İddiaçı və onun ailə üzvləri Cavabdeh ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılmış, Cavabdeh Başçısının 124 nömrəli, xx.xx.2016-cı il tarixli və 140 nömrəli, xx.xx.2018-cı il tarixli sərəncamları ləğv olunmuşdur. - Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh Basçısının xx.xx.2021-ci il tarixli P- 1-068 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, iddiaçı Cavabdeh Başçısının 124 nömrəli, xx.xx.2016-cı il tarixli Sərəncamı ilə yaşayış yeri üzrə ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil uçotuna götürülmüş və mənzil-uçot siyahısına daxil edilmişdir. “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndi (öz arzusu ilə) ilə ehtiyata buraxılmağı səbəbindən “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mənzil növbəsinə götürülməsi nəzərdə tutulmadığından Cavabdeh Başçısının 202 nömrəli, xx.xx.2020-ci il tarixli Sərəncamı ilə iddiaçı Cavabdeh ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılmışdır. Qeyd olunan məsələ ilə əlaqədar iddiaçının xahişinin yerinə yetirilməsi mümkün deyildir. - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsinin xx.xx.2016-cı il tarixli 38 arayışından görünür ki, 1977-ci il təvəllüdlü ehtiyatda olan ədliyyə mayoru İddiaçı həqiqətən xx.xx.1995-ci ildən xx.xx.2015-ci ilə qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmiş və AR MN-nin 0665 nömrəli xx.xx.2015-ci ilə il tarixli əmri ilə “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən ehtiyata tərxis olunub. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon idarəsində hərbi qeydiyyatdadır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi xx.xx.2016-cı il tarixli 621 saylı arayışından görünür ki, iddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində qulluq etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamışdır. - Cavabdehin iddiaçıya ünvanladığı məktubdan görünür ki, Mənzil Məsələləri üzrə komissiya sədri Şahin Məmmədov tərəfindən İddiaçı ünvanlanmış məktubu ilə bildirilmişdir ki, “iddiaçının Cavabdehnə ünvanladığı müraciətə tərəfimizdən baxılmışdır. Müraciətdə mənzil növbəsinə götürülməsini xahiş etmişdir. Nəzərinizə çatdırırıq ki, mənzil növbəsinə götürülməniz üçün forma 2 arayışın, şəxsiyyət vəsiqəsinin k/surətin, hərbi biletin k/surətin, adınıza və ailə üzvlərinizin adına mənzil olub-olmaması baradə arayışı, xidmət zamanı mənzillə təmin edilib edilməməniz baradə arayışı, ehtiyyata buraxılmanız baradə arayışı təqdim etdikdən sonra müraciətə yenidən baxıla bilər”. - İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2016-cı il tarixli ərizədən görünür ki, İddiaçı ailə üzvləri ilə birlikdə ehtiyatda olan zabit kimi mənzil növbəsinə götürülməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Daşınmaz əmlakın dövlət reyestri xx.xx.2018-ci il tarixli arayışından görünür ki, Bakı şəhər inzibati ərazi vahidi üzrə iddiaçının mənzil özəlləşdirilməsi barədə daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarələrinin arxiv fondunda məlumat yoxdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Daşınmaz əmlakın dövlət reyestri xx.xx.2021-ci il tarixli **********67 saylı arayışından görünür ki, İddiaçı, X3, X1, X4 Azərbaycan Respublikası daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması ilə bağlı Milli Qeydiyyat Sistemində məlumat yoxdur. - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 2 saylı Bakı “Asan xidmət” mərkəzi nümayəndəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********121 saylı arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1995 - xx.xx.2000, xx.xx.2000 - xx.xx.2015 tarixlərində həqiqi hərbi xidmət keçmişdir. Xidməti müddəti başa çatdığına görə (kadr zabitlərindən başqa) istefaya buraxılmışdır. - 64 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2016-ci il tarixli arayışdan görünür ki, iddiaçı ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Şahbazi küçəsində 61 nömrəli evdə yaşayır. - İddiaçıya məxsus EZ seriyalı ******* saylı hərbi biletdən görünür ki, iddiaçı xx.xx.2015-ci il tarixdə “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən ehtiyata buraxılmışdır. - İddiaçı ilə X2 arasında bağlanmış “Mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi barədə (kirayə müqaviləsi)” 18 may 2016-cı il tarixli müqavilədən görünür ki, iddiaçı ünvan 5 ünvanında yerləşən mənzildə kirayədə qalır. Məhkəmə cavabdehin imtinası ilə razılaşmır ona görə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Həmin Qanunun 12-ci maddəsinin 1-ci bəndinə əsasən, hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə gəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Həmin Qanunun 12-ci maddəsinin 5-ci bəndində qeyd edilmişdir ki, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin yaşayış məntəqəsində hərbi xidmətinin müddətindən asılı olmayaraq güzəştli şərtlərlə mənzil-tikinti (mənzil) kooperativlərinə daxil olmaq, fərdi yaşayış evləri almaq və tikmək hüququna malikdirlər. Yerli icra hakimiyyəti başçıları fərdi mənzil tikintisində və ya evlər alınmasında, o cümlədən kənd yerində fərdi mənzil tikintisində və ya evlər alınmasında iştirak etmək arzusunu bildirən zabitlərə, gizirlər və miçmanlara müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına tikintidə, tikinti materialları almaqda kömək göstərməlidirlər. Həmin Qanunun 12-ci maddəsinin 7-ci bəndinə görə yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə) təmin edilirlər. Həmin Qanunun 26-cı maddəsinin 1-ci bəndinə əsasən dövlət orqanları, müəssisələri, idarələri, təşkilatları, vəzifəli şəxslər, hərbi idarəetmə orqanlarının komandirləri (rəisləri) öz səlahiyyətləri və vəzifələri daxilində hərbi qulluqçuların statusunu təmin edirlər. Hərbi qulluqçuların hüquqlarının və qanuni mənafeyinin həyata keçirilməsi sahəsində vəzifələrini icra etməməkdə və ya lazımınca icra etməməkdə təqsirli olan vəzifəli şəxslər qanunvericiliyə müvafiq surətdə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarının 1-ci bəndinə əsasən, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiya ödənilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 50.1-ci maddəsinə görə, aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). Həmin Məcəllənin 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafıq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra - uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra - uçota alınmanı həyata keçirən orqan) tərəfındən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfındən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Həmin Məcəllənin 51.5-cı maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Həmin Məcəllənin 51.6-cı maddəsinə əsasən uçota almanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. Həmin Məcəllənin 51.7-ci maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Həmin Məcəllənin 53.2-ci maddəsinə görə uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının yaşayış sahəsi olmadığından hazırda kirayə müqaviləsi əsasında ünvan 5 ünvanında yerləşən mənzildə qalır və müəyyən miqdarda kirayə haqqı ödəyir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən İddiaçı və onun ailə üzvləri Cavabdeh ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılması və Cavabdeh Başçısının 124 nömrəli, xx.xx.2016-cı il tarixli sərəncamının ləğv edilməsi barədə Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2020-ci il tarixli, 202 nömrəli Sərəncamı qanunsuz və əsassız olaraq qəbul edilmişdir. İşin araşdırılan hallarından məlum olur ki, iddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində uzun müddət xidmət etmiş və Azərbaycan Respublikası Müdafiə Nazirinin 0665 nömrəli xx.xx.2015-ci ilə il tarixli əmri ilə “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən ehtiya buraxılmışdır. Bundan sonra Cavabdeh Başçısının 124 nömrəli, xx.xx.2016-cı il tarixli Sərəncamı ilə İddiaçı 6 nəfər ailə tərkibi ilə (özü, atası, anası, qızı, oğlu, arvadı) yaşayış yeri üzrə ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil uçotuna götürülmüş və mənzil-uçot siyahısına daxil edilmişdir. Lakin, Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2020-ci il tarixli, 202 nömrəli Sərəncamı ilə iddiaçı qanunsuz və əsassız olaraq, hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılmış və Cavabdeh Başçısının 124 nömrəli, xx.xx.2016-cı il tarixli sərəncamı ləğv edilmişdir. İddiaçı hazırda kirayə müqaviləsi əsasında ünvan 5 ünvanında yerləşən mənzildə qalır, daimi yaşayış sahəsi ilə təmin edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2020-ci il tarixli, 202 nömrəli Sərəncamında iddiaçının hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılmasının əsası kimi göstərilmiş, iddiaçının “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndi (öz arzusu ilə) ilə ehtiyata buraxılmağı onun hərbi qulluqçuların güzəştli mənzil növbəsi üzrə siyahıdan çıxarılmasına əsas ola bilməz. Belə ki, bu münasibətləri tənzimləyən “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun ehtiyata buraxılan hərbiçilərin yaşayış sahəsi ilə təmin edilməsi ilə bağlı 12-ci maddəsinin hipotezasında hərbiçinin “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndi (öz arzusu ilə) ilə ehtiyata buraxılması halı onun yaşayış sahəsi ilə təmin edilməsini istisna edən əsas kimi göstərilməmişdir. Qanunun əsas tələbi hərbi qulluqçuların Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət etməsi ilə şərtləndirmişdir. Bu halda da 20 ildən artıq (xx.xx.1995-ci ildən xx.xx.2015-ci ilə qədər) Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmiş iddiaçıya aid həmin şərt ödənilir. Buna görə də, cavabdehin qanunverciliyin tələblərindən kənara çıxaraq, öz şəxsi mülahizələrinə görə iddiaçının yaşayış sahəsi ilə təmin edilməsi hüququnu məhdudlaşdıran inzibati aktı qəbul etməsi qanunsuzdur. Belə olan halda, məhkəmə belə qənaətə gəlir ki, tələblə bağlı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ilindən çox xidmət etmiş iddiaçı tərəfindən sübut olunur, lakin bu inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmir (İnzibati Prosessual Məcəllə 14.3-cü maddəsi), «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun cavabdehə səlahiyyət verən normalarının dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İnzibati Prosessual Məcəllə 73.1-ci maddəsi), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində müəyyən olunmuşdur ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyada təsbit edilmiş insan hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 71-ci maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). İnzibati Prosessual Məcəllənin 68.2.-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhər Cavabdeh Başçısının 202 №-li, xx.xx.2020-ci il tarixli sərəncamının ləğv olunmalı və iddiaçının mənzil növbəsinə bərpa olunması və müvəqqəti mənzilin kirayəsi üçün ödənilən kirayə pulunun ödənilməsinin bərpa olunması öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhər Cavabdeh Başçısının 202 №-li, xx.xx.2020-ci il tarixli sərəncamı ləğv olunsun. İddiaçı mənzil növbəsinə bərpa olunması və müvəqqəti mənzilin kirayəsi üçün ödənilən kirayə pulunun ödənilməsinin bərpa olunması öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 7 SƏDRLİK EDƏN: Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-4131/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4131/2021
29.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver